Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə9/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   89

32
 
 
dir.  1992-ci  ildə  ətraf  mühit  və  inkişaf  üzrə  BMT-nin 
Rio-De-Janeyro da keçirilmiş konfransı bu konsepsiyanı 
planetin  bütün  ölkələri  üçün  XXI  əsrdə  fəaliyyət  planı 
kimi  təsdiq  etdi.  Davamlı  inkişaf  konsepsiyasının  əsas 
ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağ-
lılığı üçün şərait və mexanizmlərin vəhdətdə baxılması-
dır.  Yalnız  bu  halda  cəmiyyət  və  təbii  mühitin  inkişafı 
üçün  zəmin  yaradıla  bilər.  Davamlı  inkişaf  konsepsi-
yası ekoloji, iqtisadi və digər sosial problemlərin bir-
liyini  nəzərdə  tutur.  Bu  konsepsiya  əhalinin  artımının 
tənzimlənməsi  imkanına  insanlarda  şüurlu  istehlakın 
formalaşdırılmasına,  ekoloji  mədəniyyət  etikasına  əsas-
lanır.  Ətraf  mühit  və  təbiətdən  istifadə  sahəsinin  mütə-
xəssislərin qarşısında aşağıdakı vəzifələr durur: 
1.
 
təbiətdən  səmərəli  istifadə  vasitələri,  metod  və 
formalarının tədqiq edilməsinə və əlverişli həyat şəraiti-
nə nail olmaq; 
2.
 
ehtiyatların  kompleks  istifadəsinə  yönəldilmiş 
tədbirlərin əsaslandırılması və hazırlanması; 
3.
 
iqtisadiyyatın  ekologiyalaşdırılmasını  əsaslan-
dırmaq; 
4.
 
gələcək  nəsillərin  mənafeyini  nəzərə  almaqla 
cəmiyyət  və  təbiət  arasındakı  qarşılıqlı  əlaqənin  opti-
mallaşdırma metodlarını işləyib hazırlamaq; 
5.
 
təbiətdən  istifadənin  idarəetmə  sistemində  döv-
lət və regional orqanların səmərəli formalaşdırılması; 
6.
 
təbiətdən  səmərəli  istifadə  sahəsində  qabaqcıl 
təcrübənin təhlili və ümumiləşdirilməsi və s. 
Ətraf mühitin səmərələşdirilməsi sahəsində vəzifə-
lərin çoxtərəfli olmasını nəzərə alaraq onların hamısı bu 


33
 
 
və  ya  digər  dərəcədə  maliyyə  vəsaitinin  ayrılması  və 
tədbirlərin səmərəlilik dərəcəsinin müəyyən edilməsi ilə 
əlaqədardır.  Bununla  əlaqədar  olaraq  yeni  bir  iqtisadi 
fənnin yaranması və inkişafı zərurəti meydana çıxır. Cə-
miyyətlə  təbiət    arasında  qarşılıqlı  əlaqənin  iqtisadi  as-
pekti müəyyən bir tarixə malikdir, lakin, bu əlaqə indiki 
mərhələdə yeni əhəmiyyət kəsb etməkdədir. Bu tarix fi-
ziokratlar  dövründən  başlayır.  Onlar  hesab  edirdilər  ki, 
cəmiyyətin  sərvəti  əkinçilikdən  yaranır.  Bu  problemə 
D.Rikardo və T.Maltus böyük diqqət yetirirdilər. İqtisa-
di  inkişafın  perspektivliyinə  onlar  pessimist  baxırdılar. 
K.Marks  hesab  edirdi  ki,  kapitalizm  təbiəti  dağıdır  və 
yalnız və kommunizm insan və təbiət arasındakı ziddiy-
yəti aradan qaldıra bilər. Neoklassiklər fərz edirdilər ki, 
rasional və xudpəsənd (eqoist) insanlar ictimai maraqla-
rını təmin etmək üçün Pareto-meyarlardan istifadə edir-
dilər. Humanist istiqamətlərin tərəfdarları fərdiyyətin re-
gional  davranışını  rədd  edirlər,  rasionalist  anlayışının 
genişləndirilməsini  arzulayırlar  və  insanların  tələbatı 
iyerarxiyasında yüksək keyfiyyətin ətraf mühitə olan tə-
ləbatını birinci sıraya qoyurlar. 
Hazırda bütün iqtisadi məktəblərin hamısı bu və ya 
digər qaydada iqtisadi inkişafı ekoloji problemlərlə əla-
qələndirirlər.  Lakin,  ətraf  mühitin  iqtisadiyyatı  sahəsin-
də  aparılan  ətraflı  nəzəri  tədqiqatlar  maddi  rifah  iqtisa-
diyyatı və zahiri effektlər nəzəriyyəsi ilə əlaqələndirilir. 
Rifah iqtisadiyyatının vəzifəsi iqtisadi optimum şərtləri-
ni təsvir etməkdən ibarətdir. Bu nəzəriyyə çərçivəsində rə-
qabət (bazar) və iqtisadi optimum arasında qarşılıqlı əlaqə 
yaradılır. Zahiri effektlərin mövcudluğu iqtisadi səmərənin 


34
 
 
ictimai və mülki cəhətdən qiymətləndirilməsi arasında zid-
diyyətə  səbəb  olur.  A.Piqu  özünün  “Rifah  iqtisadiyyatı” 
(1920) əsərində ictimai və mülki xərclər arasındakı qeyri-
bərabərliyi  göstərməklə  həmin  proseslərin  dövlət  tənzim-
lənməsi zərurətini irəli sürürdü. 
Keçən  əsrin  60-70-ci  illərində  bir  çox  ölkələrdə 
ekoloji  şəraitin  kəskinləşməsi  müşahidə  olunur.  Həmin 
dövrdən,  ətraf  mühitin  iqtisadiyyatı  (Keçmiş  SSRİ-də 
isə  təbiətdən  istifadənin  iqtisadiyyatı)  formalaşmağa 
başlayırdı. Ekoloji problemlərin iqtisadi aspekti tədqiqat 
sahəsinə  çevrilir.  İlk  növbədə  ətraf    mühitlə  iqtisadi  in-
kişaf arasındakı qarşılıqlı əlaqələrin təhlilinə başlanır və 
bunun  əsasında  bəşəriyyətin  gələcək  inkişaf  yolları  öy-
rənilir, təbiəti mühafizə sahəsində bazar iqtisadiyyatının 
mexanizminin  imkanları  nəzərdən  keçirilir,  proqnozlaş-
dırma və s. məsələlər elmi cəhətdən ön plana çəkilir. 
“Ətraf  mühitin  iqtisadiyyatı”  iqtisadi  elmlər  və 
fənnlər qrupuna daxil olur, bir sıra elm sahələrinin qov-
şağında  özünə  yer  tutmaqla,  sahələrarası  elmə  çevrilir. 
Xarici ölkələrdə “Ətraf mühitin iqtisadiyyatı”nı iqtisadi 
nəzəriyyənin köməkçi (yardımçı) fənni kimi qəbul edir-
lər. Hazırda bu sahə ilk növbədə iqtisadiyyatla ekologi-
ya arasındakı elm kimi qiymətləndirilir. 
Ətraf mühitin iqtisadiyyatı elə bir elmdir ki, cə-
miyyətlə  təbii  mühit  arasındakı  qarşılıqlı  əlaqələri 
iqtisadi metodlarla öyrənir, təbiətdən səmərəli istifa-
də  ilə  əlaqə  yaradır.  Ekologiya  ilə  əlaqələndirilməsi 
mühafizə  məsələlərini  ilk  plana  çəkilməsini  tələb  edir. 
Ona  görə  də  bu sahədə  digər elmlərlə  qarşılıqlı  əlaqəsi 
olan  kompleks  problemlər  nəzərdən  keçirilir.  Müxtəlif 


35
 
 
ədəbiyyatlarda başqa təyinatlar da mövcuddur. Məsələn 
ƏMİ iqtisadi elm sahəsi olur, cəmiyyətin və ətraf mühi-
tin  qlobal,  regional,  milli  və  yerli  (lokal)  səviyyələrdə 
qarşılıqlı  təsir  məsələlərinin  sosial-iqtisadi  aspektlərini 
öyrənir. 
Ətraf  mühit  və  təbiətdən  istifadə  hər  hansı  bilik 
(elm)  sahəsi  olmaqla  özündə  təbiət,  ictimai  və  texniki 
elm sahələrinin elementlərini cəmləşdirir və təşkilati cə-
hətdən digər bilik (elm) sahələri içərisində fizika, coğra-
fiya,  biologiya,  ekologiya  kimi  özünəməxsus  yer  tutur. 
Bir çox tədqiqatçılar deyilənləri təbiət elmləri sisteminə 
aid edirlər. Əslində deyilən sahənin coğrafiya və coğrafi 
ekologiya  elminə  aid  edilməsi  daha  məqsədə  müvafiq-
dir.  Çünki  coğrafiya  elmlər  sistemi  fiziki,  iqtisadi-so-
sial-siyasi prosesləri əhatə etməklə ətraf  mühitin  müha-
fizəsini  də  özündə  birləşdirir.  Hətta  keçmiş  SSRİ-də 
Elmlər  Akademiyası  sistemində  elmlərin  təsnifatı  tərtib 
edilərkən təbiətdən istifadə Yer haqqında elmlər bölmə-
si ilə İctimai elmlər bölməsi arasında yerləşdirmək məs-
ləhət olunmuşdu. 
Ətraf mühitin iqtisadiyyatını ekoloji əsaslarla iqti-
sadi  elmlər  sahəsi  kimi  qəbul  etdikdə,  burada  müvafiq 
elmlərarası  əmək  bölgüsünə  istinad  etmək  lazım  gəlir. 
Ətraf mühitin iqtisadiyyatının predmeti insanların öz 
tələbatlarını ödəmək üçün təbii sərvətlərin istifadəsində, 
mühafizəsində, artırılmasında  və  habelə  ekoloji-iqtisadi 
qanunauyğunluqlardan istifadə prosesində yaranmış mü-
nasibətləri  araşdırmaq,  tədqiq  etmək  və  öyrənməkdir. 
Ətraf  mühitin  iqtisadiyyatının  bilavasitə  predmeti  get-
dikcə artan təbii-sərvətlər potensialının məhdudluğu şə-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə