Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  47 
ediləcəyini  müəyyənləşdirməlidir.  İlkin  təhlil  göstərir  ki,  pedaqoji  universitet  və 
institutlardakı ixtisasların demək olar ki, hər birində DT texnologiyalarının tətbiqi imkanı var. 
İxtisas  müəyyənləşəndən sonra tədris planındakı  hansı  fənlərin (kursların) DT texnologiyası 
ilə  tədris  olunması  müəyyənləşdirilir.  Bu  kurslar  ya  tamamən,  ya  da  qismən  (ayrı-ayrı 
mövzular, modullar) DT texnologiyası ilə tədris oluna bilər. Tədris planı və proqramların ilkin 
təhlilindən  sonra  kurs  və  ya  mövzuların  DT  keys  texnologiyası  ilə  tədrisinə  hazırlıq  işləri 
görülməlidir. Bu məqsədlə: 
-
 
Ayrı-ayrı  kurs  və  modullar  üzrə  xüsusi  çap  materialları  hazırlanmalıdır.  Hər 
mövzu  üzrə  tələbələrin  biliklərinin  yoxlanılması  məqsədi  ilə  xüsusi  test  tapşırıqlarının 
hazırlanmasına  da  ciddi  ehtuyac  var.  Kurs  və  modullar  üzrə  öyrədici,  nəzarətedici 
materialların  hazırlanması  xüsusi  problemdir.  Kursları  tərtib  edən  müəllimlər  bu  məqsqdlə 
xüsusi  hazırlıq  keçməli,  daha  sonra  isə  bu  materiallar  əsasında  DT-in  təşkili  və  aparılması, 
səmərəliliyinin təyin edilməsi metodikasını öyrənməlidirlər. 
-
 
Keys  texnologiyası  of-layn  rejimində,  CD-ROM  formasında  multimedia  tədris 
materialı hazırlanması və tətbiqini də nəzərdə tutur. Bu məqsədlə tədris planındakı kursun və 
ya  ayrı-ayrı  modulların  multimedia  tədris  vəsaiti  formasında  hazırlanmasına  ehtiyac  var. 
Multimedia  tədris  vəsaitinin  hazırlanması  texnologiyası,  ondan  tədrisdə  istifadə  metodikası 
üzrə də müəllimlərin xüsusi hazırlıq keçməsi zəruridir. 
-
 
Əyani  təhsil  alan  tələbələr  ayrı-ayrı  kurs  və  modullar  üzrə  yekun  və  aralıq  bilik 
səviyyələrini  yoxlamaq  üçün  müəllimlər  tərəfindən  əvvəlcədən  hazırlanmış  elektron 
testlərdən  istifadə  edə  bilər.  Bu  onların  biliklərinə  diaqnoz  qoymaqla  yanaşı,  tələbələrin 
biliklərində  olan  çatışmamazlıqları  vaxtında,  operativ  müəyyən  etməyə,  tədris  prosesinin 
gedişi  barədə  onlara  informasiya  verməyə  imkan  yaradır.  Bu  məqsədlə  əvvəlcədən  xüsusi 
testlər hazırlanmalı, sınaqdan çıxarılmalı, sonra isə onların elektron versiyaları  ya şəbəkədə, 
ya da xüsusi CD-ROM –da yerləşdirilməlidir. 
-
 
Əyani  təhsil  alan  tələbələr  əlavə  tədris  materialı  kimi  elektron  kitabxanalardan, 
internetin  açıq  informasiya  resurslarından,  müxtəlif  təhsil  portalları  və  saytlarından  tədris 
materialları əldə edə bilər. Bu məqsədlə əvvəlcədən mövzu və modul üzrə zəruri informasiya 
resurslarının ünvanı müəllim tərəfindən dəqiqləşdirməli, tələbələrə çatdırmalıdır. 
2. İlkin müəllim hazırlığının qiyabi təhsil formasında DT keys texnologiyaları. DT ilk 
əvvəllər qiyabi təhsilin təkmilləşdirilməsi, «qiyabi» təhsildə «əyani»liyin çəkisinin artırılması 
məqsədi ilə yaradılmışdır. Sonra inkişaf edərək müstəqil təhsil forması, daha sonra isə təhsil 
texnologiyası  statusunu  almışdır.  Bu  amillər  qiyabi  təhsillə  DT  arasında  müəyyən  tarixi 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
48 
əlaqələrin olmasını göstərir. Təcrübə göstərir ki, qiyabi təhsil forması ilə məşğul olan tədris 
müəssisələri DT texnologiyalarından daha asan və səmərəli istifadə edə bilirlər. Qiyabi təhsil 
təcrübəsi burada özünü göstərir. 
Əyani təhsil formasında olduğu kimi, qiyabi formada da, müəllim hazırlığı ilə məşğul 
olan  hər  hansı  tədris  müəssisəsi  müasir  DT  texnologiyalarından  istifadə  məqsədi  ilə,  hansı 
fakultə,  ixtisas  üzrə  bu  texnologiyanı  tətbiq  ediləcəyini  müəyyənləşdirməlidir.  İxtisas 
müəyyənləşəndən sonra müvafiq tədris planındakı hansı fənlərin (kursların) DT texnologiyası 
ilə  tədris  olunması  dəqiqləşdirilməlidir.  Bu  kurslar  ya  tamamən,  ya  da  qismən  (ayrı-ayrı 
mövzular, modullar üzrə) DT texnologiyası ilə tədris oluna bilər. Tədris planı və proqramların 
təhlilindən  sonra  kurs  və  ya  mövzuların  DT  texnologiyası  ilə  tədrisinə  hazırlıq  işləri 
görülməlidir.  Qiyabi  müəllim  hazırlığında  keys  texnologiyalarının  tətbiqi  üçün  ilk  növbədə 
aşağıdakı işlər görülməlidir: 
-
 
DT  texnologiyası  ilə  tədris  ediləcək  kursun  yüksək  ixtisaslı  professor-  müəllim 
heyəti  tərəfindən  oxunan  icmal  xarakterli  canlı  mühazirələri  video  kassetlərə  (audio 
kassetlərə,  DVD-lərə)  yazılaraq  böyük  tirajla  çoxaldılır  və  kursu  distant  öyrənən  bütün 
tələbələrə göndərilir. Tələbələrə göndərilən keys  kassetlərdən əlavə tədris planı, öyrəniləcək 
kursların proqramları, kursun müstəqil öyrənilməsi üçün metodik göstərişlər, çap materialları, 
testlər və s. təchiz edilir. 
-
 
Daha sonra ayrı-ayrı kurs və modullar üzrə xüsusi çap materialları hazırlanmalıdır. 
Bu  materiallar  kursun  məzmununu  daha  da  səmərəli  və  sərbəst  şəkildə  öyrənməyə  kömək 
etməlidir.  Ayrı-ayrı  mövzular  üzrə  biliklərin  yoxlanılması  məqsədi  ilə  xüsusi  test 
tapşırıqlarının hazırlanması da zəruridir. 
-
 
DT-nin  əyani  təhsil  formasında  olduğu  kimi  ,  qiyabi  təhsil  formasında  da  keys 
texnologiyalarının  tətbiqi  CD-ROM  formasında  multimedia  tədris  materialının  hazırlanması 
və tətbiqini nəzərdə tutur. Bu məqsədlə tədris planındakı kursların və ya ayrı-ayrı modulların 
multimedia tədris vəsaiti formasında hazırlanmasına ehtiyac var. 
-
 
Qiyabi  təhsil  alan  tələbələr  ayrı-ayrı  kurs  və  modullar  üzrə  yekun  və  aralıq  bilik 
səviyyələrini  yoxlamaq  üçün  müəllimlər  tərəfindən  əvvəlcədən  hazırlanmış  elektron 
testlərdən  istifadə  edə  bilər.  Bu  onların  biliklərinə  diaqnoz  qoymaqla  yanaşı,  tələbələrin 
biliklərində  olan  çatışmazlıqları  vaxtında,  operativ  müəyyən  etməyə  imkan  verər,  tələbələrə 
və  müəllimlərə  tədris  prosesi  barədə  real  informasiya  verə  bilər.  Bu  məqsədlə  əvvəlcədən 
xüsusi  testlər  hazırlanmalı,  sınaqdan  çıxarılmalı,  sonra  isə  onların  elektron  versiyaları 
hazırlanmalı, ya şəbəkədə, ya da xüsusi CD-ROM –da yerləşdirilməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə