Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix05.09.2018
ölçüsü1,05 Mb.
#66793
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

şəxsi  nəqliyyat  vasitəsi  olmayan  (müştərək  və  ya  icarə)  ekspeditorlar  (52  müəssisə),  digər 

müəssisələr (48 müəssisə). 

Əldə edilmiş nəticələri iki böyük qrupda birləşdirmək olar: müəssisənin ölçüsü və onun 

ixtisaslaşması. Bu baxımdan sorğuların nəticələri sahə və firma səviyyəsində olan faktorların 

nəqliyyat-tranzit sektorunun rəqabətliliyinə təsiri nəzərə alınmaqla  öyrənilmişdir.  

 

Sahə səviyyəsində olan faktorlar.  

Bazarda rəqabət. Azərbaycanda yükdaşıma nəqliyyat xidmətləri nəqliyyat növündən asılı 

olaraq  əsasən  hökumətin  inhisarındadır  və  ölkənin  sənaye  mərkəzlərində  yerləşir.  Kiçik 

müəssisələr isə bazarda kiçik zaman müddətində (təxminən 3-5 il) aktiv fəaliyyətə başlamışlar. 

Kadr  strukturunun  təhlili  göstərdi  ki,  orta  müəssisələrdə  sürücülər  öz  əməkdaşları  arasında 

üstünlük təşkil edir. Daha iri müəssisələr  isə sürücü ştatları ilə müqayisədə əlaqələndiricilərə  

üstünlük  verilir.  Bundan  başqa  nəqliyyat  müəssisələri  ekspeditor  və  loqistik  müəssisələrlə 

müqayisədə  uzaq  məsafəyə  yük  daşıyan  sürücülərinə  malikdirlər.  Nəqliyyat-ekspeditor 

müəssisələri ilə müqayisədə  yükdaşıma  xidmətləri göstərən  orta  və  iri nəqliyyat  müəssisələri 

sistemi qismən yenidir və daha loqistikdir. Daha köhnə nəqliyyat vasitələri ən iri müəssisələrdə 

və  nəqliyyat  üzrə  ixtisaslaşmış  müəssisələrdədir.  Sputnik  xidmətlərindən  istifadə  etməklə 

yükləri  daha  tez  çatdıran  müəssisələrdən  olan  logistik  müəssisələr  isə  demək  olar  çox  zəif 

yayılmışdır.  Belə  vəziyyətə  naviqasiya  təchizatı  ilə  məşğul  olan  müəssisələrdə  də  rast 

gəlinmişdir.  

Rəqiblərin imkanlartına gəldikdə isə qeyd etmək lazımdır ki, rəqabət üstünlüyü yaratmaq 

üçün  xüsusilə  xarici  bazar  rəqibləri  müstəsna  xidmət  növləri  təklif  edirlər.  Apradığımız 

sorğular  göstərdi  ki,  Azərbaycan  müəssisələri  bir  neçə  tədarük,  sərnişin  və  yük  daşıma 

xidmətləri  göstərmək  imkanlarına  malikdirlər.  Xırda  müəssisələrdən  isə  yalnız  biri,  məsələn, 

yük konteyneri və ya soyuducu imkanlarına malikdir.  

Daha iri müəssisələr isə yükdaşıma istisna olmaqla hər hansı bir başqa xidmət sahəsi üzrə 

ixtisaslaşmamışdır. İxtisaslaşmanın bu aspektini təhlil etməklə ekspeditorlar daha böyük fərqli 

cəhətlərə  malikdirlər.  Bu  tip  müəssisələr  bir  çox  yük  daşıma  xidmətləri  göstərirlər. 

Müəssisənin  loqistikası  differensasiya  və  ixtisaslaşma  arasında  dəyişir.  Aparılan  sorğular 

həmçinin  müəssisələrin  bəzi  xidmət  paketi  üzrə  ixtisaslaşmağa  başladığını  göstərir. 

İxtisaslşadığı  xidmət  üzrə  əlavə  dəyərin  yaradılması  bu  müəssisənin  xidmət  bazarında 

mövqeyinin möhkəmləndirilməsi üçün digər bir rəqabət üstünlüyüdür.  

Formalaşan  xidmət  paketində  əlavə  dəyərin  yaradılması  şəkil  1-2-də  göstərilmişdir. 

Buradan  aydın  görmək  olar  ki,  xırda  müəssisələr  yükdaşıma  xidmət  paketinin  əsas  üç 

elementini təmin edir: tam yükləmə, yükləmə xidmətlərini qismən ötürmə (hansı ki, nəqliyyat 

vasitələri  tam  məşğul  deyil)  və  ekspedisiya.  Yalnız  orta  və  iri,  əksər  hallarda  isə  yalnız  iri 

müəssisələr tam xidmətlər paketi göstərmək imkanına malikdirlər: yüklərin bölgüsü, saxlama, 

müştərinin  adından  aralıq  gömrük  xidmətləri,  nəqliyyat  xidmətləri  ilə  əlaqədar  olan  əlavə 

sığorta və digər xidmətlər. Hətta iri müəssisələr qeyd edirlər ki, yükün tam daşınması zamanı 

ekspeditorlarla müqayisədə onlar yuxarıda qeyd edilən işlərlə qismən məşğul olurlar.  

Qeyd  etmək  lazımdır  ki,  iri  müəssisələr  anketdə  qeyd  edilməyən  digər  xidmət 

göstərdikrlərini də qeyd etmişlər. Məsələn iri müəssisələr anketdə qeyd edilən bütün xidmətləri 

praktik olaraq gösərirlər. Yükdaşıma işləri ilə məşğul olan avtonəqliyyat müəssisələrinin xalis 

mənfəətini  təhlil  edərkən  biz  gördük  ki,  müəssisələr  özlərinin  şəxsi  nəqlityyat  vasitələri  ilə 

adətən  əlavə  xidmət  də  göstərirlər.  Məsələn,  yükün  əlavə  sığortalanması,  saxlanılması  və  s. 

Müəssisənin  ekspeditor  və  loqistik  xidmətləri  nəqliyyatla  əlaqəli  olan  çox  müxtəlif  əlavə  və 



müasir  xidmətlərdir.  Lakin  ekspeditorlar  yuxarıda  qeyd  edildiyi  kimi,  vahid  bir  nəqliyyat 

xidmətidir. 

 

3.6. Aparılan sorğunun nəticələri 

 

Biz  də  Azərbaycan  şəraitində  milli  nəqliyyat-ticarət  xidmətlərinin  rəqabət  qabiliyyətini 



və rəqabət üstnülüyün müəyyən etmək üçün sorğu keçirdik. Bu zaman Azərbaycanda nəqliyyat 

müəssisələrinin  yükdaşıma  üzrə aşağı xərclər zamanı öz xidmətlərini satmaq imkanına  malik 

olmamasını nəzərə alıb əsas diqqətlərini müştərilərin üstünlük verdiyi xidmətlərə olan tələb və 

təklif üzərində fokuslaşdırdıqlarının şahidi olduq.  

Hazırda  Azərbaycanda  819

7

  müəssisə  vardır  ki,  onlar  yükdaşıma  xidmətləri  göstərmək 



imkanına  malikdirlər.  Onlardan  təxminən  1/8-i  bizim  sorğularımızla  əhatə  olunmuşdur  və 

alınan nəticələrdən firmaların rəqabət qabiliyyətini artırmaq üçün qərarların qəbulunda istifadə 

ediləcək.  

Məlumatlar  iki  kriteriyanın  köməyi  ilə  təhlil  edilmişdir:  1)  müəssisənin  daşınma 

xidmətlərinin həcmi;  2) müəssisənin ixtisaslaşdığı sfera. Ona görə bu iki kriteriya seçilmişdir 

ki, əvvəlki tədqiqatlar da göstərdiyi kimi, bu parametrlər rəqabət üstünlüyünün yaradılmasında 

böyük rola malikdir.  

Yükdaşıma  üzrə  iri  müəssisələr  yükdaşımalar  bazarında  aparıcı  rəqabət  imkanlarına 

malikdirlər. Güclü müəssisələr xarici bazarlara çıxmaqla xırda müəssisələrlə rəqabət apara və 

bu xidmət növləri üzrə rəqabət paketi yarada bilərlər. Belə müəssisələr yüklərin idarə edilməsi 

və  vaxtında  çatdırılması  üçün  böyük  imkanlara  malikdir.  Yalnız  iri  müəssisələr  birgə 

daşımaların təşkili, gömrükdə aralıq xidmətləri,  yüklərin daşınması və s. loqstok funksiyaları 

təşkil etmək imkanına malikdirlər.  

Nəqliyyat-tranzit  xidməti  göstərən  müəssisələr  onların  ölçüsündən  asılı  olaraq  qeyd 

edirlər ki, adətən şəxsi nəqliyyat vasitəsi olan müəssisələr bazarda əsas rəqib kimi çıxış edir. 

Nəqliyyat  müəssisələrinin  onların  daha  ciddi  rəqibi  kimi  çıxış  etməsinə  bütün  müəssisələrin 

59%-i cavab vermişdir. Yalnız orta və iri müəssisələr qeyd edirlər ki, onlar loqistik müəssisələr 

ilə rəqabət apara bilirlər (42% və 23%).  

Ekspeditorlar xırda, orta və iri müəssisələr üçün cidi rəqib  hesab edilmir (müəssisələrin 

yalnız  14,5%-i  qeyd  edirlər  ki,  ekspeditorun  bu  bazarda  rəqabət  aparması  çox  ciddidir). 

İxtisaslaşma  baxımından  rəqabətin  qiymətləndiriıməsini  təhlil  edərkən  nəqliyyat  müəssisələri 

digər  nəqliyyat  müəssislərini  ciddi  rəqib  (cavablardan  62%-i)  kimi,  həmçinin  digər  logistik 

şirkətləri (nəqliyyat üzrə ixtisaslaşan müəssislərin 19%-i) ciddi rəqib kimi qeyd edirlər.  

Ekspeditorlar hesab edirlər ki, bu bazarda rəqib nəqliyyat (48%) və xarici  müəssisələridir 

(24%).  

Loqistika  müəssisələri qeyd edirlər  ki, nəqliyyat (62%) və logistika  müəssisələri (20%) 

ən  ciddi  rəqiblərdir.  Ümumilikdə  nəqliyyat  və  loqistika  müəssisələrində  qiymətləndirmədə 

bazar  mühiti  oxşardır.  Respondentlər  qeyd  edirlər  ki,  onlar  rəqabət  imkanları  haqqında 

düşünürlər  və  onların  əksəriyyəti  az  xərclərlə  fəaliyyət  göstərən  yükdaşıma  müəssisələrini 

rəqib  kimi  göstərirlər.  Hətta  yanacaq  qiymətlərinin  yüksək  olmasını,  əmək  haqqı  və  digər 

xərclərini nəzərə alsaq, belə respondentlər hesab edirlər ki, yük daşıma xidmətləri bazarında ən 

rəqabətli  müəssisə  öz  xidmətlərini  daha  az  qiymətə  satan  müəssisələrdir  (bütün 

                                                 

7

 

Rəsmi  statistik  məlumatlarda  loqistika  və  digər  nəqliyyat  xidmətləri  ekspeditor  xidmətlərinə  daxil  edilmişdir.  Sorğu 

zamanı biz bunları fərqləndirmişik. Qeyd edək ki, hazırda ölkədə 52 ekspeditor şirkəti qeydə alınmışdır.  



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə