Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

52 

 

yardımın  cəlb  edilməsi  prosesləri  davam  etməkdədir.  Son  illər  səhmdarların 



hüquqlarının  müdafiəsi,  habelə  səhmdarlar  arasında  münasibətlərin  tənzimlənməsi 

təmin  edilmişdir.  Belə  ki,  təkcə  2012-ci  il  ərzində  454  səhmdar  cəmiyyəti  ilə  bağlı 

səhmdarların  hüquqlarının  pozulması    barədə  286  şikayət  ərizəsi  və  45  müraciət 

qəbul  edilərək  təhlil  edilmişdir.  Araşdırmalar  nəticəsində  fəaliyyətində  qanun 

pozuntuları  aşkar  edilmiş  səhmdar  cəmiyyətlərinin  184-nə  qarşı  inzibati  cərimələr 

tətbiq  edilmiş,  154-nə  isə  pozuntularının  aradan  qaldırılması  haqqında  məcburi 

göstərişlər  göndərilmişdir.  Bundan  əlavə,  səhmdar  cəmiyyətləri  tərəfindən  2012-cu 

ilin  nəticələrinə  görə  qanunvericiliyə  uyğun  olaraq  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsinə 564 illik hesabat təqdim edilmişdir. İllik hesabatın təqdim edilməməsi və 

ya  düzgün  tərtib  edilməməsi  səbəbindən  346  səhmdar  cəmiyyətinə  qarşı  inzibati 

cərimə tətbiq edilmişdir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


53 

 

 



III FƏSİL.AZƏRBAYCANDA SƏHM BAZARININ TƏKMİLLƏŞDİRİLMƏSİ 

 

3.1. Azərbaycanda səhm bazarındakı problemlər 

Əvvəlki  illərə  nəzər  salsaq  görərik  ki,  2011-ci  ildə  səhm  bazarının  ümumi 

həcmi 80.6 milyon manat olmuşdur ki, bunun da 74%-i ilkin bazarın, 26%-i isə təkrar 

bazarın payına düşmüşdür. Səhm buraxılışının 92.6 faizi maliyyə sahəsində fəaliyyət 

göstərən  şirkətlər  tərəfindən,  xüsusilə  də  bank  və  sığorta  şirkətləri  tərəfindən  həyata 

keçirilmişdir. 2011-ci ilin 6 ayı ərzində səhmlərin ilkin bazarının nisbətən azalmasına 

baxmayaraq  səhmlərin  təkrar  bazarında  canlanma  müşahidə  olunmuş  və  səhmlərin 

mütəşəkkil bazardakı təkrar ticarəti 32.5% artım  nümayiş etdirmişdir.  Azərbaycanda 

qiymətli  kağızlar  bazarının  inkişaf  etməkdə  olan  bazar  kateqoriyasına  daxil  olması 

üçün  səhm  bazarının  kapitallaşması  Ümumi  Daxili  Məhsulun  30-40  faizinə 

çatdırılmalıdır.  Bu  isə  öz  növbəsində,  müasir  Azərbaycan  qiymətli  kağızlar  bazarı 

həcminin 8-10 dəfə artırılması deməkdir. 

Müasir  dövrdə  Azərbaycanda  milli  kapital  bazarının  inkişafının  konseptual 

platforması  hələ  də  tam  müəyyən  edilməmişdir,  lakin  bu  bazarın  tezliklə  inkişaf 

etdirilməsinin zəruri olması hakimiyyətin bütün səviyyələrində etiraf edilir, ona görə 

də  həmin  problemin  tədqiq  edilməsi  vaxtı  çatmış  və  mühüm  məsələdir.  Belə  ki, 

səhmlərin  ictimai  təklif  üsulu  yerləşdirilməsini  həyata  keçirən  şirkətlərə  güzəştli 

vergi mühiti tətbiq oluna bilər, ölkə üzrə kapital bazarı ilə bağlı ictimai məlumatlılıq 

kampaniyasının,  səhm  bazarının  təkmilləşdirilməsi  məqsədilə  strategiyanın  və 

tənzimləyici  çərçivənin  hazırlanması  və  məsləhət  xidmətlərinin  təmin  olunması 

vasitəsilə  Bakı  Fond  Birjasındakı  siyahıya  yerli  və  xarici  emitentlərin  cəlb  olunması 

üzrə  strateji  qiymətləndirmənin  həyata  keçirilməsi  məqsədə  uyğundur.  Bununla 

yanaşı,  bu  gün  Azərbaycan  qiymətli  kağızlar  bazarında  yerli  investorlarla  yanaşı 

xarici  investorların  fəaliyyəti  də  ölkə  iqtisadiyyatının  inkişaf  etdirilməsində  vacib 

amillərdən  biridir.  Azərbaycan  fond  bazarında  bir  sıra  problemlərin  olmasına 

baxmayaraq,  xarici  investorlar  və  beynəlxalq  qurumlar  kapital  yatırılması  imkanları 




54 

 

baxımından Azərbaycan bazarını kifayət qədər perspektivli bazar hesab edirlər ki, bu 



da  ölkədəki  siyasi  iqtisadi  sabitlik,  əmin-amanlıq  və  əlverişli  investisiya  mühiti  ilə 

əlaqədardır. 

Qiymətli  kağızlar  bazarındakı  digər  çətinlik  isə  səhmlərin  normativ-hüquqi  və 

qanunvericilik  bazasındakı  əskikliklərin  mövcud  olmasıdır.  Azərbaycanda  qiymətli 

kağızlar  bazarının  inkişafına  və  onun  dünya  maliyyə  bazarına  inteqrasiyasına  nail 

olmaq  və  eyni  zamanda  maliyyə  bazarının  bütövlükdə  fəaliyyətindəki  problemləri 

aradan  qaldırmaq  üçün,  dünya  standartlarına  cavab  verə  biləcək  normativ-hüquqi 

bazanın yaradılması və ona riayət olunması vacibdir. İqtisadi inkişafın nəticəsi olaraq 

gələcəkdə Azərbaycanda fond birjasında maliyyə fyuçersləri ilə əməliyyatların həyata 

keçirilməsinin  genişləndirilməsi,  həmçinin  qiymətli  kağızlar  bazarında  yeni  maliyyə 

alətlərinin  də  yer  tapacağı  şübhəsizdir.  Belə  ki,  dövlət  borc  qiymətli  kağızlarının 

növləri də genişlənəcəkdir. Qiymətli kağızlar bazarındakı nəzərə çarpan problemlərin 

yaxın gələcəkdə həlli üçün aşağıdakı yeniliklər həyata keçirilə bilər bilər: 

-Əhali üçün müxtəlif ödəmə müddətləri ilə dövlət borc qiymətli kağızlarının 

buraxılışı: 

-Müəyyən  olunmuş  proqram  və  layihələrin  maliyyələşdirilməsi  məqsədilə  qiymətli 

kağızların  buraxılışı.  Belə  qiymətli  kağızlara  gəlir  olaraq,  proqram  və  layihələrin 

nəticələrinin reallaşdırılmasında iştirak ola bilər: 

-Torpaq və daşınmaz əmlaka təmin edilən qiymətli kağızların buraxılışı: 

-Xarici  bazarlarda  dövriyyədə  iştirak  edəcək  borc  qiymətli  kağızlar  buraxılışının 

genişləndirilməsi. 

-Həmçinin,  bazara  yeni  iri  qrup  emitentlərin-bələdiyyələrin  qoşulması  mümkündür. 

Onlar  da  geniş  əhali  kütləsi  üçün  borc  qiymətli  kağızları  buraxa,  cəlb  edilmiş 

bələdiyyə proqramlarının reallaşmasında istifadə edə bilərlər. 

-Bazarın  daha  bir  iri  sektoru-korporativ  istiqraz  bazarının  formalaşması  və  inkişafı. 

Özəlləşdiriləcək  iri  istehsal  müəssisələrinin  bir  çoxu  maliyyə  resursları  cəlb  etmək 

məqsədilə, istiqraz buraxacaqlar. 

-Mövcud  olan  normativ  aktlarda  boşluqları  aradan  qaldırmaq  məqsədilə  daima  yeni 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə