Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

3.4.

 

Modelin nəticələri və şərhi 

 

Rəqabət  qabiliyyətinin  determinanrlarının  qiymətləndirilməsi  üzrə  modelin  nəticələri  4 



mərhələdən ibarət olmaqla verilmişdir. Belə ki, birinci mərhələdə sahələrdəki artımın nəqliyyat 

sektorunda  xərclərə  faizlə  təsiri  müəyyən  edilmiş,  ikinci  mərhələdə  qiymət  səviyyələrinin 

nəqliyyat məsrəflərində yaratdığı əlavə effekt qiymətləndirilmiş, III mərhələdə tələbin artması 

ilə  nəqliyyat  xərcləri  arasında  asılılıq  tapılmış  və  nəhayət  ıv  mərhələdə  sahələrarası  balans 

metodundan istifadə etməklə nəqliyyat sektorunun özünün digər sahələrin ümumi buraxılışında 

yaratdığı effekt qiymətləndirilmişdir.  

Nəqliyyat xərcləri üzrə modelin verilənləri kimi qeyri-neft sektorunun sahələrindəki real 

artım  tempi  və  nəqliyyat  sektoru  üzrə  xərclər  çıxış  edir  və  2000-2008-ci  illəri  əhatə  edir.  I 

mərhələdə modelin nəticələri üzrə ümumiləşmə cədvəl 2-də dəyişənlər əsasında verilmişdir.  

 

Cədvəl 3.1. Modelin dəyişənlər üzrə nəticələri, (%) 



 

 

Məsrəf idxalı 

Sahələr üzrə 

 

Kənd təsərrüfatı 



0.0210 

Sənaye 


0.0195 

Tikinti 


0.0022 

Ticarət 


0.0418 

Nəqliyyat 

0.0827 

 

Cədvəl 2 sahələrdəki artımın nəqliyyat sektorunda xidmətlərə çəkilən xərclərə təsirini əks 



etdirir.  Belə  ki,  göstərilən  sahələrdə  istehsalın  artması  nəqliyyat  xidmətləri  üzrə  tələbin  də 

müəyyən  qədər  artırılmasını  tələb  edir  ki,  bu  da  öz  növbəsində  bu  xidmət  növlərinə  çəkilən 

xərclərdə öz əksini tapır.  

Modelin nəticələrinə görə sahələrdə artım ilə nəqliyyat məsrəflərinin artırılması arasında 

düz  mütənasib  asılılıq  mövcuddur.  Eyni  zamanda  determinasiya  əmsalının  (R

2

)  75-80% 



arasında  dəyişməsi  bu  asılılığın  böyük  olduğunu  göstərir.  Modelin  digər  parametrləri  isə 

statistik tələblərə cavab verir.  

Aparılan təhlillər göstərir ki, nəqliyyat məsrəflərinin artması ümumi qiymət səviyyəsi ilə 

də  əlaqəlidir.  Belə  ki,  qiymət  səviyyəsi  nəqliyyat-tranzit  məsrəflərində  öz  əksini  tapır  ki,  bu 

rəqabət qabiliyyəti baxımından önəmli faktordur. Bu amili və təcrübəni nəzərə alaraq istehlak 

qiymətləri  indeksi,  ixrac  qiymətləri  indeksi  və  ÜDM-in  deflyatoru  ilə  nəqliyyat  məsrəfləri 

arasında korrelyasiya əlaqəsinə baxılmışdır.  

 

Cədvəl 3.2. Qiymət səviyyəsinin nəqliyyat məsrəflərinə təsiri (%) 



 

 

Əlavə qiymət effekti 

Qiymət səviyyəsi 

 

İstehlak qiymətləri indeksi 



0.3708 

İxrac qiymətləri indeksi 

0.4453 

ÜDM-in deflatoru 



0.4321 

 



Modelin  nəticələrindən  göründüyü  kimi,  nəqliyyat-tranzit  şəbəkəsində  qiymət 

səviyyəsinin artması ixrac edilən məhsullar üzrə daha çox əlavə məsrəf effekti yaradır ki, bu da 

sektorun ümumi rəqabət qabiliyyətinə neqativ təsir edir.  

Determinasiya  əmsalının  82%  olması  nəqliyyat  məsrəflərinin  bu  göstəricilərdən  yüksək 

asılılığını  göstərir.  Məlum  olduğu  kimi,  qiymətlərin  səviyyəsi  həm  də  daxili  bazarda  tələbin 

fəallığını  göstərir.  Bu  isə  həm  ev  təsərrüfatlarının  istehlakı  və  həm  də  idxalın  artması  ilə 

müəyyən  edilir.  Ev  təsərrüfatının  istehlak  xərclərinin  13%-i  nəqliyyat  xidmətlərinin  payına 

düşür (5, səh 125). Bunu nəzərə alaraq nəqliyyat məsrəfləri ilə ev təsərrüfatının real istehlak 

xərcləri və idxal qiymətləri arasında asılılığı qiymətləndirmişik (cədvəl 3.3). 

 

Cədvəl 3.3. Tələbin nəqliyyat məsrəflərinə təsiri, % 



 

 

Əlavə nəqliyyat xərclərinə tələb 

Tələb amilləri 

 

Ev təsərrüfatının real istehlak xərcləri 



0.0517 

İdxal 


0.9218 

 

Modelin determinasiya əmsalı 85% təşkil etmişdir və digər statistik parametrlər modelin 



adekvat olmasını göstərir. Modelin nəticələrinə görə idxal qiymətləri indeksi daxili nəqliyyat 

məsrəflərinə daha həssasdır ki, bu da daxili bazarda idxal məhsullarının payının böyük olması 

ilə  əlaqədardır.  Eyn  izamanda  iqtisadi  artım  və  gəlirlərin  bölgüsü  Azərbaycanda  pozitiv 

tendensiyaya  malik  olduğundan,  nəqliyyat  məsrəflərinin azalması bu tendensiyaya  da  pozitiv 

təsir edir. İqtisadi artım və xərclərin azalması məhsul vahidinə düşən nəqliyyat xidmətlərinin 

məsrəfini  artırır  ki,  bu  da  nəqliyyat  və  ticarət  sektorunda  xərclərin  birbaşa  artım 

tendensiyasında öz əksini tapır. Tədarük daha çox əmək, kapital və resurs tutumlu olduqda bu, 

əmək haqqının artırılması və icarə məsrəflərinə əlavə təzyiq yaradır və qiymətlərdə öz əksiniz 

tapır. Nəticədə həm müəssisənin və həm də məhsulun rəqabət qabiliyyəti aşağı düşür.  

  

3.5.



 

Aparılan sorğuların metodologiyası 

 

Sorğular  ölkənin  əsasən  tranzit  rolunu  oynanayan  cənub  və  qərb  bölgələrində  əsas  iki 



kriteriya üzrə keçirilmişdir. Birinci kriteriya kimi sorğu məqsədilə müəssisələr işçilərin sayına 

görə  2  qrupa bölünmüşdür

6

:  5  nəfərə  qədər  işçisi  olan  xırda  müəssisələr  (bizim  sorğuda  100 



müəssisə) və  5-dən çox işçisi olan iri müəssiələr.  

Ikinci  kriteriya  olan  ixtisas  səviyyəsi  müştərilərin  tapılması  və  qorunmasında  çox  vacib 

amil  hesab  edilir.  Azərbaycanda  müxtəlif  nəqliyyat  vasitələri  xidməti  göstərən  bir  sıra 

müəssisələr  vardır  (dəniz,  hava  və  s)  ki,  bunların  da  əksəriyyəti  rəqabət  bazarında  üstünlüyə 

malikdir. İxtisaslaşmada  da məhz əsas məqsəd rəqabət bazarında üstünlüyün əldə edilməsidir. 

Təcrübə  göstərir  ki,  Azərbaycanda  yükdaşımaları  o  zaman  inkişaf  edə  bilər  ki,  nəqliyyat-

tranzit əməliyyatı ilə məşğul olan müəssisələr xidmət bazarında özlərinin ixtisaslaşma sferasını 

müəyyən etsinlər. Eyni zamanda müşahidələr də göstərdi ki, nəqliyyat-tranzit sektoru bir sıra 

üstünlüyə malikdir. Bu həmin müəssisələrin səmərəliliyinin artırılmasına imkan verir. Mövcud 

nəqliyyat müəssisələri 2 qrupa bölünmüşdür: özünün şəxsi nəqliyyatından istifadə edən və ya 

                                                 

6

 Azərbaycanda müəssisələrin bölgüsü qaydasına uyğun olaraq. 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə