Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   19   20   21   22   23   24   25   26   27

81 

 

korporativ  idarəetmə  sahəsində  mövcud  problemlərinin  aşkar  edilməsi  və  bu 



problemlərin  həlli  yollarının  müəyyən  edilməsinin  böyük  əhəmiyyəti  vardır. 

Korporativ  idarəetmə  müəssisənin  fəaliyyətində  maraqlı  olan  subyektlər  arasındakı 

təşkilati-iqtisadi,  hüquqi  və  idarəetmə  münasibətləri  sistemi  əks  etdirir.  Belə 

münasibətlər  sisteminin  inkişafı  müəssisənin  sahibləri  və  onun  fəaliyyətinin  maraqlı 

tərəflərin mənafələrinin nəzərə alınması səviyyəsindən asılı olur. 

        Hazırda  kapitalın  cəlb  edilməsi  və  kredit  resurslarından  fəal  istifadə  olunması, 

Azərbaycanda  fəaliyyət  göstərən  şirkət  və  təşkilatların  çox  aktual  mövzusudur.  

Kapitala  olan  yüksək  tələbatı  nəzərə  alaraq,  şirkətlər  öz  investisiya  cəlbediciliyinin 

təmin  edilməsi  üçün  bir  çox  tələbləri  ödəməlidirlər.  Onlar  vergi  və  nizamlanan 

orqanları  ilə  qarşılıqlı  qüsursuz  tarixə  ,    səhmdarların  şəffaf  tərkibinə,  vaxtında  və 

düzgün hesabatlara və əlbəttə, yaxşı təşkil edilmiş keyfiyyətli korporativ idarəetməyə 

malik  olmalıdırlar.    Məhz  bu  meyarlar  şirkətlərə,  kreditlər,  investorlar,  eləcə  də 

birbaşa  investisiyalar  cəlb  edilməsinə  kömək  edəcək,  bu  da  öz  növbəsində  kapital 

bazarına 

çıxmaq 

imkanı 


verəcək. 

Əvvəllər 

investorlar 

şirkətlərin 

rəqabətqabiliyyətliyini, 

maliyyə 


vəziyyətini 

daha 


çox 

diqqət 


mərkəzində 

saxlayırdılarsa,  hazırda  korporativ  idarəetmə  indeksi  daha  aktual  məsələyə 

çevrilmişdir  və  ona  görə  də  investisiya  cəlb  etməyə  çalışan  şirkətlər  ilk  öncə 

korporativ idarəetmə sistemlərini təkmilləşdirməyə çalışmalıdırlar. 

       Qeyd  edək  ki,  son  illər  dünya  iqtisadiyyatında  korporativ  idarəetmənin 

əhəmiyyəti  davamlı  olaraq  artır.  Xüsusilə,  inkişaf  etmiş  qərb  ölkələrində  baş  vermiş 

irimiqyaslı  böhran  şirkətləri  bu  sahəyə  diqqət  ayırmağa  sövq  etmişdir.  Əvvəllər 

investorlar  şirkətlərin  rəqabətqabiliyyətliyini,  maliyyə  vəziyyətini  daha  çox  diqqət 

mərkəzində  saxlayırdılarsa,  hazırda  korporativ  idarəetmə  indeksi  daha  aktual 

məsələyə  çevrilmişdir  və  ona  görə  də  investisiya  cəlb  etməyə  çalışan  şirkətlər  ilk 

öncə  korporativ  idarəetmə  sistemlərini  təkmilləşdirməyə  çalışmalıdırlar.  Dünya 

iqtisadiyyatına  sürətlə  inteqrasiya  edən  ölkələrdə  yerli  şirkətlərin  beynəlxalq 

miqyasda  rəqabətqabiliyyətliyini  artırmaq,  idxalatçı  ölkədən  ixracatçı  ölkəyə 

çevrilmək,  ölkənin  investisiya  cəlbediciliyini  artırmaq  istiqamətində  aparılan  dövlət 




82 

 

siyasətini  daha  səmərəli  təşkil  etmək  məqsədilə  korporativ  idarəetmə  institutları 



yaradılır. 

           Hal-hazırda  səhmdar  cəmiyyətlərində  korporativ  idarəetmənin  inkişaf 

etdirilməsi  və  səhmdarların  huquqlarının  qorunması  sahəsidə  mühüm  addımlardan 

biri  şirkətdə  korporativ  münasibətləri  tənzimləyən  standart  və  daxili  normalar 

külliyyatından  ibarət  olan  korporativ  idarəetmə  kodeksinin  işlənib  hazırlanması  və 

açıq  səhmdar  cəmiyyətləri  tərəfindən  qəbul  edilməsidir.  Ölkəmizdə  korporativ 

idarəetmə  ən  çox  bank  sektorunda  həyata  keçirilir.  Bu  ilk  növbədə  bank  sektorunun 

özünün  daha  qabaqcıl  olmasından  irəli  gəlir.  Digər  səbəb  Azərbaycan  Respublikası 

Mərkəzi Bankının proqressiv addımları olmuşdur: qanunvericiliyi təkmilləşdirmiş və 

banklarda  korporativ  idarəetmənin  yaxşılaşdırılmasını  prioritet  elan  etmişdir.  Təəsüf 

ki, qeyri-bank sektorunda belə bir lider hələ ki mövcud deyil. Qeyri-bank sektorunda 

korporativ idarəetmənin yaxşılaşdırılması üçün Mülki Məcəllənin müvafiq müdəaları 

təkmilləşməlidir.  Lakin,  dəyişdirilmiş  qanunvericilik  və  onun  tətbiq  edilməsi 

Azərbaycanda  korporativ  idarəetmənin  yaxşılaşdırılmasına  kifayət  etmir.Azərbaycan 

şirkətləri korporativ  idarəetməyə prinsiplərinin  icra olunmasına cavabdeh olan orqan 

və 


ya 

korporativ 

katib 

kimi 


vəzifə 

yaratmalıdır. 

Şirkətin 

rəhbərliyi 

(məsələn,müşahidə  şurası)  işçilər  və  menecment  üçün  korporativ  idarəetmənin 

vacibliyini 

vurğulamalıdırlar. 

Azərbaycanda 

Korporativ 

İdarəetmənin 

təkmilləşdirilməsinə dair təkliflər: 

  Korporativ  idarəetmə  normalarını  müəyyən  edən  dövlətdaxili  hüquqi  aktların 

qəbul  edilməsi  və  həmin  huquqi  aktların  təfsilatlı  olması,  natamam  olmaması, 

fəaliyyət  istiqamətindən  asılı  olmayaraq  bütün  açıq  səhmdar  cəmiyyətlərinə  aid 

olması təmin edilməlidir; 

  Yüksək ixtisaslı kadrlar hazırlanmalıdır; 

  Dövlət  və  qeyri-dövlət  təşkilatları  öz  korporativ  idarəetmə  sistemlərinin  bu 

sahə  üzrə  qüvvədə  olan  hüquqi  aktlara  uyğun  qurulmasının  təmin  edilməsi  üçün 

daha çox səy göstərməlidirlər; 



83 

 

  Bank  və  qeyri-bank  sektorundakı  açıq  səhmdar  cəmiyyətləri  korporativ 



idarəetmənin yaxşılaşdırılmasını öz fəaliyyətində prioritet elan etməlidirlər; 

  Səlahiyyətlər  şirkətdaxili  qayda,  prosedur  və  digər  sənədlərlə  dəqiq  müəyyən 

edilməli  və  işçilərin  həmin  sənədlərlə  yazılı  qaydada  tanış  olması  təmin 

edilməlidir; 

  Stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir; 

  Yeni  texnologiyaya  uyğunlaşmanı  həyata  keçirmək  üçün  müvafiq  proqram 

təminatlarından istifadə olunmalı, şirkətin yeni texnologiya avadanlıqları ilə təchiz 

olunması  təmin  edilməli,  bu  sahə  üzrə  beynəlxalq  əməkdaşlıq  inkişaf 

etdirilməlidir;korporativ  idarəetmə  prinsiplərinin  icra  olunmasına  cavabdeh  olan 

orqan və ya korporativ katib kimi vəzifə yaradılmalıdır; 

  Şirkət fəaliyyətində bütün sahələr üzrə, o cümlədən korporativ idarəetmə üzrə 

beynəlxalq praktikadan yararlanmanı təmin etməli, beynəlxalq əməkdaşlığı inkişaf 

etdirməlidir.  

      Səhmdarlar  öz  hüquqlarının  qorunacağına  əmin  olduqda,  arxayınlıqla  səhmdar 

cəmiyyətlərə  sərmayə  yatıra  bilərlər.Bu,  şirkətlərə  marağın  və  səhmlərin  qiymətinin 

artmasına  gətirib  çıxaracaq.  Şirkətlərin  əsas  investorları  kiçik,  yəni  minoritar 

səhmdarlardır.  Onlar  səhmləri,  sonradan  satmaq,  dividend  almaq  və  s.  məqsədlərlə 

əldə  edirlər.Korporativ  idarəetmənin  qurulması  son  nəticədə  qiymətli  kağızlar 

bazarının inkişafını nəzərdə tutur. Bu cür sistemə malik olmayan şirkətlərin səhmləri 

birjaya çıxarıla bilmir, çünki səhmlərə sərmayə yatırmaq istəyən şəxs şirkət haqqında 

hər  şeyi  bilməlidir.  Korporativ  idarəetmənin  qurulması,  şirkətin  cəmiyyət  və  öz 

səhmdarları  üçün  maksimal  dərəcədə  açıq  olduğunu  göstərir.  Hər  şeydən  əlavə,  bu, 

həmçinin, müsbət nüfuzun göstəricisidir.  

     Hazırda  Azərbaycanın  maliyyə  bazarının  ildən-ilə  inkişaf  etdiyini,  qlobal  dünya 

iqtisadiyyatına uğurlu inteqrasiyasını nəzərə alsaq, qeyd edə bilər olar ki, Azərbaycan 

bank  sistemi  digər  iqtisadi  institutlardan  fərqli  olaraq  göstərilən  sahədə,  o  cümlədən 

korporativ  idarəetmənin  tətbiqində  və  daxili  nəzarət  sisteminin  təkmilləşməsində 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə