Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

61 

 

üçün maddi cəhətdən çətinlik çəkir. Sumqayıtın Ģəhər xalq məhkəməsi bu vəziyyəti nəzərə alaraq 13 mart 1975-



ci  il  tarixli  qətnaməsi  ilə  kifayət  qədər  vəsaiti  olan  cavabdeh  Kamrandan  ögey  oğlunun  xeyrinə  alimentin 

tutulması haqqında iddianı təmin etmiĢdir. 

 

Yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi 

«Yetkinlik  yaĢına  çatmayan  uĢaqları  faktiki  tərbiyə  etmiĢ  və  saxlamıĢ  əmək  qabiliyyəti  olmayan  və 

yardıma ehtiyacı olan Ģəxslər, öz yetkinlik yaĢına çatmıĢ övladlarından və ya ərlərindən (arvadlarından) təminat 

ala bilmədikdə, yetkinlik yaĢına çatmıĢ öz əmək qabiliyyətli yetirmələrindən məhkəmə qaydasında aliment ve-

rilməsini tələb etmək hüququna malikdirlər. 

Faktiki  tərbiyəçilər  öz  yetirmələrini  5  ildən  az  müddətdə  tərbiyə  etdiyi  və  saxladığı,  yaxud  lazımınca 

tərbiyə etmədiyi və ya saxlamadığı hallarda, məhkəmə onları saxlamaq vəzifəsindən yetirmələri azad edə bilər». 

Faktiki  tərbiyəçilər  dedikdə,  qanun  uĢaqları  tərbiyə  etmək  və  saxlamaq  vəzifəsini  öz  üzərinə  könüllü 

götürən  Ģəxslər  nəzərdə  tutur.  Bu  Ģəxslər  həmin  uĢaqların  rəsmən  nə  övladlığa  götürəni,  ev  də  qəyyumu 

(himayəçisi) hesab edilir. 

Faktiki tərbiyəçilərin uĢaqları saxlamaq vəzifəsi aĢağıdakı iki Ģərtdən biri mövcud olduqda əmələ gəlir: 

a) uĢaqların valideynləri olmadıqda; 

b) uĢaqlar öz valideynlərindən maddi yardım ala bilmədikdə. 

UĢaqların  valideynlərinin  olmaması  dedikdə,  valideynlərin  ölməsi,  onların  qanunla  müəyyən  edilmiĢ 

qaydada  ölmüĢ  elan  edilməsi  və  ya  xəbərsiz  itkin  düĢmüĢ  hesab  edilməsi  baĢa  düĢülür.  UĢaqların  öz 

valideynlərindən  maddi  yardım  ala  bilməməsi  o  deməkdir  ki,  uĢaqları  üçün  valideynlərdən  vəsait  almaq, 

ümumiyyətlə,  qeyri-mümkündür:  məsələn,  uĢaqların  valideyninin  (valideynlərinin)  əmək  qabiliyyətinin  və  ya 

fəaliyyət  qabiliyyətinin  olmaması,  cinayət  etmək  üstündə  uzun  müddətə  azadlıqdan  məhrum  olunması  və  i.a. 

səbəblər,  ya  da  uĢaqların  saxlanması  üçün  valideynlərindən  alınan  vəsait  cüzi  olduğuna  görə,  onların  normal 

yaĢamaları üçün kifayət deyildir. 

 

Alimentin ödənilməsi barədə saziş 

Alimentin  ödənilməsi  barədə  saziĢ  Ailə  Məcəlləsinin  19-cu  fəslində  və  94-98-ci  maddələrdə  öz  əksini 

tapmıĢdır. Aliment ödənilməsi barədə saziĢ (alimentin miqdarı, ödənilmə qaydası və Ģərtləri) aliment ödənilməli 

olan Ģəxslə onu alan Ģəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan Ģəxs fəaliyyət qabiliyyəti olmayan 

Ģəxs  olduqda  isə  həmin  Ģəxslərin  qanuni  nümayəndələri  arasında  bağlanır. Tam  fəaliyyət  qabiliyyəti  olmayan 

Ģəxslər aliment ödənilməsi barədə saziĢ özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayarlar. 

Aliment  ödənilməsi  barədə  saziĢ  yazılı  formada  bağlanır  və  notariat  qaydasında  təsdiq  olunur.  Bu  saziĢ 

notariat  qaydasında  təsdiq  edildikdə,  icra  vərəqəsi  qüvvəsinə  malik  olur.  Aliment  ödənilməsi  barədə  saziĢ 

tərəflərin  qarĢılıqlı  razılığı  əsasında  istənilən  vaxt  dəyiĢdirilə  və  pozula  bilər.  SaziĢi  icra  etməkdən  birtərəfli 

qaydada imtina etməyə və onun Ģərtlərinin birtərəfli qaydada dəyiĢdirilməsinə yol verilmir. 

Tərəflərin  maddi  və  ailə  vəziyyətində  əsaslı  dəyiĢiklik  olduqda  və  aliment  ödənilməsi  barədə  saziĢin 

dəyiĢilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu saziĢin dəyiĢdirilməsi və ya pozulması 

üçün məhkəmə qarĢısında iddia qaldırmaq hüququna malikdir. 

Aliment  ödənilməsi  barədə  saziĢ  üzrə  ödənilən  alimentin  miqdarı  bu  saziĢin  tərəflərinin  razılığı  ilə 

müəyyən olunur. 

Aliment  ödənilməsi  barədə  saziĢ  üzrə  yetkinlik  yaĢına  çatmayanlar  üçün  ödənilən  alimentin  miqdarı 

məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. 

Aliment  ödənilməsi  barədə  saziĢ  üzrə  alimentin  ödənilməsi  barədə  saziĢ  üzrə  alimentin  ödənilməsi 

qaydası və üsulları həmin saziĢdə tərəflərin qarĢılıqlı razılığı ilə müəyyən olunur. 

Alimentlər  aliment  ödəməli  Ģəxsin  qazancından  və  ya  digər  gəlirindən  müvafiq  hissədə:  sabit  pul 

məbləğində  müntəzəm  ödəməklə;  əmlak  təqdim  olunması  yolu  ilə  və  barəsində  razılıq  əldə  olunmuĢ  digər 

üsullarla alına bilər. 

Aliment ödənilməsi barədə saziĢdə aliment ödənilməsinin müxtəlif üsulları nəzərdə tutula bilər. 

 

 



Aliment ödənilməsi və tutulması qaydası 

Alimentin  ödənilməsi  və  tutulması  qaydası  Ailə  Məcəlləsinin  17-ci  fəslində  öz  əksini  tapmıĢdır.  Ailə 

hüququ üzrə alimentin iki qaydası həyata keçirilir: 

1.

 



Könüllü qaydada; 

2.

 



Məcburi qaydada, yəni məhkəmə qətnaməsi üzrə. 

Aliment  almaq  hüququ  olan  Ģəxs,  aliment  ödənilməsi  barədə  saziĢ  üzrə  əvvəllər  ona  aliment 

ödənilməmiĢsə,  aliment  almaq  hüququnun  yarandığı  vaxtdan  asılı  olmayaraq  istənilən  müddətdə  məhkəməyə 

aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 




62 

 

Aliment  məhkəməyə  müraciət  edildiyi  vaxtdan  tutulur.  Məhkəmə  iddiaçının  aliment  almaq  üçün 



məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan Ģəxsin onu verməkdən boyun 

qaçırması  nəticəsində  alimentin  alınmadığını  müəyyən  edərsə,  əvvəlki  dövr  üçün  aliment  3  illik  müddət 

həddində  verilə  bilər.  Məhkəmə  alimentinin  miqdarını  müəyyən  edərkən  tərəflərin  maddi  və  ailə  vəziyyətini 

nəzərə almalıdır. 

ġəxsin  iĢlədiyi  təĢkilatın  müdiriyyəti  notariat  qaydasında  təsdiq  edilən  aliment  ödənilməsi  barədə  saziĢ 

əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqında və (və ya) baĢqa gəlirindən aliment tutmağa və 

onu icra vərəqəsində və ya saziĢdə göstərilmiĢ Ģəxsə əmək haqqı və (və ya) baĢqa gədirlər verilən gündən sonra 

Ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan Ģəxsin vəsaiti hesabına göndərməyə borcludur. 

Aliment ödənilməsi barədə saziĢ və (və ya) icra vərəqəsi əsasında tutulan ümumi məbləğ aliment ödəməyə 

borclu  olan  Ģəxsin  əmək  haqqının  və  (və  ya)  baĢqa  gəlirlərinin  50%-indən  çox  olduqda  da  aliment  notariat 

qaydasında təsdiq olunmuĢ saziĢ əsasında tutulur. 

Aliment  tutulması  haqqında  məhkəmənin  qətnaməsinə  və  ya  aliment  ödənilməsi  barədə  notariat 

qaydasında  təsdiq  olunmuĢ  saziĢə  əsasən  aliment  tutan  müəssisənin  müdiriyyəti  qətnamənin  icra  olunduğu 

məhkəmə  icraçısına  və  aliment  alan  Ģəxsə  aliment  verən  Ģəxs  iĢdən  çıxdıqda  onun  iĢdən  çıxması  haqqında, 

habelə məlum olduqda onun yeni iĢ və yaĢayıĢ yeri haqqında 3 gün müddətində məlumat verməyə borcludur. 

Aliment verməyə borclu olan Ģəxs iĢ və ya yaĢayıĢ yerinin dəyiĢməsi haqqında, aliment yetkinlik yaĢına 

çatmayan uĢağa görə tutulduqda, həm də həmin müddətdə məhkəmə icraçısına məlumat verməlidir. 

Aliment  ödənilməsi  barədə  saziĢ  və  ya  məhkəmənin  qətnaməsi  əsasında  müəyyən  olunmuĢ  miqdarda 

aliment,  habelə  aliment  üzrə  borclar  aliment  ödəməli  olan  Ģəxsin  qazancından  və  (və  ya)  digər  gəlirlərindən 

tutulur.  Qazanc  və  (və  ya)  digər  gəlirlər  çatıĢmadıqda  aliment  onu  ödəməli  olan  Ģəxsin  bankdakı  və  s.  kredit 

idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun baĢqasına verilməsinə səbəb olan 

müqavilələr əsasında kommersiya və qeyri-kommersiya təĢkilatlarının verilən pul vəsaitindən mülki prosessual 

qanunvericilikdə  müəyyən  olunmuĢ  qaydada  tutulur.  Bu  vəsaitlər  çatıĢmadıqda  tələb  aliment  ödəməli  olan 

Ģəxsin qanunla tələb yönəldilə bilən baĢqa əmlakına yönəldilə bilər. 

Ġcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuĢ saziĢ əsasında onların 

əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. 

Aliment  onu  icra  vərəqəsi  və  ya  aliment  ödənilməsi  barədə  saziĢ  əsasında  ödəməli  olan  Ģəxsin  təqsiri 

üzündən ödənilmədikdə əvvəlki dövr üçün aliment Ali Məcəlləsinin 103-cü maddəsinə əsasən müəyyən edilmiĢ 

3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. 

Aliment onun ödənilməsi barədə saziĢ əsasında tutulduqda, aliment üzrə borcları ödəməkdən azad edilmə 

və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 

Məhkəmə  aliment  ödəməli  Ģəxsin  iddiası  üzrə  aliment  borcunun  Ģəxsin  xəstəliyi  və  ya  digər  üzürlü 

səbəblərə  görə  əmələ  gəldiyini,  ailə  və  maddi  vəziyyətinin  bu  borcları  ödəməyə  imkan  vermədiyini  müəyyən 

edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 

Aliment  ödənilməsi  barədə  saziĢ  üzrə  aliment  ödəməli  olan  Ģəxsin  təqsiri  üzündən  aliment  üzrə  borclar 

yarandıqda təqsirkar Ģəxs həmin saziĢlə nəzərdə tutulmuĢ qaydada məsuliyyət daĢıyır. 

Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan Ģəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, 

təqsirkar Ģəxs aliment alana ödənilməmiĢ alimentin məbləğinin faizi miqdarında ötürülmüĢ hər gün üçün dəbbə 

pulu ödəyir. 

Aliment  alan  həmçinin  aliment  öhdəliklərinin  vaxtında  yerinə  yetirilməməsi  nəticəsində  yaranmıĢ 

itkilərin dəbbə pulu ilə ödənilməmiĢ hissənin ödənilməsini də tələb edə bilər. 

Aliment baĢqa qarĢılıqlı tələblərlə hesablaĢmaya cəlb edilə bilməz. 

AĢağıdakı hallar istisna olmaqla alimentin ödənilmiĢ məbləği geri tələb oluna bilməz: 

1.

 



Aliment  ödənilməsi  barədə  saziĢ  aliment  ödəyən  tərəfi  aldatma,  ona  hədə-qorxu  gəlmə  və  ya  zor 

tətbiq etmək nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 

2.

 

Məhkəmə qətnaməsinin, aliment ödənilməsi barədə saziĢ və ya icra vərəqəsinin saxtalaĢdırılması faktı 



məhkəmə hökmü ilə təsdiq olunduqda; 

3.

 



Aliment  alan  tərəfindən  yalan  məlumatların  verilməsi  və  ya  saxta  sənədlərin  təqdim  edilməsi  ilə 

əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 

1 və 3-cü bəndlərdə göstərilən hərəkətlər uĢağın və yetkinlik yaĢına çatan fəaliyyət qabiliyyəti olmayan 

Ģəxsin nümayəndəsi tərəfindən edilmiĢsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiĢ məbləği aliment 

ödəmiĢ Ģəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. 

Aliment ödənilməsi barədə saziĢ olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan 

sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyiĢiklik olmuĢsa, məhkəmə tərəflərdən istənilən birinin 

məbləği ilə alimentin müəyyən olunmuĢ miqdarını dəyiĢə bilər və ya aliment ödəməli olan Ģəxsi tərəflərin diq-

qətəlayiq baĢqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə