Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  33 
Pedaqoji  yönümlü  ali  təhsil  müəssisələrində  səriştəli  kadr  hazırlığında  keyfiyyətin 
idarəedilməsinin  monitorinqinin  göstərilən  ardıcıllıqla  həyata  keçirilməsi,  mütəmadi  olaraq 
diaqnostik müşahidələrin ekspert qiymətləndirilməsinin təşkili, pedaqoji sistemin vəziyyətinin 
vaxtında müəyyən edilməsi və müvafiq korreksiya işlərinin aparılması təhsilimizin qarşısında 
duran əsas məqsədlərin həyata keçirilməsində mühim rol oynayır. 
Beləliklə təklif olunan  model  nəinki peşə-ixtisas  təhsilində keyfiyyətli  pedaqoji kadr 
hazırlığı  haqqında  etibarlı  və  kifayət  qədər  tam  informasiya  almağa  imkan  verir,  eyni 
zamanda  daha  keyfiyyətli  nəticələr  almaq  üçün,  prosesdə  nəzərə  alınmayan  məqamların  üzə 
çıxarılmasına  və  onların  peşəkar  pedaqoji  təhsil  fəaliyyətinin  məntiqinə  daxil  edilməsinə 
geniş  imkanlar  açır.  Ona  görə  də  Azərbaycan  təhsil  sistemində  keyfiyyətli  pedaqoji  kadr 
hazırlığında bu modelin geniş tətbiqinin həyata keçirilməsini məqsədəmüvafiq hesab edirik. 
Ali  təhsil  müəssisələrində  həyata  keçirilən  təhsil  islahatlarının  effektivliyinin  və 
səmərələliyinin  artırılması,  təhsilin  keyfiyyətinin  yüksəldilməsi  əhəmiyyətli  dərəcədə 
pedaqoji  innovasiyaların,  müasir  İKT-nın  telekomunikasiya  sistemlərinin  təlim-tədris 
prosesində, inzibatı idarəetmədə tətbiqi ilə əlaqədardır. 
Ali məktəblərdə təhsilin informatlaşması, özü-özlüyündə texnoloji təlim sistemlərinin 
realizə olunması baxımından səciyyələnir. 
Belə  ki,  telekomunikasiya  infrastrukturu  bazasında  avtomatlaşdırılmış  idarəetmə 
sisteminin qurulması, informasiya təhsil resursları sisteminin yaradılması və istismarı, baxılan 
modelin effektivliyinin təminatıdır. 
ƏDƏBİYYAT 
1.
 
Mərdanov  M.C.  Azərbaycan  təhsil  sistemi  :  Real  vəziyyət,  problemlər  və  islahat  istiqamətləri. 
Bakı, “Təhsil”, 2005. 
2.
 
Mehrabov A.O. Azərbaycan təhsilinin müasir problemləri. Bakı, “Mütərcim”, 2007. 
3.
 
Федченко  В.Ф.  Условия  обеспечения  режима  устойчивого  развития  образавательного 
учреждения. // Профессионал, М. : 2006, № 7,8. 
4.
 
Шишов С.Е. Мониторинг качества образования в школе. М. : Пед. общество России, 1999. 
5.
 
Болошов В.А. Системы оценки качества образования. М. : Лодос, 2007. 
6.
 
Шишов  С.Е.  М.  Школа  :  Мониторинг  качества  образования.  М.  :  Пед.  общество  России, 
2000. 
7.
 
Mərdanov M.C., Ağamalıyev P.A., Mehrabov A.O., Qardaşov T.B. Təhsil sitemində monitorinq və 
qiymətləndirmə.Bakı, Çaşıoğlu, 2003. 
 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
34 
BOLONİYA PROSESİNDƏ PEDAQOJİ FAKÜLTƏLƏRİN ROLU VƏ HƏYAT 
BOYU ÖYRƏNMƏ BACARIQLARI 
 
Prof. Dr. Haluk Soran 
Hacettepe Universiteti Pedaqojı Fakültəsi 
 
Prof. Dr. Buket Akkoyunlu 
Hacettepe Universiteti Pedaqojı Fakültəsi 
 
GİRİŞ 
21-ci əsrdə, iqtisadiyyatda siyasi təşkilatlarda, ictimai mədəni dəyərlərdə, informasiya 
texnologiyalarında  və  bir  çox  sahədə  dinamik  dəyişmələrə  şahid  olmaqdayıq.  Bu  sürətli 
dəyişmələr  ali  təhsil  müəssisələrinin  funksiyalarına,  xidmətlərinin  xüsusiyyətinə  və 
fəlsəfəsinə də təsir etməkdədir. Dünyada az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdəki 
sürətli əhali artımı, qloballaşma, informasiya cəmiyyəti, məlumat və ünsiyyət texnologiyaları, 
artan  rəqabət  və  ali  təhsilə  davamlı  artan  tələb  kimi  dinamiklər  ali  təhsil  təşkilatlarını  təsir 
edən başlıca faktorlardır. 
Beynəlxalq  əməkdaşlıq  (akademik  hərəkətlilik),  keyfiyyətin  idarə  olunması  və 
akreditasiya, ictimai məsuliyyət, öyrənmə-öyrətmə metodlarında paradiqma dəyişməsi (şagird 
mərkəzli  öyrənmə,  e-öyrənmə,  həyat  boyu  öyrənmə,  fənlərarası  və  çox  fənli  yanaşmaya 
istiqamətlənmə)  ali  təhsildə  yaşanan  dəyişmələr  olaraq  qarşımıza  çıxmaqdadır.  Beynəlxalq 
səviyyədə  akademik  hərəkətlilik,  diplom  və  dərəcələrin  ölkələr  tərəfindən  qarşılıqlı  olaraq 
tanınması  başqa  sözlə  beynəlxalq  standartların  yaradılması  əhəmiyyət  daşıyır.  Beləcə, 
dünyadakı  təhsil  qaynaqlarını  daha  geniş  kütlələrin  əldə  etməsini  təmin  edərək  şagirdlərin, 
müəllimlərin,  tədqiqatçıların  və  peşə  sahiblərinin  hərəkətliliyi  ilə  ali  təhsilin  xüsusiyyətini 
artırmaq  məqsəd kimi qoyulmaqdadır. Eyni zamanda,  başqa ölkələrdə təhsil  almış şəxslərin 
diplom və dərəcələrinin öz ölkələrində tanınması əsnasında qarşılanılacaq çətinlikləri aradan 
qaldıraraq  beyin  köçünün  qarşısını  alması  bir  başqa  məqsəddir.  Ali  təhsil  sahəsindəki 
dəyişmələr,  ali  təhsilin  fəlsəfəsini  (həyat  boyu  öyrənmə,  fənlərarası  yanaşma),  rəhbərlik 
anlayışını  (təşəbbüskar,  ictimai  məsuliyyətə  sahib,  iştirakçılarla  əməkdaşlıq  edən), 
metodologiyalarını  (şagird  mərkəzli  təhsil,  uzaqdan  təhsil,  e-öyrənmə)  dəyişdirmiş,  struktur 
dəyişiklikləri zəruri etmişdir. 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  35 
Avropa  Birliyi  ölkələrində  tətbiq  olunan  ali  təhsil  sistemləri  üçün  nəzərdə  tutulan 
struktur  dəyişikliyin  xüsusiyyəti  ilə  əhatəsinin  təyin  olunması  məqsədi  ilə  atılan  ilk  addım, 
Avropa  Birliyinin  1999-cu  ildə  nəşr  etdiyi  "Bologna  Xülasəsi"  ilə  başlayan  bir  ali  təhsil 
islahatı  cəhdidir.  Hədəf  2010-cu  ilə  qədər  Avropa  Ölkələrində  öz  daxillərində  uyğun,  bir-
birilərini qarşılıqlı olaraq anlayan, tamamlayan və rəqabət gücü yüksək bir "Avropa Ali Təhsil 
Sahəsi" yaradılmasıdır (Armstronq, 2000). 
Avropa  Birliyi  ölkələrində  tətbiq  olunan  ali  təhsil  sistemləri  üçün  nəzərdə  tutulan 
struktur  dəyişikliyin  xüsusiyyəti  ilə  əhatəsinin  təyin  olunması  məqsədi  ilə  atılan  ilk  addım, 
Avropa  Birliyinin  1999-cu  ildə  nəşr  etdiyi  "Bologna  Xülasəsi"  ilə  başlayan  bir  ali  təhsil 
islahatı  cəhdidir.  Hədəf  2010-cu  ilə  qədər  Avropa  Ölkələrində  öz  daxillərində  uyğun,  bir-
birilərini qarşılıqlı olaraq anlayan, tamamlayan və rəqabət gücü yüksək bir "Avropa Ali Təhsil 
Sahəsi" yaradılmasıdır (Armstronq, 2000). 
BOLOGNA PROSESİ VƏ AVROPA ALİ TƏHSİL SAHƏSİ 
Yuxarıda  haqqında  danışılan  hədəf  istiqamətində  Bologna  Xülasəsi  ilə  əhatə  edilən 
mövzular (fəaliyyət sahələri) bunlardır: 
-
 
Asan aydın olur və müqayisə edilə bilən dərəcələr (Diplom Əlavəsi); 
-
 
Əsas olaraq üç səviyyə yüksək təhsil: bakalavr, magistr və doktorantura, 
-
 
Ortaq Kredili sistem (ECTS); 
-
 
Şagird/təhsil üzvü hərəkətliliyi; 
-
 
Keyfiyyət zəmanəti mövzusunda əməkdaşlıq. 
Bu proses ölkələrin milli şərtləri və mədəniyyətləri ilə uyğun olmaq şərti ilə, Avropa 
daxilində ortaq təcrübələrin paylaşılması, ortaq hədəflərə çatmaq üzrə əməkdaşlıq edilməsi və 
bir-birinin  təcrübəsindən  faydalanması  yolu  ilə  reallaşacaq  (Gömrükçü,  2005).  Bologna 
prosesi; asan aydın ola bilən və müqayisə edilə bilən bir dərəcə sisteminin tətbiq olunmasını, 
bakalavr  və  magistr  olmaq  üzrə  iki  dərəcəli  bir  sistemin  tətbiq  olunmasını,  universitetlər 
arasında ortaq bir kreditli sistemin yaradılmasını (Avropa Kreditli Transfer Sistemi- European 
Credit  Transfer  System-  ECTS),  universitetlər  arasındakı  tələbə  və  müəllim  mübadiləsinin 
qarşısındakı maneələrin aradan qaldırılmasını, ali təhsildə tələbə iştirakının yüksək səviyyədə 
təmin  edilməsini,  ali  təhsildə  ortaq  diplom  vermənin  təşviq  edilməsini,  elmlər  namizədi 
dərəcəsinin  üçüncü  dərəcə  sistemi  olaraq  prosesə  daxil  edilməsini,  keyfiyyət  zəmanətində 
Avropa  ölçüsünün  yaradılmasını  və  ali  təhsildə  Avropa  ölçüsünün  qazandırılmasını  məqsəd 
qoymaqdadır.  Bologna  prosesi  adı  verilən  bu  proses,  daha  əvvəl  edildiyi  kimi  yeni  bir 
sistemin uyğunlaşdırması deyil, mövcud sistemlərin ortaq bir məxrəcə gətirilməsindən ibarət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə