Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix12.10.2018
ölçüsü0,89 Mb.
#73654
1   ...   6   7   8   9   10   11   12   13   14

 

39

zaman  tədqiqat  yenidən  təkrar  olunur.  Tədqiqatın  nəticəsi  xüsusi  cədvəl 



formasında tərtib edilməklə orta rütubət göstəricisi hesablanır.  

Digər  qurudulma  üsulu  ilə  gönün  tərkibində  rütubətin  miqdarının  təyini 

metodunun  mahiyyəti  aşağıdakı  kimidir.  Bu  üsul  tərkibində  yağlı  birləşmənin 

miqdarı  az  olan  gön  nümunəsinin  rütubətinin  təyini  məqsədi  üçün  daha  əlverişli 

sayılır.  Bunun  üçün  1,5-2  q  çəkidə  gön  nümunəsi  xırda  hissəciklərə  doğranmaqla 

alüminiumdan  olan  büksün  içərisinə  doldurularaq  ağzı  açıq  şəkildə  quruducu 

şkafda yerləşdirilməklə 128-130C-də qurudulur.  

Əgər tədqiqat bir neçə nümunə üzrə paralel aparılırsa, o zaman büksləri eyni 

vaxtda 

quruduğu 



şkafın 

içərisində 

yerləşdirib 

qurudulmanı 

aparırlar. 

Qurudulmanın birinci mərhələsi 30 dəqiqə, sonrakı mərhələnin hər birisi 15 dəqiqə 

daimi çəki alınana qədər davam etdirilir.  

Biz  şəxsi  tədqiqata  başlamazdan  əvvəl  bir  neçə  hazırlıq  işlərini  görməyi 

vacib  saydıq.  Yəni  tədqiqat  üçün  hansı  gön  növündən,  özü  də  gönün  2  hissəyə 

bölünmüş yerinin hansı hissəsindən götürməli, tədqiqat üçün hansı metodikadan və 

cihazlardan  istifadə  etməyi  müəyyənləşdirdik.  Bu  zaman  bir  neçə  çətinliklərlə 

üzləşməli  olduq.  Lakin  çətinliklə  də  olsa,  tədqiqat  üçün  gön  növü  kimi  xrom 

aşılanması  üsulu  ilə buzov dərisindən emal edilmiş ayaqqabının  üzünə sərf edilən 

gön  növünün  seçilməsini  məsləhət  bildik.  Seçilmiş  gön  növündən  işin  tədqiqat 

hissəsində verilmiş 1-ci şəkildəki qaydadan istifadə etməklə 4-cü və 24-cü sahədən 

2 nümunə götürdük. Götürülmüş hər iki nümunə quruducu şkafda həm 100-105C-

də  və  həm  də  128-130C-də  qurudulmaqla  tədqiqatdan  keçirildi.  Ədəbiyyat 

mənbələrindən  göründüyü  kimi,  gönün  topoqrafiyasından  asılı  olaraq  onun 

kimyəvi  tərkib  göstəriciləri  də  ayrı-ayrı  yerlərində  eyni  deyil.  Bu  məsələnin 

aydınlaşdırılması  baxımdan  rütubətin  miqdarını  təyin  edərkən  elə  1-ci  şəkildə 

göstərilən  sahələrə  müvafiq  olaraq  nümunə  kəsib  götürməli  olduq.  Tədqiqatı 

yuxarıda  izah  olunan  metodika  əsasında  aparmış  və  alınan  nəticəni  aşağıdakı 

düsturla hesablamışıq. 

,

100



q

q

q



W

1

1





 


 

40

q



74

,

1



q

q

0



,

2

q



1



 

 

%



13

W

%



13

0

,



2

0

,



26

100


0

,

2



26

,

0



100

0

,



2

74

,



1

0

,



2

W

1



1







 

71

,



1

q

0



,

2

q



1



 

 

%



5

,

14



W

%

5



,

14

0



,

2

0



,

29

100



0

,

2



29

,

0



100

0

,



2

71

,



1

0

,



2

W

2



2







 

Tədqiqatın nəticəsindən göründüyü kimi, ayaqqabının üzünə sərf edilən gön 

növünün müəyyən edilmiş hər iki sahəsindən götürülən nümunə üzrə alınan rütubət 

göstəricisi standart normalarına tamamilə uyğun gəlir. Lakin bununla yanaşı, qeyd 

etmək lazımdır ki, təbii gön materialları çox hiqroskopik  materiallar sırasına daxil 

olduğundan  ətraf  mühitin  nisbi  rütubətinin  dəyişməsi  ilə  gönün  tərkibindəki 

rütubətin  miqdarı  da  dəyişir.  Bu  çox  müsbət  hal  hesab  edilir.  Çünki  gön 

materiallarının  əksəriyyət  fiziki-mexaniki  xassələri  birbaşa  rütubətin  səviyyəsi  ilə 

sıxı  əlaqədardır.  Bu  da  məlumdur  ki,  gönün  tərkibində  rütubət  az  olduqca,  onun 

mexaniki təsirlərə qarşı davamlılığı da azalır. 

 

 

 




 

41

VII. GÖN MATERIALLARININ TƏRKIBINDƏKI ZÜLALI 



MADDƏLƏRIN MIQDARININ TƏYINI 

 

Bildiyimiz  kimi, emal  prosesində əsas  məqamlardan biri zülali  maddələrin 



aşılayıcı 

agentlərlə 

qarşılıqlı 

əlaqəsindən 

ibarətdir. 

Odur 


ki, 

gön 


yarımfabrikatlarının  əsas  xassələri  bu  iki  komponentin  birləşməsindən  və  fərq 

münasibətindən  çox  asılıdır.  Bu  baxımdan,  gön  yarımfabrikatlarının  tərkibindəki 

aşılayıcıların  zülali  maddələrə  qarşı  münasibətini  birbaşa  metodla,  yəni  xrom 

oksidinin,  bitki  mənşəli  tanid  aşılayıcısının  miqdarına  və  s.  görə  asanlıqla  təyin 

etmək  olar.  Son  məqamda  aşılayıcı  maddənin  miqdarını  ümumi  maddələr  də 

birlikdə olmaq şərti ilə 100% hesabından çıxmaqla təyin edirlər. Lakin ya birbaşa 

və  yaxud  da  dolayısı  ilə  aşılayıcı  maddələrin  zülallara  nisbəti  hesablayarkən 

gönün  və  yaxud  da  xam  dərinin  tərkibindəki  zülali  maddələrin  miqdarını  azota 

görə  təyin  etmək  çox  vacibdir.  Bunun  üçün  dünya  ölkələrinin  gön  istehsalı 

texnologiyasında  yaxşı  məlum  olan  Kyeldal  üsulundan  istifadə  edilir.  Bunun 

üçün  yekun  hesablama  ərəfəsində  bir  neçə  məhdudiyyəti  müəyyən  etmək 

kifayətdir.  Odur ki, azotun  zülali  maddələrə  qarşı olan  nisbətini  5,62 əmsal  kimi 

qəbul  etmişlər.  Həmin  üsulun  dəqiqliyini  1893-cü  ildə  Amerika  mütəxəssisləri 

Şreder  və  Pessler  heyvan  dərisinin  analizi  zamanı  bir  daha  dəqiqləşdirmişlər. 

Bunların  apardıqları  tədqiqata  görə  müxtəlif  heyvan  cinslərinin  tamamilə  quru 

halda  dərisinin  tərkibində azotun  faiz  hesabı  ilə  göstəricisi aşağıdakı  cədvəl  4-də 

verilmişdir. 

Cədvəl 4. 

Sıra 

sayı 

Dərilərin növləri 

Azotun miqdarı (%-lə) 

1. 


Iribuynuzlu heyvan dərisi 

17,88 


2. 

Buzov dərisi 

17,78 

3. 


At dərisi 

17,93 


4. 

Donuz dərisi 

17,84 

5. 


Dəvə dərisi 

17,67 


 

Cədvəldə  verilən  məlumatlara  görə  orta  göstəricidən  (17,80)  azotun 

hesablanma əmsalı 5,62 kimi qəbul edilmişdir.  



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə