Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistr hazirliği məRKƏZİ



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix01.09.2018
ölçüsü5,24 Mb.
#66698
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

63 

 

məcmu  kapitalı  isə  66%  artaraq  294  mln.  manata  çatmışdır.  Bu  isə  Azərbaycan 



Respublikasının Mərkəzi  Bankının kommersiya bankları qarşısında  məcmu kapitalla 

bağlı  qoyduğu  minimal  tələbdən  (50  mln.  manat)  təxminən  5  dəfə  çox  olmaqla, 

bankın  yüksək  səviyyədə  kapitallaşdığını,  öz  müştəriləri  qarşısında  öhdəlilərini 

istənilən  şəraitdə  tam  yerinə  yetirə  biləcəyini  göstərir.  Bununla  bağlı,  “Fitch” 

Beynəlxalq  Reytinq  Agentliyi  2014-cü  ildə  Bankda  baş  verən  davamlı  inkişaf 

prosesləri  və  güclü  kapitallaşma  ilə  əlaqədar  Kapital  Bankın  dayanıqlıq  reytinqi  “b” 

səviyyəsinə qədər yüksəltmişdir. 

          Kapital  Bank  2014-cü  ildə  ölkənin  gəlirli  banklarının  siyahısında  ən  üst 

pillələrdə qərarlaşmışdır.  Hesabat ilində bankın  faiz gəlirləri 2 dəfə artaraq 128  mln. 

manat,  qeyri-faiz  gəlirləri  isə  65  mln.  manat  təşkil  etmişdir.  Nəticədə  Kapital  Bank 

2014-cü  ildə  özünün  tarixi  rekorduna  imza  ataraq  68  mln.  manat  mənfəət  əldə 

etmişdir.  Onu  da  qeyd  edək  ki,  bu  göstərici  2013-cü  ilin  müvafiq  göstəricisindən  2 

dəfə çoxdur. 

           2014-cü ildə Bank əsasən parəkəndə bank xidmətlərinin inkişafı istiqamətində 

fokuslansa  da,  iqtisadiyyatın  real  sektorunun  maliyyələşdirilməsinə  də  böyuk  önəm 

vermişdir. Bank ötən il ərzində ölkədə sahibkarlığın inkişafına 355 mln. manat vəsait 

ayırmışdır.  Eyni  zamanda  2014-cü  ilin  sonuna  Kapital  Bankın  Sahibkarlığa  Kömək 

Milli Fondunun vəsaitləri hesabına real sektora ayırdığı kreditlərin ümumi portfeli 47 

mln.  manat  təşkil  etmişdir.  Verilmiş  kommersiya  kreditləri  iqtisadiyyatın  müxtəlif 

sektorları, o cümlədən tikinti, istehsal, ticarət, xidmət və s. fəaliyyət göstərən kiçik və 

iri biznes təmsilçilərinin inkişafına yönəldilmişdir. 

           Pərakəndə  bankçılıq  sektoruna  gəlincə  isə,  Bank  il  ərzində  məhsul  və 

xidmətlərin  kəmiyyət  və  keyfiyyətinin  artırılmasında  ciddi  irəliləyişə  nail  olmuşdur. 

Xüsusilə  Bankın  kredit  və  əmanət  məhsullarının  çeşidi  artırılmış,  müştərilərin  istək 

və sorğularına cavab verən mütəmadi kampaniyalar həyata keçirilmişdir. 2014-cü ilin 

noyabr  ayında  isə  Bank  özünün  yeni  məhsulu  olan  Kapital  kart  taksit  kartını 

müştərilərinə  təqdim  etmişdir.  İstifadə  olunan  kredit  limitinin  əlavə  faiz 

hesablanmadan hissə-hissə ödənilməsi prinsipinə əsaslanan bu məhsul qısa müddətdə 




64 

 

populyarlıq  qazanaraq  hazırda  bu  seqmentdə  ən  dinamik  inkişaf  edən  brendlərdən 



birinə çevrilmişdir. 

               İstənilən biznesdə strateji hədəflərə çatmaq üçün əsas sayılan amillərdən biri 

kimi  daxili  nəzarət  sisteminin  beynəlxalq  aləmdə  qəbul  olunmuş  standartlara  uyğun 

yaradılması  və  bu  sahədə  uğur  qazanmış  aparıcı  dövlətlərin  təcrübəsindən  istifadə 

olunması vacibdir. Qeyd etmək lazımdır ki, Azərbaycan sığorta bazarında da ildən-ilə 

artan  rəqabət  muhiti  şirkətlər  tərəfindən  təqdim  olunan  məhsulların  çeşidinin  və 

xidmət  keyfiyyətinin  artırılması  ilə  yanaşı,  şirkətlərin  daxilində  güclü  korporativ 

strukturun  və  daxili  nəzarət  sisteminin  formalaşmasını  da  tələb  edir.  Xüsusilə  qeyd 

etmək  lazımdır  ki,  “Risklərin  qiymətləndirilməsi  və  idarə  olunması  prosesi”  daxili 

nəzarət  sisteminin  əsas  5  tərkib  hissəsindən  biri  hesab  olunur  ki,  bunlara  da  nəzarət 

mühiti  və  şirkətin  korporativ  mədəniyyəti,  risklərin  qiymətləndirilməsi  və  idarə 

olunması prosesi, informasiya və kommunikasiya sistemləri, nəzarət proseduraları və 

monitorinq sistemi daxildir.  Daxili Nəzarət sistemi şirkətdə davamlı şəkildə aparılan 

bir prosesdir ki, bu da özündə həm nəzarət obyektlərini, həm də nəzarət subyektlərini 

birləşdirir. Beynəlxalq təcrübə göstərir ki, daxili nəzarət sisteminin effektiv fəaliyyəti 

üçün onun əsas iştirakçılarının, o cümlədən menecmentin, funksional nəzarətin, daxili 

auditin  və  risklərin  idarə  olunması  bölməsinin  parallel  olaraq  öz  funksiya  və 

səlahiyyətləri 

çərçivəsində 

fəaliyyət 

göstərməsi 

vacib 


hesab 

olunur. 


            Onu da qeyd etmək lazımdır ki, şirkətlərdə hətta daxili nəzarət sisteminin əsas 

iştirakçılarından  hesab  olunan  daxili  audit  bölməsinin  fəaliyyətinin  son  illərdə  daha 

çox  risk  yönümlü  audit  istiqamətində  aparılması  beynəlxalq  maliyyə  institutları 

tərəfindən  tələb  kimi  qoyulub.  Eyni  zamanda,  korporativ  idarəetmədə  daha  bir 

prinsipə  əməl  olunması  da  vacib  hesab  olunur  ki,  bu  da  ilkin  olaraq  risklərin  idarə 

olunması  bölməsi  tərəfindən  müxtəlif  xarakterli  risklərin  müəyyən  olunması  və 

onların  tənzimlənməsi  üzrə  nəzarət  mexanizmlərinin  yaradılmasına  təkan  verməsi, 

sonrakı  mərhələdə  isə  daxili  nəzarət  sisteminin  digər  əsas  iştirakçısı  sayılan  daxili 

audit 

tərəfindən 



yaradılmış 

nəzarət 


mexanizmlərinin 

adekvatlığının 

qiymətləndirilməsidir.  



65 

 

           Ümumiyyətlə,  dünya  iqtisadiyyatının  qloballaşması  fonunda  “Risklərin  İdarə 



Olunması” bölməsi korporativ  idarəetmənin tərkib  hissəsi kimi  nəinki təkcə  maliyyə 

sektorunda,  hətta  iqtisadiyyatın  digər  sektorlarında  da  yaranmaqda  davam  edir. 

Hazırda  dünyada  baş  verən  bütün  iqtisadi  proseslər  onu  göstərir  ki,  böyük  biznes 

qurumları  rəqabətli  biznes  mühitində  davamlı  fəaliyyət  göstərmək,  biznesi  inkişaf 

etdirmək  və  ya  şirkətin  maliyyə  stabilliyini  qoruyub  saxlamaq  üçün  müxtəlif  sayda 

kompleks  tədbirlər  proqramı  işləyib  hazırlayırlar.  O  cümlədən,  biznes  qurumları 

tərəfindən  bütün  daxili  və  xarici  amillərin  təsirindən  doğan  risklərin  vaxtında  aşkar 

edilməsi  və  həmin  risklərin  rasional  idarə  olunması  məqsədilə  daxili  nəzarət 

mexanizmlərinin yaradılmasına hər il milyonlarla vəsait sərf olunur.  

         Şirkətlərdə  mövcud  güclü  daxili  nəzarət  sisteminin  vacibliyi  ilə  bağlı  bir 

araşdırma  faktını  qeyd  etmək  yerinə  düşər.  Belə  ki,  tədqiqatçı  şirkətlərin  biri 

tərəfindən  aparılan  araşdırmada  17  ölkədə  20  müxtəlif  sahələrdə  fəaliyyət  göstərən 

140  böyük  həcmli  şirkətlər  sorğuya  cəlb  olunub  və  respondentlər  əsasən  şirkətin 

daxili  nəzarət  sisteminin  əsas  iştirakçılarından  ibarət  olub  (daxili  audit  rəhbərləri, 

risklərin  idarə  olunması  bölməsinin  rəhbərləri,  maliyyə  nəzarətçiləri  və  s.).Nəticəyə 

uyğun  olaraq,  respondentlərin  75%-i  daxili  nəzarət  sisteminin  gücləndirilməsi  üçün 

investisiyaların artırılmasınınplanlaşdırıldığını qeyd ediblər. 

            Bir  sıra  aparıcı  ölkələr  tərəfindən  1990-2005-ci  illər  ərzində  daxili  nəzarət 

sisteminin  rolunu  gücləndirən  və  səlahiyyətlərini  genişləndirən  müxtəlif  normativ 

sənədlər  qəbul  edilib.  Buna  misal  olaraq,  ABŞ-da  “Sarbanes-Oxley  Akt”  (2002), 

Böyük Britaniyada “Cadbury Report” (1991), “Greenbury Code” (1995), “Combined 

Code”  (1998-2003),  “Turnbull  Report”  (1999)  kimi  sənədlər  qəbul  edilib.  Bu 

sənədlər bu gün də öz aktuallığını saxlayır və beynəlxalq aləmdə nümunəvi sənədlər 

kimi tanınmaqdadır.   

        Hazırda Azərbaycanın maliyyə bazarının ildən-ilə inkişaf etdiyini, qlobal dünya 

iqtisadiyyatına uğurlu inteqrasiyasını nəzərə alsaq, qeyd edə bilər olar ki, Azərbaycan 

bank  sistemi  digər  iqtisadi  institutlardan  fərqli  olaraq  göstərilən  sahədə,  o  cümlədən 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə