Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti pedaqogika


Sonra «sərçəlƏD>dən biri dəstədən aynlıb Şer-mahnı



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə13/149
tarix15.04.2023
ölçüsü2,9 Mb.
#105818
1   ...   9   10   11   12   13   14   15   16   ...   149
Mektebeqeder-Ped-Didaktika-Pedoqoji-Fikir-Tarixi-Muqayiseli-Pedaqogika-ehate-eden-derslik

Sonra «sərçəlƏD>dən biri dəstədən aynlıb Şer-mahnı 
ifaçılannın qabağında dayanıb «dən yeməyə» başlayır. «Cik- cik» 
sözlərinin təkrarı zamanı ağızlannı «dəndən» çəkib başlarını yuxan 
qaldırırlar. 
İfaçılardan birinin: 
55 


Birdən itdi gözümdən... 
Bəs o balaca sərçə Hara 
getdi gözümdən? 
Çox çağırdım gəlmədi, 
Tutdu ağlamaq məni- 
deməsilə «sərçəlƏD> büzüşüb daha da balacalaşırlar, bikefləşir- 
lər, susurlar. Uşaqlann qəmginliyini görən həmin «sərçə» sevinclə 
oxuyur: «Birdən Kolum dibindən uçan gördüm sərçəni!». 
Bu vaxt «sərçə» həqiqətən Kolum dibində görünür. 
Uşaqlar gülə-gülə, bir-birinə sığma-sığma əl çalıb rəqs edirlər. 
Uşaqlar «Dovşanım» musiqili-didaktik oyunünü da çox 
sevirlər. Bu süjetli oyunun başlıca didaktik məqsədi onları 
heyvanların dəcəli, gözəli, lakin hürkəyi və qorxağı dovşanla 
tanış etmək, onun dostluğa möhkəmliyini, sədaqət və etibarını, 
əməksevərlik və hünərvərliyini göstərməkdən ibarətdir. 
Tərbiyəçi-müəllim uşaqlarla birlikdə dövrə vurur. 
Onlardan biri dovşan formasında dairənin mərkəzində durur. 
Yanında isə başqa bir nəfər O.Rəcəbovun «Dovşanım» mahnısını 
oxuyur: 
Dovşanım səhər durar. 
Balaca dovşan səhər durar. 
Dovşanım əlini yuyar. 
Balaca dovşan əlini yuyar. 
Dovşanım üzünü yuyar. 
Balaca dovşan üzünü yayır. 
Dovşanım paltarın geyər. 
Balaca dovşan paltarın geyər. 
Dovşanım corabın geyər, 
Balaca dovşan corabın geyər. 
Dovşanım başını yuyar, 
Balaca dovşan başını yuyar. 
Dovşanım tək oynayar, 
Balaca dovşan tək oynayar. 
Dovşanım qurddan qorxar. 
Hoppanaraq birdən qaçar. 
56 


Oxuyanın «əlini yuyan>, «üzünü yuyar», «corabın geyər», 
«başını yuyar» sözlərinə qüvvət verən başqa «dovşanlar» həmin 
sözləri xorla təkrarlayırlar. «Qurddan qorxar», «birdən qaçar» 
sözləri oxuyan zaman bir nəfər uşaq qurd kimi onun üstünə 
cumur, «dovşan» qaçır, hamı gülüşür, əl çalır. Oynaq bir rəqs 
çalınır («Qazağı»). «Qaçağan dovşan» geri qayıdıb uşaqları rəqsə 
dəvət edir.Belə oyunlar kiçik məktəbəqədər uşaqlarda təmizlik, 
səliqəlilik, bir-birinə qarşı diqqətli, nəzakətli olmaq, mədəni 
davranmaq kimi müsbət keyfiyyətlərin yaranmasına kömək edir. 
Bu vərdişlər sonrakı yaş dövrlərində, həmçinin ailələrdə və 
məktəblərdə getdikcə möhkəmlənərək daha mürəkkəb adətlərə 
çevrilir. 
Bayramlar və müxtəlif kütləvi-musiqili oyunlar 
■ Belə tədbirlərin əhəmİ
3
^əti çox böyükdür. Bunlarsız 
gələcəyin qurucuları olan balalanmızın hərtərəfli bÖ
5
dxməsinə, 
tərbiyələnməsinə, dünyagörüşünün, ümumi inkişaf səviyyəsinin 
yüksəldilməsinə, onlarda etik-estetik normalann formalaşmasına, 
bədii yaradıcılıq qabiliyyətlərinin inkişafına, mənəvi aləminin 
zənginləşdirilməsinə nail olmaq qeyri- mümkündür. 
j
I
Musiqili-kütləvi tədbirlər sırasında özünü sınamış 
səhnəciklər, kupletləşmələr, bədii özfəaliyyət kollektivlərinin 
müxtəlif səpkili çıxışlan, eləcə də tarixi hadisələrin, bayramlann 
təntənəli surətdə keçirilməsi artıq ənənənəyə çevrilmişdir. ( 
l Təcrübə göstərir ki, musiqi tərbiyəçiləri belə tədbirlərin 
keçirilməsində adətən, çətinlik çəkir, primitiv ssenari tərtib edir, 
zalın tərtibini yaxşı təşkil etmir. Şer, mahnı, rəqsəlrin seçilməsinə 
bir o qədər əhəmiyyət vermir, nəticədə isə çox sönük, maraqsız 
tədbirlər almır. 
(
Çox vacib məsələyə bu cür laqeyd münasibət xeyirdən çox 
zərər gətirir, uşaqların potensial imkanlannm tam üzə çıxaniması 
prosesini ləngidir. Hələ bu azmış kimi, bədii- estetik zövqlərini, 
musiqinin nəyə qadir olması barəsindəki 
57 


təsəvvürlərini korlayır, onların ahəngdar inkişafına mənfi təsir 
göstərir. 
«Uşaq incəsənəti ideya-tərbiyə cəhətdən yüksək, bədii və 
qiymətli olmalıdır. Uşaq incəsənəti əsərlərinin məzmunu 
uşaqlarda xeyirxah hisslər, əməllər, yoldaşa kömək etməyə can 
atmaq, qeydinə qalmaq, anaya kömək etmək kimi hissləri 
oyatmalıdır. İncəsənət əsəri eləcə də haqlı qəzəb, həyəcan və s. 
oyada 
bilər». 
Fikrimizi 
məktəbəqədər 
pedaqogikadan 
götürdüyümüz bu cümlə də təsdiqləyir. Çətinlik bir də orasındadır 
ki, sözügedən məsələ ilə bağlı metodik-pedaqoji, elmi-kütləvi 
ədəbiyyatlar bizdə çox azdır. Odur ki, qabaqcıl tərbiyə 
müəssisələrinin təcrübəsinə əsaslanaraq nümunə üçün Təzə il 
bayramının ssenarisindən söhbət açınq. 
«Xoş golmison, təzo il!» 
Bu bayram münasibətilə ssenari yazılır. Əvvəlcədən yeni 
ilin qeyd olunmasına geniş hazırlıq işləri görülür. Şənliyə 
həmçinin bütün valideynlər, əmək və müharibə veteranlan, digər 
qonaqlar dəvət edilir. 
Zal bayramsayağı bəzədilmişdir. Ortada qoyulmuş bəzəkli 
yolka ağacı hamının diqqətini özünə cəlb edir. Yolka çilçırağa 
qərq olmuşdur. Rəngbərəng işaqılar göydəki ulduzlar kimi 
bəxtəvər-bəxtəvər saynşır, gülümsəyir, göz qamaşdınr. 
Artıq hamı yerindədir. Şənliyi başlamaq olar. 
«Bayram gəlib elimə» mahnısının xoş, ürəkləri ehtizaza 
gətirən melodiyası ətrafa yayılır. Uşaqlar əl çalırlar. Musiqi 
kəsilir və qəşəng geyinmiş uşaqlar zalda görünürlər. Onlar 
yolkanın ətrafında iki dövrə təşkil edirlər. Şənliyi açıq elan edən 
bağça müdiri bura toplaşanların bayramını təbrik edir. Müəssisə 
rəhbərinin qısa çıxışından sonra apancı yolkaya yaxınlaşır. 
İştirakçılara yüngülcə baş əyir və yolkaya müraciətlə ucadan şer 
söyləyir: 
Geyinibsən al-əlvan. 
Budaqların çıraqban. 
58 


Nəğmə deyir, şən yolka! 
Sən nə gözəlsən, yolka! 
Bəstəkar A.Rzayevanın «Şən yolka» mahnısı səsləndirilir. 
Uşaqlar əl-ələ tutaraq melodiyanın ahənginə uyğun olaraq 
yolkanın ətrafında dövrə vururlar. Daha bir neçə uşaq yolkaya 
yaxınlaşır. 

Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə