Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə17/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   13   14   15   16   17   18   19   20   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

2.5.
 
Didaktik oyunların ssenariləşdirilməsi 
Uşaqlar üçün yaxşı oyunlar var Bunlan arayıb-axtanb 
tapmaq, şəkil və surətə salmaq, milli ruh və mədəniyyətlə əlaqələndirib 
tətbiqinə nail olmaq gərəkdir. 
M,Rasulzadə 
Balalarımızın təlim-tərbiyəsi, ahəngdar və hərtərəfli 
inkişafı, yüksək bədii-estetik zövq, mədəni vərdişlərə, fiziki 
kamilliyə yiyələnməsi günün vacib problemlərindəndir. Bunlar 
vasitəsilə onların bədii yaradıcılığı formalaşmağa başlayır. Hiss, 
duyğu və düşüncələri, qavrayışlan, nitqi cilalanır. Uşaqlann bədii 
yaradıcılığa cəlb olunması onlarda şer söyləmək, mahnı oxumaq, 
rəqs etmək, kimisə təqlid etmək, ədəbi personajlara münasibət 
bildirmək, təsviri sənət əsərini duyub qiymətləndirmək və s. 
bacanğmı inkişaf etdirir. Bu işlərin təməli, bünövrəsi planlı 
şəkildə məktəbəqədər tərbiyə müəssisələrində, uşaq evlərində 
qoyulur. 
Məlumdur ki, yaradıcılıq prosesinə meyl, maraq və 
qabiliyyətlər kimi digər fərdi psixoloji keyfiyyətlərdə də 
müxtəliflik özünü göstərir. Lakin bütün mədəni-kütləvi 
7 0


tədbirlərin, bayramlann hazırlanıb keçirilməsində uşaqlann 
psixikası, xaralrter tərbiyəsi ön plana çəkilməlidir. Təəssüflər 
olsun ki, bəzən tərbiyəçi-müəllimlər təlim prosesində bu vacib 
amili unudurlar. Şəxsiyyətin formalaşmasında xarakter tərbiyəsi 
mühüm əhəmiyyət kəsb edir və uşağın, yeniyetmənin gələcəkdə 
öz vətəninə, xalqına layiq savadlı, mədəni, sağlam və işgüzar 
vətəndaş, mütəxəssis kimi yetişdirilməsinə təminat verir. Bu 
baxımdan uşaq tərbiyə müəssisələrində vaxtaşın keçirilən 
didaktik oyunlann rolu və əhəmiyyəti danılmazdır. Belə tədbirlər 
bir qayda olaraq estetik, etik və əxlaq tərbiyəsinin vasitələrindən 
olan bayramlann bəzəyinə çevrilir. Bayramlar, əlamətdar tarixi 
hadisələr, yubiley şənlikləri uşaqlann yaddaşında dərin iz buraxır, 
onlara sevincli anlar, çeşidli həyəcanlar bəxş edir. Bu həm də eyni 
vaxt ərzində incəsənətin müxtəlif növlərinin (musiqi, ədəbi, 
təsviri) təsirilə həzm olimur. Bayram marşlannm qanı cuşa 
gətirən melodiyası, şən, oynaq mahnılar, incə zərif rəqslər, vətənə 
məhəbbət hissləri doğuran şerlər, ecazkar xalq musiqisi, 
mütərəqqi adət-ənənələrimiz - bunlar hamısı uşaqlann yaddaşında 
dərin izlər buraxır, onlarda nəcib insani keyfiyyətlər tərbiyə edir, 
dünyagörüşlərini zənginləşdirir, təəssüratlanm təzələyir, estetik 
zövqlərini ovxarlayır. Uşaq bağçası bayram günlərində xüsusi 
zövqlə bəzədilir, gözəl görünüşü ilə könülləri oxşayır. Binanın 
girişi, zalı, dəhlizi, qrup otaqlan daha cazibədar görünür. 
İncəsənətin müxtəlif növlərinin harmoniyası, növbələş- 
məsilə araya-ərsəyə gətirilən tədbir oyun-əyləncə, xatirə gecəsi 
uşaqların asudə vaxtının bəzəyinə çevrilir. Oyun- məşğələ 
başlanarkən qəhrəmanlığa, comərdliyə səsləyən musiqi sədaları 
uşaqlann nizami ordunun əsgərləri kimi bir- birinin ardınca 
düzülməsi, bədii-emosional cəhətdən rəngarəng, pafoslu çıxışlan, 
bunlara cavab kimi səslənən alqışlan, «ura» səsləri xüsusi məna 
kəsb edir. . 
Uşaq bağçalannm praktikasında şənliklərin keçirilməsinin 
müəyyən ənənələri yaranmışdır. Bunlar uşaq dünyasının paiinc 
işıqlı, şəffaf səhifələridir. Odur ki, pedaqoqlar mövcud 
7 1


ənənələrin inkişaf etdlirilməsinin davamı kimi kütləvi tədbirlərin, 
oyun-məşğələlərin tərtibatı, məzmunu və keçirilməsinə diqqəti 
artırmalıdırlar. Hazırlıq prosesində ilk baxışda kiçik, 
əhəmiyyətsiz görünən detallar belə, nəzərdən qaçınl- mamalıdır. 
Tərbiyəçi oyun-tədbirin nümayişində iki vacib şərti mütləq 
nəzərə almalıdır: tədbir maraqlı və məzmunlu keçirilməsi ilə 
yadda qalmalıdır. Həm də çox gedişli və mürəkkəb olmamalıdır. 
Çünki o, ilin əvvəlində uşaqlann hələ lazımi qədər hazırlığı 
olmadığı vaxtda keçirilir. 
Bu vəzifə müxtəlif yollarla həll olunur. Hər şeydən əvvəl, 
uşaqlara tanış olan, yaxşı mənimsənilən və qavranılan 
materiallara müraciət edilməlidir. Konkret desək, proqram 
materialından götüriilmüş elementlərdən istifadə olunması 
balacalarda marağı artınr, onlann yaddaşında uzun müddət qalır. 
Yaxşı olar ki, müxtəlif tədbirlər, o cümlədən oyunlar bir mövzu 
ətrafında keçirilsin. Bunlar, adətən balacalar tərəfindən yenilik 
kimi qarşılanır. Tədbirlərin proqramına sürpriz məqamlanm da 
daxil etmək uşaqlar üçün çox maraqlı və gözlənilməz olar. 
Əvvəlcədən hazırlaşmadan tərbiyəçinin 5-20 dəqiqəlik izahından 
sonra keçirilən çevik oyunlarda uşaqlar sonsuz maraqla iştirak 
edirlər. 
Əgər tədbir-oyunlarda əlavə materiallardan bəhrələnmək 
zərurəti yaranarsa, bu mütləq həmin yaş qrupunun proqram 
çərçivəsində müvafiq vərdişlərə uyğun olmalıdır. Məsələn, 
E.Tiliçiyevanın «Ev tikirik» oyununda orta qrupun uşaqlan bir 
musiqili cümləyə görə bir dəfə dövr edirlər, o biri dəfə dayanırlar 
və mətnin məzmununa müvafiq imitativ (oxşar) hərəkətlər edirlər 
(çəkiclə vurur, mişarlayır). Təbiidir ki, belə səhnələr həmin yaşda 
uşaqlara tanış olduğundan xüsusi hazırlıq işləri tələb etmir. 
Uşaqlar həm də əyləncələrdən hədsiz həzz alırlar. 
Nümayiş etdirilən oyun-attraksionlara əvvəlcədən hazırlaşmaq 
lazım deyil, bunlar uşaqlarda böyük maraq doğurur. «Əşyanın 
yerini dəyiş», «Futbol», «Kim daha çox tərəvəz yığan> və s. belə 
təsirli oyunlardandır. Oyun-attraksionlarda uşaqlar öz 
7 2


çevikliyini, diribaşlığını, təşəbbüskarlığını, sevinc hissini 
nümayiş etdirməklə yüksək fəallıq göstərirlər. 
Belə şənliklərdə tamaşalar və eləcə də sürpriz anlan xüsusi 
maraq doğurur. Onlar böyüklər, yaxud bir qrup uşaqlar tərəfindən 
gizli hazırlandığı üçün gözlənilməz olur. Orta və böyük qruplar 
üçün hazırlanan «Qarpız» epizodunu xatırlayın. 
Qarpıza qulluq etmək üçün uşaqlar gah külək, gah yağış, 
gah günəş olur. Qarpız hamının gözü qarşısında qısa vaxtda 
böyüyür, yetişir. Poetik mətn və musiqinin müşayiəti ilə keçirilən 
bu oyun emosional təsir bağışlayır. 
Hədİ
5
^ələrin verilməsi anlannı da yaddaqalan tərzdə
maraqlı formada təşkil etmək zəruridir. Təcrübə göstərir ki, 
böyüklərinin əhatəsində olarkən uşaqlann əhval-ruhiyyəsi daha 
yüksək olur. Əgər uşaqlann bayram keçirməsi və sonra zaldan 
çıxması böyüklərin oxuduqlan mahnılarla müşayiət olunursa, 
yaxud onlar rəqs edirlərsə bu, balacalarda şən reaksiya yaradır. 
Uşaqlar müxtəlif personajlann görünməsini də beləcə həvəslə 
müşahidə edir, məktəblilərin çıxışlannı diqqətlə izləyirlər. 
Göründüyü kimi, bayramın şən, maraqlı və məzmunlu 
keçirilməsi və yaddaşlara hopması üçün imkanlar az deyil. 
Sizin mühakimənizə verdiyimiz bu yanmfəsildə məqsəd 
müxtəlif tədbirlərdən, həmçinin tədbirlərin ən çevik və maraqlı 
forması olan didaktik oyunlann təşkili və keçirilməsi üçün uşaq 
bağçalanmn 
tərbiyəçilərini 
praktiki 
tövsiyələrlə 
silahlandırmaqdır. 
Binada bağça uşaqlannm əxlaqi, mənəvi, bədii tərbiyəsinin 
formalaşmasında əvəzsiz rol oynayan kütləvi tədbirlərin, 
şənliklərin, didaktik oyunlann hazırlanması və keçirilməsi 
təcrübəsindən bəhs edilir. Rəqslərin ifası prosesində müxtəlif 
biçimli hərəki taktlan əks etdirən şərti işarələr (sxemlər), 
həmçinin təqdim olunan havalann («Dağlarda çiçəb>, «Qalada 
yatmış idim») mətnləri verilmişdir. 
Birinci fəsildə (oyun-ssenarilər) tərbiyəçilərə məsləhət 
görülən didaktik oyunlann təxmini mətn - ssenariləri öz əksini 
tapmışdır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə