TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
19
Test imtahanlarının gedişində tələbələrin tədrisdə əldə etdikləri biliklərin
mənimsənilməsi üzrə alınan nəticələr, fakültə və kafedralarda, tədris bölmələrində geniş
müzakirə olunmuşdur.
Keçirilən müzakirələrdə, tələbələrin tədrisdə əldə etdikləri biliklərin elektron test
texnologiyaları əsasında cari və yekun qiymətləndirilməsinin nəticələrinin müzakirəsi və
təhlili, təhsilin keyfıyyətinin idarə edilməsi sistemlərində müasir texnoloji vasitələrin
effektliyini bir daha təsbit etmiş oldu.
Bununla əlaqədar elektron test texnologiyalarının ADPU-da tətbiqinin təhsil prosesinə
təsirinə dair bir sıra mülahizələrimi qeyd etmək istərdim.
Ilk öncə qeyd etmək lazımdır ki, tələbələrin tədris prosesində mənimsədikləri
biliklərin monitorinqi, həm ayrı-ayrı fənnlərin, həm də bütövlükdə konkret pedaqoji ixtisaslar
üzrə kadr hazırlığının zəif və güclü cəhətlərinin müəyyən edilməsinə zəmin yaratmış oldu.
Belə ki, elektron test texnologiyalarının tətbiqi vasitəsi ilə tələbələrin biliyinin cari və yekun
qiymətləndirilməsi əsasında, təlim-tərbiyə prosesinin strukturunın və məzmununun,
bütövlükdə didaktik prosesin adekvat layihələndirilməsi və realizə olunması imkanı əldə
edildi.
Göründüyü kimi, texnoloji təlim modelinin mühüm ünsürü olan elektron test
texnologiyalarının tətbiqi təhsilin keyfıyyətinin idarə olunmasına birbaşa təsir edən effektiv
pedaqoji attestasiya metodu kimi çıxış etmiş oldu.
ADPU-da elektron test texnologiyalarının tətbiqinin daha bir mühüm nəticəsi test
imtahanlarının keçirilməsinin pedaqoji psixoloji, tərbiyəvi aspekti ilə əlaqədardır.
Universitetdə bu yönümdə aparılan müşahidələr və elmi-praktik müzakirələr göstərdi ki,
bütövlükdə həm professor-müəllim heyəti, həm tələbələr kollokviumların, imtahanların
elektron test üsulu ilə keçirilməsini, təhsilin keyfıyyətinin yüksəldilməsi, təhsildə şəffaflığın,
obyektivliyin təmin olunması istiqamətində atılan mühim addım kimi dəyərləndirirlər.
ADPU-nun və Türkiyənin Hacəttəpə Universitetinin alimlərinin İ.B.Əhmədovun,
A.R.Bunyatovun, B.Akkoyunlunun, H.Yurdugülün bu yönümdə apardıqları birgə tədqiqatın
nəticələri bunu bir daha təsdiq etmişdir.
2008-2015-ci illər üçün "Azərbaycan Respublikasında fasiləsiz təhsil və müəllim
hazırlğının Konsepsiya və Strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planının" starteji
istiqamətlərindən biri pedaqoji ixtisaslar üzrə kadr hazırlığında yeni təlim üsulları və İKT-nin
tətbiqinin təmin olunması ilə bağlıdır.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
20
Öz növbəsində, müəllim hazırlığında İKT yönümlü tədrisin layihələndirilməsi və
realizə olunması, pedaqoji ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin İKT
yönümlü tədris-təlim prosesinin təşkili üzrə pedaqoji peşə kvalifıkasiyasının artırılmasını
şərtləndirir.
ADPU-nun "Kompüter Mərkəzi"ndə, universitetin professor-müəllim heyətinin, İKT
yönümlü tədrisin layihələndirilməsi və realizə edilməsi üzrə ixitisas artınlması yönümündə
kompleks tədbirlər planı işlənib hazırlanmış və həyata keçirilməkdədir.
Bu plana əsasən universitetin professor-müəllim heyətinin tədrisdə İKT-lərin tədrisi
yönümündə ixtisas artırılması, iki səviyyəni özündə ehtiva edir.
Professor-müəllim heyətinin İKT yönümlü ixtisasartırmasının birinci səviyyəsi
kompüter savadlılığının təmin olunması ilə bağlıdır.
Universitetdə 2008-2009-cu tədris ilindən başlayaraq, professor-müəllim heyətinin
İKT yönümlü ixtisasartırmasının birinci səviyyəsinin realizə olunması istiqamətində,
kompüter savadlılığının artırılması yönümündə mütəmadi olaraq, müntəzəm şəkildə təlimlər
keçirilməkdədir.
Eyni zamanda, universitetdə İKT yönümlü ixtisasartırma hazırlığında, alternativ təhsil
formalarının tətbiqi üzrə konkret işlər görülməkdədir. Məxsusi olaraq. "Mədəd" humanitar
təşkilatının dəstəyi əsasında Universitetin professor-müəllim heyəti üçün "İntel. Gələcək üçün
təhsil" layihəsi üzrə kurslar təşkil olunmuşdur.
ADPU-da professor-müəllim heyətinin İKT yönümlü ixtisasartırmasının ikinci
səviyyəsi, ixtisas fənnlərinin tədrisində kompüter dəstəkli təlim metod və üsullarının tətbiqi
üzrə zəruri biliklərin, vərdiş və bacarıqların əldə edilməsi ilə bağlıdır. Universi tetdə bu
səviyyə üzrə müvafiq ixtisasartırmanın təşkili, ilk növbədə ayrı-ayrı fənnlər üzrə tədris
metodikası kafedralarının professor-müəllim heyətinin, tədrisin İKT təminatı yönümündə
zəruri biliklərə, peşə kvalifıkasiyasının məzmununa yiyələnməsini, tədrs informasiya
materiallarının işlənib hazırlanmasını, kafedral və kafedralar arası işçi seminarların
keçirilməsini nəzərdə tutur.
ADPU-nun "Kompüter Mərkəzi"ndə ayrı-ayrı fakültələrin tədris metodikası
kafedralarında bu yönümdə, konkret təşkilatı, metodoloji, tədris-metodik hazırlıq işləri
görülməkdədir.
Nəticə etibari ilə, baxılan zəruri hazırlıq mərhələsinin yekunundan sonra, növbəti
tədris ilində, ADPU-nun professor-müəllim heyətinin İKT yönümlü tədrisin təşkili üzrə
ixtisasartırmasının həyata keçirilməsi planlaşdırılır.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
21
Məlumdur ki, ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin pedaqoji
peşə fəaliyyəti, müxtəlif elm sahələrinə dair elmi biliklərin sistemləşdirilməsi, aktuallaşması
ilə sıxı surətdə bağlıdır.
ADPU-da çalışan professor-müəllim heyətinin texnoloji təlim metodikaları üzrə
ixtisasartırılmasından danışarkən, təhsilin informatlaşmasının elmi-pedaqoji təminatının
rolunu xüsusi qeyd etmək lazımdır.
Bununla əlaqədar təhsilin informatlaşmasının mühüm istiqamətlərindən biri olan elmi-
pedaqoji fəaliyyətin İKT təminatı üzrə görülən işlərə toxunmaq istərdim.
"Tədbirlər Planı"nın 35-ci bəndində, "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı
üzrə konfransların, seminarların keçirilməsi, nəşrlərin hazırlanması və fasiləsiz müəllim
hazırlığının kütləvi informasiya vasitələrində işıqlandırılması" yönümündə aparılan işlərin
konkret istiqamətləri müəyyən edilmişdir.
ADPU-da "Tədbirlər Planı"nda təsbit olunmuş bu mühüm fəaliyyət istiqaməti üzrə bir
sıra konkret işlər görülməkdədir.
Ilk növbədə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Pedaqoji Təhsil üzrə
Koordinasiya Şurasının, ADPU-nun, Türkiyə Cumhuriyyətinin Hacəttəpə Universitetinin
birgə təşkil etdiyi "Təhsildə qloballaşma və İKT" mövzusunda beynəlxalq elmi konfransın
xüsusi önəm daşıdığını qeyd etmək istərdik.
Səciyyəvi haldır ki, ölkənin aparıcı təhsil, elmi-tədqiqat müəssisələrinin qabaqcıl alim
və mütəxəssislərinin geniş təmsil olunduğu bu Konfransın işində, Türkiyə Cumhuriyyətinin
Hacəttəpə Universitetinin, Dağıstan Dövlət Pedaqoji Universitetinin tanınmış tədqiqatçı
alimləri prof.dr. B.Akkoyunlu, prof.dr. P.Aşkar, prof.dr. A.Altun, dr. H.Yurdugül, prof. T.H.
Vəzirov və b. fəal iştirak etmişlər.
Müasir dövrdə təhsilin informatlaşması dünyada gedən qloballaşma prosesləri ilə sıxı
surətdə əlaqədardır. Diqqətəlayiq haldır ki, konfransın elmi- tematik məzmununda, təhsilin
informatlaşması və qloballaşma problemləri üzvü vəhdət halında çıxış edir.
Konfransda çıxış edən məruzəçilər, təhsildə qloballaşmanın və İKT-lərin tətbiqinin
strateji istiqamətlərindən danışarkən, müasir təhsil sisteminin formalaşmasında, inteqrativ
proseslərin, beynəlxalq əməkdaşlığın müstəsna rol oynadığını xüsusi olaraq qeyd etmişlər.
Son illər, ADPU-da elmi nəşrlərin fəaliyyəti sahəsində ciddi dönüş əldə edilmişdir.
ADPU-da nəşr olunan "Elmi xəbərlər" elmi-metodik jurnalında mütəmadi olaraq,
universitetin professor-müəllim heyətinin, aspirant və dissertantların, həmçinin digər ali təhsil
Dostları ilə paylaş: |