Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  27 
Göstərilən kompetensiyaların effektivliyinin dəyişməz şərti kimi, onların fundamental 
texnoloji  (baxılan  halda  psixo-pedaqoji  və  ixtisasyönümlü  sahələr)  elmlərin  əsasları  ilə 
bağlılığı  götürülür.  Bu  halda  effektivliyin  əldə  olunması  üçün  texnoloji  fənlərin  işçi 
proqramlarının  modifikasiyası  və  baza  bilik  və  bacarıqların  peşə  hazırlığının  fundamental 
təşkilində nəzərdə tutulmuş bilik və bacarıqlara inteqrasiyası həyata keçirilməlidir. 
Professional-kreativ  kompetensiyaların  formalaşmasında  peşəkar  pedaqoji  kadr 
hazırlığının  idərəolunması  həm  hazırda  müasir  iqtisadiyyatda  innovasiya  layihələrinin  və 
elmtutumlu  texnologiyaların  geniş  inkişafı,  həm  də  açıq  informasiya  şəbəkələrinə  asanlıqıa 
daxil olmanın əlverişliyi ilə bağlıdır. Belə şəraitdə tədris prosesində hazır biliklərin ötürülməsi 
məsələləri  öz  aktuallığını  itirir.  İnsanların  inkişafı  üçün  onlara  motivasiyanın  fasiləsiz 
özünüinkişaf  mexanizminin  aşılanması  öz  fəaliyyətini  aktuallaşdırır.  Deməli,  pedaqoji  kadr 
hazırlığında  professional-kreativ  kompetensiyaların  formalaşdırılması  əhəmiyyətli  rol 
oynayır. 
Kreativ bacarıqlar dedikdə, təhsil sistemində öz əhəmiyyətliliyi ilə xüsusi maraq kəsb 
edən  məsələlərin  həlli  üçün  yeni  ideya  və  metodların,  onların  formalaşdırılması, 
idarəolunması  mexanizmlərinin  hazırlanması,  effektiv  tədris  kursları  üzrə  yeni  layihələrin 
işlənilməsi  və  tələbələrin  elmi  yaradıcılığının  inkişafının  təmin  olunması  kimi  əsas 
qabiliyyətlərin  məcmusu  başa  düşülür.  Bu  halda  tədris  layihələndirmələri  (referatların,kurs 
işlərinin, kurs layihələrinin və s. yazılması) elmi yaradıcılığın başlanğıc fazası kimi çıxış edir. 
Bu  etapda  fəaliyyət  kompilyativ  (müstəqil  tədqiqat  aparmadan,  başqalarının  əsərlərindən 
istifadə olunma) və reproduktiv xarakter daşıyaraq və elmi yaradıcılıq səviyyəsinə qaldırılaraq 
kreativ  momentlərlə  zənginləşdirilir.  Bu  keçid  öyrənənlərin  problem  üzrə  peşəkar  təhsil 
sahəsində geniş maştabda tədqiqatlara cəlb olunmasına şərait yaradır. 
Kreativ kompetensiyaların  formalaşdırılması  məzunların  hazırlığının strukturu ilə  sıx 
birləşərək  şəxsiyyətin  refleksiv-kommunikativ  qabiliyyətlərinin  inkişafına  səbəb  olur. 
Refleksiv-kommunikativ  kompetensiyaların  inkişaf  formaları  müxtəlif  və  dəyişkəndir.  Bu 
kompetensiyalar  qruplar  və  şəxsiyyətlərarası  mədəni  ünsiyyəti  yaradaraq,  tələbələrin  və 
müəllimlərin şəxsi inkişaf proqramlarının kommunikativ keyfiyyətlərinin yüksəldilməsinə və 
özünütəkminləşdirməsinə  qədər  sahələri  əhatə  edir.  Bu  kompetensiyaların  müvəffəqiyyətli 
inkişafı  tələbə  özünüidarə  sisteminin  konfliktsiz,  əməkdaşlıq  və  bərabərlik  şəraitində  həyat 
fəaliyyətinin formalaşmasına köməklik göstərir. 
Modelin texnoloji bloku ümumiyyətlə tədris-təhsil prosesinə qabaqcıl informasiya və 
istehsalatla bağlı texnologiyaların, eyni zamanda psixoloji və pedaqoji texnologiyaların tətbiqi 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
28 
və  keyfiyyətinin  idarəolunmasına  istiqamətləndirilir.  Səriştəli  məzun  (pedaqoq)  hazırlığının 
texnoloji  müşaiyət  edilməsi  blokunun  birinci  komponenti  (modulu)  olan  təhsilvermə 
servisinin  multimedia  modullu  elektron  kommunikasiya  sistemlərinin  müasir  inkişaf 
mərhələsində təhsil servisinin multimedia funksiyasının reallaşdırılmasını həyata keçirir. 
Blokun  ikinci  istehsal  texnologiyaları  komponeti  pedaqoji  kadr  hazırlığının  təhsil-
tədris  prosesində  innovasiyaların  tətbiqinin  genişləndirilməsini  özünün  əsas  məqsədi  hesab 
edir. Bu proseslərin öyrənilməsi və tətbiqi, eyni zamanda keyfiyyətli kadr hazırlığının təmin 
olunması  üçün  xüsusi  ixtisas  kafedralarının  ümumtəhsil  müəssisələrində  filiallarının 
açılmasını,  elm-istehsalat  və  xüsusi  istehsalat  birliklərinin  resurs  mərkəzləri  sisteminin 
yaradılmasını və pedaqoji yönümlü ali məktəblərin profillərlə bağlı fakultələrinin filiallarının 
açılmasını zərurətə çevirir. 
Blokun üçüncü psixoloji texnologiyalarla bağlı komponenti (modulu) müəllimlərin və 
tələbələrin peşəkarlıq və şəxsi inkişafında onların psixoloji dəstəklənməsi və təlim sahəsində 
səmərəli  fəaliyyətin  təşkilinin  həyata  keçirilməsi  xüsusi  rol  oynayır.  Psixoloji  özünüinkişaf 
tədris  müəssisələrinin  bazasında  fəaliyyət  göstərən  praktik  psixologiya  mərkəzlərində, 
variativ  tədris  planlarına  daxil  edilmiş  fakultətiv,  elektiv  psixologiya  kurslarında, 
özünüidarəetmə ilə bağlı treninqlərdə həyata keçirilməlidir. 
Blokun  dördüncü  pedaqoji  texnologiyalarla  bağlı  komponenti  (modulu)  tələbələrin 
səriştəli  hazırləğının  idarəedilməsi  sistemində  təbiətəmüvafiqlik  prinsipi  əsasında  təhsil 
prosesinin  iştirakçılarının  mərhələli  inkişafını  təmin  edən  mühitin  yaradılmasını  və 
aşağıdakıların həll olunmasını əsas məqsəd kimi qarşıya qoyur : 
-
 
peşəkar özünüinkişaf üçün tələb olunan biliklər sisteminə yiyələnmə; 
-
 
peşə  fəaliyyətdə  qazanılmış  biliklərin  tədris  prosesində  və  real  situasiyalarda 
tətbiqi üçün bacarıqlara yiyələnmə; 
-
 
peşə sahəsində qarşıya qoyulmuş məqsədlərin sublimasiya olunmuş 
-
 
bilik və bacarıqlar əsasında həyata keçirilməsi üçün qabiliyyətlərin qazanılması. 
Bunlar  inteqrasiya  proseslərinin  sistemli  idarəedilməsinin  əhəmiyyətini  ön  plana 
çəkərək,  texnoloji  blokun  komponentləri  (modulları)  arasında  üfiqi  əlaqələrin  effektivliyini 
yüksəldir. Belə əlaqələrin qurulması aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir : 
-
 
kafedranın müəllimləri üçün öyrədici seminarların, dəyirmi masaların keçirilməsi; 
-
 
dərslərdə müəllimlərin qarşılıqlı iştirakının təmin edilməsi, dərslərin 
-
 
təhlili və onların səmərəli təşkili üçün müəyyən təkliflərin verilməsi; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə