Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   57   58   59   60   61   62   63   64   65

KONFRANS VƏ SƏRGİLƏR 
 
Təhsildə İKT 
 
172 
sərgisində  İsveçrə  tərəfindən  Mehmanxana  İşinin  İdarə  Olunması  üzrə  ali  məktəb  təqdim 
olundu. Hazırda əlavə peşəkar bacarıqların əldə edilməsi imkanını təmin edən şirkətlərin rolu 
artmaqdadır.  Bununla  əlaqədar  ilk  dəfə  olaraq  sərgidə  bugünkü  əmək  bazarının  müasir 
tələblərinə uyğunlaşmaq üçün konsaltinq, treninq və seminarlar təklif edən şirkət iştirak etdi. 
Bu  ilin  daha  bir  fərqli  məqamı  fəal,  işgüzar,  intellektual  və  əyləncəli  proqramın 
olmasıdır.  Üç  gün  ərzində  "onlayn"  rejimində  tədris  proqramları,  treninqlər,  kurslar 
keçiriləcək. Aparıcı mütəxəssislər tərəfindən "Təqdimat bacarıqlan" mövzusuna həsr olunmuş 
təkmilləşdirmə  məşğələləri  keçirildi.  Burada  təqdimat  mərasimlərinin  və  ya  çıxışların 
hazırlanması  və  keçirilməsi  texnologiyası  ilə  tanışlıq  oldu.  Həmçinin,  "Karyeranın 
planlaşdırılması"  adlı  təkmilləşdirmə  məşğələlərində  şəxsi  karyeranın  planlaşdırılması  üzrə 
nəzəri  biliklər  və  lazımı  bacarıqların  təqdim  edilməsindən  bəhs  olundu.  Sərgi  çərçivəsində 
bədii təfəkkürü və  yaradıcılığı  inkişaf  etdirən  yapon  intellektual oyunlar  və tapmacalar üzrə 
müsabiqə də keçirildi. Müsabiqənin nəticələrinə əsasən mükafatlar təqdim olundu. 
Sərgi  təşkilatçıları  "Uşaq  İlinə"  həsr  olunmuş  tədbirlər  planını  gerçəkləşdirməklə 
"Təhsil  və  Karyera"  sərgisində  uşaq  evləri  və  internatlar  üçün  kitab  yığımı  üzrə  "Kitab 
hədiyyə  et!"  adlı  xeyriyyə  aksiyasını  da  keçirdilər.  Öz  sahiblərinin  xeyri  naminə  xidmət 
göstərmiş  kitabların  uşaq  evləri  və  internatların  kitabxanalarında  ikinci  həyatlarını  yaşamaq 
şansları var. "Kitab hədiyyə et!" aksiyasında iştirak etmək istəyən bütün şəxslər öz kitablarını 
10-12  sentyabr  tarixlərində  keçirilən  "Təhsil  və  Karyera"  sərgisinə,  təşkilatçıların  stendinə 
gətirə  bildilər. Uşaq evləri  və  internatların  kitabxanalarına  hədiyyə edilmiş kitablar uşaqlara 
sevinc  və  bol  təəssüratlar  bəxş  etməklə  yanaşı,  həm  də  valideynsiz  qalmış  uşaqlara  fayda 
verməklə ikinci dəfə həyata vəsiqə qazandılar. 
İşəgötürən,  təhsil  müəssisələri  və  gənclər  arasında  dialoqun  inkişafı  üçün  platforma 
yaratmaq  -Azərbaycan Beynəlxalq Təhsil  və  Karyera  sərgisinin əsas  məqsədidir. Sözügedən 
sərgi regionda gənclərin yerli və beynəlxalq təhsilin inkişafı haqqında məlumatlandırılmasına 
yönəlmiş oxşar tədbirlər ilə müqayisədə ən iri tədbir sayılır. Belə ki, sərgi mədəni mübadilə 
proqramları,  Azərbaycanda  və  xaricdə  təhsil  və  iş  imkanları  haqqında  hərtərəfli  məlumat 
təqdim  edir.  Bundan  əlavə,  bu  sərgi  öz  ziyarətçilərinə  kadrlar  axtaran  şirkətlərin  korporativ 
"ruhunu"  hiss  etməyə,  hal-hazırda  hansı  ixtisaslara  daha  çox  tələbatın  olduğunu  öyrənməyə 
yardım edəcək. 
 
 


BEYNƏLXALQ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  173 
 
BAKI DÖVLƏT UNİVERSİTETİ BOLONİYA DEKLARASİYASININ PRİNSİPLƏRİNƏ 
MÜVAFİQ “VİRTUAL UNİVERSİTET” LAYİHƏSİNİ REALLAŞDIRDI 
S. Həsənova, F.Quliyev 
Lahiyənin icraçıları 
Azərbaycan Boloniya Deklorasiyasını imzaladıqdan sonra qarşıda duran əsas məsələ bu 
vacib  sənəd  çərçivəsində  təhsil  sistemini  avropa  standartlarına  uyğunlaşdırmaqdır.  Bununla 
əlaqədar  olaraq  artıq  bir  neçə  ildir  ki,  Boloniya  Deklorasiyasının  tələblərinə  cavab  verən 
standartların  tətbiqinə  dair  sistemli  iş  aparılır.  Bu  faktorlardan  biri  tədrisin  keyfiyyətini 
yüksəltmək  üçün  təhsil  sistemində  köməkçi  vasitə  kimi  informasiya-komunikasiya 
texnologiyalarının tətbiqidir. Bununla əlaqədar olaraq ali təhsildə İKT-nın tətbiqilə  və  “Virtual 
Universitet”  konsepsiyasının  reallaşdırılmasıyla  bağlı  böyük  proses  başladı.  Bu  istiqamətdə  ilk 
dəfə  “yaşıl  işığı”  Azərbaycanın qocaman universiteti olan Bakı Dövlət Universiteti  “yandırdı”. 
2008-ci  ildə  universitetin  bütün  16  fakültəsində  “Virtual  Universitet”in  kompleks  şəkildə 
tətbiqilə  əlaqədar  olaraq  8  ay  müddətində  bir  layihə  reallaşdırıldı.  Layihə  Avropa  Birliyinin 
“Cənubi  Qafqazda  Elektron  Cəmiyyətin  İnkişafı”  layihəsi  çərçivəsində  AzRENA,  Bakı  Dövlət 
Universiteti  və  Almaniyanın  IMC  AG  şirkətinin  birgə  səyləri  nəticəsində  yaradilmiş  Elektron 
Tədris Mərkəzində (ETM) həyata keçirilmişdir. 
“Virtual  Universitet”  tədrisdə  baş  verən  bütün  prosesləri  qismən,  bəzən  də  tamamilə 
virtual  mühitə  köçürür:  məsələn,  elektron  materialların  dövriyyəsini,  yeniliklərin  nəşrini 
(yayılmasını), tələbələr arasında ünsiyyəti, müəllimlər və tələbələr arasında fərdi ünsiyyəti və c. 
Qərbin müasir universitetlərinin hamısında “Virtual Universitet” aktiv şəkildə tətbiq edilir. Daha 
doğrusu  müasir  tədris  prosesini  “Virtual  Universitet”siz  təsəvvür  etmək  mümkün  deyildir. 
“Virtual  Universitet”  tələbələrə  təqdim  olunan  lazımi  və  vacib  xidmətlərin  siyahısına  uğurla 
daxil olmuşdur. Müasir universiteti kitabxana, idman kompleksi, oxu zalları, laboratoriyalar, və 
s. atributlarsız təsəvvür etmədiyimiz kimi, “Virtual Universitet”siz də təsəvvür etmək mümkün 
deyildir. “Virtual Universitet”ə daxil olmaq üçün tələbəyə verilmiş login və parol tələbə bileti ilə 
eyni xarakter daşıyır.  
Bakı  Dövlət  Universitetinin  “Virtual  Universitet”i  qapalı  xarakter  daşıyır  və  bu  virtual 
mühitə 
http://eu.bsu.az
 linki vasitəsilə daxil olmaq olar. Bu isə o deməkdir ki, giriş yalnız tədris 
prosesinin  iştirakçıları:  rəhbərlik,  müəllimlər  və  tələbələr  üçündür.  Bu  tədris  olunan  fənlərin 
elektron  materiallarının tələbələr  arasında  yayılması üçün digər universitetlərin tutduğu yoldan 
(universitetin korporativ saytında yerləşdirməsindən) fərqli olaraq yeganə düzgün həlldir. Başqa 
sözlə,  elektron  materialların  açıq  vəziyyətdə  yerləşdirilməsi  nəinki  digər  iştirakçılara  istifadə 
imkanı verir, həmçinin bu müəllimlərin hüquqlarının qorunmasında etik normalara cavab vermir. 


BEYNƏLXALQ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
174 
“Virtual  Universitet”in  proqram  təminatının  digər  vacib  xüsusiyyətlərindən  biri  də  hər  bir 
tələbəyə  hal-hazırda  hansı  fənnlər  tədris  olunursa,  ancaq  həmin  fənnlərə  giriş  imkanı 
qazandırmasıdır. Bu isə virtual mühitdə xaos yaratmır, əksinə naviqasiyanı sadələşdirir. Bundan 
başqa  “Virtual  Universitet”  informasiyaların  yayılması  üçün  xəbərlər  sütunu  kimi  güclü  alətə 
malikdir.  Xəbərlər  sütununda  yerləşdirilmiş  elan  24  saat  müddətində  tələbələrin  95%-ni  əhatə 
edir. “Virtual Universitet”in istifadəçilərinin ünsiyyət qurması üçün geniş imkanları (forum, çat, 
e-mail,  daxili  fərdi  mesajlaşma)  vardır.  Bu  ünsiyyətlərin  köməyilə  “Virtual  Universitet” 
universitet həyatında baş verən bütün proseslərin keyfiyyət indikatoru rolunu oynayır. Həmçinin 
tələbələr  forumlarda  müəllimlərin  elmi  fəaliyyətlərini  aktiv  şəkildə  müzakitə  edirlər.  Bu  isə 
gələcək  nəsil  tələbələrin  müəllim  seçimi  üçün  baza  rolunu  oynayır.  Qeyd  edək  ki, 
universitetlərdə  tədris  prosesinin  qurulması  üçün  Boloniya  Deklorasiyasında  belə  yaxınlaşma 
nəzərdə  tutulur  və  bu  müəllimlər  arasında  sağlam  rəqabət  mühiti  yaradır.  Hal-hazırda  8000-ə 
yaxın  tələbə  “Virtual  Universitet”də  qeydiyyatdan  keçirilmişdir.  Yeni  tətbiq  olunmasına 
baxmayaraq  gün  ərzində  istifadəçilərin  orta  statistik  sayı  900-ə  çatmışdır  ki,  bu  da  böyük  oxu 
zalının istifadəçilərinin sayıyla müqayisə ediləcək səviyyədədir. Bundan başqa saytda 1000-dən 
artıq fənn üzrə 12000-ə yaxın elektron mühazirə mətni yerləşdirilmişdir.   
Layihənin əsas nəticələrindən biri də multimedia kurslarının hazırlanmasıdır. Multimedia 
kursları  Lecturnity  proqram  təminatının  köməyilə  yaradılmışdır.  Bu  proqram  təminatı  ənənəvi 
auditoriya dərslərinin güclü tərəflərini özundə saxlamaqla yanaşı, təqdimatların yeni funksional 
imkanları ilə tədris prosesinin effektini hiss olunacaq dərəcədə artırır.  Mütəxəssislərin fikrincə, 
multimedia  kursları  ənənəvi  tədrisə  əlavə  keyfiyyət  gətirir  və  tələbələrin  elektron  materialları 
sistemli mənimsəməsinə imkan verir. “Virtual Universitet”in administrativ idarəsi üçün Elektron 
Tədris  Mərkəzinə  2008-ci  ildə  50  nəfər  tyutorliga  namizəd  dəvət  edilmişdir.  Tyutor  – 
Universitetdə  tamamilə  yeni  vəzifədir  və  tələbələrin  akademik  məsləhətçisi  adlanır. 
Diqqətəlayiqdir  ki,  38  nəfər  namizəd  imtahanları  müvəffəqiyyətlə  verərək  uyğun  sertifikatlar 
əldə  etmişlər.  2009-cu  ildə  bu  proseslər  həm  BDU-nin  özündə,  həm  də  BDU  vasitəsilə  digər 
universitetlərdə (APYDIA, ADNA) aparılmağa başlamışdır. 
Elektron Tədris Mərkəzi 
Layihə  bitdikdən  sonra  mərkəz  analoji  işləri  BDU  ilə  yanaşı  digər  universitetlərlə  də 
aparmağa  başlamışıdır. Mərkəzdə uyğun sahə üzrə ABŞ-da sertifikat almış, elektron və distant 
təhsil  üzrə  mütəxəssislər  çalışırlar.  Mərkəz  informasiya  texnologiyalarının  yeni  imkanlarının 
tətbiqilə  yanaşı,  tədrisin  idarəedilməsi  sisteminin  (LMS)  tətbiqilə  də  məşğul  olur.  Proqram 
təminatı  və  müasir  texniki  avadanlıqlar  “Cənubi  Qafqazda  Elektron  Cəmiyyətin  İnkişafı” 
layihəsi  çərçivəsində  gətirilmişdir.  Mərkəzin  məqsədi  Boloniya  Deklorasiyası  prinsiplərinin 
tətbiqində  Azərbaycanın  bütün  ali  məktəblərinə  köməklik  etməkdir.  Mərkəz  həmçinin 


BEYNƏLXALQ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  175 
multimedia  kurslarının  yazılması  və  hazırlanması,  virtual  mühitdə  tədris  prosesinin 
idarəedilməsi,  videokonfransların  keçirilməsi,  audiokitabların  yaradılması,  xüsusi  treninqlərin 
keçirilməsi və s. imkanlarına da malikdir. 
 


BEYNƏLXALQ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
176 
 
BSİ  LAYİHƏSİ HAQQINDA 
Ə.İ.Əliyev 
Lahiyənin Azərbaycan üzrə rəhbəri 
3  mart  2008-ci  il  tarixdə  start  götürmüş  Qara  Dəniz  Beynəlxalq  Əlaqə  (Black  Sea 
Interconnection-  BSI)  layihəsi  çərçivəsində  Cənubi  Qafqaz  ölkəkləri  arasında  regional  tədqiqat 
və  təhsil  şəbəkəsini  yaradılacaq  və  onların  nəhəng  Avropa  tədqiqat  şəbəkəsinə-  GÉANT2-yə 
qoşulmasına  zəmin  yaradacaq.  Bu  layihə  regionda  ən  böyük  layihə  olaraq  Qafqaz  ölkələri 
tədqiqatçılarının Avropa ölkələrində elmi-tədqiqat və təhsil sahəsində aparılan  işlərdə  yaxından 
iştirak  etməsinə  imkan  yaradacaq.  Qeyd  edək  ki,  Avropa  Komissiyası  7-ci  Çərçivə  Proqramı 
sayəsində BSI layihəsinə 1.4 mln evro ayırmışdır. 
BSI layihəsi çərçivəsində rəqəmsal fərqin aradan qaldırılması məqsədilə  Cənubi Qafqaz 
ölkələrindəki  GRENA  (Gürcüstan),  AzRENA(Azərbaycan)  kimi    Milli  Tədqiqat  və  Təhsil 
Şəbəkələri bazasında yüksək sürətli baza şəbəkəsi yaradılaraq onun Avropa GEANT2 şəbəkəsinə 
qoşulmasıyla  Cənubi Qafqaz və Avropa arasında rəqəmsal körpü yaradılacaq. 
Türkiyə  Milli  Tədqiqat  və  Təhsil  Şəbəkəsi  -    TÜBİTAK-ULAKBİM  Qara  Dəniz 
Beynəlxalq  Əlaqə  layihəsinin  işini  koordinasiya  edir.  Bu,  Türkiyə  tərəfindən  Çərçivə 
Proqramlarında koordinasiya edilən ən böyük və ən möhtəşəm layihədir. 
BSI layihəsi Cənub-Qərbi Avropada əldə olunan möhtəşəm nəticələrdən qaynaqlanaraq, 
Qara Dəniz  hövzəsi  və  Avropa Ölkələri arasında rəqəmsal  fərqləri azaltmağı qarşısına  məqsəd 
qoymuşdur. Bu layihənin məqsədi yalnız qlobal səviyyədə alimlərlə əməkdaşlıq etməkdən ibarət 
deyil,  həm də tibb, təhsil,  meteorologiya kimi sahələrə əhəmiyyətli dərəcədə təsiri olan  müasir 
onlayn  xidmətləri  ilə təchiz etməkdən  ibarətdir. Bu hər  iki tərəfin tədqiqatçıları  və  bütün əhali 
üçün böyük əhəmiyyət kəsb edəcəkdir.   
Baza  regional  şəbəkəsi  vasitəsilə  GEANT2-yə    yüsək  sürətli  qoşulma  Cənubi  Qafqazla 
qarşılıqlı  əlaqə  yaradılaraq  Avropadakı    yeni  xidmətlərin  regiona  təqdim  olunmasını  mümkün 
edir, bu isə Qafqaz elmi potensialının Avropada və bütün dünyada tanınması istiqamətində atılan 
mühüm  addımdır.  Bu,  bütün  dünyada  böyük  layihələrlə  əməkdaşlığı  mümkün  etməklə  Cənubi 
Qafqaz Ölkələri və Avropa arasında rəqəmsal fərqi aradan qaldırır. 
Qara  Dəniz  Beynəlxalq  Əlaqə  layihəsi,  Qara  Dəniz  İqtisadi  Birliyinin  məqsədlərini 
həyata keçirmək üçün əvəzolunmaz  imkandır. Bu, GEANT2 şəbəkəsinin köməyilə Qara Dəniz 
İqtisadi  Birliyinin  ən  ümdə  təcrübələrini  bölüşmək  və    bütün  ölkələrin  ümumi  maraqları 
çərçivəsində  olan  birgə  layihələri  öhdəsinə  götürməklə  Qara  Dəniz  İqtisadi  Birliyinə  üzv 
dövlətlərlə hövzə dövlətləri arasında elmi və texniki əməkdaşlığı inkişaf etdirəcəkdir. 


BEYNƏLXALQ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
  177 
 
NİG HAQQINDA 
E.R.Əliyev 
Lahiyənin Azərbaycan üzrə rəhbəri 
Azərbayсan Milli Elmlər  Akademiyasının  və Təhsil Nazirliyinin  bir sıra aparıсı elm  və 
tədris  müəssisələrinin təsisçiliyi  ilə 2000-сi  ilin avqust ayında   «Azərbayсan Elmi-Tədqiqat və 
Təhsil  Şəbəkələri  Assosiyası»  -AzRENA  (Azerbaijan  Research  &  Education  Network 
Association) İсtimai Birliyi yaradıldı. 
AzRENA  yarandığı  gündən  respublikada  elm  və  təhsil  müəssisələrində  yeni  kompüter 
şəbəkələrinin  layihələndirilməsi,  fəaliyyət  göstərən  kompüter  şəbəkələrinin  infrastrukturunun 
genişləndirilməsi  və  onların  qlobal  İNTERNET  şəbəkəsinə  qoşulması  istiqamətində 
məqsədyönlü  fəaliyyət  göstərməyə  başladı.  Bunlara  misal  olaraq  AMEA-nın  bir  çox  
institutlarında,  Təhsil  Nazirliyinin  17  Universitetində  (Bakı  Dövlət  Universiteti,  Azərbaycan 
Dövlət  İqtisad  Universiteti,  Azərbaycan  Texniki  Universiteti,  Azərbaycan  Memarlıq  və  İnşaat 
Universiteti,  Azərbaycan  Dillər  Universiteti,  Azərbaycan  Neft  Akademiyası  və  s.) 
layihələndirilmiş  və  istismara  verilmiş  kompüter  şəbəkələrini  göstərmək  olar.  Bu  kompüter 
şəbəkələri  hal-hazırda  AzRENA  çərçivəsində  bir-biri  ilə  birləşərək  böyük  infrastruktur  əmələ 
gətirmişlər. 
 
Layihənin struktur sxemi 
 
Azərbayсan daxilində elm və tədris müəssisələrində şəbəkə infrastrukturunun yaradılması 
və  bu  şəbəkənin  Beynəlxalq  Internet  şəbəkəsinə  qoşulmasında    AzRENA  əsas  etibarilə  əlqə 


BEYNƏLXALQ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
 
178 
kanalı  kimi  mis  naqilli  kabellərdən  istifadə  etmişdir  ki,  bu  da  yüksək  sürətli  və  keyfiyyətli 
informasiya mübadiləsi aparmağa imkan yaratmır.  
Bu  problemi  həll  etmək  üçün  AzRENA    yüksək  sürətli  əlaqə  kanalına  goşulmaları 
məqsədilə  Bakı  şəhərində  11  Universitetin  uyğun  ATS-lərlə  optik  kabellə  birləşdirilməsi  üçün 
layihə tərtib etmişdir.  Həmin layihənin maliyyələşdirilməsinə grant ayrılması üçün 2008-ci ilin 
dekabr ayında NATO-nun Elm Komitəsinə müraciət olunmuş və 2009-cu ilin iyun ayında qrant 
udulmuşdur. 
Bu qrantın maliyyələşdirilməsi üçün NATO  139000 Evro məbləğində  pul ayırmışdır. 
 
 
Dövlət qeydiyyatı: 
«Təhsildə  İKT»  elmi-metodiki  jurnalı11.12.2008-ci  ildə  Аzərbaycan  Рespublikası  Ədliyyə  Nazirliyində  Mətbu 
nəşrlərin dövlət qeydiyyatı reyestrinə daxil edimişdir. 
Qeydiyyat: № 2764 
 
 
 


 
 
Təhsildə İKT 
  179 
 
 
 
 
Baş redaktor: 
prof. A.R.Buniyatov 
 
Redaksiya Heyəti: 
 
R.R Abdurazaqov 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
pedaqoji elmlər namizədi, dosent. 
İ.N.İsmayılov 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
pedaqoji elmlər namizədi, dosent. 
Z.Ə.Tağıyeva 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
fizika-riyaziyyat elmləri namizədi, dosent. 
Ə.Q.Pələngov 
Azərbaycan Dövlət Pedaqoji Universiteti
 
pedaqoji elmlər namizədi, dosent. 
F.M.Mustafazadə 
Azərbaycan Dövlət Pedaqoji Universiteti
 
texniki elmlər namizədi, dosent. 
məsul katibE.V.Seyidzadə 
Qafqaz Universiteti 
baş müəllim. 
 
 
 
 
 
 
 
 
 
 
Çapa imzalanmış 19.05.2009-cu il 
Kagız formatı 60x84 1/16, çap vərəqi 8 
Sifariş 121, sayı 100 
 
ADPU-nun mətbəəsi 
Bakı, Ü.Hacıbəyov küçəsi, 34 
Tel: 493-74-10
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə