Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

 
39 
4.2.  Məişətdə  və  ictimai  yerlərdə  təhlükəsiz  davranış  qaydalarına  dair  bilik 
bacarıqlar nümayiş etdirir. 
4.2.1. Məişətdə və  ictimai  yerlərdə  yarana biləcək təhlükəli  və  xoşagəlməz  halları 
izah edir. 
4.2.2. Yol nişanları və yol hərəkəti qaydalarının əhəmiyyətini izah edir. 
4.3. Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdririr. 
4.3.1. Fövqəladə hadisələr zamanı yarana biləcək təhlükəni qiymətləndirir. 
  
  
VI sinif 
  
VI sinfin sonunda şagird: 
• maddələrin xassələrini onların daxili quruluşu ilə əlaqələndirir; 
• insanı təbiətin bir hissəsi kimi səciyyələndirir; 
• cəmiyyətin idarə olunmasını və dövlətin funksiyalarını izah edir; 
•  insan  hüquqlarını  müdafiə  edən  qurumların  fəaliyyətini  sadə  şəkildə  təsvir  edir, 
topladığı materialları təqdim edir; 
• iqtisadiyyatın inkişafında qiymət, tələb və təklifin inkişafındakı rolunu izah edir; 
• sağlam həyat tərzinin əsas şərtlərini fərqləndirir; 
•  ünsiyyət  mədəniyyətinin  formalaşmasına  təsir  edən  amilləri  dəyərləndirir,  əxlaq 
və davranış normalarının cəmiyyətin həyatındakı rol və əhəmiyyətini izah edir; 
•  ailə  və  ictimai  mühitdə  mənəvi  borcunu  nümunələrlə  izah  edir,  dini  ibadət  və 
mərasimləri müqayisə edir; 
•  fövqəladə  hadisələr  və  həyat  fəaliyyəti  zamanı  tələb  olunan  təhlükəsiz  davranış 
qaydalarını izah edir. 
      
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1.  Təbiət və biz 
Şagird: 


 
40 
1.1.Varlıq,  təbiət    və  hadisələrə,  onların  qarşılıqlı  əlaqəsinə  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
1.1.1. Maddələrin xassələrini onların daxili quruluşu ilə əlaqələndirir. 
1.2.Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir. 
1.2.1. İnsanı təbiətin bir hissəsi kimi səciyyələndirir. 
  
2. Fərd və cəmiyyət 
Şagird: 
1.3.Cəmiyyətin  sosial  mahiyyətinə  və  idarəetmə  formalarına  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
1.3.1. Cəmiyyətin idarə olunmasını şərh edir. 
1.3.2. Cəmiyyətin idarə olunmasında dövlətin funksiyalarını izah edir. 
2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
2.2.1.  İnsan  hüquqlarını  müdafiə  edən  qurumların  fəaliyyətini  sadə  şəkildə  təsvir 
edir. 
2.2.2.  İnsan  hüquqlarını  müdafiə  edən  qurumların  fəaliyyəti  ilə  bağlı  topladığı 
materialları təqdim edir. 
2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
2.3.1. İqtisadiyyatın inkişafında qiymət, tələb və təklifin rolunu izah edir. 
  
3. Mənəviyyat 
Şagird: 
3.4.Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
3.1.1. Ünsiyyət mədəniyyətinin formalaşmasına təsir edən amilləri dəyərləndirir. 
3.2. İnsan mənəviyyatını formalaşdıran amillərə dair bilik və bacarıqlar nümayiş 
etdirir. 
3.2.1. Əxlaq və davranış normalarının cəmiyyətin həyatındakı rol və əhəmiyyətini 
izah edir. 
3.2.2. Ailə və ictimai mühitdə mənəvi borcunu nümunələrlə izah edir. 
3.3.Mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir. 


 
41 
3.3.1. Dini ibadət və mərasimləri müqayisə edir. 
  
4. Sağlamlıq və təhlükəsizlik 
Şagird: 
4.1. Sağlam həyat tərzinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
4.1.1. Sağlam həyat tərzinin əsas şərtlərini fərqləndirir. 
4.2.  Məişətdə  və  ictimai  yerlərdə  təhlükəsiz  davranış  qaydalarına  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
4.2.1. Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış qaydalarını fərqləndirir. 
4.2.2. Yol nişanlarının təyinatına uyğun bacarıqlar nümayiş etdirir. 
4.3. Fövqəladə hallarla bağlı bilik və bacarıqlar nümayiş etdririr. 
4.3.1. Fövqəladə hadisələr zamanı tələb olunan davranış qaydalarını izah edir. 
  
  
VII sinif 
  
VII sinfin sonunda şagird: 
•  təbiətdə  baş  verən  hadisələri  enerji  çevrilmələri,  hərəkət  və  qarşılıqlı  təsirlə 
əlaqələndirir; 
• insan fəaliyyətinin təbiətə təsirini qiymətləndirir; 
• cəmiyyətin və dövlətin idarəetmə formalarını fərqləndirir; 
•  hüquqi  sahələri  fərqləndirir,  normativ  hüquqi  sənədlərə  istinad  etməklə  hüquq 
sahələrinə dair təqdimatlar hazırlayır; 
• əmək və onun növlərinin iqtisadi proseslərdəki rolunu şərh edir; 
•  ünsiyyət  qaydalarından  istifadə  bacarıqları  nümayiş  etdirir,  müxtəlif  əxlaqi 
keyfiyyətləri nümunələrlə əsaslandırır; 
•  təbiət  və  cəmiyyət  qarşısında  mənəvi  borcunu  dəyərləndirir,  dini-əxlaqi 
dəyərlərin mədəniyyətlərin formalaşmasına təsirini şərh edir; 
• sağlamlığın mənəvi, psixoloji və emosional aspektlərini fərqləndirir; 


 
42 
•  təhlükəsiz  davranış  qaydalarına  riayət  etməməyin  nəticələrini  qiymətləndirir, 
ictimai nəqliyyatda davranış qaydalarına dair bacarıqlar nümayiş etdirir; 
• fövqəladə hadisələr zamanı ilkin yardım göstərir. 
  
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Təbiət və biz 
Şagird: 
1.1.Varlıq,  təbiət  və  hadisələrə,  onların  qarşılıqlı  əlaqəsinə  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
1.1.1. Təbiətdə baş verən hadisələri enerji çevrilmələri, hərəkət və qarşılıqlı təsirlə 
əlaqələndirir. 
1.2.Ekoloji tarazlığın qorunmasına dair bilik və bacarıqlar nümayiş etdirir. 
1.2.1. İnsan fəaliyyətinin təbiətə təsirini qiymətləndirir. 
  
2.  Fərd və cəmiyyət 
Şagird: 
2.1.  Cəmiyyətin  sosial  mahiyyətinə  və  idarəetmə  formalarına  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
2.1.1. Cəmiyyəti idarəetmə formalarını fərqləndirir. 
2.1.2. Dövlətin idaretmə formalarını fərqləndirir. 
2.2. Hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
2.2.1. Hüquq sahələrini fərqləndirir. 
2.2.2. Normativ hüquqi sənədlərə istinad etməklə hüquq sahələrinə dair təqdimatlar 
hazırlayır. 
2.3. İqtisadi bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir. 
2.3.1. Əmək və onun növlərinin iqtisadi proseslərdəki rolunu şərh edir. 
 
3. Mənəviyyat 
Şagird: 
3.1. Ünsiyyət mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş etdirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə