Iv fəSİL İstehsal, onun amiLLƏRİ VƏ TƏkrar istehsal



Yüklə 40,61 Kb.
səhifə1/16
tarix13.01.2022
ölçüsü40,61 Kb.
#82846
  1   2   3   4   5   6   7   8   9   ...   16
4cu fesili iqtisa


IV FƏSİL

İSTEHSAL, ONUN AMİLLƏRİ VƏ TƏKRAR İSTEHSAL

  1. Cəmiyyətin tələbatları və resurslar

  2. Əmək bölgüsü və istehsalın inkişafında onun rolu

  3. İstehsalın inkişaf tipləri

  4. Təkrar istehsal və onun növləri. İqtisadi böhranlar

  5. Məşğulluq və işsizlik. İşsizliyin səbəbləri.



$1. Cəmiyyətin tələbatları və resurslar

İctimai quruluşundan asılı olmayaraq hər bir cəmiyyətin fəaliyyətinin son məqsədi bütövlükdə cəmiyyətin və onun ayrı ayrı üzvlərinin tələbatlarının ödənilməsindən ibarətdir.

İstehsal prosesi məhz cəmiyyətin sərəncamındakı resurslardan istifadə edib, ona lazım olan əmtəə və xidmətlərin istehsalına doğru yönəlmişdir.

Tələbat- insanın yaşayışını, şəxsin və bütövlükdə cəmiyyətin inkişafını təmin etmək üçün zəruri şeylərə olan ehtiyyacdır.

İnsanların ehtiyyac duyduqları əmtəə və xidmətlərin sayı milyonlarladır və bu bu əmtəə və xidmətlər dairəsi daim artmaqdadır.

Tələbatların ödənilməsi prosesində həm kəmiyyət həm də keyfiyyətcə yeni-yeni tələbatlar meydana gəlir və onların strukturu dəyişir.

Ötəri olaraq bəşəriyyətin iqtisadi təkamül tarixinə diqqət yetirsək, tələbatların daim artdığına dair külli miqdarda faktlara rast gələ bilərik. Alimlərin hesablamalarına görə hər on ildə istehsal əmtəə və xidmətlərin miqdarı iki dəfədən də çox artır. Bu qanunauyğunluq iqtisad elmində tələbatların artması qanunu adlandırılmışdır.




Yüklə 40,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə