Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə11/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
web-derslik-1

Macromedia Flash 
Macromedia Flash standartı 1996-cı ildə Macromedia şirkəti tərəfindən işlənmişdir. Bu texnologiyanın əsas 
təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl 
şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Web-master müəyyən elementləri 
monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Web-səhifəyə daxil edilmiş mini oyunlar 
yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə 
görülən bütün işləri görə bilir. 
Macromedia Flash poqramının digər Web-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash 
həm piksel, həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti-mətn Flash 
proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan 
mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 
formatda səs və musiqi faylları da hazırlanır. 


Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya 
edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi 
lazım gələn animasiyanın istənilən kadrına qoyulur. Xüsusi redaktorlardan istifadə etməklə kiçik bir proqram 
yazmaq olar ki, onun köməyi ilə kliplərin işıqlanmasını idarə etmək, saytlarda xüsusi animasiyalı ön səhifələr 
(zastavka) yaratmaq olar. Macromedia Flash texnologiyasının mexanizmi çox sadədir: Web-dizayner tərəfindən 
yaradılmış interaktiv elementlər və ya animasiyalar HTML səhifəsinə göndərilən interpretə olunmuş koda 
çevrilir. Kliyent brauzerinin Flash obyektini tanıması üçün istifadəçinin kompyuterinə Macromedia Flash 
Player adlanan xüsusi proqram (plug-in) instalizə olunur. Bu proqram Macromedia şirkəti tərəfindən pulsuz 
yayılır. İstifadəçinin brauzeri Flash formatlı sənədlə qarşılaşdıqda, uyğun qovşaqla əlaqə yaradır və nəticədə 
Flash Player proqramı avtomatik olaraq istifadəçinin kompyuterinə yüklənir. Mənfi cəhəti: Macromedia Flash 
standartı yalnız Macromedia Internet Explorer 4.0-5.0, Netscape Navigator 4.01 və yuxarı versiyalı brauzerlər 
tərəfindən tanınırlar. Digər brauzerlər isə bu standartı tanıya bilmir. 

Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə