Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

4.  «Yol  hərəkəti  haqqında»  Konvensiya  (08.11.1968  il)  «Yol  hərəkəti  haqqında» 

Konvensiya beynəlxalq yol hərəkətinin asanlaşdırılması və yollarda təhlükəsizliyi təmin etmək 

üçün eyni hərəkət qaydalarının qəbul edilməsi məqsədilə tərtib olunmuşdur.  

5.  «Beynəlxalq  Yük  Daşınması  Müqaviləsi  haqqında»  Konvensiya  (KDPQ)  (19  may 

1956-ci il)  «Beynəlxalq Yük Daşınması Müqaviləsi haqqında»  Konvensiya (KDPQ)» 02 iyul 

1961-ci  il  tarixdən  qüvvəyə  minmişdir.  Bu  Konvensiya  praktiki  əhəmiyyətə  malik  olmaqla 

yanaşı, beynəlxalq yük avtomobil daşımaları müqaviləsi şərtlərinə eyni bir forma daxil etmək, 

daşıyıcı  sənədlərinin  unifikasiyası  və  daşıyıcının  və  yükgöndərənin  məsuliyyətinin 

müəyyənləşdirilməsi  məqsədilə,  BMT-nin  Avropa  İqtisadi  Komissiyasının  daxili  nəqliyyat 

üzrə  Komitəsinin  iştiraki  ilə  Şəxsi  hüquqların  unifikasiyası  üzrə  Beynəlxalq  İnstitut  (Roma) 

tərəfindən  hazırlanmışdır.  Bu  Konvensiyanın  tələblərinə  müvafiq  olaraq,  daşıyıcı  və 

yükgöndərən arasında olan müqavilənin şərtlərinə riayət olunması və daşıyıcı tərəfindən yükün 

qəbul  edilməsinin  təsdiqlənməsi  Qaimə  ilə  müəyyənləşdirilir.  Konvensiya  yükün  itməsi, 

zədələnməsi və  yaxud  onun çatdırılma müddətinin gecikdirilməsi hallarında ödəniş həddinin, 

həmçinin  beynəlxalq  yük  nəqliyyat  daşımaları  zamanı  meydana  çıxan  iddia  və  tələblərin 

baxılması müddəti və qaydasını müəyyən edir.  

Avropa  ölkələri  beynəlxalq  nəqliyyat  daşımaları  barədə  Sazişlərin  imzalanmasında 

KDPQ  Konvensiyasının  qaydalarına  əsas  götürürlər.  Konvensiyaya  aşağıdaki  dövlətlər 

qoşulmuşlar:  Avstriya,  Belarus,  Belçika,  Bolqarıstan,  Bosniya  və  Hersoqovina,  Makedoniya, 

Macarıstan, Almaniya, Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Litva, 

Latviya,  Lüksemburq,  Mərakeş,  Hollandiya,  Norveç,  Polşa,  Portuqaliya,  Sloveniya,  Rusiya 

Federasiyası, Böyük Britaniya, Tacikistan, Tunis, Türkmənistan, Türkiyə, Finlandiya, Fransa, 

Özbəkistan, Xorvatiya, İsveçrə, İsveç, Estoniya, Yuqoslaviya. 

6.  «Yol  nəqliyyat  vasitələrinin  ticarət  və  kommersiya  məqsədilə  müvəqqəti  idxalının» 

Gömrük  Konvensiyası  (18.05.  1956).  «Yol  nəqliyyat  vasitələrinin  ticarət  və  kommersiya 

məqsədilə  müvəqqəti  idxalının»  Gömrük  Konvensiyası  8  aprel  1959-cu  il  tarixdən  qüvvəyə 

minmişdir.  Konvensiya  bir  dövlətin  ərazisində  qeydiyyata  alınmış  və  kommersiya  məqsədilə 

digər  dövlətin  ərazisinə  yük  və  sərnişin  daşımaq  üçün  müvəqqəti  idxal  edilmiş  nəqliyyat 

vasitələri  sahibkarlarının  idxal  vergi  və  ödənişlərdən  azad  edilməsi  yolu  ilə  beynəlxalq 

avtomobil daşımalarının inkişafına kömək etmək məqsədilə hazırlanmış və imzalanmışdır. Bu 

Konvensiya hər bir avtonəqliyyat vasitəsi üçün «Gömrük talon kitabçası» adlandırılan (Karnen 

de  passaj)  xüsusi  gömrük  sənədini  tərtib  etmək  şərtilə,  bir  dövlətin  ərazisində  qeydiyyata 

alınmış  şəxsi  nəqliyyat  vasitələrinin  digər  dövlətin  ərazisinə  rüsumsuz  müvəqqəti  idxalını 

nəzərdə tutur. Konvensiyada müvəqqəti idxalın şərtləri, «Gömrük talon kitabça»sının (Karnet 

de  passaj)  doldurulması  qaydaları  izah  edilmiş  və  eləcədə  onun  nümunəsi  və  qüvvədə  olma 

müddəti göstərilmişdir. 

Konvensiyaya  aşağıdaki  dövlətlər  qoşulmuşlar:  Avstriya,  Əlcəzair,  Əfqanıstan,  Belarus, 

Belçika,  Bolqarıstan,  Makedoniya, Macarıstan,  Almaniya, Yunanistan, Danimarka,  İrlandiya, 

İspaniya, İtaliya, Kambodja, Kipr, Kuba, Lüksemburq, Hollandiya, Norveç, Polşa, Portuqaliya, 

Rumıniya,  Sinqapur,  Sloveniya,  Rusiya  Federasiyası,  Böyük  Britaniya,  Tacikistan,  Tunis, 

Türkmənistan,  Türkiyə,  Finlandiya,  Fransa,  Xorvatiya,  İsveçrə,  İsveç,  Yuqoslaviya  Avropa 

Birliyi.  

7.  «Sərhədlərdə  yüklərin  nəzarətdən  keçirilməsi  şərtlərinin  razılaşdırılması  haqqında» 

Beynəlxalq Konvensiya (21 oktyabr 1982-ci il), «Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi 

şərtlərinin  razılaşdırılması  haqqında»  Beynəlxalq  Konvensiya  15  oktyabr  1985-ci  il  tarixdən 

qüvvəyə  minmişdir.  Konvensiyanın  müddəaları  bir  və  ya  bir  neçə  dəniz,  hava  və  ya  quruda 




yerləşən  sərhədlərdən  keçərkən  idxal,  ixrac  və  ya  tranzitlə  daşınan  bütün  yüklərə  və  razılığa 

gələn  Tərəflərin  nəzarət  xidmətlərinə  şamil  edilməlidir.  Konvensiya  müxtəlif  sərhədlərdən 

keçən  yüklərin  məruz  qalacağı  nəzarət  növlərinin  təriflərini  verməklə,  beynəlxalq  yük 

daşımalarının  sadələşdirmə  şərtlərini  müəyyənləşdirir.  Konvensiyaya  Avstraliya,  Ermənistan, 

Belarus,  Belçika, Macarıstan,  Almaniya,  Yunanistan, Danimarka,  İrlandiya,  İspaniya,  İtaliya, 

Kuba,  Litva,  Lüksemburq,  Hollandiya,  Norveç,  Polşa,  Portuqaliya,  Rusiya  Federasiyası, 

Böyük  Britaniya,  Finlandiya,  Fransa,  Özbəkistan,  Xorvatiya,  İsveçrə,  İsveç,  Estoniya, 

Yuqoslaviya, Avropa Birliyi dövlətləri qoşulmuşdur.  

8.  «Tez  korlanan  qida  məhsullarının  beynəlxalq  daşınması  və  bu  daşımalar  üçün  təyin 

olunmuş  xüsusi  nəqliyyat  vasitələri  haqqında»  Saziş  (1  sentyabr  1970-ci  il) 

«Tez korlanan qida məhsullarının beynəlxalq daşınması və bu daşımalar üçün təyin olunmuş 

xüsusi nəqliyyat vasitələri haqqında» Saziş 21 noyabr 1976-cı il tarixdən qüvvəyə minmişdir. 

Bu  Saziş  xüsusi  nəqliyyat  vasitələrilə  tez  korlanan  məhsulların  daşınmaları  zamanı  onların 

keyfiyyətinin  saxlanılma  şəraitlərinin  yaxşılaşdırılması  üçün  hazırlanmışdır.  Sazişin  əsas 

müddəalarından ayrılmaz olan əlavələrdə aşağıdaki təlimatlar göstərilmişdir: 

–  tez  korlanan  qida  məhsullarının  beynəlxalq  daşınılmasında  istifadəsi  üçün  nəqliyyat 

vasitələrinin müəyyən edilməsi; 

– xüsusi nəqliyyat vasitələrində tez korlanan qida məhsullarının beynəlxalq daşımalarda 

qoyulmuş tələblərin müvafiqliyinin yoxlanılma qaydaları; 

–  xüsusi  nəqliyyat  vasitələrinin  qızdırılması  və  ya  soyudulması  üçün  cihazların 

effektivliyinin və izotermik xüsusiyyətlərinin yoxlanılma və ölçülmə üsulları; 

–  tez  korlanan  qida  məhsullarının  beynəlxalq  quru  yolla  daşınmaları  zamanı  istifadə 

edilən nəqliyyat vasitələrinə verilən şəhadətnamənin nümunəsi;  

–  tez  korlanan  qida  məhsullarının  beynəlxalq  daşınması  zamanı  istifadə  edilən  xüsusi 

nəqliyyat vasitələrində olan fərqlənmə nişanları; 

–  dondurulmuş  qida  məhsullarının  daşınması  zamanı  nəqliyyat  vasitələrinin  gövdəsinin 

(kuzovunun) daxilində hərarət rejiminin müəyyənləşdirilməsi; 

– dondurulmuş halda  olmayan bəzi qida  məhsullarının daşınmaları zamanı tələb olunan 

hərarət rejimi; 

– tez korlanan qida məhsullarının daşınması üçün gövdələrin istilik keçirmə əmsalından, 

mövcud  soyuqluq  mənbəyinin  güvvəsindən  və  qızdırıcı  qurğuşundan  asılı  olaraq  xüsusi 

nəqliyyat vasitələrinin təsnifatı; 

– izotermik nəqliyyat vasitələrinin – buzxanaların, soyuducularm və qızdırılan nəqliyyat 

vasitələrinin  qoyulmuş  tələblərə  müvafiqliyinin  yoxlanılması  nəqliyyat  vasitələrinin 

qeydiyyata alındıgı ölkənin sınaq stansiyalarında keçirilir. 

Sazişi  Avstraliya,  Belçika,  Bolqarıstan,  Macarıstan,  Almaniya,  Yunanistan,  Danimarka, 

İrlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Lüksemburq, Mərakeş, Hollandiya, Polşa, Portuqaliya, 

Rusiya  Federasiyası,  Böyük  Britaniya,  ABŞ,  Finlandiya,  Fransa,  Norveç,  Yuqoslaviya 

imzalamışlar.  

9.  «Konteynerlərə  aid»  Gömrük  Konvensiyası  (02  dekabr  1972-ci  il) 

«Konteynerlərə  aid» Gömrük Konvensiyası 6 dekabr  1975-ci il tarixdən  qüvvəyə  minmişdir. 

Konvensiya beynəlxalq konteyner daşımalarının genişləndirilməsi və sadələşdirilməsi məqsədi 

ilə hazırlanmış və imzalanmışdır. Konvensiya bir dövlətin fiziki və hüquqi şəxslərinə  məxsus 

olan  yüklü  və  yüksüz  konteynerlərin  digər  dövlətin  ərazisinə  müvəqqəti  olaraq,  rüsumsuz 

idxalını  nizamlayır.  Konvensiya  konteynerlərin  müvəqqəti  idxalının  şərtlərini  təyin  edir.  O 

cümlədən,  gomrük  möhürü  və  plombu  olmaqla  beynəlxalq  daşımalara  icazə  verilmiş 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə