Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

konteynerlərin  konstruksiyası  və  markalanması  cavab  verəcəyi  tələbləri  özündə  əks  etdirir, 

konteynerlərin  müvəqqəti  idxalının  prosedurunu  və  onların  istifadə  olunma  şərtlərini 

müəyyənləşdirir. 

Konvensiyaya  Avstraliya,  Avstriya,  Əlcazair,  Belarus,  Bolqarıstan,  Macarıstan, 

Indoneziya,  İspaniya,  Kanada,  Çin,  Kuba,  Mərakeş,  Yeni  Zelandiya,  Polşa,  Koreya,  Rusiya 

Federasiyası,  Rumıniya,  Slovakiya,  ABŞ,  Türkiyə,  Özbəkistan,  Ukrayna,  Finlandiya,  Çex 

Respublikası, İsveçrə, İsveç, Yunanistan qoşulmuşlar.  

10. «Təhlükəli  yüklərin quru  yollar ilə beynəlxalq daşımaları haqqında» Avropa Sazişi 

(30  sentyabr  1957-ci  il),  (DOPOQ-ADR)-Birləşmiş  Millətlər  Təşkilatının  Avropa  İqtisadi 

Komissiyası tərəfindən tərtib edilmiş Sazişdir. Saziş təhlükəli  yüklərin beynəlxalq  avtomobil 

daşımaları  gaydalarının  vahid  şəkildə  yaradılması  məqsədi  ilə  tərtib  edilmişdir.  Avropa 

dövlətlərinin  əksəriyyəti  dövlətlərinin  ərazisi  ilə  və  sərhədlərindən  başqa  ölkələrə  təhlükəli 

yüklərin  daşınması  haqqında  umumi  qaydaları,  məhz  həmin  Sazişin  şərtlərinə 

uyğunlaşdırmışlar. 

Sazişə  Avstriya,  Belçika,  Bolqarıstan,  Belarus,Bosniya  və  Hersoqovina,  Keçmiş 

Yuqoslaviyanın  Makedoniya  Respublikası,  Macarıstan,  Almaniya,Yunanistan,  Danimarka, 

İrlandiya,  İspaniya,  İtaliya,  Litva,  Latviya,  Lixtenşteyn,  Lüksemburq,  Mərakeş,  Hollandiya, 

Polşa, Portuqaliya, Moldova, Rumıniya, Slovakiya, Sloveniya, Rusiya Federasiyası, Birləşmiş 

Krallıq,  ABŞ,  Finlandiya,  Fransa,  Norveç,  İsveç,  İsveçrə,  Xorvatiya,  Çex  Respublikası, 

Estoniya, Yuqoslaviya qoşulmuşlar.  

Azərbaycan  Respublikasının  müasir  xarici  iqtisadi  (ticarət)  siyasəti  onun  nəqliyyat 

sahəsindəki münasibətlərini müəyyənləşdirir və tənzimləyir və həmin münasibətlər beynəlxalq 

hüququn hamı tərəfindən tanınan, mütərəqqi-demokratik prinsip və normalarına, həmçinin bu 

sahədəki beynəlxalq müqavilələrdən (sazişlərdən) irəli gələn öhdəliklərə riayət etmək əsasında 

qurulur. 

 

3.2.

 

Nəqliyyat-tranzit sektorunun mövcud vəziyyətinin xarakterizəsi 

 

3.2.1. Beynəlxalq nəqliyyat-tranzit dəhlizi  

 

«Traseka»  Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizinin  rəqabət  qabiliyyəti.  Ən  nüfuzlu 



beynəlxalq təşkilatlar (BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası və 

digərləri)  tərəfindən  Avropa-Qafqaz-Asiya  Nəqliyyat  Dəhlizi  (TRASEKA)  Avropa  ilə  Asiya 

arasında təbii tranzit əlaqəsi kimi rəsmi tanınmışdır. Bu baxımdan Avropa İttifaqının TASİS-

TRASEKA  proqramının  üzv-dövlətlərinin  (Azərbaycan,  Ermənistan,  Bolqarıstan,  Gürcüstan, 

Qazaxıstan,  Qırğızıstan,  Moldava,  Monqolustan,  Rumıniya,  Tacikistan,  Türkmənistan, 

Türkiyə, Özbəkistan, Ukrayna) qarşısında duran ən vacib məsələ nəqliyyat şəbəkələrini inkişaf 

etdirməklə, öz coğrafi-siyasi və iqtisadi imkanlarından səmərəli istifadə etməkdir. 

Hazırda  Asiya  və  Avropa  arasında  ticarət  dövriyyəsi  ildə  20  trilyon  ABŞ  dollardan  çox 

məbləği  təşkil  edir.  Onlardan  200  milyard  ABŞ  dolları  nəqliyyat  xərclərinin  payına  düşür. 

Traseka proqramı çərçivəsində aşağıdakılar nəzərə alınmışdır: traseka ölkələrinin  Avropa və  

Asiya  arasında  ticarətin  inkişaf    etdirilməsi  baxımından  coğrafi  mövqeyi  ən  iri  mal 

istehsalçılarının  Asiyada  yerləşməsi  və  əsas  istehlakçıların  Avropada  olması,  yük  axınlarının 

göndərilmə  nöqtələri,  mal  göndərən  böyük  ölkələr.  Nəticədə,  malların  Avropaya  traseka 

nəqliyyat dəhlizi (Şərq-Qərb) ilə aparılmasının digər alternativ  marşrutlarla  müqayisədə daha 

cəlbedici  olduğu  müəyyən  olunmuşdur.  Yokohamadan  Rotterdam,  Hamburq,  Antverpen  və 



digər  iri  Qərbi-Avropa limanlarınadək  digər  marşrutların traseka  marşrutundan iki  dəfə  uzun 

olduğu qeyd edilməlidir.  

Avropa  İttifaqının  traseka  proqramının həyata  keçirilməsi sayəsində  üzv-dövlətlər böyük 

əhəmiyyət kəsb edən və ətraf dünyaya istiqamətlənmiş nəqliyyat şəbəkələri və dəniz limanları 

yaratmış, öz əraziləri daxilində mal tranziti üçün yaxşı imkanlar əldə etmişlər. Bu o deməkdir 

ki, tranzit nəqliyyatını inkişaf etdirmək üçün TRASEKA ölkələrinin qonşu ölkələrə yeni daxili 

dəhliz  və  ya  əlavə  nəqliyyat  marşrutlarını  yaratmağa  ehtiyacı  yoxdur.  Hazırda  bu  ölkələrin 

mövcud  nəqliyyat  dəhlizi  və  onun  şəbəkələrinin  inkişaf  etdirilməsi  üçün  böyük  sərmayə 

qoyuluşuna  ehtiyacı  olmadığını  qeyd  etmək  lazımdır.  Traseka  nəqliyyat  dəhlizi  artıq 

mövcuddur  və  fəaliyyət  göstərir.  Müxtəlif  kateqoriyadan  olan  böyük  həcmli  malların 

daşınması üzrə zəngin təcrübə toplanmışdır. 

«Avropa-Qafqaz-Asiya  dəhlizinin  inkişafı  üzrə  Əsas  Çoxtərəfli  Beynəlxalq  Nəqliyyat 

Sazişi»  9  sentyabr  1998-ci  il  tarixində  Bakıda  imzalandıqdan  sonra  beynəlxalq  tranzit 

nəqliyyatı üçün hüquqi baza yaradılmışdır.  

Burada  digər  mühüm fakt təbii və enerji  ehtiyatları  ilə zəngin olan  ölkələrin  ərazisindən 

traseka nəqliyyat şəbəkələrinin keçməsidir. Bu regionlarda hazırlıqlı mütəxəssislər vardır. Bu 

ölkələrdə  tranzitin  inkişafı  istehsalın  və  məşğulluğun  artımına  kömək  edir.  Bütün  siyasi  və 

iqtisadi dəyişikliklərə baxmayaraq, təcrübəyə əsasən seçilmiş, inkişaf etdirilmiş və yoxlanmış 

beynəlxalq  nəqliyyat    dəhlizi  olan  traseka  əlverişli  investisiya  mühitini  təmin  edir  və 

inteqrasiya prosesinin qloballaşmasına müsbət təsir göstərir.  

 

3.2.2.

 

Nəqliyyat-tranzit dəhlizinin mövcud vəziyyətinin təhlili 

 

Hazırda  Azərbaycanın  nəqliyyat  dəhlizi  başlıca  olaraq  ticarət  tərəfdaşı  ölkələr  arasında 



əlaqələrin genişlənməsinə xidmət edir. Bununla belə nəqliyyat-tranzit sistemində yükdaşımada 

avtomobil,  dəmir  yolu  və  dəniz  nəqliyyatı  iştirak  etsə  də,  TRASECA-nın  Azərbaycan 

bölməsindəki  tranzit  yükdaşımalarda  avtomobil  nəqliyyatının  statistikası  verilməmişdir.  Bu 

dəhliz  üzrə  yükdaşımada  dəmir  yolu  geniş  paya  malikdir  ki,  bu  da  yeni  xətlərin  istifadəyə 

verilməsi ilə bağlıdır.  

 

 



 

Belə ki, ümumi yüklərin 52.6%-i dəmiryolu nəqliyyatı ilə həyata keçirilir. Ümumilikdə 

TRASECA nəqliyyat dəhlizi vasitəsilə daşınan dəniz yüklərinin 82.2%-i tranzit daşımalardan 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə