Azərbaycan respublikasi təHSİl naziRLİYİ


Situasiyanın təhlili metodları



Yüklə 41,54 Kb.
səhifə16/24
tarix31.12.2021
ölçüsü41,54 Kb.
#81198
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
referat 6255-1

Situasiyanın təhlili metodları

Situasiyanın təhlili metodlarına

1.müşahidə

2.sənədlərin öyrənilməsi

3.müqayisə daxildir.

1.Müşahidə

Müşahidə BMN fənninin bir tətbiqi metodu kimi tədqiq olunan obyekt haqqında ilkin məlumatın alınmasına yönəlmişdir. Bir qayda olaraq müşahidə zamanı subyekt obyektin inkişafına müdaxilə etmir. Müşahidə zamanı texniki vasitələrdən istifadə olunub-olunmamasından asılı olaraq müşahidə bilavasitə və instrumental ola bilər. İnstrumental müşahidələrdən fərqli olaraq bilavasitə müşahidələrdə subyekt obyekt haqqında məlumatı heç bir texniki cihazdan (televizor, radio, internet) istifadə etməyərək əldə edir. Subyekt obyekt haqqında bilikləri dolayısı yolla da (məsələn, müsahibə və ya anket sorğusu yolu ilə) əldə edə bilər. Belə müşahidəni dolayısı adlandırırlar. Bundan başqa müşahidə faktların “açıq” təsdiq etməşəklində (məsələn, kənardan müəyyən hadisələrin inkişafının və ya qəbul olunmuş bu və ya digər qərar nəticəsinin izlənilməsi) və “daxil olunan müşahidə” formasında (məsələn, tədqiqatçının müəyyən diplomatik danışıqlar, hərbi münaqişələr və başqa bu kimi beynəlxalq münasibətlər sahəsində baş verən hadisələrin iştirakçısı olması) ola bilər. Lakin qeyd etməliyik ki, müşahidə bəzi hallarda tam və obyektiv məlumatın əldə olunmasına imkan vermir. Bu, obyektin tədqiq olunmasına subyektin qərəzli yanaşması, bir də tədqiqat zamanı müşahidə vasitələri kimi istifadə edilən texniki avadanlıqların nasazlığı ilə izah olunur.




Yüklə 41,54 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə