4
kreditorlar, qulluqçular, təchizatçılar, alıcılar, yerli əhali üçün əhəmiyyətlidir. Bütün
bu maraqlı şəxsləri korporasiyanın əmlakında «həmiştirakçı» adlandırmaq olar . Bu
mənada, korporativ idarəetmənin nə cür həyata keçirilməsi məsələsinin mühümlüyü
ayrıca şirkətin, yaxud ayrıca inzibati vahidin çərçivəsindən kənara çıxır və bu da
iqtisadi səviyyəcə daha ümumi mülahizələrin nəzərə alınmasını tələb edir. İqtisadi
işgüzar fəaliyyətin genişlənməsi sahəsində nailiyyətlər əldə etmiş ölkələrin
təcrübəsini nəzərə alsaq, görmək olar ki, həmin ölkələrdə maliyyə bazarlarının
kompleks inkişafı məhz iqtisadiyyatın korporativ idarəetmə prinsiplərinə tam
keçməsi yolu ilə mümkün olub. Korporativ idarəetmə yolu ilə müəssisələrin biznes
fəaliyyətinə başlamasına daha yaxşı şərait yaratmaq onlara imkan verir ki, daha
sürətlə böyüsünlər, daha keyfiyyətli iş yerləri açsınlar və bütün bunlar daha yaxşı
əmək qanunvericiliyi vasitəsilə tənzimlənsin.
Tədqiqatın obyekti.
Magistr dissertasiyasının obyekti Azərbaycanda fəalliyyət
göstərən ASC-lərdir . Ən əsas obyekt kimi “Kapital Bank” ASC-nin maliyyə
hesabatları çıxış edir.
Tədqiqatın predmeti. Korporativ münasibətlərin təşkilində əhəmiyyət kəsb edən
mexanizmlər və qaydalar toplusudur.
Tədqiqatın əsas məqsədi və vəzifəsi. Məqsədimiz idarəetmənin müxtəlif
mexanizmlərini təqdim etmək, onların müxtəlif ölkələrdə tətbiqi təcrübəsini təsvir
etmək, bu mexanizmlərin hər birinin vəziyyətləri və çatışmazlıqlarına hərtərəfli
baxmaqdır. Tədqiqatın vəzifəsi ASC-ində korporativ münasibətlərin təşkilini
müqayisəli təhlil etmək.
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Tədqiqatın informasiya
bazası, Azərbaycan Respublikası Mülki Məcəlləsi, “Banklarda korporativ idarəetmə
standartları”nın tətbiqi qaydaları haqqında qanun, eləcə də korporativ idarəetməni
təcəssüm etdirən internet səhifələri, beynəlxalq səviyyədə tanınan ekspert və
müəlliflərin fikirləri, təhlil və araşdırmalar, müxtəlif aktual jurnallardan olan
məlumatlardan ibarətdir.
5
Tədqiqatın elmi yeniliyi. Korporativ münasibətlərin təşkilinin müasir problemləri
təhlil edilmişdir. Korporativ münasibətlər sisteminin inkişafının müasir tendesiyaları
müəyyənləşdirilmiş və ASC-lərdə korporativ münasibətlərin təşkilinin təhlili zamanı
problemlər ortaya cıxmışdır.Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
korporativ idarəetmə qanunvericiliyinin qeyri-səmərəliliyi;
nəzarət mexanizminin düzgün qurulmaması;
mərkəzləşmənin olmaması; ( ERP-nin tətbiq edilməməsi)
yüksək ixtisaslı mütəxəsislərin catışmamzlığı ;
səlahiyyətlərin dəqiq müəyyən edilməməsi ;
yeni texnologiyaya uyğunlaşmanın həyata keçirilməməsi ;
Bu problemləri aradan qaldırmaq üçün aşağıdakıları təklif edirəm:
Korporativ idarəetmə normalarını müəyyən edən dövlətdaxili hüquqi aktların
qəbul edilməsi və həmin huquqi aktların təfsilatlı olması, natamam olmaması,
fəaliyyət istiqamətindən asılı olmayaraq bütün açıq səhmdar cəmiyyətlərinə aid
olması təmin edilməlidir;
Yüksək ixtisaslı kadrlar hazırlanmalıdır;
Dövlət və qeyri-dövlət təşkilatları öz korporativ idarəetmə sistemlərinin bu
sahə üzrə qüvvədə olan hüquqi aktlara uyğun qurulmasının təmin edilməsi üçün
daha çox səy göstərməlidirlər;
Bank və qeyri-bank sektorundakı açıq səhmdar cəmiyyətləri korporativ
idarəetmənin yaxşılaşdırılmasını öz fəaliyyətində prioritet elan etməlidirlər;
Səlahiyyətlər şirkətdaxili qayda, prosedur və digər sənədlərlə dəqiq müəyyən
edilməli və işçilərin həmin sənədlərlə yazılı qaydada tanış olması təmin
edilməlidir;
Stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir;
6
Yeni texnologiyaya uyğunlaşmanı həyata keçirmək üçün müvafiq proqram
təminatlarından istifadə olunmalı, şirkətin yeni texnologiya avadanlıqları ilə təchiz
olunması təmin edilməli, bu sahə üzrə beynəlxalq əməkdaşlıq inkişaf
etdirilməlidir;korporativ idarəetmə prinsiplərinin icra olunmasına cavabdeh olan
orqan və ya korporativ katib kimi vəzifə yaradılmalıdır;
Şirkət fəaliyyətində bütün sahələr üzrə, o cümlədən korporativ idarəetmə üzrə
beynəlxalq praktikadan yararlanmanı təmin etməli, beynəlxalq əməkdaşlığı inkişaf
etdirməlidir.
Dissertasiyanın strukturu və həcmi. Tədqiqat işi giriş, üç fəsil, doqquz paraqraf,
nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Qəbul olunmuş
standartlara müvafiq olaraq ümumi həcmi 94 səhifədir. Dissertasiya işində 8 cədvəl, 6
sxem, 2 diaqram, 3 şəkil var.
7
I FƏSİL. Korporativ münasibətlərin formalaşmasının nəzəri
aspektləri
1.1. Korporativ münasibətlərin məzmunu və formalaşması xüsusiyyətləri
Korporativ idarəetmə şirkətlərin istiqamətləndirilməsi və nəzarəti işində
struktur və prosesləri əhatə edən münasibətlər sistemidir. Bu struktur və proseslər
rəhbərlik, direktolar şurası, nəzarət paketi və azlıq təşkil edən səhm sahibləri, digər
maraqlı tərəflər arasında münasibətləri tənzimləyir. Korporativ idarəetmənin yaxşı
təşkili rəqabət qabiliyyətini artırır, kapital bazarlarına korporativ çıxışı asanlaşdırır və
beləliklə, maliyyə bazarlarının inkişafına kömək edir və iqtisadi inkişafa təkan verir.
Korporativ idarəetmənin təşkili metodlarının təkmiləşdirilməsi şirkətin idarəetmə
strukturu daxilində qərarların qəbulu prosesini yaxşılaşdıra bilər, bu isə maliyyə və
biznes əməliyyatlarının effektivliyini artirmalıdır. Yaxşı təşkil edlimiş korprativ
idarəetmə hesabat sisteminin təkmilləşdirilməsinə və nəticədə şirkətin məsul işiləri
tərəfindən aldatma və ya qanuna riayət etməmə halları ilə bağlı risklərin
azaldılmasına da kömək edir. Effektiv idarəetmə sistemi tətbiq edilən qanun və
müddəaların yerinə yetirilməsinin təminatına kömək etməlidir.Bu, gələcəkdə
şirkətlərə baha başa gələn qanunvericilikdən uzaq olmağa kömək edeceək.Həmçinin
şirkətlərin ölkə daxilində və beynəlxalq aləmdə daha yaxşı reputasiya qazanmalarına
imkan verəcək. Şirkət inkişaf etdikcə mülkiyyətin korporasiyanın idarəetməsindən
ayrılması baş verir. Yəni səhmdarların şirkət üzərində birbaşa idarəçiliyi azalır və
rəhbərlik digər orqanlar arasında bölünür. Mülkiyyətin idarəetmədən ayrılması
şirkətin daxilində (səhmdarlarla direktorlar şurası, səhmdarlarla idarə heyəti,
majoritar və minoritar səhmdarlar, idarə heyəti və işçilər arasında), eləcədə səhmdar
və başqa maraqlı şəxslər – kreditorlar, kontragentlər və b. – arasında fikir ayrılıqları
əmələ gətirə bilər. Beləliklə, sahibkarlıq birliyinin müxtəlif iştirakçılarının
maraqlarının reallaşdırılması nəticəsində münasibətlər yaranır.
Korporativ münasibətlər - şirkət iştirakçıları (səhmdarlar) və səhmdarlardan
ayrılmış idarəçilik qurumu (menecment), elecə də menecment və şirkətin başqa
Dostları ilə paylaş: |