84
daha proqresivdir. Göstərilən tələblərin yerinə yetirilməsi istiqamətində Mərkəz Bank
tərəfindən hazırlanmış və tətbiq olunan normativ sənədləri təqdirəlayiq hesab etmək
olar. Ümid edirik ki, yaxın gələcəkdə sığorta şirkətləri də qabaqcıl təcrübələrin tətbiq
olunması, ciddi instisuonal dəyişikliklərin aparılması, o cümlədən mükəmməl
korporativ idarəetmə sisteminin yaradılması üçün bütün mövcud resurslardan
səmərəli istifadə edəcək.
85
İstifadə edilmiş ədəbiyyat siyahısı
1. İ.Ş.Rüstəmov “Korporativ idarəetmə” Bakı-2013
2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirinin Azərbaycan Korporativ
İdarəetmə Standartları.
3. “Banklarda korporativ idarəetmə standartları” haqqında qanun
4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
5. Əliyev M.Ə., Həmidov H.İ., Hüseynli A.T. Korporativ idarəetmə. Dərslik.
Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2011
6. Синенко А.Ю. Эмиссия корпоративных ценных бумаг: Правовое
регулирование, теория и практика. – М., 2002. – С. 19.
7. Пахомова Н.Н. Основы теории корпоративных отношений (правовой
аспект). Екатеринбург, 2004. – С. 54.
8. Макарова О. А. Корпоративное право: учебник. С. 3.
9. Шаститко А. Е. Проблемы корпоративного управления и особенности
перераспределения прав контроля в России // Информационно-
аналитический бюллетень БЭА № 56. — М.: БЭА 2004.
10. Лазарева О. В., Рачинский А. А., Ружанская Л. С. Корпоративное
управление: Методическое пособие к спецкурсу. — Екатеринбург: Изд-во
Урал. ун-та, 2003. — 161 с.
11. S.H.Abasova - “Korporativ idarəetmə” fənni üzrə mühazirələr toplusu, 2008
12. Azərbaycan
Korporativ
İdarəetmə
Layihəsi,
Beynəlxalq
Maliyyə
Korporasiyası,2006.
13. Azərbaycan Mərkəzi Bankı, Korporativ İdarəetmə Standartları, 2005.
14. Azərbaycan Korporativ İdarəetmə Layihəsi, Beynəlxalq Maliyyə Korporasiyası
2121 Pennsillvaniya prospekti
15. E.Kərimov “Azərbaycan Korporativ (Şirkətlər) Hüququ” Bakı,Qanun
Nəşriyyat, 2014.
16. Azərbaycan Respubliksının Mülki Məcəlləsi
17. Храброва И.А. Корпоративное управление – М.: Альпина, 2000 г
86
18. Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar.Bakı 1999.
İnternet səhifələri
19.
www.google.az
20.
www.data.worldbank.org
21.
www.economy.gov.az
22.
www.banco.az
23.
www.ifc.org
24.
www.stat.gov.az
25.
www.cbar.az
26.
www.kapitalbank.az
27.
www.audit.gov.az
28.
www.apa.az
87
SUMMARY
Corporate management is usually broken down by major divisions or functions
of the corporation. Common corporate management positions include the president or
chief executive officer, vice president, chief financial officer, chief information
officer and chief operating officer. Each corporate officer has a management staff that
handles specific tasks in her division. Corporations may create an organizational
chart to inform employees of the corporation’s management structure.
Two types of decision-making styles are found in corporate management: centralized
and decentralized structures. Centralized decision-making structures require lower-
level employees to funnel information up the management chain so top-level
managers can make the decision. While this management style can be time-
consuming, it may lead to better decisions since the most educated and experienced
individuals are making the decisions.
Corporations are large businesses with several departments or divisions producing
goods and services for consumers. The number of managers and management style
depend on the size of the corporation and corporate culture. Publicly held
corporations usually have a board of directors that selects the management team to
run the operations of the corporation. The board of directors acts only as business
advisers to corporate management; interfering with daily management decisions may
convolute the organization style of the company.
Decentralized or “loose” management styles may hurt business operations
because too many individuals have decision-making responsibilities. Front-line
managers and employees may make decisions that are not in the best interest of the
company and cause the company to lose time or money. As companies grow and
expand, they may choose to hire outside consultants or change agents to help them
define their management style. These individuals give companies an objective look at
the current management structure and suggest ways to improve the company’s
management style. Public corporations will have access to members of the board of
directors, who can make suggestions on the current management style.
88
РЕЗЮМЕ
Корпоративные отношения - это система отношений, складывающихся
между участниками объединения (акционерами) и обособленным от
акционеров
аппаратом
управления
(менеджментом),
а
также
между
менеджментом и другими заинтересованными лицами такого объединения
(работниками, партнерами, государственными органами и проч.) и являющихся
результатом компромисса интересов объединения, его участников и
менеджмента.
Корпоративные отношения внутри объединения - внутрикорпоративные.
В основном это отношения частноправовые, так как в их рамках реализуют
свои
интересы
акционеры
-
равные,
независимые
самостоятельные
собственники акций. Но здесь присутствуют отношения и публично-правовые.
Например, каждый акционер - обладатель голосующей акции имеет право
голоса на общем собрании акционеров. Если он не присутствовал на общем
собрании или голосовал против принятого решения, он подчиняется принятому
решению. Также обязательны к исполнению решения совета директоров,
правления, генерального директора.
Корпоративные отношения - это прежде всего отношения внутри самой
корпорации между различными группами участников корпорации, между ними
и профессиональным менеджментом, между директорами и менеджментом.
Характер этих отношений различный: это отношения в сфере управления
(которые шире, чем отношения внутриорганизационные), имущественные
отношения (например, определение размера вознаграждения членам совета
директоров). От того, насколько отлажены механизмы взаимоотношений
внутри корпорации, зависит положение корпорации вовне: ее "прозрачность" и
привлекательность для инвесторов.
89
Məmmədova Gülay Firdovsi qızının “Korporativ münasibətlərin təşkilinin
müasir problemləri” mövzusunda dissertasiya işinin
R E FE R A T I
Tədqiqatın aktuallığı. Son illərdə səhmdar cəmiyyətlərinin ölkənin iqtisadi
inkişafında rolunun artması bu sahədə yaranan problemlərin həllini tələb edir ki, bu
problemlərdən biri də korporativ idarəetmədə münasibətlərin təşkili səviyyəsi ilə
əlaqədardır. Bu baxımdan korporativ idarəetmənin mahiyyətinin öyrənilməsi,
sənayedəki səhmdar cəmiyyətlərində korporativ idarəetmə sahəsində mövcud
problemlərinin aşkar edilməsi və bu problemlərin həlli yollarının müəyyən edilməsi
bu disertasiyada böyük əhəmiyyəti kəsb edir. Korporativ idarəetmə müəssisənin
fəaliyyətində maraqlı olan subyektlər arasındakı təşkilati-iqtisadi, hüquqi və
idarəetmə münasibətləri sistemi əks etdirir. Belə münasibətlər sisteminin inkişafı
müəssisənin sahibləri və onun fəaliyyətinin maraqlı tərəflərin mənafələrinin nəzərə
alınması səviyyəsindən asılı olur. Korporativ münasibətlər şirkət səhmdarları və
səhmdarlardan ayrılmış idarəçilik qurumu , elecə də menecment və şirkətin başqa
üzvləri və şirkət arasında olan münasibətlər sistemidir. Qeyd edək ki, korporativ
münasibətlər ilk növbədə korporasiyanın öz daxilindəki müxtəlif iştirakçı qruplar
arasında olan münasibətlərdir.
Korporativ idarəetmə şirkətin idarəedilməsi və nəzarəti üçün istifadə olunan
daxili mexanizmlərdir ki, bu da şirkətin menecmenti, direktorlar şurası, səhmdarları
və digər maraqlı tərəfləri arasında əlaqələri nəzərdə tutur. Korporativ idarəetmə
şirkətin
məqsədlərinin
və bu
məqsədlərə nail
olmaq
üçün
vasitələrin
müəyyənləşdirilməsi və bu prosesə nəzarətin həyata keçirilməsi üçün istifadə olunan
strukturdur. Yaxşı təşkil edilmiş korporativ idarəetmə şirkətin və onun səhmdarların
maraqlarına cavab verən məqsədlərin şura və rəhbərlik tərəfindən əldə edilməsi üçün
lazimi stimul yaratmalıdır. O, həmçinin effektik monitorinqi asanlaşdırmaq, şirkətin
resursların daha effektiv istifadəsinə təhrik etməlidir.
90
Korporativ idarəetmənin xüsusiyyətləri iqtisadiyyata necə təsir edirsə,
iqtisadiyyatın vəziyyəti də korporativ idarəetmənin xarakterinə eləcə təsir göstərir.
Korporativ idarəetmə problemi kifayət sayda maraqlı qruplar - səhmdarlar,
kreditorlar, qulluqçular, təchizatçılar, alıcılar, yerli əhali üçün əhəmiyyətlidir. Bütün
bu maraqlı şəxsləri korporasiyanın əmlakında «həmiştirakçı» adlandırmaq olar . Bu
mənada, korporativ idarəetmənin nə cür həyata keçirilməsi məsələsinin mühümlüyü
ayrıca şirkətin, yaxud ayrıca inzibati vahidin çərçivəsindən kənara çıxır və bu da
iqtisadi səviyyəcə daha ümumi mülahizələrin nəzərə alınmasını tələb edir. İqtisadi
işgüzar fəaliyyətin genişlənməsi sahəsində nailiyyətlər əldə etmiş ölkələrin
təcrübəsini nəzərə alsaq, görmək olar ki, həmin ölkələrdə maliyyə bazarlarının
kompleks inkişafı məhz iqtisadiyyatın korporativ idarəetmə prinsiplərinə tam
keçməsi yolu ilə mümkün olub. Korporativ idarəetmə yolu ilə müəssisələrin biznes
fəaliyyətinə başlamasına daha yaxşı şərait yaratmaq onlara imkan verir ki, daha
sürətlə böyüsünlər, daha keyfiyyətli iş yerləri açsınlar və bütün bunlar daha yaxşı
əmək qanunvericiliyi vasitəsilə tənzimlənsin.
Tədqiqatın obyekti.
Magistr dissertasiyasının obyekti Azərbaycanda fəalliyyət
göstərən ASC-lərdir . Ən əsas obyekt kimi “Kapital Bank” ASC-nin maliyyə
hesabatları çıxış edir.
Tədqiqatın predmeti. Korporativ münasibətlərin təşkilində əhəmiyyət kəsb edən
mexanizmlər və qaydalar toplusudur.
Tədqiqatın əsas məqsədi və vəzifəsi. Məqsədimiz idarəetmənin müxtəlif
mexanizmlərini təqdim etmək, onların müxtəlif ölkələrdə tətbiqi təcrübəsini təsvir
etmək, bu mexanizmlərin hər birinin vəziyyətləri və çatışmazlıqlarına hərtərəfli
baxmaqdır. Tədqiqatın vəzifəsi ASC-ində korporativ münasibətlərin təşkilini
müqayisəli təhlil etmək.
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Tədqiqatın informasiya
bazası, Azərbaycan Respublikası Mülki Məcəlləsi, “Banklarda korporativ idarəetmə
standartları”nın tətbiqi qaydaları haqqında qanun, eləcə də korporativ idarəetməni
91
təcəssüm etdirən internet səhifələri, beynəlxalq səviyyədə tanınan ekspert və
müəlliflərin fikirləri, təhlil və araşdırmalar, müxtəlif aktual jurnallardan olan
məlumatlardan ibarətdir.
Tədqiqatın elmi yeniliyi. Korporativ münasibətlərin təşkilinin müasir problemləri
təhlil edilmişdir. Korporativ münasibətlər sisteminin inkişafının müasir tendesiyaları
müəyyənləşdirilmiş və ASC-lərdə korporativ münasibətlərin təşkilinin təhlili zamanı
problemlər ortaya cıxmışdır.Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
korporativ idarəetmə qanunvericiliyinin qeyri-səmərəliliyi;
nəzarət mexanizminin düzgün qurulmaması;
mərkəzləşmənin olmaması; ( ERP-nin tətbiq edilməməsi)
yüksək ixtisaslı mütəxəsislərin catışmamzlığı ;
səlahiyyətlərin dəqiq müəyyən edilməməsi ;
yeni texnologiyaya uyğunlaşmanın həyata keçirilməməsi ;
Bu problemləri aradan qaldırmaq üçün aşağıdakıları təklif edirəm:
Korporativ idarəetmə normalarını müəyyən edən dövlətdaxili hüquqi aktların
qəbul edilməsi və həmin huquqi aktların təfsilatlı olması, natamam olmaması,
fəaliyyət istiqamətindən asılı olmayaraq bütün açıq səhmdar cəmiyyətlərinə aid
olması təmin edilməlidir;
Yüksək ixtisaslı kadrlar hazırlanmalıdır;
Dövlət və qeyri-dövlət təşkilatları öz korporativ idarəetmə sistemlərinin bu
sahə üzrə qüvvədə olan hüquqi aktlara uyğun qurulmasının təmin edilməsi üçün
daha çox səy göstərməlidirlər;
Bank və qeyri-bank sektorundakı açıq səhmdar cəmiyyətləri korporativ
idarəetmənin yaxşılaşdırılmasını öz fəaliyyətində prioritet elan etməlidirlər;
92
Səlahiyyətlər şirkətdaxili qayda, prosedur və digər sənədlərlə dəqiq müəyyən
edilməli və işçilərin həmin sənədlərlə yazılı qaydada tanış olması təmin
edilməlidir;
Stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir;
Yeni texnologiyaya uyğunlaşmanı həyata keçirmək üçün müvafiq proqram
təminatlarından istifadə olunmalı, şirkətin yeni texnologiya avadanlıqları ilə təchiz
olunması təmin edilməli, bu sahə üzrə beynəlxalq əməkdaşlıq inkişaf
etdirilməlidir;korporativ idarəetmə prinsiplərinin icra olunmasına cavabdeh olan
orqan və ya korporativ katib kimi vəzifə yaradılmalıdır;
Şirkət fəaliyyətində bütün sahələr üzrə, o cümlədən korporativ idarəetmə üzrə
beynəlxalq praktikadan yararlanmanı təmin etməli, beynəlxalq əməkdaşlığı inkişaf
etdirməlidir.
Dissertasiyanın strukturu və həcmi. Tədqiqat işi giriş, üç fəsil, doqquz paraqraf,
nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Qəbul olunmuş
standartlara müvafiq olaraq ümumi həcmi 94 səhifədir. Dissertasiya işində 8 cədvəl, 6
sxem, 2 diaqram, 3 şəkil var.
Sonda aşağıdakı nəticə və təkliflər verilmişdir:
Azərbaycanda korporativ idarəetmə sistemi 4,5 ildir tətbiq olunur. Lakin
şirkət və təşkilatlar hazırda bunu könüllü şəkildə tətbiq edir. Qeyd edək ki, ölkədə
fəaliyyət göstərən səhmdar cəmiyyətlərində korporativ idarəetmə müasir prinsiplər
əsasında qurulmamış və mövcud prinsiplər idarəetmənin subyektləri arasında
keyfiyyətcə yeni qarşılıqlı münasibətlərə əsaslanmır və ölkədə korporativ idarəetmə
sahəsində mövcud qanuvericiliyin səviyyəsi beynəlxalq standartlara cavab vermir.
Fikrimcə, ölkədə korporativ idarəetmə səviyyəsinin aşağı olmasının əsas
səbəblərindən biri də bu sahədə ixtisaslı mütəxəsislərin olmaması və müəssisə
rəhbərlərinin korporativ idarəetmənin və qiymətli kağızlar bazarı vasitəsi ilə
investisiyanın cəlb edilməsi əhəmiyyətini başa düşməməsidir. Hazırda münasibətlərin
əhəmiyyəti və ümumilikdə korporativ qanunvericiliyin inkişafı dövriyyəsinin elə bir
93
səviyyəsinə çatıb ki, korporativ münasibətlər mülki hüquqla tənzimlənən
münasibətlərin əsas məsələlərindən biri olub. Ona görə də müasir şəraitdə korporativ
münasibətləri mülki hüquqla tənzimlənən münasibətlərin əsas növlərindən biri olaraq
nəzərə almamaq mümkün deyil.
Ölkəmizdə korporativ idarəetmə ən çox bank sektorunda həyata keçirilir. Bu
ilk növbədə bank sektorunun özünün daha qabaqcıl olmasından irəli gəlir. Digər
səbəb Azərbaycan Respublikası Mərkəzi Bankının proqressiv addımları olmuşdur:
qanunvericiliyi
təkmilləşdirmiş
və
banklarda
korporativ
idarəetmənin
yaxşılaşdırılmasını prioritet elan etmişdir. Təəsüf ki, qeyri-bank sektorunda belə bir
lider hələ ki mövcud deyil. Qeyri-bank sektorunda korporativ idarəetmənin
yaxşılaşdırılması üçün Mülki Məcəllənin müvafiq müdəaları təkmilləşməlidir. Lakin,
dəyişdirilmiş qanunvericilik və onun tətbiq edilməsi Azərbaycanda korporativ
idarəetmənin yaxşılaşdırılmasına kifayət etmir.Azərbaycan şirkətləri korporativ
idarəetməyə prinsiplərinin icra olunmasına cavabdeh olan orqan və ya korporativ
katib kimi vəzifə yaratmalıdır. Şirkətin rəhbərliyi (məsələn,müşahidə şurası) işçilər
və menecment üçün korporativ idarəetmənin vacibliyini vurğulamalıdırlar.
Azərbaycanda Korporativ İdarəetmənin təkmilləşdirilməsinə dair təkliflər:
Dövlətin
şirkətlərə
dair
Mülki
Məcəllənin
müvafiq
müddəaları
təkmilləşdirilməsi və ya ayrıca şirkətlər haqqında qanunun qəbul etməsi,
Qiymətli Kağızlar Komitəsinin korporativ idarəetməyə aid qaydalarının
təkmilləşdirilməsi, Bakı Fond Birjasında korporativ idarəetməyə və
açıqlamalara dair daha sərt tələblər qoyan listinq üçün yeni qaydalar
hazırlanmalı;
Dövlət və qeyri-dövlət təşkilatlar korporativ idarəetməyə aid qanunvericilik
aktlar arasında uyğun edilməsi üçün daha çox səy göstərməli;
Bank
və
qeyri-bank
sektoru
ASC-ləri
korporativ
idarəetmənin
yaxşılaşdırılmasını prioritet elan etməli;
Bütün rəhbər işçilərinin funksiyaları dəqiqləşdirilməlidir;
Səhmdarların hüquqları qorunmalıdır və idarəetmə hesabatları şəffaf olmalıdır;
94
Şirkətin Müşahidə Şurasının tərkibi mütəxəssislərdən və müstəqil
direktorlardan ibarət olmalıdır;
Səhmdarların şəxsiyyətinin açıqlanması ilə əlaqədar tələblərin şəffaflığını
tənzimləyən normalar mövcud olmalıdır. (bu, dünya təcrübəsində tətbiq
olunur);
Səhmdarlar öz hüquqlarının qorunacağına əmin olduqda, arxayınlıqla səhmdar
cəmiyyətlərə sərmayə yatıra bilərlər.Bu, şirkətlərə marağın və səhmlərin qiymətinin
artmasına gətirib çıxaracaq. Şirkətlərin əsas investorları kiçik, yəni minoritar
səhmdarlardır. Onlar səhmləri, sonradan satmaq, dividend almaq və s. məqsədlərlə
əldə edirlər.Korporativ idarəetmənin qurulması son nəticədə qiymətli kağızlar
bazarının inkişafını nəzərdə tutur.
Dostları ilə paylaş: |