Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

69 

 

Cinayət  məcəlləsinin  müxtəlif  bölmələrində  yerləĢdirilmiĢ  maddələri  bir  neçə  bənddən  ibarət  olmaqla 



cinayətkarlıqla  mübarizə  üçün  cinayətin  ağırlığı,  edilmə  Ģəraiti  və  s.  xüsusiyyətlərinə  görə  cəza  tədbirləri 

nəzərdə tutulur. 

 

 

2. Cinayətlərin təsnifatı 



 

Təsnif  öyrənilən  hadisələrin  hər  hansı  ümumi  əlamət  siniflərə  də  bölgüsüdür  ki,  burada  hər  sinfin 

baĢqasına münasibətdə yeri dəqiq müəyyən olur. 

Cinayətlərin  təsnifi  cinayətin  anlayıĢı  ətrafında  idrakı  daha  yüksək  pilləyə  qaldırır,  elmi  təsəvvürü 

dərinləĢdirir. Beləliklə, cinayətlərin təsnifatı bütün cinayət əməllərinin hər hansı ümumi əlamətə əsasən cinayət 

törətmiĢ  Ģəxslər  barəsində  yaratdığı  hüquqi  nəticələri  göstərməklə  qanunvericilik  yolu  ilə  təsbit  edilən 

bölgüsüdür. 

Cinayətlərin  təsnifatı  müxtəlif  əsaslarla  (meyarlarla)  aparıla  bilər.  Cinayətlərin  ictimai  təhlükəlilik 

dərəcəsinə  görə  təsnifatı  daha  aktual  hesab  edilir.  Belə  təsnifat,  birinci,  cinayətkarlığın  aĢağı  və  yuxarı 

sərhədlərini  müəyyən  edir,  ikinci,  məhkəmə  təcrübəsinin  vahid  qaydada  aparılmasını  təmin  edir,  cinayət 

statistikasının və kriminologiyanın empirik materiallarla təchiz edilməsinə kömək edir. 

Qüvvədə  olan  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  15-ci  maddəsində  cinayətlərin  təsnifatı 

konkret olaraq müəyyən edilmiĢdir. Qanunvericilikdə nəzərdə tutulmuĢ əməllər (hərəkət və ya hərəkətsizliklər) 

xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və 

xüsusilə ağır cinayətlərə bölünür. 

Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə CM-lə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza 

nəzərdə  tutulmuĢ  əməllər,  yaxud  qəsdən  və  ya  ehtiyatsızlıqdan  törədilməsinə  görə  azadlıqdan  məhrum  etmə 

cəzasının yuxarı həddi 2 ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 

Qəsdən  və  ya  ehtiyatsızlıqdan  törədilməsinə  görə  nəzərdə  tutulmuĢ  azadlıqdan  məhrum  etmə  cəzasının 

yuxarı həddi 7 ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 

Qəsdən  və  ya  ehtiyatsızlıqdan  törədilməsinə  görə  nəzərdə  tutulmuĢ  azadlıqdan  məhrum  etmə  cəzasının 

yuxarı həddi 12 ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. 

Qəsdən törədilməsinə görə 12 ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə 

tutulmuĢ əməllər xüsusilə ağır cinayətlər hesab olunur. 

 

 

3. Cinayət məsuliyyətinin yaranma əsasları 



 

Cinayət məsuliyyəti, hüquqi məsuliyyətin bir növü olub, cinayət qanunu ilə dövlət tərəfindən müəyyən 

edilir. Cinayət məsuliyyəti cinayət törətməkdə təqsiri olan Ģəxsin dövlət adından mühakimə edilməsini və onun 

barəsində cəzanın tətbiqini nəzərdə tutur. 

Cinayət məsuliyyətinin məzmununu aĢağıda qeyd edilən dövlət məcburiyyət tədbirləri müəyyən edir: 

a) törədilən cinayət əməli və onu törətməkdə təqsiri olan Ģəxs dövlət adından mühakimə edilir. (məhkəmə 

dövlət adından törədilən əmələ ictimai-siyasi, hüquqi qiymət verir, qanunauyğun olaraq törədilən əməlin cinayət 

olduğunu, onu törətməkdə təqsiri olan Ģəxsin cinayətkar olduğunu qeyd edir); 

b)  məhkəmə  təqsirkar  barəsində  törədilən  əmələ  görə  qanunla  müəyyən  edilən  sanksiya  əsasında  cəza 

tərtib edir. 

Azərbaycan Respublikası CM-nin 3-cü maddəsindən aydın görünür ki, cinayət məsuliyyəti yalnız cinayət 

tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməl (hərəkət və hərəkətsizlik) üstündə meydana gələ bilər. 

Hüquq ədəbiyyatında qanun üzrə cinayət əməlini xarakterizə edən zəruri əlamətlərin məcmusuna cinayət 

tərkibi deyilir. Hər bir cinayətin növü özünəməxsus cinayət tərkibində təsvir olunur.  Cinayət tərkibi cinayətin 

hansı  mənafeyi  qəsd  etməsini  (cinayətin  obyekti),  nə  kimi  hərəkət  və  ya  hərəkətsizlik  də  (cinayətin  obyektiv 

cəhəti),  təqsirin  hansı  formasında  ifadə  olunmasını  (cinayətin  subyektiv  cəhəti)  və  kim  tərəfindən  edilə 

biləcəyini (cinayətin subyektini) təsvir edir. Cinayətin bu dörd əlamətinin məcmusu olmadıqda, cinayət tərkibi 

də yoxdur və deməli, cinayət məsuliyyətinin əsasları da meydana gəlmir. 

Cinayət  məsuliyyəti  –  cinayət  törədilməsi  ilə  yaranan  cinayət  hüquq  münasibətinin  tərkib  hissəsidir, 

elementidir. 

Beləliklə, cinayət məsuliyyəti öz ifadəsini cinayətin və cinayət törədən Ģəxsin dövlət adından mühakimə 

edilməsində  və  məhkəmə  tərəfindən  cinayətə  görə  cəzanın,  yaxud  da  cinayət  hüquqi  xarakterli  baĢqa  təsir 

tədbirlərinin tətbiqində tapır. Buradan göründüyü kimi, cinayət məsuliyyəti cinayət törədən Ģəxsin təkcə dövlət 

qarĢısında yaranan cavabdehliyi deyildir, həm də cinayətin törədilmə faktına görə dövlət adından cinayətin və 




70 

 

cinayəti  törədən  Ģəxsin  mühakimə  edilməsi,  eləcə  də  onun  Ģəxsi  və  əmlak  xarakterli  məhrumiyyətlərə  məruz 



qalmasıdır. 

 

 



4. Cinayət və cinayət tərkibi və tərkibin ünsürləri 

 

Cinayət – ictimai həyatda ayrı-ayrı Ģəxslər tərəfindən törədilən ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli və 



cəzalanmalı olan, qeyri-əxlaqi əməldir. 

Cinayət  sosial-hüquqi  hadisədir.  Cinayət  təqsirkarın  Ģəxsiyyətinin  xüsusiyyətləri  ilə  ictimai  mühitin 

ziddiyyətlərinin qarĢılıqlı əlaqəsindən doğur. Buna görə də sosial təbiətə malikdir. Eyni vaxtda belə əməllərin 

qanunda anlayıĢı verildiyindən hüquqi hadisə kimi mövcud olur. 

Cinayət müəyyən məkanda, zamanda və konkret Ģəxs tərəfindən törədilir. 

Cinayət  tərkibi  –  ictimai  təhlükəli  əməli  cinayət  kimi  xarakterizə  edən  cinayət  qanunda  göstərilən 

obyektiv və subyektiv əlamətlərin məcmusudur. 

Cinayət  tərkibinin  elementi  tərkibin  struktur  hissəsi  olub  qanunla  cinayət  sayılan  əməlin  müxtəlif 

tərəflərinə  (obyektə,  obyektiv  cəhətə,  subyektə,  subyektiv  cəhətə)  uyğun  gələn  qrup  əlamətlərdir.  Cinayət 

tərkibinin əlamətləri eyni zamanda cinayət tərkibinin elementləri yaradır. 

Cinayət  tərkibi  əlamətləri  bütövlükdə  cinayəti  xarakterizə  edir,  onu  nəzərdə  tutur.  Cinayət  qanunu 

cinayətin ünsürlərini xarakterizə edən əlamətləri daxil etməklə buna nail olur. BaĢqa sözlə, cinayəti fikrən dörd 

ünsürə  parçalamaqla  cinayətin  obyekti,  obyektiv  cəhəti,  subyekti  və  subyektiv  cəhəti  kimi  hissələri 

fərqləndirilir. 

Cinayəti elementlərə (ünsürlərə) parçalamaqla belə analitik təhlilin aparılması cinayət tərkibi əlamətləri 

ilə  cinayət  arasında  əlaqəni  düzgün  dərk  etməyə  imkan  verir.  Buna  görə  cinayət  hüquq  elmi  cinayət  tərkibi 

əlamətlərini dörd qrupa ayırır: 

a) Cinayətin obyektini xarakterizə edən əlamətlər 

b) Cinayətin obyektiv cəhətini xarakterizə edən əlamətlər 

c) Cinayətin subyektini xarakterizə edən əlamətlər 

d) Cinayətin subyektiv cəhətini xarakterizə edən əlamətlər. 

Birinci iki qrup əlamətləri – cinayətin obyektiv əlamətləri, ikinci qrup əlamətləri isə subyektiv əlamətlər 

adlandırmaq qəbul edilmiĢdir. Cinayət tərkibi əlamətləri sadalanan ünsürləri nəzərdə və bunların da (ünsürlərin) 

cəmi konkret cinayəti yaradır. 

Cinayətin obyekti – kriminal qəsdlərdən qoruyan ictimai münasibətlərdir. Cinayətin obyektinin cinayətin 

tövsifi  üçün,  cinayətin  xarakterinin  və  təhlükəlilik  dərəcəsinin  müəyyən  edilməsi  üçün  mühüm  əhəmiyyəti 

vardır.  Cinayət  hüquq  elmi  cinayətin  obyektinin  üç  növünü  –  ümumi  obyekti,  xüsusi  obyekti  və  bilavasitə 

obyekti  müəyyən  edir.  Eləcə  də,  cinayətin  predmetini  fərqləndirir.  Cinayətdən  obyekt,  qoruyan  ictimai 

münasibətlər ziyan çəkir. 

Ümumi obyekt dedikdə bütün cinayətlər üçün xarakterik olan, cinayət qanunu vasitəsi ilə qorunan ictimai 

münasibətlər anlayıĢıdır. Bu anlayıĢın tərkibinə ictimai-dövlət quruluĢu, təsərrüfat sistemi, mülkiyyət, Ģəxsiyyət 

və sairə qarĢı törədilən əməllər daxildir: 

Xüsusi  obyekt  –  bilavasitə  hansı  amillərə  qarĢı  cinayətin  yönəldilməsi  baĢa  düĢülməlidir.  Məsələn, 

əmlaka, mülkiyyətə və sairəyə qarĢı yönəldilən cinayətlərin yönəldilmə istiqaməti; 

Bilavasitə  obyekt  –  müəyyən  ictimai  münasibətlərin  bir  hissəsi,  məsələn,  Ģəxsiyyətə,  insan  həyatı  və 

sağlamlığına, əxlaqına qarĢı edilən əməllərin yönəldilmə istiqaməti hesab edilməlidir. 

Sadalanan obyektlər içərisində bilavasitə obyekti xarakterizə edən əlamət cinayət tərkibinə həmiĢə daxil 

edilir,  cinayət  tərkibinin  elementi  kimi  nəzərdə  tutulur.  Buna  görə  də  məsuliyyətin  həllində  hökmən  əməldən 

ziyan çəkən obyekt aydınlaĢdırılır. 

Cinayətin  bilavasitə  obyekti  –  xüsusi  obyektin  hissəsidir.  Ayrı-ayrı  cinayətlərin  qəsd  etdiyi  ictimai 

münasibətlərin konkretləĢdirilməsində bilavasitə obyekt anlayıĢından istifadə edilir. Bilavasitə obyekt – bu və ya 

digər əməlin etdiyi konkret ictimai münasibətlərdir. Məsələn, adam öldürmədə insanın həyatının təhlükəsizliyini 

təmin edən münasibətlərə, müxtəlif dərəcədə bədən xəsarəti yetirmədə, habelə döymədə, səhhətin təhlükəsizliyi 

münasibətlərinə,  təhqir  və  böhtanda  Ģərəf  və  ləyaqətin  təhlükəsizliyinə  qəsd  edilir.  Burada  sadalanan  ictimai 

münasibətlər  cinayətlərdən  ziyan  çəkən  bilavasitə  obyektlərdir.  Xüsusi  obyektə  qəsd  edən  bütün  cinayətlərin 

ayrı-ayrılıqda bilavasitə obyekti vardır. 

Bəzən  törədilən  cinayətdən  bir  sıra  ictimai  münasibətlər  ziyan  çəkir.  Belə  ki,  soyğunçuluq  cinayətində 

zərər çəkənin də səhhətinə ziyan yetirilə bilər. Lakin burada səhhətin ziyan çəkməsi oğurluq cinayəti üçün tipik 

hal  deyildir,  təsadüfü  haldır.  Oğurluq  cinayətdə  bilavasitə  obyekt  mülkiyyətdir. Əgər  cinayətdən  iki,  yaxud  da 

daha  artıq  ictimai  münasibət  ziyan  çəkirsə  belə  cinayətlər  ikiobyektli,  yaxud  da  çoxobyektli  cinayətlər 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə