Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   ...   11   12   13   14   15   16   17   18   19

səmərəli deyildir. Ona görə də, bu xidmət bazarına çıxmaq üçün təxminən 10-a yaxın nəqliyyat 

vasitəsi əldə edilməlidir.  

Digər  hüquqi  məhdudiyyət  kimi  lisenziyalaşdırma  çıxış  edir.  Bu  məhdudiyyətin  aradan 

qaldırılması  tərəfdaş  ölkələrə  yükdaşıma  xidmətlərinin  göstərilməsində  rəqabət  üstünlüyü 

yaradır. Yükdaşıma xidmətlərinin inkişafı məhz bazar institutlarının mövcudluq səviyyəsindən 

əhəmiyyətli  dərəcədə  asılıdır.  Eyni  zamanda  daxili  xidmət  sferasında  və  kənar  xidmətlərin 

təmin  edilməsində  əlavə  və  yardımçı  yanacaq  təmin  etmək  imkanları  Azərbaycan  nəqliyyat-

tranzit sistemi üçün geniş rəqabət üstünlüyü yaradır.  

Təcrübədə  yük daşıma müəssisələrinin inkişafı və istehlakçılarının sayının artması üçün 

birbaşa təsir imkanlarından istifadə edilir. Nəticədə istehlakçılar daimi olaraq qalırlar və yalnız 

əlavə  isteehlakçılar  meydana  gəlirlər.  Hazırki  vaxtda  yükdaşıma  xidmətləri  göstərən 

müəssisələrin maddi-texniki təchizatı və ona çıxış imkanlarının genişləndirilməsi üzərində işlər 

davam etdirilir. Bu məqəsdlə iri beynəlxalq terminallar tikilir. Elektron kommunikasiya,  yeni 

texnologiya  və  innovasiyanın  bölüşdürülməsi  yükdaşıma  nəqliyyat  sektoru  üçün  onların 

fəaliyyətinə təsir etməyə imkan verir.  

 

Firma səviyyəli faktorlar.  

Nəqliyyat xidmətlərinin rəqabət üstünlüyünə təsir edən firma səviyyəli amil kimi qeyri-

maddi  amillər  çıxış  edir.  Maddi  resursların  təhlili  göstərir  ki,  nəqliyyat  vasitələri  parkının 

likvidləşdirilməsi və genişləndirilməsi xidmətlərin rəqabət üstünlüyünə əhəmiyyətli təsir edir. 

Beynəlxalq nəqliyyat xidmətləri sferasına çıxmaq üçün nəqliyyat vasitələri parkının ildə 20%-

nin təzələnməsinə ehtiyac vardır. Çünki bu məhdudiyyət müəssisələrin yükdaşıma xidmətlərini 

məhdudlaşdıran əsas amildir. Statistik məlumatlardan göründüyü kimi, nəqliyyat xidmətlərinin 

keyfiyyətinin  və  rəqabət  üstünlüyünün  qiymətləndirilməsi  zamanı  kriteriya  müəssisələr  üzrə 

müxtəlifdir. Respondentlərə bu kriteriyaları 5 ballıq şkala üzrə qiymətləndirmək tapşırılmışdır. 

Gördüyümüz  kimi,  etibar  və  təhlükəsizlik  əsas  amil  kimi  və  rəqabət  üstünlüyü  kriteryiyası 

kimi qiymətləndirilmişdir. Lakin təhlükəsizlik müştəri üçün ən yüksək qiymətləndirilmişdir (5 

bənddən 4,78), daha sonra etibarlılıq (4,69) və bütün problemlərin həllinə təminat kimi inam 

(4,61) əhəmiyyətli rola malikdir. Müəssisələrin ölçüsünə uyğun olaraq bu məlumatların təhlili 

göstərir  ki,  orta  müəssisələrdə  etibar  əsas  vacib  kriteriyadır  (4,8  bal).  Operativlik  və 

kommunikasiya isə iri müəssisələr üçün vacib şərtdir (4,43 bal). Onlar  yükdaşıma xidmətləri 

göstərən müəssisələrin əməkdaşlarının komponentliyini də yüksək qiymətləndirirlər (4,5 bal). 

Müəssisələrin ixtisaslaşma səviyyəsinə uyğun olaraq bu məlumatların təhlili göstərir ki, şəxsi 

nəqliyyat  vasitələri  hesabına  xidmət  göstərən  müəssisələr  təhlükəsiz  daşıma  xidmətlərində 

birinci  yerdə  olmalıdır  (4,8  bal).  Daşıma  xidməti  göstərənlər  üçün  ümid  və  etibar  da  vacib 

amillərdəndir (4,71 və 4,5 bal).  

Müəssisələrin  ekspeditor  xidmətləri  orta  göstəricilərdən  bir  qədər  fərqlənir.  Ödəmə 

qabiliyyətliyi  və  təhlükəsizlik  onlar  üçün  daha  vacibdir.  Müəssisələrin  logistika  xidməti  öz 

müştəriləri üçün bütün keyfiyyət aspektlərini özündə təcəssüm etdirməlidirlər. Maddi aktivlər 

(3,73) istisna olmaqla demək olar ki, bütün kriteriyalar vacib amil kimi qeyd edilmişdir.  

Nəqliyyat  xidməti  göstərən  müəssisələr  üçün  əsas  problemlərdən  biri  də  əməkdaşlarda 

profesionallığın  aşağı  olmasıdır  ki,  bu  da  təcrübəli  sürücülərin  MDB  ölkələrinə  miqrasiya 

etmələri  ilə  bağlıdır.  İşçilərin  profesionallığı  ilə  yanaşı,  müəssisələrin  texniki  göstəriciləri 

(nəqliyyat kommunikasiyası üzrə biliklər, infrasdstruktur, əlavə dəyər yaratmaq imkanları və s) 

nəqliyyat  xidməti  göstərən  müəssisələr  üçün  problem  olaraq  qalır.  Xidmətlər  bazarında 

kommunikasiya imkanları qənaətbəxş vəziyyətdə deyil və neqativ olaraq qalmaqdadır.  



3.7. Sahələrin aralıq istehlakında nəqliyyatın payı (sahələrarası balans)  

 

Sahələrarası  balansın  təhlili  göstərir  ki,  nəqliyyat  sektoru  digər  sahələrin  aralıq 



istehlakında əhəmiyyətli paya malikdir.  

Cədvəl  3.4-dən  göründüyü  kimi,  idxalın  0.4%-i,  ixracın  isə  1.5%-i  nəqliyyat 

xidmətlərinin  payı  hesabına  formalaşır.  Eyni  zamanda  ümumi  aralıq  istehlakın  isə  4.3%-ni 

nəqliyyat xidmətləri xərci təşkil etmişdir.  

 

Cədvəl 3.4. Sahələr üzrə aralıq istehlakda nəqliyyatın payı, % 

 

Kənd təsərrüfatı, ovçuluq və meşəçilik

 

4,26


 

Balıqçılıq 

11,69 

Qida sənayesi 



1,55 

Toxuculuq sənayesi 

7,96 

Qeyri-metal mineral məmulatların  istehsalı 



9,88 

Metalurgiya sənayesi  

4,04 

Tikinti 


3,50 

Ticarət 


2,77 

Mehmanxana və restoranlar 

8,11 

Poct və rabitə 



2,09 

Maliyyə vasitəçiliyi, sığorta və pensiya təminatı 

11,77 

Daşınmaz əmlakla əlaqədar fəaliyyət, icarə və digər kommersiya fəaliyyəti 



5,61 

Təhsil 


5,06 

Səhiyyə və sosial xidmətlər sahəsində fəaliyyət 

1,20 

Kommunal və sair xidmətlər sahəsində fəaliyyət 



5,99 

Ev təsərrüfatlarının son istehlak xərcləri 

13,61 

İxrac 


1,48 

İdxal 


0,40 

Əsas qiymətlərlə cəmi istifadə edilmiş yerli məhsul 

5,85 

 

 



Beləliklə,  nəqliyyat  xidmətləri  üzrə  məsrəflərin  artması  bu  sahələrdə  istehlak  xərclərini 

artırmaqla həmin sahələrin qiymət baxımından rəqabət qabiliyyətinə təsir edir.   



 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə