TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
22
və elm müəssisələrinin alim və mütəxəssislərinin, pedaqogika elminin aktual problemləri üzrə
nəzəri və tətbiqi yönümlü elmi yazıları dərc olunmaqdadır.
Universitetdə 2008-ci il dekabr ayında dövlət qeydiyyatından keçmiş "Təhsildə İKT"
elmi-metodik jurnalının təsis olunması, təhsilin informatlaşmasının konseptual, metodoloji,
texniki-texnologi aspektlərinə dair elmi-metodik tədqiqatların nəticələrinin pedaqoji
ictimaiyyətə çatdırılması, elmi ideyaların mübadiləsinin aktivləşməsi məqsədini daşıyır.
"Təhsildə İKT" elmi-metodik jurnalının redaksiya heyətinin tərkibinə ölkənin pedaqoji
elm və təhsil sahəsinin qabaqcıl elm xadimləri, pedaqoqlar ilə yanaşı, Türkiyə
Cumhuriyyətinin, Avropanın, MDB ölkələrinin alim və mütəxəssisləri cəlb olunmuşdur.
Hal-hazırda, "Təhsildə İKT" elmi-metodik jurnalının birinci nömrəsi çapa
hazırlanmaqdadır. Ümüdvaram ki, "Təhsildə İKT" elmi-metodik jurnalının nəşri, ölkədə
pedaqoji təhsilin inkişafına öz töhfəsini verəcəkdir.
ADPU-da
pedaqoji təhsilin informatlaşmasının mövcud vəziyyətinə və
perspektivlərinə dair yuxarıda deyilənlərə yekun vuraraq, bir daha qeyd etmək istərdim ki,
Universitetin inzibati və professor-müəllim heyəti, milli təhsil sisteminin modernləşməsi və
dünya təhsil sisteminə inteqrasiyası yönümündə, Dövlət rəhbərliyinin, təhsil idarə
orqanlarının müəyyən etdikləri strateji kursun həyata keçirilməsi üzrə bütün səy və
bacarıqlarını əsirgəməyəcəklər.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
23
ALİ PEDAQOJİ KADR HAZIRLIĞINDA KEYFİYYƏTİN İDARƏOLUNMA
MODELİ
A.O. Mehrabov
texnika elmləri doktoru, professor
Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü
M. Məmmədova
“Tərəqqi” liseyinin direktoru
İdarəetmə mədəniyyəti bütün mədəniyyətlər
içərisində ən mürəkkəbi və ən çətinidir.
İ.KANT
Keyfiyyət istənilən obyektin müəyyənliyini bildirən fəlsəfi kateqoriya olub, onun
xassələrinin məcmusunda təzahür edən obyektiv və ümumi xarakteristikadır. Təhsil sferasında
isə keyfiyyət, təhsilin nəticələrinə uyğun əvvəlcədən müəyyən edilmiş normativlərə
(standartlara) müvafiq öyrənənlərin səviyyəsini, ümumi halda təhsil sisteminin durumunu
müəyyən edən ən vacib göstəricidir. Təhsilin nəticələri təkcə öyrənənin təhsilini başa
vurduqda yiyələndiyi bilik və bacarıqların səviyyəsi deyil, həm də onun dünyaya, cəmiyyətin
inkişafına baxışını və münasibətlərini göstərən müəyyən şəxsi keyfiyyətlərdir. Deməli,
təhsidə keyfiyyətə öyrənənlərə verilən bilik, bacarıq və vərdişlərin müvafiq dövlət
standartlarına və cəmiyyətin tələbatına hansı səviyyədə uyğunluğunu müəyyənləşdirən və
inkişafa xidmət edən başlıca meyar kimi baxmaq lazımdır.
Araşdırmalar göstərir ki, təhsil müəssisələrində keyfiyyətli təhsil sisteminin
qurulmasına və onun idarəedilməsinə yanaşmalar müxtəlifdir. Bir qrup mütəxəssislər
idarəetmənin müxtəlifliyini bürokratiyaya yol vermədən dəqiqliyə və operativliyə əməl
etmədə, digərləri onu idarəetmə aparatının minimum xərclə işləməsində, üçüncü qrup isə
idarəetmədə riyazi metodlardan və kompyuter texnologiyalarından geniş istifadə etməkdə
görürlər. Bu yanaşmaların hər üçündə qismən də olsa, idarəetmədə demokratik prinsiplərin
tətbiq olunması istiqamətində müsbət fikirlər vardır. Müasir yanaşmalara görə təhsil
müəssisələri elə bir pedaqoji sistem olmalıdır ki, şəxsiyyətin inkişafı, meyl, maraq və
qabiliyyətlərinin formalaşması, həmçinin onların mənəvi və əxlaqi cəhətdən layiqli bir
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
24
vətəndaş kimi yetişməsi üçün maksimum şərait yarada bilsin və bu prosesi səmərəli idarə edə
bilsin [1.2].
Hazırda təhsil müəssisələrində keyfiyyətin idarə olunması, aşağıdakı üç texnologiyaya
əsaslanır :
-
məqsədə görə idarəetmə;
-
prosesə görə idarəetmə;
-
son nəticəyə görə idarəetmə.
Keyfiyyətin idarəedilməsində əvvəlcədən bütün təsiredici amillərin nəzərə alınması
mümkün olmadığından, eyni zamanda təhsil müəssisəsinin ümumi işinə xarici amillər və
daxili mühit, hər bir tələbə qrupunun səviyyəsi, özünəməxsus xüsusiyyətləri təsir etdiyindən,
istənilən vəziyyətdən uğurla çıxmaq üçün müəllimlərin ustalığı, onların normativlərə uyğun
yaradıcı fəaliyyət göstərməsi ardıcıl olaraq izlənilməli, vaxtında müvafiq tədbirlər
görülməlidir [2].
Təhsildə keyfiyyətə nəzarət, onun idarəolunmasının təşkili xüsusiyyətləri, eyni
zamanda ümumtəhsil məktəblərində idarəetmə və təhsilvermənin inkişaf modelləri
tərəfimizdən nəzəri, pedaqoji-psixoloji baxımdan geniş araşdırılmış, alınmış nəticələr
pedaqoji mətbuatda və monoqrafiya formasında çap olunaraq geniş oxucu kütləsinə
çatdırıldığından, bu məqalədə araşdırılan problemlər üzərində bir daha geniş dayanmağı
məqsədəmüvafiq hesab etdik [2].
Bu məqalədə pedaqoji yönümlü təhsil müəssisələrində peşə təlimində keyfiyyətin
idarəolunmasının yeni konseptual modelinin əsas prinsiplərinin araşdırılmasına üstünlük
verilmişdir.
Müasir dövrdə təhsilşünaslıqda idarəetmədə innovasiyaların tətbiqi problemlərinin
araşdırılması xüsusi yer tutur. Professional-pedaqoji təhsil sistemində innovasiya
proseslərinin inkişafının məqsədli, proqram xarakterli məsələlərin qoyuluşu vasitəsilə
idarəedilməsi problemi daha da aktuallaşdırır.
Professional-pedaqoji təhsil, gənc nəslin tərbiyəsi ilə məşğul olan peşəkar kadr
hazırlığında innovasiya xarakterli nadir təhsil sferası kimi qəbul olunur. Ona görə də
professional-pedaqoji təhsildə innovasiya prosesləri təhsilin inkişafının və təhsil, təlim-tərbiyə
prosesinin
demokratikləşməsi,
humanistləşməsi,
regionlaşması,
təhsil
mühitinin
təbiətəmüvafiqlik prinsipləri və təhsil sahəsinin inteqrasiyası ilə bağlı ideyalar əsasında
qurulmalıdır.
Dostları ilə paylaş: |