Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

63 

 

Yetkinlik  yaĢına  çatan  və  fəaliyyət  qabiliyyəti  olmayan  Ģəxsin  aliment  ödəməli  olan  Ģəxsə  qarĢı  qəsdən 



cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin Ģəxs üçün aliment tutulması 

barədə tələbi rədd edə bilər. 

 

Aliment öhdəliklərinə xitam verilməsi 

Aliment  ödənilməsi  barədə  saziĢ  əsasında  müəyyən  olunmuĢ  aliment  öhdəliklərinə  tərəflərdən  birinin 

ölümü nəticəsində, saziĢin müddəti bitdikdə və ya saziĢdə nəzərdə tutulmuĢ əsaslar üzrə xitam verilir. 

Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aĢağıdakı hallarda xitam verilir. 

1.

 

UĢaq yetkinlik yaĢına çatdıqda və ya yetkinlik yaĢına çatmamıĢ tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 



2.

 

Aliment ödənilən uĢaq övladlığa götürüldükdə; 



3.

 

Aliment alan Ģəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu 



məhkəmə tərəfindən müəyyən olunduqda; 

4.

 



Aliment alan Ģəxs və ya aliment ödəyən Ģəxs öldükdə; 

5.

 



Əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. 

 

 

7. Övladlığa götürmə 

 

Övladlığa götürmə elə bir hüquqi aktdır ki, onun nəticəsində övladlığa götürülən uĢaq övladlığa götürən 



və onun qohumları barəsində valideynlər və uĢaqlar üçün qanunla müəyyən edilmiĢ eyni hüquq və vəzifələrə 

malik olur. Övladlığa götürmə institutu ilk dəfə keçmiĢ ittifaq ərazisində 1926-cı ildə Azərbaycanda 1928-ci ildə 

yaranmıĢdır. 

Övladlığa  götürməyə  yetkinlik  yaĢına  çatmayanlar  barəsində  və  yalnız  onların  mənafeyi  naminə  yol 

verilir. Bir uĢaq iki Ģəxs tərəfindən (ər-arvaddan baĢqa) övladlığa götürülə bilməz. 

Ər  (arvad)  özünün  nikahdan  olmayan  uĢağını  və  ya  arvadının  (ərinin)  uĢağını  övladlığa  götürə  bilər. 

UĢağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaĢ və bacıların müxtəlif Ģəxslər tərəfindən övladlığa 

götürülməsinə yol verilmir. 

Övladlığa götürmə uĢağın övladlığa götürmək istəyən Ģəxsin (Ģəxslərin) verdiyi ərizə əsasında məhkəmə 

tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə iĢə qəyyumluq və himayə orqanının iĢtirakı ilə 

mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuĢ xüsusi icraat qaydasında baxılır. 

Övladlığa götürülənlər və övladlığa götürülən uĢaqların hüquq və vəzifələri məhkəmənin uĢağın övladlığa 

götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. 

Məhkəmə uĢağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində 

bu qətnamədən çıxarıĢı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaĢlıq aktlarının dövlət qeydiyyatı 

orqanına göndərməyə borcludur. 

UĢağın övladlığa götürülməsi vətəndaĢlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuĢ 

qaydada qeydiyyata alınır. UĢaq öldükdə övladlığa götürməyə yol verilmir. 

Ailə  Məcəlləsinin  120-ci  maddəsində  göstərilir  ki,  aĢağıdakılar  istisna  olmaqla,  hər  iki  cinsdən  olan 

yetkinlik yaĢına çatmıĢ Ģəxslər övladlığa götürən ola bilərlər: 

1.

 

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən 



Ģəxslə; 

2.

 



Məhkəmə  tərəfindən  valideynlik  hüquqlarından  məhrum  edilmiĢ  və  ya  valideynlik  hüquqları 

məhdudlaĢdırılmıĢ Ģəxslər; 

3.

 

Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə, qəyyum və ya himayəçi vəzifələrindən 



kənarlaĢdırılmıĢ Ģəxslər; 

4.

 



Əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiĢ Ģəxslər; 

5.

 



Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən Ģəxslər. 

Övladlığa  götürməyə,  qəyyumluğa  və  himayəyə  qəbul  etməyə  imkan  verməyən  xəstəliklərin  siyahısı 

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. 

Aralarında nikah olmayan Ģəxslər birlikdə eyni uĢağı övladlığa götürə bilməzlər. 

Övladlığa  götürən  Ģəxs  nikahda  deyilsə,  onunla  övladlığa  götürülən  uĢağın  yaĢ  fərqi  16-dan  az 

olmamalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaĢ fərqi qısaldıla bilər. 

Ögey ata (ögey ana) uĢağı övladlığa götürəndə bu yaĢ fərqinin olması tələb edilmir. 

Valideynləri  olan  uĢaq  Ailə  Məcəlləsinin  123-cü  maddəsində  göstərilənlər  istisna  olmaqla,  yalnız 

valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. 

123.1. Valideynlər valideynlik hüququndan məhrum edilmiĢlərsə və bundan 1 il müddət keçmiĢsə və ya 

qanunla  müəyyən  olunmuĢ  qaydada  fəaliyyət  qabiliyyəti  olmayan,  yaxud  xəbərsiz  itkin  düĢmüĢ  hesab 

edilmiĢlərsə, övladlığa götürməyə onların razılığı tələb olunmur. 




64 

 

123.2.  Valideynlər  6  aydan  artıq  müddətdə  uĢaqla  birlikdə  yaĢamıĢlarsa,  qəyyumluq  və  himayə 



qanunlarının  xəbərdarlığına  baxmayaraq,  onun  tərbiyəsində  və  ya  saxlanmasında  iĢtirak  etməkdən  boyun 

qaçırırlarsa, uĢağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da 

icra edilə bilər. 

Yetkinlik  yaĢına  çatmayan  valideynlərin  uĢaqlarının  övladlığa  götürülməsi  zamanı  həmin  valideynlərin 

qəyyumlarının  (himayəçilərinin)  və  valideynlərinin  razılığı,  valideynlər,  qəyyumlar  və  himayəçilər  olmadıqda 

isə  yerli  icra  hakimiyyəti  orqanlarının  qəyyumluq  və  himayə  orqanlarının  razılığı  tələb  olunur.  UĢaqlarının 

övladlığa  götürülməsinə  valideynlərinin  razılığı  notariat  qaydasında,  valideyn  himayəsindən  məhrum  olan 

uĢağın  yerləĢdiyi  müəssisənin  rəhbəri  və  ya  övladlığa  götürmənin  həyata  keçirdiyi  yer,  yaxud  valideynlərin 

yaĢadığı  yer  üzrə  qəyyumluq  və  himayə  orqanı  tərəfindən  təsdiq  olunmalıdır.  Razılıq  həmçinin  məhkəmədə 

övladlığa götürmə zamanı Ģifahi olaraq verilə bilər. 

Valideynlərin  övladlığa  götürmə  barədə  məhkəmə  qətnaməsi  qəbul  edilənədək  öz  uĢaqlarını  övladlığa 

vermək barədə razılığı geri götürə bilərlər. 

Müvafiq  yerli  icra  hakimiyyəti  orqanlarının  qəyyumluq  və  himayə  orqanları  məhkəməyə  övladlığa 

götürmənin  uĢağın  mənafeyinə  uyğun  olması  barədə  rəy  təqdim  edir.  UĢağın  ögey  ata  (ögey  ana)  tərəfindən 

övladlığa götürüldüyü hallarda bu cür rəy tələb olunmur. 

Övladlığa  götürülənlər  əcnəbilər  və  vətəndaĢlığı  olmayan  Ģəxslər  olduqda  tələb  olunan  belə  rəy 

Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında  Övladlığa  Götürmə  Məcəllələri  Komissiyası  ilə 

razılaĢdırılmıĢdır. 

Ailə  Məcəlləsinin  124-cü  maddəsi  «Valideyn  himayəsindən  məhrum  olan  uĢaqların  övladlığa 

götürülməsinə qəyyumların (himayəçilərin), himayədar ailənin, uĢaqların yerləĢdiyi müəssisələrin rəhbərlərinin 

və uĢaqların özlərinin razılığı»ndan bəhs edir. 

124.1. Qəyyumluqda (himayədə) olan uĢaqların övladlığa götürülməsi üçün qəyyumların (himayəçilərin) 

yazılı razılığı olmalıdır. 

124.2.  Himayədar  ailənin  öhdəsində  olan  uĢaqların  övladlığa  götürülməsi  üçün  onların  himayədar 

valideynlərinin yazılı razılığı lazımdır. 

124.3.  Tərbiyə,  müalicə,  ailənin  sosial  müdafiəsi  müəssisələrində  və  digər  analoji  müəssisələrdə  yerləĢən 

uĢaqların övladlığa götürülməsinə həmin müəssisələrin rəhbərliyi yazılı razılıq verməlidir. 

124.4.  Məhkəmə  uĢağın  mənafeyini  nəzərə  alaraq  124.1.  -124.3.-cü  maddələrdə  göstərilən  Ģəxslərin 

razılığı olmadan da onun övladlığa götürülməsi barədə qətnamə edə bilər. 

124.5. 10 yaĢına çatmıĢ uĢaq övladlığa götürüldükdə onun razılıq verməsi zəruridir. 

124.6.  Övladlığa  götürmə  haqqında  ərizə  verilənə  qədər  uĢaq  övladlığa  götürmək  istəyənin  ailəsində 

yaĢamıĢsa və onu öz valideyni hesab edirsə, övladlığa götürmə övladlığa götürülən uĢağın razılığı olmadan da 

aparıla bilər. 

Qanunverici orqan güman edir ki, 10 və daha çox yaĢa çatmıĢ uĢaq, onun övladlığa götürülməsi barədə öz 

Ģəxsi  fikrini  ifadə  etməyə  qabildir.  UĢağın  övladlığa  götürülməyə  razılığı  qəyyumluq  və  himayə  orqanları 

tərəfindən  müəllimin  iĢtirakı  ilə  müəyyən  olunur.  UĢağın,  onun  övladlığa  götürülməsinə  razılıq  verməkdən 

imtina etməsinin hüquqi əhəmiyyəti var və bu övladlığa götürməyə mane olmaq üçün əsasdır. 

Övladlığa götürmənin xahiĢi ilə övladlığa götürülən uĢağa övladlığa götürmənin soyadı və yeni ad verilir. 

Övladlığa  götürən  kiĢidirsə,  uĢağa  ata  adı  onun  adı  ilə,  övladlığa  götürən  qadındırsa,  uĢaq  barəsində  uĢağın 

atasının hüquq və vəzifələrinin saxlandığı hallardan baĢqa, ata adı qadının göstəriĢi ilə verilir. Nikahda olmayan 

Ģəxs  uĢağı  övladlığa  götürdükdə,  uĢağın  soyadı,  adı  və  anasının  (atasının)  adı  doğum  haqqında  qeydiyyat 

kitabında  həmin  Ģəxsin  göstəriĢi  ilə  yazılır.  Övladlığa  götürən  ər-arvadın  soyadları  müxtəlif  olduqda,  onların 

razılığı ilə övladlığa götürülən uĢağa ərin və ya arvadın soyadı verilir. 

Övladlığa  götürülən  10  yaĢına  çatmıĢ  uĢağın  soyadı,  ata  adı,  habelə  öz  adı Ailə  Məcəlləsinin  124.6.-cı 

maddəsində nəzərdə tutulmuĢ hallardan baĢqa, yalnız onun razılığı ilə dəyiĢdirilə bilər. 

Övladlığa  götürülənə  soyad  və  ata  adı  verilməsi,  habelə  onun  adının  dəyiĢdirilməsi  övladlığa  götürmə 

haqqında məhkəmə qətnaməsində göstərilir. 

Övladlığa  götürmənin  gizli  saxlanması  üçün  övladlığa  götürmənin  xahiĢi  ilə  övladlığa  götürülənin 

doğulduğu yer, eləcə də onun doğum tarixi 3 aydan çox olmayaraq dəyiĢdirilə bilər. 

Övladlığa götürülmüĢ uĢağın doğum tarixi uĢaq 1 yaĢına çatana qədər dəyiĢdirilə bilər. 

Övladlığa  götürülmüĢ  uĢağın  doğulduğu  yerin  və  ya  tarixin  dəyiĢdirilməsi  məhkəmə  qətnaməsində 

göstərilir. Məhkəmə övladlığa götürənlərin xahiĢi ilə onların övladlığa götürənlərin valideynləri kimi doğumun 

qeydi kitablarına yazılmasını qət edə bilər. 

Ailə Məcəlləsinin 130-cu maddəsində «Övladlığa götürənin gizli saxlanmasından bəhs olunur. 

130.1. Övladlığa götürmənin sirri qanunla mühafizə olunur. 

130.2. Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumlar və himayə orqanının razılığı 

olmadan  övladlığa  götürmə  haqqında  hər  hansı  məlumat  vermək,  habelə  vətəndaĢlıq  vəziyyəti  aktlarının 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə