Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
  45 
yüksəldir.  Bu  təlim  texnologiyası  fasiləsiz  müəllim  hazırlıgının  mövcud  sistemlərinə  təbii 
olaraq  inteqrasiya  edilir,  onları  təkmilləşdirir,  fasiləsiz  təhsil  prosesini  bütövlükdə  inkişaf 
etdirir. Beynəlxalq səviyyədə belə bir fikir formalaşıb ki, DTS qloballaşan dünyada XXI əsrin 
ən perspektiv təhsil texnologiyası, təhsil innovasiyasıdır. 
DİSTANT TƏHSİL PEDAQOJİ İNNOVASİYADIR 
Bu gün qlobal təhsil məkanında distant təhsilin pedaqoji və iqtisadi səmərəsi artıq heç 
kimdə  şübhə  doğurmur,  bu  məsələ  ətrafında  mübahisələr  çoxdan  (  keçən  əsrin  90-  cı 
illərində),  birmənalı  şəkildə  distant  təhsilin  səmərəli,  innovativ  bir  təhsil  texnologiyası 
olmasını təsdiq etmişdir. Distant təhsil elə sürətlə inkişaf edir, bir çox ölkələr, o cümlədən bir 
sıra  MDB  ölkələri  distant  təhsildən  səmərəli  istifadə  edirlər,  bu  sahədə  xeyli  təcrübə 
toplamışlar. Distant təhsil fasiləsiz, ömürboyu təhsilin qarantı olan Açıq Təhsil Sisteminin ən 
səmərəli  təşkilidir.  Hal-hazırda  YUNESKO  Virtual  Şəbəkə  Universitetinin  təşkili 
istiqamətində iş aparır. Virtual Şəbəkə Universitetində heç bir məkan və zaman məhdudiyyəti 
olmadan,  yaşından,  cinsindən,  irqindən,  milliyyətindən  asılı  olmayaraq  dünyanın  istənilən 
sakini virtual formada təhsil ala bilər. 
Milli  təhsil  sisteminin  modernləşməsi  zərurəti,  bu  prosesin  metodoloji  əsasları  ilə 
əlaqədar  Azərbaycan  Respublikasının  Prezidenti,  cənab  İlham  Əliyevin  Azərbaycan 
müəllimlərinin  XIII  qurultayının  iştirakçılarına  göndərdiyi  məktubunda  deyilir:  “Bu  gün 
qədəm  qoyduğumuz  informasiya  cəmiyyəti  və  biliklərə  əsaslanan  yeni  tipli  iqtisadiyyatın 
formalaşması,  qloballaşma  çağırışları,  bütün  dünya  təhsil  sistemi  qarşısında  yeni  vəzifələr 
qoyur.  “Təhsil  əsri”  adı  qazanmış  XXI  əsr  Azərbaycan  təhsilinin  də  yeniləşməsini  və 
müasirləşməsini  tələb  edir.”  Cənab  Prezidentin  təhsil  sektoru  qarşısında  qoyduğu  tələb- 
“Azərbaycan  təhsilinin  yeniləşməsini  və  müasirləşməsi”  tələbi  təhsilin  kompleks 
informatlaşmasını,  təhsil  sistemində  İKT-dən  intensiv  istifadəni,  virtual,  distant  təhsilin 
yaranması və inkişafını tələb edir. 
DİSTANT PEDAQOJİ TƏHSİLİN PRAKTİK MƏSƏLƏLƏRİ 
İlkin müəllim hazırlığında DT keys texnologiyası. DT-nin mövcud texnologiyalarının 
(keys,  İnternet,  TV  texnologiyaları)  hər  biri  ilkin  müəllim  hazırlığında  müvəffəqiyyətlə 
istifadə  edilə  bilər.  Lakin  İnternet  texnologiyası  və  TV  texnologiyasının  real  tətbiqi  üçün 
respublikada  xeyli  hazırlıq  işləri görülməlidir (xüsusən də sistemli  hüquqi-normativ  bazanın 
yaradılması, maddi-texniki bazanın gücləndirilməsi, elektron kursların hazırlanması, DT üzrə 
kadrların  kompleks  hazırlanması  və  s.).  Keys  texnologiyası  isə  nisbətən  az  vaxt  ərzində,  az 
məsrəflə,  az  resurs  sərf  etməklə  reallaşa  bilər.  Bu  səbəbdən  «müəllimlərin  peşəkarlıq 


TƏHSİLİN İNFORMATLAŞMASININ NƏZƏRİ VƏ METODOLOJİ MƏSƏLƏLƏRİ 
 
Təhsildə İKT 
 
46 
səviyyəsinin  fasiləsiz  yüksəldilməsinin  strategiyası  və  konsepsiyası  çərçivəsində  DT  və 
əlaqədar sahələr» alt komponentin hazırlanması və praktik tətbiqi məqsədi ilə ilkin mərhələdə 
keys  texnologiyasından  istifadə  nəzərdə  tutulur.  Bu  texnologiyanın  tətbiqinə  hazırlıq 
mərhələsi  nisbətən  asan  olub,  praktik  tətbiqi  ciddi  çətinliklər  törətmir.  Bu  texnologiyanın 
tətbiqi  zamanı  toplanmış  təcrübə  digər  texnologiyaların  tətbiqi  zamanı  fundament  ola  bilər, 
sonrakı mərhələdə daha da inkişaf etdirilə bilər. Beynəlxalq təcrübədə də bir çox ölkələr DT 
texnologiyasının  praktik  tətbiqinə  məhz  keys  texnologiyasından  başlamışlar.  Ona  görə  də 
layihədə əsasən müəllimlərin fasiləsiz hazırlığı prosesində DT keys texnologiyasının tətbiqinə 
baxılır.  Respublika  səviyyəsində  DT  sisteminin  yaradılşması  və  inkişafı  konsepsiyası  ,  DT 
Dövlət  Proqramı  hazırlandıqdan,  müəyyən  zəruri  təşkilati-metodik  işlər  görüldükdən  sonra 
DT–nin digər texnoloğiyalarından da tam, səmərəli istifadə etmək olar. 
DT  keys  texnologiyası  tələbələrə  keys  formasında  təqdim  edilən  çap  və  multimedia 
tədris-metodik  materialların  müstəqil  surətdə  öyrənilməsini  nəzərdə  tutur,  bu  zaman  əyani 
məşğələ formaları üstünlük təşkil edir. Müəyyən kurs üzrə bu məşğələlər başlanğıc mühazirə, 
fəal  seminar,  treninq,  məsləhət,  nəzarət  yoxlama  formalarını  əhatə  edir.  Əsas  diqqət  xüsusi 
hazırlanmış müəllim-tyutorla tələbələrin qrup halında məşğələlərinə yetirilməlidir. 
İlkin müəllim hazırlığında DT keys texnologiyaları əyani, qiyabi və DT formalarında 
tətbiq  edilə  bilər.  Azərbaycan  Respublikasının  «Təhsil  qanun»unun  yeni  layihəsində  DT, 
təhsilin  xüsusi  forması  kimi  qeyd  olunduğu  üçün  (bu  qanunun  tezliklə  qəbul  edilməsi 
gözlənilir)  perspektivdə  bu  təhsil  formasının  həyata  vəsiqə  alması  realdır.  Əyani  və  qiyabi 
formada  müəllim  hazırlığında  DT-nin  texnologiya  olaraq  istifadəsi  realdır.  Tədris 
müəssisəsinin  imkan  və  məqsədlərindən  asılı  olaraq  əyani  və  qiyabi  təhsil  sistemində  bu 
texnologiya az və ya çox istifadə oluna bilər. Tədris planında olan bir və ya bir neçə kurs tam 
distant formada (bu halda ixtisas qismən distant tədris edilir) və yaxud hər hansı kursun bir və 
ya bir neçə mövzusu distant formada (bu halda kurs qismən distant tədris edilir) tədris edilə 
bilər. 
Distant formada  müəllim  hazırlığında  isə DT  həm  forma,  həm texnologiya ola  bilər. 
Mövcud  ədəbiyyatda  DT-nin  təlim  forması,  yoxsa  texnologiyası  olması  barədə  vahid  fikir 
yoxdur.  Əgər  90-cı  illərdə  DT  təhsil  forması  kimi  qəbul  olunurdusa,  son  zamanlar  İKT 
texnologiyalarının inkişafı nəticəsində DT-yə daha çox texnologiya kimi baxılır. 
1.  İlkin  müəllim  hazırlığının  əyani  təhsil  formasında  DT  keys  texnologiyası.  Əyani 
formada  müəllim  hazırlığı  ilə  məşğul  olan  hər  hansı  tədris  müəssisəsi  müasir  DT 
texnologiyalarından  istifadə etmək  istəyirsə,  bunun  hansı  fakultədə,  hansı  ixtisas üzrə tətbiq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə