Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

 
97 
təhlil alətlərinə  malik olur, taktiki marketinq isə əmtəələ-
rin reklamı, irəlilədilməsi, satışın həvəsləndirilməsi, əmtəə 
və  xidmətlərin  qiymətlərindən  istifadə  etmək imkanlarına 
malik olur. 
Yalnız strateji marketinq bazarın strateji seqmentləş-
dirilməsi,  strategiyaların  proqnozlaşdırılması,  məhsulun 
keyfiyyətinin  yüksəldilməsi,  maddi  və  maliyyə  resursları-
nın qənaət edilməsi, istehsalın inkişaf etdirilməsi məqsədi 
ilə rəqabət  qabiliyyətliklərinin normativlərinin tərtib edil-
məsi  əsasında  müəssisələrin  (firmaların  və  s.)  fəaliy-
yətlərini  rəqabət  üstünlüklərinin  əldə  edilməsi,  qorunub 
saxlanılması, eləcədə sabit – kifayət qədər mənfəətin əldə 
edilməsinə yönəldir. 
Strateji  marketinqin  sərəncamında  idarəetmənin  bü-
tün  funksiyaları  (planlaşdırma,  təşkil,  nəzarət  və  tənzim-
ləmə) cəmləşmişdir. 
Müasir bazar münasibətləri şəraitində biznesin təşkil 
edilib  aparılması  kəskin  rəqabət  mühitində  baş  verdiyi 
üçün biznes fəaliyyətini mülahizəyə bənzədirlər. Real hə-
yatda  biznes  sonu  görünməyən  kiçik  və  böyük  «vuruş-
malardan» ibarət olur. Bununla əlaqədar strateji marketinq 
tədbirləri çərçivəsində özümüzün və rəqib firmaların güclü 
və  zəif  cəhətləri  öyrənilməli,  bazar  imkanları  və  təhlükə-
ləri  təyin  edilməlidir  ki,  rəqabət  mübarizəsində  qələbə 
qazanmaq  şansı  əldə  edilsin.  Bütün  bunları  tədqiq  etmək 
üçün  beynəlxalq  səviyyədə,  yəni  inkişaf  etmiş  ölkələrin 
maliyyə - iqtisadi və təsərrüfatçılıq təcrübəsində SWOT – 
təhlilindən istifadə edirlər.  
SWOT  –  təhlil  dedikdə,  müəssisənin  güclü  və  zəif 
cəhətlərinin təyin edilməsi, eləcə də onun yaxın ətraf mü-


 
98 
hitində gözlənilən  imkanlar və təhlükələr başa düşülür


Beləliklə,  rəqabət  və  rəqabət  mübarizəsində  onları 
itirməmək  və  qələbə  əldə  etmək  üçün  mütləq  SWOT  – 
təhlil  aparılmalıdır.  Bu  cür  təhlilin  reallaşdırılması  üçün 
ayrı  –  ayrılıqda  öz  və  potensial  rəqib  müəssisələrin  güclü 
cəhətləri, zəif cəhətləri, bazar imkanları və bazar hədəfləri 
– təhlükələri real qeydə alınmalı, konkret cədvələ köçürül-
məli və əsaslı şəkildə tədqiq edilməlidir.  
Müəssisənin  güclü  cəhətləri  bir  qayda  olaraq,  ona 
əlavə  imkanlar  yaradan  fərdi  nailiyyətlər  və  ya  xüsusiy-
yətlərdən olur. Belə ki, bu güc mövcud təcrübədən, unikal 
resursların  əldə  edilməsindən,  qabaqcıl  texnologiya  və 
avadanlıqların mövcud olmasından, heyətin yüksək səviy-
yəli  mütəxəssislərlə  formalaşdırılmasından,  buraxılan 
məhsulun yüksək keyfiyyətli olmasından, brendin məşhur-
luğundan və s. ibarət ola bilər.  
Müəssisənin zəif cəhətləri sırasına onu xoşa gəlməz 
vəziyyətə qoyan, onun üçün hələ əlçatmaz olan və bunun-
la onun fəaliyyətində hansısa əsas amillərin olmamasından 
ibarətdir.  Belə  ki,  müəssisənin  zəifliyi  əmtəə  çeşidinin 
məhdud  olmasından,  bazarda  nüfuzunun  aşağı  olmasın-
dan, maliyyə resurslarının çatışmamasından, servis xidmə-
tinin  istənilən  səviyyədə  alıcıların  tələblərinin  ödəməmə-
sindən və s. irəli gələ bilər. 
Bazar  imkanları  müəssisənin  üstünlük  əldə  etmək 
üçün  istifadə  edə  biləcəyi  əlverişli  hallardan  ibarət  olur, 
                                                           

 
SWOT  –  ingilis  dilindən  olan  Strengths  –  güclər,  Weaknesses  –  zəifliklər, 
Opportunities  –  imkanlar,  Threats  –  təhlükələr  sözlərinin  baş  hərflərindən 
yaradılmışdır, yəni bu söz birliklərinin mahiyyəti və məzmunu özündə əks etdirir. 
(Фитхундинов Р. А. «Стратегическая конкурентоснособность», Учебник – М.: 
Экономика, 2005.)
 


 
99 
misal  üçün  tələbin  birdən  –  birə  artması,  rəqiblərin  möv-
qelərinin pisləşməsi, yeni istehsal texnologiyaların meyda-
na  gəlməsi,  əhalinin  gəlirlərinin  artması  və  s.  Qeyd  edək 
ki, SWOT – təhlil baxımından imkanlar sırasına cəmi ba-
zar imkanları yox, yalnız müəssisə tərəfindən istifadə edə 
biləcəyi imkanlar daxil edilir. 
Bazar təhlükələri elə hallardır ki, onlar baş verdikdə 
müəssisənin fəaliyyətində istənilən müflisləşmələr, iflaslar 
və s. yarana bilər, misal üçün, vergilərin artması, alıcı tələ-
binin dəyişməsi, bazarda yeni rəqiblərin meydana gəlməsi, 
əhalinin sayı, tərkibinin azalması və s.  
Təcrübə göstərir ki, eyni bir amil müəyyən müəssisə-
lər üçün yeni imkanlar da aça bilər. Belə ki, əhalinin gəlir-
ləri artıqda onlar bahalı mallar, yüksək servisli mağazalar 
şəbəkəsində  istifadə  etməyə  meylli  olurlar.  Belə  olduqda 
ucuz  mallar,  servis  səviyyəsi  aşağı  olan  mağazalarının 
alıcıları  azala  və  bu  mağazaların  bağlanılması  təhlükəsi 
yarana bilər.  
SWOT  –  təhlilə  müəssisənin  bütün  əsas  aparıcı  iş-
çilərinin cəlb edilməsidir ki, onun fəaliyyəti, eləcə də güc-
lü və zəif cəhətləri hər tərəfli aşkar edilsin. Yaxşı olar ki, 
bu cür təhlili ən inanılmış, heç kəsdən asılı olmayan yük-
sək ixtisaslı mütəxəssislər aparsın və  yeri gəldikdə bu işə 
müstəqil  auiditorlar,  konsaltinq  şirkətlərinin  işçiləri  cəlb 
edilsin.  Əksər  hallarda  SWOT  –  təhlilin    hər  bir  bəndinə 
dair  müvafiq  suallar  qoyulur  və  obyektiv  cavablar  almaq 
üçün  müəssisənin  öz  işçiləri  və  potensial  müştəriləri  ara-
sında anonim «hə» və ya «yox» cavabları üzrə sorğu keçi-
rilir. Sonra cavablar toplanılır və mütəxəssislər tərəfindən 
hərtərəfli təhlil edilir. Elə etmək lazımdır ki, təhlil prose-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə