Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 41,54 Kb.
səhifə10/24
tarix31.12.2021
ölçüsü41,54 Kb.
#81198
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
referat 6255-1

10. Psixoloji metod

Antropoloji metod kimi bu metod da tədqiqatlarda insanı əsas götürür. Lakin artropoloji metoddan fərqli olaraq psixoloji metod insanı ümumilikdə yox, konkret fərd kimi götürür. Bu isə tədqiqat zamanı insanın ümumi təbiətinin, sosial mühitin və şəxsin fərdi inkişafının xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir.

Psixoloji metod siyasi fəaliyyətin subyektiv mexanizmlərinin öyrənilməsinə yönəlmişdir. Bu metodu ilk dəfə tətbiq edənlərdən biri qədim Çin filosofu Konfusi olmuşdur. O, Çin hökmdarlarına vətəndaşlarının etimadını və itaətliyini təmin etmək üçün onların psixoloji reaksiyalarına fikir verməyi tövsiyə edirdi. Makiavelli də hökmdarlıq psixologiyasının inkişafına öz tövsiyəsini vermişdir.

Müasir psixoloji yanaşma çoxvariantlıdır. Burada mühüm yerlərdən birini əsası məşhur psixoloq Ziqmund Freyd tərəfindən qoyulmuş psixoanaliz tutur. Psixoanaliz psixoloji tədqiqatların mərkəzinə şüursuz psixi prosesləri və səbəbləri qoyur. Psixoanalizə əsasən, insanın həyatında baş verən affektiv (həyəcan xarakterli) təəssüratlar onun psixikasında qalır. Bu təəssüratlar psixikanın şüursuz sferasına keçərək insanın fəaliyyətinə, o cümlədən siyasi fəaliyyətinə aktiv təsir göstərir. Psixoanalizin vasitəsilə siyasi fəaliyyətin müxtəlif növlərini izah etmək mümkündür. Məsələn, şəxsi keyfiyyətsizlik, çatışmazlıqların müxtəlif növləri, daxili gərginlik hisslərini ram etmək məqsədilə hakimiyyəti əldə etmək istəyən şəxsiyyətin avtoritar tipini psixoanalizin köməkliyi ilə rasional cəhətdən izah etmək olar.

Psixoloji yanaşma siyasi həyatın ən mühüm aspektlərindən birini izah etməyə imkan verir. Onun digər bir növü sosial-psixoloji metoddur. Sosial-psixoloji metod fərdlərin siyasi davranışını, onların sosial qruplara daxil olmalarından asılılığını müəyyən edir. Bundan başqa o, sosial qrupların (kiçik qruplar, kütlə, etnoslar, siniflər) müxtəlif psixoloji xüsusiyyətlərini öyrənir.


Yüklə 41,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə