Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Ölkə daxilində digər nəqliyyat növləri ilə həyata keçirilən daşımalar, məsələn, dəmir yolu 

daşınması,  dəniz  daşımaları  və  s.  isə  ümumi  qaydada  vergiyə  cəlb  olunurlar.  Qeyd  etmək 

məqsədəuyğundur  ki,  nəqliyyat  gömrük  xidmətləri,  həmçinin  daşınma  ilə  bağlı  xidmətlər, 

habelə  nəqliyyat  infrastrukturundan  istifadəyə  görə  ödənişlər  istisna  olmaqla,  tranzit 

daşımaların təyinatından asılı olmayaraq vergilər, yığımlar və digər ödənişlərdən azadolunma 

nəzərdə tutulmuşdur

4



Bundan əlavə, Azərbaycan Respublikasının 08 oktyabr 1996-ci il tarixli 168 1Q nömrəli 



Qanunu  ilə  təsdiq  edilmiş  «Azərbaycan,  Gürcüstan,  Türkmənistan  və  Özbəkistan 

Respublikaları  arasında  tranzit  yük  daşımalarının  tənzimlənməsi  sahəsində  əməkdaşlıq 

haqqında Sazişin 4-cü maddəsinə əsasən tranzit əlaqələrinə təqdim edilən nəqliyyat və inzibati 

xidmətlərə  görə  ödəmə  haqqı  və  göstərilən  xidmətlərin  dəyəri  istisna  olmaqla,  tranzit 

əlaqələrinə  münasibətdə  adından  və  təyinatından  asılı  olmayaraq,  milli  və  ya  yerli  vergilər, 

yığımlar və digər ödənişlər tutulmur.  

Yuxarıda qeyd olunan vergilərdən azadolma qaydaları adı çəkilən Sazişlərə imza edən və 

qoşulan ölkələrə qarşı tətbiq edilir. Xatırlatmaq istərdik ki, 1994-cü ilin sentyabr ayının 20-də 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  (ARDNŞ)  ilə  dünyanın  bir  sıra  məşhur  neft 

şirkətləri,  o  cümlədən  BP-Amoco,  Unocal,  Lukoil,  Exxon,  Statoil,  TPAO  və  digər  iri  neft 

şirkətləri  arasında  Xəzər  dənizinin  Azərbaycan  sektorunda  «Azəri,  Çıraq  yataqlarının  və 

Günəşli  yatağının  dərinliklərində  yerləşən  hissəsinin  birgə  işlənməsi  və  neft  hasilatının  pay 

bölgüsü  haqqında»  Saziş  imzalandı.  Bağlanmış  Sazişlər  çərçivəsində  fəaliyyət  göstərən 

müəssisə  və  şirkətlərin  vergi  məsələləri  üçün  xüsusi  vergi  rejimi  tətbiq  edilir.  Vergi 

Məcəlləsinə  əsasən  məcəllə  qüvvəyə  minənədək  və  ya  o,  qüvvəyə  mindikdən  sonra  qanunla 

təsdiq  olunmuş  hasilatın  pay  bölgüsü  haqqında,  əsas  boru  kəməri  haqqında  və  digər  bu 

qəbildən  olan  sazişlərdə  və  ya  qanunlarda,  o  cümlədən  neft  və  qaz  haqqında  qanunda  bu 

məcəllədə  və  vergilər  haqqında  digər  normativ  hüquqi  aktlarda  nəzərdə  tutulmuş 

müddəalardan  fərqli  müddəalar  müəyyən  edildikdə,  həmin  sazişlərin  və  ya  qanunların 

müddəaları tətbiq edilir

5

.  


 

3.1.3. Tranzit xidmətləri tənzimləyən beynəlxalq saziş və konvensiyalar  

 

Avtomobil  nəqliyyatı  sahəsində  Azərbaycan  Respublikasının  qoşulduğu  beynəlxalq 



avtomobil  daşımalarına  aid  ikitərəfli  hökumətlərarası  sazişlərdə  əsas  məqsəd  hər  iki  ölkə 

arasında  onların  ərazisindən  tranzitlə  avtomobil  vasitəsilə  sərnişin  və  yük  daşımalarının 

qarşılıqlı  inkişaf  etdirilməsi,  habelə  belə  əlaqələrin  sadələşdirilməsidir.  İkitərəfli  sazişlərdə 

beynəlxalq sərnişin və yük daşımalarının bütün əsas şərtləri öz əksini tapmışdır. Bu sazişlərə 

görə  dövlətin  əraziləri  arasında  avtomobil  nəqliyyatı  ilə  daşımalar  müvafiq  icazə  sisteminə 

əsasən  həyata  keçirilir  (İran  İslam  Respublikası  istisna  olmaqla).  Sazişlərdə  rüsum  və 

vergilərin ödəmə şərtləri də əks olunmuşdur. 

Azərbaycan Respublikası Hökuməti tərəfindən bütün nəqliyyat növlərinə aid olan 50-dən 

çox  beynəlxalq  hüquqi  sənədlər  –  Saziş  və  Konvensiyalar  imzalanmışdır.  Bunlardan  12-si 

avtomobil  nəqliyyatına  aiddir  və  onların  əksəriyyətinin  siyahısı  aşağıdakı  cədvəldə 

göstərilmişdir:  

                                                 

4

  30  oktyabr  1998-ci  il  tarixli  «Tarixi  İpək  Yolunun  bərpası  üzrə  Beynəlxalq  Konfransda  imzalanmış  «Avropa-Qafqaz-



Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş»in 5-ci maddəsi 

5

 Bax: Azərbaycan Respublikası Vergi Məcəlləsi, mad 2.7, Bakı, «Qanun» nəşriyyatı, 2004-cü il).  




Azərbaycan  Respublikasının  qoşulduğu  beynəlxalq  avtomobil  daşımalarına  aid  olan 

beynəlxalq Saziş və Konvensiyaların qısa məzmununu nəzərdən keçirək. 

1.

 

«BYD  kitabçasının  tətbiqi  ilə  beynəlxalq  yol  daşımaları  haqqında»  Gömrük  Konvensiyası 



(BYD Konvensiyası, 1975-ci il). «BYD kitabçası ilə beynəlxalq daşımalar haqqında» Gömrük 

Konvensiyası  1978-ci  ildən  qüvvəyə  minmişdir.  Konvensiya  3  hissədən  ibarətdir:  I  hissə  – 

BYD  tranzit  sisteminin  təhlili,  onun  iş  prinsipi  və  qələcək  inkişafının  təfsiri;  II  hissə  – 

konvensiyanın əsas mətni; III hissə – konvensiyanın istifadəsi üçün tövsiyyə. 

   

Gömrük  tranzit  sistemi  –  gömrük  plombları  və  möhürü  altında  beynəlxalq  yük 



daşımalarını sadələşdirmək məqsədi daşıyır.  

Konvensiyaya  64  dövlət  qoşulmuşdur,  lakin  aşağıdaki  dövlətlərin  əraziləri  üzrə  BYD 

kitabçaları  ilə  beynəlxalq  avtomobil  daşımaları  həyata  keçirilə  bilər:  Avstriya,  Azərbaycan, 

Albaniya,  Belarus,  Belçika,  Bolqarıstan,  Ermənistan,  Gürcüstan,  Qazaxıstan,  Makedoniya, 

Macaristan,  Almaniya,  Yunanistan,  Danimarka,  İrlandiya,  İspaniya,  İtaliya,  Kanada,  Küveyt, 

Kipr, Latviya, Litva, Livan, Estoniya, Lüksemburq, Mərakeş, Moldova, Suriya, Ukrayna, Çex 

Respublikası,  Çili,  Hollandiya,  Norveç,  Polşa,  Portuqaliya,  Rumıniya,  Sinqapur,  Sloveniya, 

Rusiya Federasiyası, Böyük Britaniya, Tacikistan, Tunis, Türkmənistan, Türkiyə, Finlandiya, 

Fransa, Xorvatiya, İsveçrə, İsveç, Yuqoslaviya, Avropa Birliyi. 

Beynəlxalq  avtomobil  daşımalarını  həyata  keçirən  nəqliyyat  vasitələrinin  ekipajlarının 

işinə  aid»  Avropa  Sazişi  (ESTR)  (01.07.1970  il)  «Beynəlxalq  avtomobil  daşımalarını  həyata 

keçirən  nəqliyyat  vasitələrinin  ekipajlarının  işinə  dair»  Avropa  Sazişi  beynəlxalq  avtomobil 

sərnişin  və  yük  daşımalarının  təkmilləşməsi,  inkişafı,  yol  hərəkətinin  təhlükəsizliyi  və  iş 

rejiminin reqlamentləşdirilməsi məqsədilə tərtib edilmişdir. 

Saziş 25 maddədən və əlavələrdən ibarətdir. 

1-25-ci  maddələr  -  Sazişin  təyinatlarından,  istifadə  dairəsindən,  ekipaj  heyətindən, 

idarəetmə,  tənəffüs,  istirahət  müddətindən,  yoxlama  cihazından,  təşkilatın  yoxlamalarından, 

tətbiq etmək tədbirlərindən və yekun müddəalardan ibarətdir. Əlavələrdə - Yoxlama cihazların 

təsdiq  edilməsi,  quraşdırılması,  istifadə  qaydaları,  cihazların  konstruksiyalarına  tələblər  və 

onların yoxlanılması əks olunmuşdur. Sazişə aşağıdakı dövlətlər qoşulmuşdur: 

Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Qazaxıstan, Macarıstan, Almaniya, 

Yunanistan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Latviya, Estoniya, Lüksemburq, Moldova, 

Ukrayna,  Çex  Respublikası,  Hollandiya,  Norveç,  Polşa,  Portuqaliya,  Rumıniya,  Sloveniya, 

Rusiya Federasiyası, Böyük Britaniya, Fransa, Xorvatiya, İsveç, Bosniya və Herseqovina.  

«Beynəlxalq  avtomaqistrallar  haqqında»  Avropa  Sazişi  (15.11.1977-ci  il)  «Beynəlxalq 

avtomaqistrallar  haqqında»  Avropa  Sazişi  Avropa  ölkələrində  beynəlxalq  yol  hərəkətinin 

asanlaşdırılması və inkişafı, qələcəkdə beynəlxalq yol hərəkəti tələb edən yolların tikintisi və 

bərpa edilməsinin əlaqələndirilməsi planının təmin edilməsi və bu ölkələr arasında əlaqələrin 

inkişafı  məsələlərinə  yönəlmişdir.  Saziş  17  maddədən  və  3  əlavədən  ibarətdir.  Sazişin  əsas 

hissəsində aşatıdakı məsələlər əhatə edilir:  

– beynəlxalq «E» şəbəkəsinin planının təyin edilib qəbul edilməsi;  

– beynəlxalq «E» şəbəkəsinin tikilməsi və bərpası;  

– beynəlxalq «E» şəbəkəsinin nişanlanması;  

– Sazişə qoşulma, əlavələr edilməsi və digər hüquqi məsələlər.  

Əlavələrdə isə 1.Beynəlxalq «E» şəbəkəsi (yolların siyahısı), 2.Beynəlxalq maqistrallara 

cavab verən şərtlər, 3.Beynəlxalq  «E» şəbəkəsinin (yolların) nişanlanması, marşrut markaları 

və identifikasiya məsələləri əks olunur. 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə