Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  29 
-
 
kafedranın  tədris-kurs  layihələrinin  və  tələbələrin  pedaqoji  təcrübələrinin 
nəticələrinin  birlikdə  öyrənilməsi  və  bunun  əsasında  məqsədli  proqramların  səmərəliliyinin 
yüksəldilməsi üçün müvafiq korreksiyaların aparılması və s. 
Modelin  təhsil  sahəsində  səriştəli  kadr  hazırlığının  elmi-metodiki  təminatı  adlanan 
üçüncü  bloku  texnoloji  fəaliyyətin  inkişafı  və  tənzimlənməsi  qaydalarına  dair  müasir 
tendensiyalardan  istifadə  olunmasının  əsas  şərtlərini  müəyyənləşdirir  və  onların  tətbiqini 
təmin edir. 
Blokun  birinci  modulu  fənnin  tədris-metodiki  kompleksinin  yaradılması  və 
modernləşdirilməsi  ilə  bağlı  olub,  onun  bazasında  müasir  pedaqoji  texnologiyaların  tədris-
metodik təchiz edilməsinin vahid modelinin formalaşmasını təmin edir. Belə təchiz edilmənin 
strukturuna aşağıdakılar daxil edilməlidir: 
-
 
tədris  kabinetlərinin,  labratoriyaların,  tədris-istehsalat  emalatxanalarının, 
tələbələrin 
təcrübəyə 
səmtləşdirilmiş 
texnologiyalar 
əsasında 
hazırlanmasının 
modernləşdirilməsi; 
-
 
akademik  fənlərin  tədrisində  və  təcrübələrin  təşkilində  istifadə  olunan  didaktik 
vasitələrin  təkmilləşdirilmiş  bütöv  komplektlərlə  təmin  edilməsi.  Göstərilən  pozisiyaların 
(mövqelərin)  işlənilməsi tədris prosesinin didaktik təminatında oynadığı praqmatik  funksiya 
rolu  ilə  yanaşı,  müəllimlərin  peşəkar  fəaliyyətinin  innovasiya  xarakterli  olmasının 
stimullaşdırması funksiyasını da həyata keçirir. 
Bu  blokun  pedaqoji  kadr  potensialının  inkişafı  ilə  bağlı  modulu  (komponenti)  gənc 
tədqiqatçılar  qrupunda,  ümumiyyətlə,  məktəbdə  səriştəli  yanaşmanın  əsasları  üzrə  dərslərin 
təşkil  edilməsini,  dissertasiya  mövzuları  üzrə  araşdırmaların  aparılmasına  şəraitin 
yaradılmasını, ixtisas sahələri üzrə elmi konfranslarda iştirakın təmin edilməsini, müəllimlərin 
və rəhbər işçilərin özünütəhsil planlarının və s. yerinə yetirilməsini əsas məqsəd kimi qarşıya 
qoyur. 
Yuxarıda sadalanan bütün tədbirlər ali məktəb mütəxəssislərinin təcrübəyə səmtləşmiş 
peşə  (sənət)  qabiliyyətlərinin  yüksəldilməsi  üçün  istiqamətlənmiş  fəaliyyət  xarakteri 
daşıdığından,  onların  tədris  müəssisəsində  hərtərəfli  həyata  keçirilməsi  sahəsində 
məqsədyönlü fəaliyyət gücləndirilməlidir. 
Bu blokun üçüncü-elm-təhsil üzrə tərəfdaşlıqla  bağlı  modulu ali  məktəbin professor-
müəllim  heyətinin  səriştəli  orientasiyası,  elmi-tədqiqat  nəticələrinin  tətbiqi  sahəsində 
əməkdaşlarla  birgə  fəaliyyətin  stimullaşdırılması,  professional  müəllim  hazırlığında  səriştəli 
yanaşmanın  səmərəli  yollarının  aşkara  çıxarılması  və  əsaslandırılması  sahəsində  keyfiyyətli 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
30 
araşdırmaların  aparılmasını  önə  çəkir.  Belə  fəaliyyətin  optimal  formalarını  müxtəlif  tipli 
pedaqoji kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinin regionlar üzrə nümayəndələrini 
özündə  birləşdirən  elmi  laboratoriyalar  təşkil  edir.  Qabaqcıl  pedaqoji  qüvvələrin  belə 
konsolidasiyası regionlar üzrə səriştəli pedaqoji kadr hazırlığının tamlığını, onun strukturuna 
daxil olan sistemlərin inteqrasiyasını təmin edir. Başlıcası isə pedaqoji nəzəriyyə və təcrübə 
arasındakı  əlaqələri  gücləndirir,  yeni  yetişən  gənc  pedaqoqların  peşə  hazırlığında  yeni 
kompetensiyaların  formalaşdırılması  ilə  bağlı  müxtəlif  innovasiya  xarakterli  ideyaların 
aprobasiyası üçün şərait yaradır. 
Bu  blokun  dördüncü  elmi-nəşriyyat  fəaliyyəti  ilə  bağlı  modulu  effektiv  nəşriyyat 
fəaliyyəti  sisteminin  yaradılmasını  önə  çəkir.  Bu  sistem  keyfiyyətli  nəşriyyat  məhsullarının 
hazırlanması  üçün  tələb  olunan  səviyyəni  təmin  etməli,  ayrı-ayrı  fənlər  üzrə  elmi-praktik 
axtarışların  nəticələrinə  dair  materialların  tirajını  müəyyənləşdirib,  onların  vaxtında 
istifadəçilərə  çatdırılmasını  həyata  keçirməlidir.  Bu  fəaliyyətin  səmərəli  idarəedilməsi  onun 
tematik  istiqamətliliyinin  üstünlüyünü  qorumaqla,  planlı  formada  onun  adresantlarının 
dairəsinin genişləndirilməsini təmin etməlidir. 
Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  təklif  olunan  model  çərçivəsində,  pedaqoji 
yönümlü  ali  məktəblərdə  səriştəli  pedaqoji  kadr  hazırlığında  keyfiyyətin  idarəedilməsinin 
həyata  keçirilməsində  əlaqələndirici,  istiqamətverici  həlqə  kimi  monitorinq  götürülməli, 
mütəmadi  olaraq  onun  həyata  keçirilməsi  təmin  edilməli  və  vaxtında  korreksiya  tədbirləri 
görülməlidir. Bu problemin araşdırılması üzərində bir qədər geniş dayanaq. 
Monitorinq  yeni  inkişaf  faktoru  istiqamətində  informasiyanın  toplanması,  təhlili  və 
dəyişdirilməsinin  universal  sistemi  olub,  səriştəli  pedaqoq  hazırlığının  idarəolunması 
sahəsində aşağıdakı ardıcıl proseslərdən keçir: 
-
 
məzunlarının  hazırlığında  etalon  normaların  müəyyən  edilməsi,  onların 
indikatorlar  (  ölçülən  kəmiyyətlər),  kriteriyalar  və  hazırlıq  səviyyələri  üzrə 
müəyyənləşdirilməsi; 
-
 
kriteriyalar  və  göstəricilərin  yerinə  yetirilməsinə  dair  məlumatların  toplanması, 
fəaliyyətin nəticələrinin qiymətləndirilməsi; 
-
 
modelin fəaliyyətində ehtimal olunan ara vermələrin (fasilələrin) səbəblərinin üzə 
çıxarılması; 
-
 
etalona  uyğun  qəbul  edilmiş  tədbirlərin  nəticələrinin  qiymətləndirilməsi  və 
müvafiq tədbirlərin görülməsi [4-6]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə