Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 
104 
Beləliklə, elə hadisələr seçilir ki, onların baş verməsi 
ehtimalı  yüksəkdir  və  onlar  biznesə  təsir  göstərmək  qabi-
liyyətindədir.  Seçilmiş  5  –  10  imkanlar  və  təxminən  eyni 
sayda  təhlükələr  SWOT  –  təhlilin    müvafiq  yuvalarında 
qeydə alınırlar. 
Üçüncü mərhələdə, müəssisənin güclü və zəif cəhət-
ləri bazar  imkanları və təhlükələri  ilə  müqayisə olunurlar 
ki,  onların  nəticəsində  biznesin  inkişafı  ilə  əlaqədar  aşa-
ğıdakı suallara cavablar axtarılıb tapılır: 
1.
 
Müəssisənin  güclü  cəhətlərindən  istifadə  edərək 
açılan imkanlarından necə yararlanmaq olar? 
2.
 
Buna  müəssisənin  hansı  zəif  cəhətləri  mane  ola 
bilər? 
3.
 
Mövcud təhlükələri hansı güclü cəhətlərdən istifa-
də edərək neytrallaşdırmaq olar? 
4.
 
Müəssisənin  zəif  cəhətləri  ilə  bağlı  hansı  təh-
lükələrdən daha çox çəkinmək gərəkdir? 
Müəssisənin  imkanlarının  bazar  şəraiti  ilə  müqayisə 
etmək üçün SWOT matrisası tərtib edilir (şəkil 7.) 
 
Şəkil 7.  SWOT matrisası. 
              Ətraf mühitin                                       
                  parametrləri 
 parametrləri 
Müəssisənin  
parametrləri 
İmkanlar 
1. 
 
2. 
3. 
Təhlükələr  
1. 
2. 
3. 
Güclü cəhətlər 
1. 
2. 
3. 
«Güc və imkanlar» 
sahəsi 
«Güc və təhlükələr» 
sahəsi 
Zəif cəhətlər 
1. 
2. 
3. 
«Zəiflik və imkanlar» 
sahəsi 
«Zəiflik və 
təhlükələr»  sahəsi 


 
105 
 
Cədvəldən  –  matrisadan  göründüyü  kimi  sol  tərəfdə 
müəssisənin  fəaliyyətini  və  vəziyyətini  xarakterizə  edən 
aşkar  edilmiş  güclü  və  zəif  cəhətlər  yerləşdirilir.  Mat-
risanın  yuxarı  hissəsində  isə  müəssisə  və  bazarların 
imkanları və təhlükələri əks olunur. Nəticədə, yəni, sol və 
yuxarı  tərəfin  bölmələrinin  kəsişmələrində  dörd  sahə 
əmələ  gəlir:  «Güc  və  imkanlar»,  «Güc  və  təhlükələr», 
«Zəiflik və imkanlar», «Zəiflik və təhlükələr». Tədqiqatçı 
həmin  sahələrin  hər  birində  müəssisənin  davranış  stra-
tegiyası işlənib hazırlananda nəzərə alınacaq bütün baş ve-
rə  biləcək  cüt  kombinasiyaları  nəzərə  alıb  seçməlidir. 
«Güc və imkanlar» sahəsindən seçilmiş cütlüklər üzrə təş-
kilatın  güclü  cəhətlərindən  istifadə  etmək  strategiya  işlə-
nib  hazırlanmalıdır  ki,  ətraf  mühitdə  yaranmış  imkanlar-
dan istifadə edilsin. «Zəiflik və imkanlar» sahəsində əmələ 
gəlmiş cütlüklər üzrə isə strategiya elə qurulmalıdır ki, ye-
ni açılmış imkanlar hesabına müəssisənin zəif cəhətlərinin 
aradan qaldırılması üçün tədbirlər görülsün. Cüt kombina-
siyalar  «Güc  və  təhlükələr»  sahəsinə  düşdükdə  strategiya 
təşkilatının  gücündən  istifadə  edərək,  təhlükələri  aradan 
qaldırmağa  yönəldilməlidir.  Nəhayət  cüt  kombinasiyalar 
«Zəiflik  və  təhlükələr»  sahəsinə  düşdükdə,  təşkilat  elə 
strategiya  tərtib  etməlidir  ki,  onun  nəticəsində  zəifliklər 
aradan  qaldırılsın  və  eyni  zamanda  təhlükələrin  qarşısı 
alınsın.  
Təhlükə  və  imkanların  mənbəyi  istehlakçılar,  rəqib-
lər,  xarici  makro  mühit amillərinin (misal üçün qanunve-
ricilik  bazasının  gömrük  siyasətinin  və  b.)  dəyişdirilməsi 
ola  bilər.  Belə  olduqda  məqsədəuyğundur  ki,  SWOT  – 


 
106 
təhlil  imkanlar  və  təhlükələrə  uyğun  üç  istiqamət  üzrə 
aşağıdakı suallara cavablar axtarmaq lazımdır: 
1.
 
Təhlükənin  (imkanın)  xarakteri  və  onun  yaranma 
səbəbləri? 
2.
 
Təhlükənin  (imkanlar)  hansı  müddətlər  ərzində 
olacaq? 
3.
 
Təhlükələr (imkanların) təsir gücü nə qədərdir? 
4.
 
Təhlükələr (imkanlar) nə dərəcədə qorxuludurlar? 
5.
 
Təhlükələr  (imkanlar)  müəssisəyə  nə  dərəcədə 
təsir edə bilər? 
SWOT – təhlil aparıldıqda ətraf mühitin tədqiq edil-
məsi  üçün  onun  profillərinın  qurulması  metodundan  ist-
ifadə  edirlər.  Həmin  metod  ayrı  –  ayrılıqda  ətraf  makro 
mühitin, birbaşa – bilavasitə ətrafın və daxili mühitin pro-
fillərinin tərtib edilməsini daha önəmli hesab edir. Bu me-
tod  vasitəsi  ilə  müəssisə  üçün  müxtəlif  mühit  amillərinin 
hansı  dərəcədə  əhəmiyyətli  olduğunu  qiymətləndirmək 
imkanı qazanılır


Hal  –  hazırda  APPLE,  GENERAL  MOTORS, 
MC

DONALDS,  NİKE,  TOYOTA,  PEPSİ  və  s.  kimi 
şirkətlər öz güclü və zəif cəhətlərini bilmək üçün SWOT – 
təhlildən  geniş  istifadə  edirlər  və  bunun  sayəsində  böyük 
nailiyyətlərə malik olurlar.  
 
 
 
                                                           

 Баринов В. А., Харченко В. А. «Стратегический менеджмент»: 
Учебное  пособие. – М.: ИНФРА-М,2008. 


 
107 
FƏSİL III. ƏMTƏƏLƏRİN RƏQABƏT 
QABİLİYYƏTLİKLƏRİNİN TƏDQİQİNİN 
PRAKTİKİ MƏSƏLƏLƏRİ 
 
3.1. Məhsulların keyfiyyətinə və rəqabət 
qabiliyyətliyinə dair ayrı-ayrı anlayışların mahiyyəti 
və məzmunu 
 
Müasir  təsərrüfatçılıq  şəraitində  məhsulun  keyfiyyə-
tinin  yüksəlməsi  maddi  istehsalın  inkişafının  intensivləş-
dirilməsinin  və  cəmiyyətin  sosial-iqtisadi  problemlərinin 
həllinin vacib şərtlərindən biridir. 
Əmək məhsuldarlığının yüksəldilməsi, məmulatların 
etibarlığının artırılması  və xidmət müddətinin uzadılması, 
onların istehsal həcminin artmasına bərabərdir. Bu həmçi-
nin minimal material və əmək resursları məsrəfləri ilə mil-
li iqtisadiyyat sahələrinin istehsal vastələrinə olan təlabat-
larını ödəməyə imkan verir. 
Canlı  və  keçmiş  -  əşyalaşdırılmış  əməyə  qənaət  öz 
növbəsində  ictimai  istehsalın  səmərəliliyinin  səviyyəsini  
artırmaq  üçün  şərait  yaradır.  İstehsal  edilən  məhsulların, 
xüsusilə  istehlak  mallarının  yüksək  keyfiyyəti  zəhmət-
keşlərin  maddi  və  mədəni  təlabatlarının  tam  ödənilməsini 
təmin edir, daha doğrusu, ictimai istehsalın ali məqsədinin 
həyata  keçirilməsinin  əsas  vasitələrindən  birinə  çevrilir. 
Bununla  yanaşı  məhsulun  keyfiyyəti  daxili  və  xarici  ba-
zarda  onun  rəqabət  qabiliyyətliyinin  təmin  olunmasında 
həlledici  rol  oynayır,  həmçinin  bütün  rəqiblərin  -    yarış-
masının  nəticəsinə  əhəmiyyətli  təsir  edir.  Məhsulun  key-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə