Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   19   20   21   22   23   24   25   26   27

78 

 

 



    “DB 2016” 

      (dərəcə) 

      “DB 2015”  

         (dərəcə) 

   Müqayisə 

(artma/azalma) 

Biznesə başlama 

           7 

              11 

       4 

Tikinti üçün icazələrin alınması 

         114 

             138 

       24 

Elektrik  təchizatı  şəbəkələrinə 

qoşulma 

         110 

             104 

       -6 

Əmlakın qeydiyyatı 

           22 

               21 

       -1 

Kreditlərin alınması 

          109 

              105 

       -4 

Kiçik  investorların  maraqlarının 

qorunması 

          36 

               54 

        18 

Vergilərin ödənişi 

         34 

               33 

        -1 

Xarici ticarətin aparılması 

          94 

               93 

        -1 

Müqavilələrin 

icrasının 

təmin 


edilməsi 

           40 

               40 

Dəyişiklik 

yoxdur 

                    Cədvəl 8."Doing Business 2016" hesabatı (Azərbaycan) 

                                      (Mənbə doingbusiness.com) 

            Cədvəl  8-də  "Doing  Business  2016"  hesabatında  əksər  göstəricilər  üzrə 

ölkəmizin  mövqeyi  yaxşılaşıb.  Belə  ki,  Azərbaycan  "Biznesə  başlama"  göstəricisi 

üzrə  5  pillə,  "Tikinti  üçün  icazələrin  alınması"  göstəricisi  üzrə  36  pillə,  "Kiçik 

investorların  maraqlarının  qorunması"  göstəricisi  üzrə  15  pillə,  "Elektrik  təchizatı 

şəbəkələrinə  qoşulma"  göstəricisi  üzrə  49  pillə,  "Xarici  ticarətin  aparılması" 

göstəricisi üzrə 72 pillə və s. irəliləyib. 

       Hesabatda  Azərbaycan  iqtisadiyyatı  189  ölkə  iqtisadiyyatı  arasında  "Biznesə 

başlama"  göstəricisi  üzrə  7-ci,  "Əmlakın  qeydiyyatı"  göstəricisi  üzrə  22-ci, 

"Vergilərin  ödənişi"  göstəricisi  üzrə  34-cü,  "Kiçik  investorların  maraqlarının 

qorunması"  göstəricisi  üzrə  36-cı,  "Müqavilələrin  icrasının  təmin  edilməsi" 

göstəricisi  üzrə  40-cı  yerdədir.  Bununla  da,  Azərbaycan  "Doing  Business  2016" 

hesabatında  dünyada  3  və  daha  çox  islahat  aparan  24  ölkədən  biri  olub. 

      "Doing  Business  2016"  hesabatında  "Biznesə  başlama"  göstəricisi  üzrə 

Azərbaycan  biznesin  qeydiyyatını  sadələşdirməklə  dünyanın  ilk  onluğuna  daxil 



79 

 

olmuş  və  Almaniya,  İsveç,  Estoniya,  Slovakiya  ilə  yanaşı,  dünyada  ən  yaxşı 



təcrübəyə malik ölkə kimi qeyd olunub. Həmçinin, ölkəmizdə "Şəhərsalma və Tikinti 

Məcəlləsi"nin  qəbul  edilməsi,  tikintiyə  icazələrin  alınması  sahəsində  "bir  pəncərə" 

prinsipinin 

tətbiqi, 

aidiyyəti 

şəxslərlə 

əqdlər 

bağlanılarkən 



prosedurların 

təkmilləşdirilməsi 

kimi 

islahatlar 



nümunə 

kimi 


göstərilib. 

Qeyd  edilməlidir  ki,  hesabatda  ölkəmizin  mövqeyinin  yüksəlməsinə  əsas  səbəb 

Azərbaycan  Respublikası  Prezidentinin  "Sahibkarlığın  inkişafı  ilə  bağlı  əlavə 

tədbirlər  haqqında"  3  mart  2014-cü  il  tarixli  Fərmanı  ilə  verilmiş  tapşırıqlara  uyğun 

olaraq,  sahibkarlıq  subyektlərinin  elektron  qeydiyyatı,  xarici  ticarət  əməliyyatlarının 

aparılması,  daşınmaz  əmlaka  hüquqların  qeydiyyatı,  tikintiyə  icazələrin  verilməsi, 

korporativ  idarəetmənin  təkmilləşdirilməsi,  investorların  maraqlarının  qorunması  və 

müflisləşmə  üzrə  qanunvericiliyə  müvafiq  dəyişikliklərin  edilməsi  sayəsində 

mümkün olub. 

             Ötən  ilki  hesabatla  müqayisədə  "Doing  Business  2016"  hesabatına  "Tikinti 

üçün  icazələrin  alınması",  "Elektrik  təchizatı  şəbəkələrinə  qoşulma",  "Müqavilələrin 

icrası", 

"Əmlakın 

qeydiyyatı" 

göstəriciləri 

üzrə 


biznes 

mühitinin 

qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin 

keyfiyyətinə  nəzarət,  elektrik  təchizatının  etibarlılığı,  tariflərin  şəffaflığı,  məhkəmə 

proseslərinin keyfiyyəti və ərazi idarəetməsi keyfiyyəti indeksləri də əlavə edilib. 

         "Doing  Business"  hesabatının  mühüm  elementi  olan  "Etalon  Qanunvericiliyə 

Yaxınlıq"  (DTF)  indeksi  üzrə  ölkəmiz  67.8  balla  qiymətləndirilib  ki,  (əvvəlki 

hesabatda  64.08)  bu  da,  Azərbaycanda  dövlət  başçısının  rəhbərliyi  ilə  biznes 

mühitinin  təkmilləşdirilməsi  istiqamətində  həyata  keçirilmiş  islahatların  daha  bir 

göstəricidir. 

 

 

 




80 

 

                                                       Nəticə və təkliflər 

Azərbaycanda korporativ idarəetmə ilə bağlı hazırki vəziyyət qeyri-adekvatdır 

və  mühüm  dəyişikliklər  tələb  edir.  Adekvat  qanunvericilik  strukturunun  qəbul 

edilməsi  Azərbaycanda  korporativ  idarəetmənin  təkmilləşdirilməsinə  dair  əsas 

addımdır.  Azərbaycanda  korporativ  idarəetmə  ilə  bağlı  problemlər  sadəcə  daha 

mükəmməl  korporativ  idarəetmə  qaydalarının  qəbul  edilməsi  ilə  həll  edilə  bilməz. 

Buna  səbəb  Azərbaycanda  qaydaların  tətbiqinə  müvafiq  orqanların  adekvat 

nəzarətinin,  o  cümlədən  şirkətlər  tərəfindən  qabaqcıl  təcrübələrin  tətbiqinin  kifayət 

qədər güclü olmamasıdır. 

Azərbaycanda  korporativ  idarəetmə  sistemi  4,5  ildir  tətbiq  olunur.  Lakin 

şirkət  və  təşkilatlar  hazırda  bunu  könüllü  şəkildə  tətbiq  edir.  Qeyd  edək  ki,  ölkədə 

fəaliyyət  göstərən  səhmdar  cəmiyyətlərində  korporativ  idarəetmə  müasir  prinsiplər 

əsasında  qurulmamış  və  mövcud  prinsiplər  idarəetmənin  subyektləri  arasında 

keyfiyyətcə  yeni  qarşılıqlı  münasibətlərə  əsaslanmır  və  ölkədə  korporativ  idarəetmə 

sahəsində  mövcud  qanuvericiliyin  səviyyəsi  beynəlxalq  standartlara  cavab  vermir. 

Fikrimcə,  ölkədə  korporativ  idarəetmə  səviyyəsinin  aşağı  olmasının  əsas 

səbəblərindən  biri  də  bu  sahədə  ixtisaslı  mütəxəsislərin  olmaması  və  müəssisə 

rəhbərlərinin  korporativ  idarəetmənin  və  qiymətli  kağızlar  bazarı  vasitəsi  ilə 

investisiyanın cəlb edilməsi əhəmiyyətini başa düşməməsidir. Hazırda münasibətlərin 

əhəmiyyəti  və  ümumilikdə  korporativ  qanunvericiliyin  inkişafı  dövriyyəsinin  elə  bir 

səviyyəsinə  çatıb  ki,  korporativ  münasibətlər  mülki  hüquqla  tənzimlənən 

münasibətlərin əsas məsələlərindən biri olub. Ona görə də müasir şəraitdə  korporativ 

münasibətləri mülki hüquqla tənzimlənən münasibətlərin əsas növlərindən biri olaraq 

nəzərə almamaq mümkün deyil. 

      Son  illərdə  səhmdar  cəmiyyətlərini  ölkənin  iqtisadi  inkişafında  rolunun  artması 

bu  sahədə  yaranan  problemlərin  həllini  tələb  edir  ki,  bu  problemlərdən  biri  də 

korporativ  idarəetmənin  səviyyəsi  ilə  əlaqədardır.  Bu  baxımdan  korporativ 

idarəetmənin  mahiyyətinin  öyrənilməsi,  sənayedəki  səhmdar  cəmiyyətlərində 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə