TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
25
Təhsilin innovasiya modellərinin effektivliyinin müəyyən edilməsi zamanı mütləq
keyfiyyət və təhsildə keyfiyyətin idarəedilməsinə dair müəyyən suallar ortaya çıxır. Təhsildə
keyfiyyətin idarəedilməsi bütün səviyyələrdə təhsil sahəsində hazırlanan “məhsulların”
istehsalının planlı, məqsədyönlü təşkili prosesinə təsirilə müəyyən edilir. Baxılan halda peşə
təlimində “məhsul” professinal-pedaqoji təhsil müəssiəsində hazırlanmış səriştəli
(səlahiyyətli) məzunlardır. Qeyd olunan yanaşma tərzinə müvafiq olaraq professional-
pedaqoji təhsil müəssiələrində səriştəli mütəxəssislərin hazırlanmasını təmin edən peşə təlimi
prosesində keyfiyyətin idarəedilməsinin struktur-funksional modelinin nəzəri, pedaqoji-
psixoloji əsasları işlənilmişdir.
Bu modeldə pedaqoji ali məktəblərdə səriştəli məzunların(pedaqoqların) keyfiyyətli
hazırlanmasını təmin edən əsas şərtlər, prosesə təsir edən faktorlar və keyfiyyətin əsas
daşıyıcısı olan blok formasında qurulmuş konstruksiyalar öz əksini tapmışdır. Bu halda
keyfiyyət faktorları müvafiq modullar formasında təsbit edilir [3].
Keyfiyyətin idarəedilməsinin struktur-funksional modeli üç blokdan ibarət olub, hər
blokun özünün sərbəst strukturu və ayrıca hər blok üzrə fəaliyyətin nəticələrinin
monitorinqinin keçirilməsi planlaşdırılır və həyata keçirilir. Hər bir blok aşağıdakı struktura
malikdir:
-
Hazırlığın səriştəli (kompetensiyalı) məzmunu. Bu blokun strukturunu
professional kompetensiyaların (səriştəliliyin) uyğunlaşdırılması komponenti; professional
hazırlığın vaxtının uzadılması (prolonqasiya) ilə bağlı kompetensiyalar modulu; professional-
kreativ kompetensiyalar; refleksiv-kommunikativ kompetensiyalarla bağlı komponentlər
təşkil edir;
-
Hazırlığın texnoloji müşaiyət edilməsi. Bu blokun strukturunu təhsilvermə
servisinin multimedia modulu; zəruri istehsal texnologiyaları modulu; zəruri psixoloji
texnologiyalar modulu; zəruri pedaqoji texnologiyalar modulu təşkil edir;
-
Hazırlığın elmi-metodiki müşaiyət edilməsi. Bu blokun strukturunu isə təhsilin
tədris-metodiki təminatı modulu (komponenti); pedaqoji kadr potensialının inkişafı modulu;
elm-təhsil üzrə tərəfdaşlıq modulu; elmi-nəşriyyat fəaliyyətilə bağlı modul təşkil edir;
Modelin struktur bütövlüyünü komponentlərin (modulların) ierarxik tabelik prinsipi
təşkil etməklə bərabər, təhsil prosesinin aşağıdakı idarəolunma səviyyələri müəyyənləşdirir:
-
təhsil prosesində məzmunla bağlı keyfiyyətin idarəolunması;
-
təhsil prosesinin texnoloji müşaiyət olunmasında keyfiyyətin idarə olunması.
TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ
Təhsildə İKT
26
Yuxarıda göstərilmiş bloklar üzrə səriştəli məzunların (pedaqoqların) hazırlanması
keyfiyyətinin idarəedilməsinin əsas komponentlərini bir qədər geniş təhlil edək.
Səriştəli (səlahiyyətli) məzun (pedaqoq) hazırlığının məzmunu blokunun birinci
komponenti olan professional kompetensiyaların (səriştəliliyin) uyğunlaşdırılmasının təhlili
göstərir ki, ali pedaqoji kadr hazırlığında qabaqcadan hazırlanmış təhsil standartlarının
reallaşdırılmasına dair tələblər modulu xüsusi rol oynayır. Səriştəli pedaqoji kadrların
hazırlanmasında peşə təhsilinin özünə xas olan səciyyəvi xüsusiyyətləri vardır. Professional
səriştəliliyin binar tipli – psixo-pedaqoji və istehsal-texnoloji (xüsusi və ixtisas xarakterli)
sahələri peşəkar kadr hazırlığında xüsusi yer tutur. Əgər kadr hazırlığında psixo-pedaqoji
səriştəliliyi pedaqoji yönümlü lokal ali təhsil müəssisələrində və Elm-Təhsil Birliklərinin baza
(əsasən tələbələrin pedaqoji təcrübələrinin təşkil olunduğu təhsil müəssisəsi) müəssisələrində
təmin olunmasını həyata keçirmək mümkündürsə, istehsal-texnoloji səriştəlilik təklif olunan
modelə əsasən, kadr potensialı və maddi-texniki bazası hər bir məzuna (gənc pedaqoqa)
xüsusi şəraitin yaradılması üçün imkanları olan orta ixtisas və ümumtəhsil məktəblərində
həyata keçirilməlidir. Son illərdə Azərbaycanda ali pedaqoji kadr hazırlığında bu problemlər
üzrə səmərəli işlər həyata keçirilir, yeni normativ-hüquqi sənədlər hazırlanır. Təklif olunan
modelin uyğunlaşdırılmış blokunun həyata keçirilməsi üçün tədris-metodiki bazadan əlavə,
yüksək texnoloji tədris-istehsalat bazasının olması və ondan səmərəli istifadə də həlledici
əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, yalnız uyğun tədris istehsalat bazasının varlığı, tələb olunan
səviyyədə məzunların (pedaqoqların) hazırlığına tam zəmanət vermir. Bu problem təhsil
müəssisələrinin istedadlı, çox zəkalı mütəxəssislərinin, yəni, pedaqoq, mühəndis, texnik-
texnoloq, yüksək ixtisaslı fəhlə və s. ilə təmin olunmasını və praktikantlarla müntəzəm,
səmərəli məşğul olmalarını tələb edir.
Peşə təhsilində yeni yetişən gənc məzunların (pedaqoqların) hazırlanmasında
professional hazırlığın vaxtının uzadılması (prolonqasiya) ilə bağlı kompetensiyaların
formalaşması da xüsusi əhəmiyyət daşıyır. Belə kompetensiyalar məzunların peşəkar hazırlıq
sahəsində surətli inkişafetmə qabiliyyətinin tərbiyə olunması üçün ixtisas üzrə fundamental
nəzəri hazırlığa əsaslanır. Belə yanaşma, eyni zamanda gənc mütəxəssisdə təhsil
xidmətlərinin konyükturasının (vəziyyətinin) dəyişməsinə öz münasibətini bildirmək üçün və
peşə fəaliyyətinə uyğun bir-birinə çox yaxın, tələb olunan iqtisadi sahələrin öyrənilməsinə
dair bacarıq, qabiliyyətlər formalaşdırır.
Dostları ilə paylaş: |