75
Biznes strategiyasını həyata keçirərkən və optimal səmərəliliyə nail olmaq
baxımından, hər bir bank aşağıdakı idarəetmə orqanları tərəfindən idarə edilir :
Bankın ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağı;
Səhmdarlar tərəfindən təyin olunan, onlara hesabat verən və bankın idarə
edilməsinə və fəaliyyətinə nəzarət edən orqan olan Müşahidə Şurası;
Bankın gündəlik idarə edilməsi üçün məsul icraedici orqan olan İdarə Heyəti;
Mühasibat uçotu prosedurları, nəzarət və bankın daxili auditi üzrə məsul olan
Audit Komitəsi.
Banklarda təşkilati strukturun əsas üç növü müşahidə edilir. Həmçinin, təcrübə
göstərir ki, bir çox banklarda hər üç növün elementlərini özündə birləşdirən təşkilati
struktur yaradıla bilər. Aşağıdakı
şəkildə 6-da bankın təşkilati strukturunun növləri
göstərilmişdir:
Sxem 6.Təşkilati strukturunun növləri
Funksional strukturun üstünlükləri işçilərin müəyyən fəaliyyət növləri üzrə
ixtisaslaşması əsasında bank fəaliyyətinin iqtisadi effektivliyinin artırılmasından və
işlərin təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Bu cür strukturun mənfi
tərəfləri müxtəlif əməliyyat prosesləri, xidmətlərin müştəriyə çatdırılma yolları və
müştəri qrupları arasında əsas fərqlərin nəzərə alına bilinməməsindən ibarətdir. Bu
Funksional struktur
• Burada hər bir struktur vahidin həyata keçirdiyi fəaliyyət (“xidmətin”)
aydın təsvir edilir.
Xidmət əsaslı struktur
• Xidmət əsaslı təşkilatı strukturda struktur vahidləri müştərilərə
təqdim etdiyi xidmətnövləri üzrə müəyyən edilir
.
Bazar əsaslı struktur
• Bazar əsaslı təskilatı strukturda struktur vahidləri xidmət göstərdiyi
müxtəlif “müştəriqrupları” və ya seqmentlər əsasında müəyyən edilir.
76
sistemdə nəzərdə tutulan mərkəzləşdirmə ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı
məqsədlərinə tam cavab vermir (məsələn, bu növ təşkilatı strukturda filial şəbəkəsinin
kiçik olması).
Xidmət əsaslı təşkilatı struktur növü ən çox iri banklar üçün münasibdir, çünki
bu növ struktur təşkilatın daha rahat idarə edilməsinə xidmət edir və hər bir biznes
bölməsinə özünün təklif etdiyi məhsullar və xidmətlər üzərində diqqətini
cəmləşdirməyə imkan verir. Bu növ struktur banklardan xidmətlərin müştərilərə
çatdırmaq üçün müvafiq ixtisaslaşmış mütəxəssislərin cəlb olunmasını tələb edir,
çünki çox zaman belə strukturlarda daha mərkəzsizləşdirilmiş qərar qəbul etmə
prosesi mövcuddur. Digər tərəfdən, xidmət əsaslı təşkilatı strukturda bəzi xidmətlərin
birgə göstərilməsinin mövcudluğuna baxmayaraq, bəzi əməliyyat prosesləri hər bir
biznes bölməsində təkrarlanır, nəticədə isə yüksək səviyyəli məsrəflərin yaranmasına
gətirib çıxarır. Əlavə olaraq, müştərilər üçün biznes bölmələri arasında rəqabət
yarana bilər, bu da öz növbəsində bölmələr arasında çarpaz-satış üzrə əməkdaşlığı
azaldar və mürəkkəb elementləri öz tərkibinə daxil edən əməliyyatları yaradar.
Bazar əsaslı təşkilatı strukturun hər bir biznes bölməsi daxilində bütün zəruri
xidmətlər cəmləşə bilər, bu da öz növbəsində xidmətlərin təkrarlanması ilə
nəticələnır. Bazar əsaslı təskilatı strukturun üstün cəhətləri çox fərqli tələblərə malik
olan və ya coğrafi olaraq bölüşdürülmüş müştəri qrupları ilə əlaqələrin saxlamasının
asanlaşması, hər bir müştəri qrupunun ehtiyaclarının ödəməsi üçün lazım olan
xidmətlərin bir biznes bölməsində göstərilməsidir. Bazar əsaslı təşkilatı strukturun
fəaliyyət göstərməsi və idarə edilməsi çətin ola bilər. Məsələn, müştərilər eyni
xidmətləri tələb etdikdə, bu müxtəlif biznes bölmələrdə xidmətlərin təkrarlanmasını
tələb edə bilər.
Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda
mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib.
77
Diaqram 2. 2009-2015-ci illərdə “Doing Business” hesabatında
Azərbaycanın yeri (Mənbə doingbusines.com)
Dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində ənənəvi olaraq hər
il dərc olunan hesabatlarda ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar daim diqqət
mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən
hazırlanaraq 2015-ci ilin oktyabr ayının 27-də açıqlanan biznes mühitinin
əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2016"
hesabatıdır.
Diaqram 2-də göründüyü kimi ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar
nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda
mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlmişdir. Eyni
zamanda, "Doing Business 2016" hesabatında 3 göstərici ("Biznesə başlama",
"Tikinti üçün icazələrin alınması" və "Kiçik investorların maraqlarının qorunması")
üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd
edilib.
0
10
20
30
40
50
60
70
80
2009
2010
2011
2012
2013
2014
2015
38
54
66
65
70
80
63
pillələr