Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə22/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

 
86 
Müasir  tədqiqatçılar  kommunikasiya modelinin iki 
mərhələli  olmasını    qəbul  edərək,  ona  bəzi  əlavələrdən 
belə çəkinmirlər. Belə  ki, C.Klapperin fikrincə kütləvi  in-
formasiya  vasitələri kütlələrə təsir edir və  ehtimala görə  
onların    fikirləri,  mövqeləri  və  mentalitetlərini  nəinki  də-
yişdirir, eləcədə möhkəmləndirir. Prinsipcə kommunikasi-
yaların  effekti  onları  əldə  edənlərin  bilikləri,  davranışları, 
fikirləri və s. dəyişməsində  əks ola bilər.  
Kommunikasiyaların inkişafı və modellərinin  təhlili 
nəticəsində bir sıra  fikir söyləmək  olar: 
1)  XX  əsrdə  ABŞ-da  ilk  dəfə  olaraq    informasiya-
ların  yaradılması və işlənilməsi insanların  üstünlük hesab 
edilən fəaliyyət sahəsinə çevrildi. 
2) Kütləvi informasiya kommunikasiyalarının inki-
şafında  50-60-cı  illərin  ərəfəsində  formalaşmış  kütləvi 
informasiya vasitələrinin  elektron şəbəkələri dönüş nöqtə-
si oldu.  
3) Kütləvi kommunikasiyaların əsas inkişaf mərhə-
lələrini müəyyən etmək mümkündür: 
- kütləvi informasiya vasitələri əldə edilən informa-
siyaların əsas  mənbəyinə çevrildi
-  cəmiyyətin    sosial    strukturu    kütləviləşməyə    və 
unifikasiya edilməyə başladı; 
-şəxsiyyətin sosiallaşması prosesində  kütləvi infor-
masiya vasitələri ailə və  təhsilin  əhəmiyyətlərini sıxışdır-
mağa  nail oldu
-  cəmiyyətin  siyasi  həyatında  kütləvi  informasiya 
vasitələri daha əhəmiyyətli rol oynamağa başladı. 
4)  Hələ    qədim  yunanlar  tərəfindən  təklif  edilən 


 
87 
kommunikasiya prosesinin ümumi sxemi təcrübədə dəyiş-
məz  olaraq qalmaqdadır. 
İngilis  tədqiqatçi  –  alimləri  P.Smit,  K.Berri  və  A. 
Pulford  marketinqin    kommunikasiyaların    mahiyyətini 
təhlil  edərək belə  nəticəyə gəlmişlər ki, cəmi  bu kommu-
nikasiyaları  məqsədyönümlü  və  qeyriməqsədyönümlü  ki-
mi qruplaşdırmaq  gərəkdir. 
Məqsədyönümlü  kommunikasiyada  kommutator  
müəyyən  kommunikasiya  toplumu vasitələrində  öz   diq-
qətini  cəlb  edərək,  onları  istədiyi  məqsədə  nail  olmaq 
(əsasən    kommunikasiyanın  məqsəd  auditoriyasına  təsir 
etmək) üçün  təşkil edir. 
Qeyriməqsədyönümlü  kommunikasiyalar  əsasən 
kommutatorun  istəyindən  asılı  olmayaraq  yaranır. Onlar 
kommunikasiyalardan  asılı  olmayaraq,  kommutatorun  
mövcud  olması  və  ya  fəaliyyət  göstərməsi ilə əlaqədar  
meydana    gəlir.  Belə    ki,  kommunikasiya  məlumatlarını  
onların ünvanlandırıldığı məqsəd  qrupları ilə yanaşı, istə-
dikdə, digərləri də əldə edə bilir. 
Yəqin  ki,  son  nəticədə    kommutatorun      qarşısında  
duran vəzifələrin həllinə istər-istəməz həm məqsədyönüm-
lü, həmdə  qeyriməqsədyönümlü kommunikasiyalar  təsir  
göstərir.  Buna    görə    hər  iki  kommunikasiyanın  ayrı-
ayrılıqda  və birgə təsirinin rolunu anlamaq gərəkdir. 
Təcrübədə,  məqsədyönümlü  və  qeyriməqsədyönüm-
lü  kommunikasiyalar  biri-biri  ilə    uzlaşdırıldıqda,  həmin  
məlumatı  göndərənə    inam  artacaq  və  nəticədə    ondan  
sonra  daxil    olan  məlumatlara  zəruri    və  inandırıcı  məlu-
matlar  kimi  baxılacaq.  Əksinə,  məqsədyönümlü  və  qey-


 
88 
riməqsədyönümlü  informasiyalar  biri-birinə  zidd    olduğu  
və  uyğun  gəlmədikdə    onları  göndərən    mənbəyə  inam 
azalacaqdır. Qeyd olunan proses  öz əksini  şəkil 6-da tap-
mışdır. 
     Şirkətlərin sahibkarlıq  fəaliyyəti çərçivəsində təşkil et-
dikləri  marketinqin  kommunikasiya    prosesləri  kütləvi  
kommunikasiyaların fərdi hallarıdır. Belə ki, hər bir şirkə-
tin  adi  insan  kimi,  müəyyən  məlumatları  ötürmək    və  ya 
əldə etmək istəyi üçün  məqsədyönümlü və  ya qeyriməq-
sədyönümlü kommunikasiyaları yaratmış olur. 
 
Şəkil 6. Məqsədyönümlü və qeyriməqsədyönümlü  
kommunikasiyaların  təsirinin xarakteri.

 
                                                           

 
Моисеева  Н.К.,  Рюмин  М.Ю.,  Сушаенко  М.В.,  Будник  А.В.  Брендинг  в 
управлении  маркетинговой  активностью  /  Под  ред.  Проф.  Н.К.  Моисеевой.  -
М.: Омега-Л, 2003, с.63.
 
 
 
 
 
 
Məlumat 
 
 
 
 
göndərən 
 
 
 Özü haqqında  
məqsədyönümlü 
təsəvvür 
 
 
 
 
 
 
 
 
 
Məqsəd 
auditoriyası 
 
 
 
 
 
 
Məqsədyönlü 
məlumat 
 
 
 
 
 
 
Öz xassələrinin  
qeyriməqsədyö- 
nümlü nümayiş 
 edilməsi 
 
 
   
 
 
 
 
   
 
   
 
  
 
 
 
 
 
 
 
       
 
 
 
 
  
 
 
A və B bir- biri ilə 
uzlaşdırılmadıqda, 
məlumatı göndərənə 
inam azalır. 
A və B bir – biri ilə 
uzlaşdırıldıqda, 
məlumat göndərənə 
inam yüksəlir. 
  
 
 
 
 
 
 
 
  
 
 
 
   
 
 
 
 
 
 
 
 
 
Digər insanlar qeyri – 
məqsədyönümlü 
B məlumatını əldə 
edir.
  
 
   
   
 
 
 
 
 
 
 
   
 
 
B
 
 
 
A
 
 
 
Qeyriməqsədyönü
mlü məlumat 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə