Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   2   3   4   5   6   7   8   9   ...   19

GİRİŞ 

 

Ölkənin xidmət-ticarət sisteminin səmərəli fəaliyyətində və qeyri-neft sektorunda artımın 

təmin  olunmasında  nəqliyyat-tranzit  sektorunun  rəqabət  qabiliyyətinin  artırılması  mühüm  rol 

oynayır.  Belə  ki,  Azərbaycan  beynəlxalq  tranzit  nəqliyyat  dəhlizinin  kəsişməsində  yerləşir. 

Eyni  zamanda  nəqliyyat-tranzit  sektoru  multiplikativ  effektə  malikdir  və  o,  digər  sahələrin 

inkişafına  əhəmiyyətli  dərəcədə  təsir  edə  bilər.  Hər  il  qeyri-neft  sektorunda  artımın  orta 

hesabla  20%-dən  çoxu  nəqliyyatın,  o  cümlədən  təxminən  60%-i  qeyri-neft  sektoru  üzrə 

yükdaşımaların  payına  düşür  (5).  Nəqliyyat-tranzit  sektorunun  inkişafı  üçün  demək  olar  ki, 

əlverişli  infrastruktur  yaradılmışdır.  Nəqliyyat-tranzit  şəbəkəsinin  90%-dən  çoxu  regionları 

əhatə  etdiyindən,  bu  sektorun  canlandırılması  regionların  sosial-iqtisadi  inkişaf  proqramında 

nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə mühüm töhfə verə bilər. 

Nəqliyyat xidmətləri bazarı məhdud ölçüyə malik olduğundan, milli şirkətlər yalnız yerli 

tranzit  xidmətləri  bazarında  iştirak  edir.  Nəqliyyat-tranzit  sektorunun  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi hesabına ölkə iqtisadiyyatında infrastrukturun yenidən qurulması,  məşğulluq və 

gəlirlərin  səviyyəsinin  artırılması,  regional  inkişafın  dəstəklənməsi  və  s.  kimi  məsələlər  həll 

edilir. 


Rəqabət  qabiliyyətinin  artırılması  qeyri-neft  sahələrinin  perspektiv  inkişafının  əsas 

vasitələrindən  biri  kimi  çıxış  etməklə,  ölkədə  ümumi  işgüzar  fəaliyyətin  canlandırılmasında, 

iqtisadi səmərəliliyin yüksəldilməsində, bütövlükdə isə, rəqabət qabiliyyətli milli iqtisadiyyatın 

formalaşdırılmasında  mühüm  rol  oynayır.  Bu  baxımdan,  nəqliyyat-tranzit  xidmətlərinin 

rəqabət qabiliyyətinin yüksəldilməsi və bu sektorun rəqabət qabiliyyətinin  artırılması mühüm 

əhəmiyyət kəsb edir.   

Ölkə iqtisadiyyatında mühüm məsələlərdən biri xüsusilə qeyri-neft sektoru üzrə ticarətin 

inkişaf  etdirilməsi,  beynəlxalq  nəqliyyat  xidmətləri  bazarında  iştirak  etmək  və  bunun  üçün 

müasir nəqliyyat xidmətlərindən istifadə etməklə onun rəqabət qabiliyyətinin artırılmasıdır.  

Tranzit  nəqliyyat  xidmətlərindən  istifadə  edilməsi  zamanı  xidmətin  faydalılığı  nəzərə 

alınmaqla  qərarlar  qəbul  edilir.  Belə  qərarların  qəbul  edilməsində  istifadə  edilən  mühüm 

göstəricilərdən  biri  nəqliyyat  xidmətlərinin  səviyyəsinin  keyfiyyətidirsə,  digəri  bu  zaman 

xidmətin dəyərinin aşağı olmasıdır.  

Rəqabət  qabiliyyətinin  artırılmasının  mühüm  əhəmiyyəti  ondan  ibarətdir  ki,  bu  zaman 

həm  ölkədaxili  sahələrin  inkişafı  təmin  olunur  və  həm  də  ölkənin  aparıcı  tranzit  şəbəkəsinə 

çevrilməsinə imkan yaranır. Rəqabətqabiliyyətli nəqliyyat şəbəkəsinin mövcud olması ölkənin 

nəqliyyat  xidmətlərinin  ixracına  da  müsbət  təsir  edir  ki,  bu  da  xüsusilə  ixracın 

diversifikasiyasına  imkan  verir.  Eyni  zamanda  iqtisadiyyatın  davamlı  inkişaf  tələbatının 

ödənilməsi nəqliyyat-tranzit şəbəkəsinin inkişaf etdirilməsini tələb edir.  

Belə  şəraitdə  nəqliyyat-tranzit  sektorunun  rəqabət  qabiliyytinin  artırılması  hesabına 

istehsal  və  sosial  infrastrukturdan  səmərəli  istifadə  edilməsinə  və  bununla  da  mövcud 

potensialın  “istehsal-xidmət-ticarət”  şəbəkəsinə  cəlb  edilməsinə  və  onun  fasiləsizliyinə  nail 

olmaq olar. 

Qeyd etmək lazımdır ki, xarici ölkələrin mütəxəssisləri tərəfindən rəbaqəbt qabiliyyətinin 

qiymətləndirilməsi və onun artırılmasına dair müxtəlif metodlar işlənib hazırlanmışdır. Lakin 

bu  modellərin  araşdırılması  və  Azərbaycanda  tətbiqi  məsələlərinin  öyrənilməsi  ilə  əlaqədar 

tədqiqatlar  aparılmamışdır.  Layihə  çərçivəsində  ölkənin  nəqliyyat-tranzit  potensialının 

qiymətləndirilməsi,  bu  potensialın  xidmət  dövriyyəsinə  cəlb  edilməsi  və  mövcud 

infrastrukturdan istifadənin səmərəliliyinin artırılması yolları müəyyən edilir.  



İqtisadiyyatın  qloballaşması  imkanlarının  ildən-ilə  artması  və  eləcə  də  qeyri-ticari  s        

ektorun  davamlı  inkişafı  həm  ölkə  daxili  və  həm  də  ölkələrarası  rəqabət  mühitinin 

güclənməsinə səbəb olmuşdur. Xüsusilə müasir bazar iqtisadiyyatının inkişaf etməsi şəraitində 

nəqliyyat  sistemində  davamlı  və  dinamik  inkişafın  təmin  olunması  hər  bir  ölkənin  sosial-

iqtisadi  siyasətinin  strateji  istiqamətlərindən  birinə  çevrilmişdir.  Bunun  nəticəsində  istehsala 

xidmət  edən  və  milli  iqtisadiyyatın  infrastruktur  tərkibinə  daxil  olan  nəqliyyat-tranzit 

sistemində  rəqabət  mühütinin  gücləndirilməsinin  müəyyən  edilməsi  məsələlərinin  tədqiqinin 

mühüm elmi və praktiki əhəmiyyəti vardır. 

Eyni zamanda, nəqliyyat-tranzit sektorunun rəqabət qabiliyyətinin artırılması ilə əlaqədar 

məsələlərin aktuallığını müəyyən edən əsas amillərdən biri də, son illərdə ölkədə neft strategi-

yasının uğurla reallaşdırılması nəticəsində ölkənin beynəlxalq tranzit şəbəkəsinə qoşulması ilə 

bağlıdır. Belə ki, ölkə əlverişli quru və su tranzit nəqliyyat şəbəkəsinin kəsişməsində yerləşir. 

Tərəfdaş  ölkələrdə  artan  tələb  ticarət  sisteminin  inkişaf  etdirilməsini  tələb  edir  ki,  bu  da 

rəqabət  qabiliyyətli  tranzit  xidmət  şəbəkəsinin  yaradılmasını  zəririliyini  artırır.  Belə  şəraitdə, 

nəqliyyat-tranzit  sektorunun  rəqabət  qabiliyyətinin  artırılması  və  bu  istiqamətdə  müvafiq 

tədbirlərin həyata keçirilməsinin mühüm praktiki əhəmiyyəti olur. Çünki, nəqliyyat sektorunda 

rəqabət  qabiliyyətinin  artırılması  iqtisadi  cəhətdən  faydalı  nəqliyyat  xidmət  sisteminin 

formalaşdırılması ilə əlaqədardır. Bu da səmərəli ticarət və infrastruktur sahələrinin seçilməsini 

müəyyən edən əsas amillərdir. 

Rəqabət qabiliyyətinin artırılmasının praktiki əhəmiyyəti həm də özəl şirkətlərin ticarət-

tranzit fəaliyyətinin genişləndirilməsi zəruriliyi ilə də müəyyən edilir. Araşdırmalar göstərir ki, 

tranzit nəqliyyat xidmətlərinin həyata keçirilməsində yerli özəl şirkətlər məhdud sayda iştirak 

edirlər (7, səh122). Belə şəraitdə, nəqliyyat sektorunun tranzit potensialının müəyyən edilməsi 

və həmçinin onun rəqabət qabiliyyətinin artırtılması ilə əlaqədar tədqiqat işinin nəticələrindən 

özəl sektorda nəqliyyat-tranzit şəbəkəsinin inkişaf etdirilməsi zamanı tədbirlərin hazırlanması 

və əsaslandırılmasında da istifadə edilə bilər.  

Beləliklə,  qeyd  edilənlər  ölkədə  nəqliyyat-tranzit  sektorunun  rəqabət  qabiliyyətinin 

artırılması zamanı mövcud potensialın qiymətləndirilməsi və iqtisadi dövriyyəyə cəlb edilməsi 

sahəsində  tədqiqatların  aparılmasının  aktual  olduğunu  və  nəqliyyat  sisteminin  inkişaf 

etdirilməsi  ilə  əlaqədar  səmərəli  qərarların  verilməsi  üçün  mühüm  əhəmiyyət  kəsb  etdiyini 

göstərir. 

 

Tədqiqat  işinin  məqsədi  ölkənin  coğrafi  baxımdan  malik  olduğu  tranzit  potensialından 

daha  səmərəli  faydalanmağa,    rəqabətqablilliyyətli  nəqliyyat  sektorunun  yaradılmasına  mane 

olan problemlərin və bu problemllərin həll yollarının müəyyən edilməsindən ibarətdir.  

Layihə  çərçivəsində  aparılacaq  təhlillər  və  qiymətləndirmələr  aşağıdakılara  imkan 

verəcək; 

 

Azərbaycan şəraitində nəqliyyat-tranzit sektorunun mövcud potensialı və onun beynəlxalq 



nəqliyyat xidmətləri bazarına çıxış imkanları kəmiyyətcə qiymətləndiriləcək. 

 



Nəqliyyat-tranzit  sektorunun  rəqabət  qabiliyyətinə  təsir  edən  əsas  amillər  qrupunun  payı 

kəmiyyətcə qiymətləndiriləcək.  

 

Nəqliyyat-tranzit sektorunun xarici ticarət dövriyyəsi ilə əlaqəsi modelləşdiriləcək.  



 

Nəqliyyat  xidmətlərinin  ixracının  artması  hesabına  bu  sektorun  inkişaf  səviyyəsi 



qiymətləndiriləcək.  

 



Bu  sektorunun  rəqabət  qabiliyyətinin  ölçülməsi  və  onun  yüksəldilməsi  yolları  üzrə  təklif 

və tövsiyələr irəli sürüləcək.  




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə