Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4639
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

 
62 
Yeni fənn kurikulumlarında təlim strategiyaları aşağıdakı məsələləri əhatə 
edir: 
*pedoqoji  prosesin  təşkili prinsipləri 
*fənn üzrə təlimin planlaşdırılması 
*təlimin təşkilində istifadə olunan forma və üsullar 
 
2.1. Həyat bilgisi təliminin təşkilinə verilən əsas tələblər
 
Təlim  prosesi  daim  ardıcıl  olaraq  inkişaf  edir,  müxtəlif  zamanlarda 
özünəməxsus  xarakter    kəsb  edir.  Şəxsiyyətyönümlü təhsil  sistemində  pedaqoji 
prosesin  mərkəzində  dayanan  müəllim  və  şagirdlərin  funksiyaları  dəyişir. 
Onların  fəaliyyəti  əvvəlcədən  müəyyən  olunmuş  nəticələrə  əsasən  qurulur. 
Müəllim  kurikulumlara  uyğun  inteqrasiya  olunmuş  planlarla  yanaşı,  yeni 
texnologiyalar  hazırlayır,  yaxud  mövcud  olanların  içərisindən  ən  münasibini 
seçir.  Bu  texnologiyaların  müəyyən  olunmasında  müəllim  və  şagird  şəxsiyyəti 
təlimin  aparıcı  subyekti  kimi  çıxış  edir.  Münasibətlər  “subyekt+subyekt” 
formulasına  uyğun  üfüqi  istiqamətdə  qurulur.  Bu  zaman  şagirdlər  öz 
təfəkkürünün,  düşüncəsinin,  müəllimlər  isə  şagirdin  inkişafı  ücün  şəraitin 
təşkilatçısı  olur.  Müəllimlərin  rəhbərlik  funksiyası  dəyişir,  informasiya  vermək 
sahəsindəki fəaliyyəti məhdudlaşır. O daha çox sinif şəraitində təlim fəaliyyətini 
əlaqələndirən,  istiqamətləndirən  məsləhətci  kimi  şagirdlərin  müstəqil  idraki 
fəaliyyətini,  fəal  yaradıcılığını  təşkil  edən  subyektə  çevrilir.  Pedaqoji  prosesin 
düzgün    qurulmasında  mühüm  didaktik  prinsiplərə  istinad  olunur.Yeni 
kurikulumlara  uyğun    pedoqoji  prosesin  təşkilində  aşağıdakı  prinsipləin    əsas 
götürülməsi zəruri hesab edilir: 
pedaqoji  prosesin  tamlığı  -  pedaqoji  prosesdə  təlim  məqsədləri 
kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə 
yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir; 
təlimdə  bərabər  imkanların  yaradılması  -  bütün  şagirdlərə  eyni  təlim 
şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla 
tənzimlənir; 


 
63 
şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün 
tədris  və  təlim  işi  şagirdlərin  maraq  və  tələbatlarının  ödənilməsinə,  onların 
istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir; 
inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil 
edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir; 
fəaliyyətin  stimullaşdırılması  -  pedaqoji  prosesin  səmərəli  və  effektiv 
qurulması,  şagirdlərin  təlimə  marağının  artırılması  üçün  onların  fəaliyyətindəki 
bütün  irəliləyişlər  qeyd  olunur  və  dəyərləndirilir,  nəticə  etibarı  ilə  şagirdlərin 
daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur; 
dəstəkləyici  mühitin  yaradılması  -  pedaqoji  prosesin  münasib  maddi-
texniki  baza  əsasında  və  sağlam  mənəvi-psixoloji  mühitdə  təşkil  edilməsi 
keyfiyyətin  və  səmərəliliyin  yüksəldilməsi  üçün  əlverişli  və  təhlükəsiz  təlim 
şəraiti yaradır. 
Ayrı-ayrı  fənlərin  təlimində    bu  prinsiplərlə  yanaşı  xüsusi  metodik 
prinsiplərin də müəyyən olunması didaktik  cəhətdən əhəmiyyətli  hesab edilir. 
 
2.2
 
Həyat bilgisi təliminin təşkilində istifadə olunan forma və üsullar 
barədə 
 
Standartlar  nəticəyönümlü  və  şagirdyönümlü  olduğundan  onların 
reallaşdırılmasında  fəal  təlim  metodlarından  istifadə  edilməsi  məqsədəuyğun 
hesab  edilir.  Fəal  təlim  şagirdlərin  idrak  fəaliyyətinə  əsaslanan  və  təhsil 
prosesinin  digər  iştirakçıları  ilə  əməkdaşlıq  şəraitində  həyata  keçirilən  təlimi 
nəzərdə tutur. Şagirdlərin  parta arxasında oturaraq kitab oxuması, iş vərəqlərini 
doldurması,  müəllimi  dinləməsilə  yanaşı,  eyni  zamanda  kitabxanada, 
kompüterdə  qrup  və  ya  fərdi  şəkildə    fəaliyyət  göstərməsi  onun  əsas 
əlamətlərindən  hesab  edilir.  Fəal  təlim  müasir  şəraitdə  pedaqoji  prosesin 
qurulmasına
 
yeni  yanaşmadır.  Belə  yanaşma  tərzində  təlim  şagirdlərin  təkcə 
yaddaşının yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm 
də  təfəkkürün  inkişaf  etdirilməsinə,  ən  mühüm  bacarıq  və  vərdişlərin  əldə 


 
64 
olunmasına  yönəldilir.  Bu  zaman  şagirdlər  açıq  sual  vermək,  problemləri 
araşdırmaq, tədqiqat aparmaq və müzakirə etmək imkanı qazanırlar. Onlar təlim 
materiallarının  mənimsənilməsi  prosesində  fakt  və  hadisələrin  səbəb-nəticə 
əlaqələrini, 
qanunauyğunluqlarını 
aşkar 
etməyi, 
nəticə 
çıxarmağı,  
ümumiləşdirmələr  aparmağı  öyrənirlər.  Beləliklə,  uşaqlar  həm  tədris,  həm  də 
sosial xarakterli  problemlərin müstəqil həllinə cəlb olunur, müxtəlif informasiya 
mənbələrindən  istifadə  edir,  sistematik  olaraq  müstəqil  şəkildə  bilik  ehtiyatını 
artırırlar. 
 
Fəal təlim metodlarının  xarakterik xüsusiyyətləri: 
1.
 
Diqqət ilk növbədə şagird şəxsiyyətinin formalaşdırılmasına yönəlir. 
2.
 
Müəllim  təlim  fəaliyyətinin  əlaqələndiricisi,  şagirdlərin  bələdçisi  və 
köməkçisi kimi çıxış edir.  
3.
 
Problemin həlli prosesində şagirdlər fəal  tədqiqatçı olur.  
4.
 
Bilik və bacarıqlar şagirdlər tərəfindən müstəqil  əldə edilir. 
5.
 
Müəllim  -  şagird,  şagird  -  şagird  arasında  əməkdaşlıq  üçün  şərait 
yaranır. 
6.
 
Dərslərin inteqrativ təşkilinə üstünlük verilir. 
7.
 
Qeyri-standart dərslərin tətbiqinə geniş yer verilir. 
 
Həyat  bilgisi  fənn  kurikulumunun  reallaşdırılmasında  fəal  dərsin 
mərhələləri: 
 I mərhələ: motivasiya, problemin qoyulması 
“Həyat  bilgisi”  fənninin  tədrisi  prosesndə  hər  bir  tədqiqat  problemi 
müəyyənləşdirməklə  başlayır.  Əsl  problem    həmişə  çoxsaylı  fərziyyələr, 
ehtimallar  doğurur  və  bunları  yoxlamaq  üçün  ilk  növbədə  tədqiqat  sualının 
formalaşdırılması  lazım  gəlir.  Çünki  tədqiqat  sualı  yeni  biliklərin  kəşf 
olunmasında bələdçi kimi çıxış edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə