Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 41,54 Kb.
səhifə24/24
tarix31.12.2021
ölçüsü41,54 Kb.
#81198
1   ...   16   17   18   19   20   21   22   23   24
referat 6255-1

3.Modelləşdirmə

Modelləşdirmə bir proqnoz metodu kimi beynəlxalq münasibətlərin tədqiq olunmasında geniş tətbiq edilir. Bu metodun mahiyyəti sistem kimi çıxış edən süni, ideal, təsəvvür olunan obyektlərin, situasiyaların qurulması ilə bağlıdır. Sistemin elementləri və münasibətləri real beynəlxalq münasibətlər sistemində olan hadisələrin və proseslərin elementlərinə və münasibətlərinə uyğun gəlir. Modelləşdirmə müəyyən qaydalar üzrə tədqiq olunan obyektin bənzərində onun əlamətlərinin əks olunmasıdır. Obyektin bənzəri model adlanır. Modelin qurulması üçün tədqiq olunan obyektin və modelin əlamətləri və prosesləri arasında müəyyən oxşarlığın olması vacibdir.

Mövcud şəraitdə real obyektlərin tədqiq olunması daha çətin, yaxud qeyri-mümkün olduğu halda modelləşdirmə təhlilin aparılmasını asanlaşdırır. Modelin üstünlüyü onun düzəlməsinin asanlığındadır, həmçinin əlamətlərinin onun iş rejiminin tez bir zamanda dəyişdirilməsinin, laboratoriya şəraitində lazım dəyişikliklərin aparılmasının mümkünlüyündədir. Beynəlxalq münasibətlərdə modelləşdirmə metodunun tətbiq edilməsi təhlilin tətbiqi metodlarından və texnikasından kompleks şəkildə istifadə edilməsi üçün ona şərait yaradır. Bu isə, öz növbəsində, beynəlxalq münasibətlərin izah olunması və proqnozlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Lakin modelləşdirmə metodunun zəif tərəfləri və bəzi çatışmazlıqları da vardır. Onlardan ən əsası odur ki, beynəlxalq münasibətlər sisteminin tamamilə obyektiv modelinin qurulması mümkün deyil. Buna görə də modelin əsasında əldə olunan biliklər şübhə doğurur. Beynəlxalq münasibətlərdə proqnoz metodlarının rolu əvəzsizdir. Beynəlxalq münasibətlər insan fəaliyyətinin elə bir sahəsidir ki, burada atılacaq hər bir addım elmi cəhətdən əsaslandırılmalıdır. Proqnoz metodlarının vasitəsilə beynəlxalq münasibətlər sahəsind baş verən hadisələrin inkişaf meyllərinin müəyyənləşdirilməsi müvafiq qərarların qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Düzgün qərarların qəbul edilməsində partnyorun (və ya rəqibin) qərar qəbul etmə prosesinin təhlili mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, BMN fənnində istifadə edilən metodlar ümumi və tətbiqi qruplara bölünür. Hər iki qrup xarakterinə görə fənlərarası metodlara aid aiddir, yəni bu metodlar başqa elmlərdə də istifadə edilir. Nəzərdən keçirdiyimiz metodlardan ayrı-ayrılıqda deyil, kompleks şəklində istifadə etmək məqsədəuyğundur.

NƏTİCƏ


“Metod” anlayışı yunan dilindən tərcümədə “nəyəsə aparan yol” mənasını verir. Metod - dərketmə prosesinin üsuludur. Xüsusilə isə o, elmin predmetinin öyrənilməsinin üsuludur. Elmi cəhətdən əsaslandırılmış metodların tətbiq edilməsi idrakın müvəffəqiyyətləinkişafının ən mühüm şərtidir. Metod elmi biliyin əldə edilməsinin və onun praktiki fəaliyyətdə tətbiq edilməsinin yollarını,üsullarını göstərir. Əgər metodun tətbiq edilməsinin məqsədi elmi biliyin əldə edilməsidirsə, onda tətbiq edilən metodun özü də elmi olmalıdır. Buna görə də hər bir elmdə tətbiq ediləcək müvafiq metodların seçilməsi mühüm bir məsələdir.

İnteqrativ fənn olan BMN-nin xüsusi tədqiqat metodları yoxdur. O həm ümumi elmi metodlardan, həm də konkret elmlərdə tətbiq edilən metodlardan istifadə edir.

BMN-də ümumi və tətbiqi xarakterli metodlardan istifadə edilir. Bu metodlar BMN fənninin predmetini dərindən və hərtərəfli dərk olunmasına kömək edir.

BMN-nin ümumi metodları fənnin nəzəri səviyyəsində, tətbiqi metodları isə onun tətbiqi səviyyəsində istifadə edilir.BMN fənninin ümumi metodları fənnin tədqiqat obyekti və predmeti haqqında təsəvvür yaradır. Bu metodlar fənnin nəzəri səviyyəsinə aid olan məsələlərin tədqiq olunmasında istifadə edilir. Ümumi metodlar BMN fənni ilə yanaşı bir çox ictimai elmlərdə də tətbiq edilir. Tətbiqi metodlar isə beynəlxalq münasibətlərin konkret praktiki problemlərinin tədqiq olunmasına və onların həlli yollarının müəyyən edilməsinə yönəlmişdir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Abbasbəyli A.N. Beynəlxalq münasibətlərin proqnozlaşdırılmasının

nəzəri problemləri. Bakı, 2006.

Аналитические методы в исследовании международных отно-

шений: Сборник научных трудов / Под ред. И.Г. Тюлина, А.С.

Кожемякова, М.А. Хрусталева. М., 1982.

Baxışov M. Beynəlxalq münasibətlər nəzəriyyəsi. Bakı, 2002.

Боришполец К. П. Методы, методики и процедуры прикладного

анализа международных отношений // Международные отноше-

ния: социологические подходы. Ред. П.А. Цыганков. М, 1998.

Бузан Б. Уровни анализа в международных отношениях// Меж-

дународные отношения: социологические подходы. М., 1998.

Валлерштайн И. Анализ мировых систем: современное систем-

ное видение мирового сообщества // Социология на пороге XXI

века: новые направления исследований. М., 1998.

Зайцева О. О методологии изучения международных организаций

//Мировая экономика и международные отношения. 1998. № 2.

Косолапов Н.А. Теоретическое исследование международных

отношений (историко-интеллектуальный фон и этапы станов-

ления науки) // Мировая экономика и международные отноше-

ния. 1998. № 1,2.

Наджафов Э.А. Цивилизационный подход к исследованию



международной политики С. Хантингтоном. // Sosial biligilər

2002, № 1.
Yüklə 41,54 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə