Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

71 

 

adlandırılır.  Qeyd  edilən  qəbildən  olan  cinayətlərdə  bilavasitə  əsas,  digər  bilavasitə  obyekt  isə  əlavə  obyekt 



adlandırılır. 

Cinayətin obyektiv cəhəti – müəyyən üsulla obyektə ziyan yetirən ictimai-təhlükəli əməlin – hərəkət və 

ya  hərəkətsizliyin  zahiri  tərəfidir.  Cinayətin  obyektiv  cəhəti  cinayətin  müĢahidə  edilən,  görünən  tərəfidir. 

Ġctimai-təhlükəli  əməlin  obyektinə  yetirdiyi  ziyanı  cinayətin  nəticəsi  adlandırmaq  qəbul  olunmuĢdur.  Edilən 

əməllə-hərəkətlə (hərəkətsizliklə) baĢ verən nəticə arasında səbəbli əlaqənin olub – olmaması aydınlaĢdırılır. 

Obyektiv  cəhətin  hərəkət  və  ya  hərəkətsizlik  kimi  ünsürləri  bütün  cinayət  tərkiblərində  nəzərdə  tutulur. 

Buna görə də məsuliyyətin həllində cinayətin obyektiv cəhətinin hərəkət, yaxud da hərəkətsizlikdən ibarət olan 

ünsürü hər bir halda araĢdırılır və müəyyən edilir. 

Cinayətin obyektiv cəhəti cinayəti konkretləĢdirən əlamətlərdən biridir. Obyektiv cəhət subyektiv ictimai-

təhlükəli  əməlini,  yetirdiyi  zərəri  xarakterizə  edir.  Məsələn,  qəsdən  adamöldürmənin  obyektiv  cəhəti  baĢqasını 

qanunsuz həyatdan məhrum etmədən ibarətdir. 

Cinayətin  obyektiv  cəhəti-əməlin  zahiri  cəhətini,  ictimai  təhlükəli  nəticəni,  əməllə  nəticə  arasındakı 

səbəbli əlaqəni, zamanı, məkanı və cinayətin baĢ verdiyi Ģəraiti, habelə onun edilmə üsulunu əhatə edir. 

Cinayət  məsuliyyətinin  həllində  hər  bir  halda  cinayət  tərkibi  əlamətlərinin  nəzərdə  tutduğu  cinayətin 

elementləri,  eləcə  də  cinayətin  obyektiv  cəhəti  araĢdırılır,  müəyyən  edilir.  Obyektiv  cəhət  cinayətin  müĢahidə 

edilən qeydə alınması mümkün olan tərəfidir. Təsadüfü deyildir ki, xüsusi hissənin dispozisiyalarında digər ele-

mentlərdən fərqli olaraq cinayətin obyektiv cəhəti həmiĢə göstərilir. 

Cinayətin  obyektiv  cəhətinin  ətraflı  öyrənilməsi cinayətin  digər  ünsürlərini-obyekti  və  subyekti  düzgün 

müəyyən  etməyə  kömək  edir. Xüsusən  cinayətin  edilmə  üsulu  nəinki  qəsdin  yönəldiyi  obyekt  haqda,  həm  də 

təqsirin forması haqda düzgün mühakimə yürütməyə imkan verir. 

Cinayətin subyekti – qanunla müəyyən edilən yaĢ həddinə çatmıĢ, fiziki, anlaqlı Ģəxs ola bilər. 

Subyektin  «fiziki  Ģəxs»  əlamətinə  görə  cinayəti  ancaq  insan  törədə  bilər.  Hüquqi  Ģəxslər  (idarə  və 

müəssisələr, kollektiv, insan birlikləri və s.) əĢyalar, heyvanlar cinayətin subyekti ola bilməz. 

Qüvvədə  olan  cinayət  qanunvericiliyinin  20-ci  maddəsinə  əsasən  respublikanın  16  yaĢına  çatmıĢ 

vətəndaĢları, respublikanın ərazisində yaĢayan vətəndaĢlığı olmayan Ģəxslər, habelə əcnəbilər cinayətin subyekti 

ola bilər. 

Bəzi cinayətlərə, xüsusən məiĢətdə baĢ verən cinayətlərə görə məsuliyyət 14 yaĢdan yaranır. CM-nin 20-

ci  maddəsinin  II  hissəsində  törədilməsinə  görə  14  yaĢdan  məsuliyyət  yaradan  cinayətlərin  qəti  siyahısı 

verilmiĢdir. 

Cinayətin subyektə həm də xüsusi subyekt ünsürü də daxildir. Xüsusi subyekt təqsirkarın qulluq mövqeyi 

peĢəsi  və  baĢqa  xüsusiyyətləri  ilə  bağlı  olur.  Qanunvericilik  bəzi  hallarda  məsuliyyət  daĢıyan  subyektlərin 

dairəsini  xüsusi  subyekt  əlamətinin  köməyi  ilə  konkretləĢdirilir.  Məsələn,  hərbi  cinayətlər  fəslinə  daxil  olan 

cinayətlərin subyekti ancaq hərbi xidmətçilər vəzifə cinayətlərinin subyekti vəzifəli s. də. 

Cinayətin subyektinin digər əlaməti cinayəti törədən Ģəxsin anlaqlı olmasıdır. Anlaqlılıq Ģəxsin yol verdiyi 

əməlin kriminal xarakterini dərk etməsini və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmasını nəzərdə 

tutur. 


Törədilən ictimai-təhlükəli əmələ görə ancaq anlaqlı Ģəxslər cinayət məsuliyyəti daĢıya bilər. Anlaqlılıq 

təqsirin və məsuliyyətin vacib Ģərtidir. 

Ġctimai-təhlükəli əməli törətsə də anlaqsız olan Ģəxs təqsirli sayılmır və cinayət məsuliyyətinə cəlb edilə 

bilməz. 


Azərbaycan Respublikası CM-nin 21-ci maddəsində anlaqsızlıq haqqında məsələ həll edilmiĢdir. Orada 

deyilir: «Ġctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuĢ, yəni 

xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində 

öz  əməlinin  (hərəkət  və  hərəkətsizliyin)  faktiki  xarakterini  və  ictimai  təhlükəliliyini  dərk  etməyən  və  ya  onu 

idarə edə bilməyən Ģəxs cinayət məsuliyyətinə cəlb edilmir. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl(hərəkət 

və ya hərəkətsizlik) törətmiĢ Ģəxs barəsində məhkəmə tərəfindən bu məcəllə ilə nəzərdə tutulmuĢ tibbi xarakterli 

məcburi tədbirlər tətbiq edilə bilər». 

Cinayətin subyekti cinayətin vacib ünsürüdür. Buna görə də bütün cinayət tərkiblərinə bu ünsürü nəzərdə 

tutan əlamət daxil edilmiĢdir. Cinayət tərkibinin elementi kimi məsuliyyətin həllində cinayətin subyekti hər bir 

halda müəyyən edilir. 

Cinayətin  subyektiv  cəhəti  –  bu  cinayətin  bilavasitə  törədilməsi  ilə  əlaqədar  Ģəxsin  psixi  fəaliyyətidir. 

Cinayətin subyektiv cəhəti ictimai təhlükəli əməli etməyə qətiyyət yaradan dərk edilən tələbatı, əməyin obyektiv 

əlamətlərinin Ģüurda inikasını və bunlara münasibəti ifadə edilir. 

Cinayətin subyektiv cəhəti psixi proses və psixi münasibət kimi kriminal əməlin törədilməsi ilə bağlı olur, 

onun ünsürü kimi meydana gəlir, mövcud olur. Kriminal əmələ qədər əmələ vadar edən daxili tələbatlar əməlin 

motiv və  məqsədi formalaĢır, faktiki törədiləcək əməlin subyektiv elementləri Ģüurda inkiĢaf edilir, ona seçici, 

fəal, müsbət, yaxud da mənfi psixoloji münasibət ifadə olunur. 



72 

 

Cinayətin  subyektiv  cəhətini  xarakterizə  edən  tərkib  əlamətləri  qanunda  göstərilir,  təqsiri  (qəsd  və 



ehtiyatsızlığı), cinayətin motiv və məqsədini nəzərdə tutur, ictimai təhlükəli əməldə bunların olub-olmamasını 

araĢdırıb  müəyyən  etməyi  törədilən  konkret  əməldə  Ģəxsin  təqsirinin  olub-olmamasını  aydınlaĢdırmağı  tələb 

edir. 

Təqsir, motiv və məqsəd, habelə bunları müĢayiət edən emosional vəziyyət cinayətin subyektiv cəhətini 



yaradan  elementlərdir.  Bunlar  müstəqil  psixoloji  hadisələrdir  və  adətən  biri  digərini  tərkib  hissəsi  kimi  əhatə 

edir. 


Cinayətin  motiv  və  məqsədi  cinayət  törədilənə  qədər  yaranır.  Motiv  və  məqsəd  cinayətin  subyektiv 

cəhətinə qəsd və ehtiyatsızlıq vasitəsi ilə deyil, müstəqil daxil olur. 

ġəxsin bütün iradə əməlləri kimi cinayət əməli də müəyyən motivlə əlaqədar olur və belə motiv qarĢıya 

qoyulan məqsədə doğru Ģəxsi istiqamətləndirir. 

Motivlə  məqsəd  arasında  daxili  əlaqə  vardır.  Motivin  oyanması  və  fəallaĢması  eyni  vaxtda  məqsəd 

formalaĢdırır, müəyyən edir. O, subyekti məqsədə nail olmağa doğru istiqamətləndirir. 

Beləliklə, cinayətin motivi ictimai-təhlükəli əməli törətməyə qətiyyət yaradan, konkret əməldə maddiləĢən 

dərk olunmuĢ maraqdır. 

Motiv  insanın  Ģüurlu  fəaliyyətinin  nüvəsidir.  Eləcə  də  ictimai  təhlükəli  fəaliyyətin  mənbəyi,  onun 

hərəkətverici qüvvəsidir. 

Qüvvədə olan Respublika CM-nin 59 və 61-ci maddələrində cinayətin motivinə məsuliyyəti yüngülləĢdirən 

və ağırlaĢdıran hallar sırasında olmur. Belə hallarda da cinayəti törədənin Ģəxsiyyətinə düzgün qiymət vermək üçün 

cinayətin motiv və məqsədi öyrənilməlidir. 

Motivdən  fərqli  olaraq  məqsəd  törədiləcək  cinayətin  xarici  aləmdə  yaradacağı  arzu  olunan  dəyiĢiklik 

barəsində Ģəxsin təsəvvürüdür. Məqsəd də tələbatda, maraqla, sərvətlə sıx əlaqədardır. 

Cinayət  hüquq  elmi  insanların  ictimai-təhlükəli  fəaliyyətini  tədqiq  edir.  Bununla  əlaqədar  olaraq  belə 

hərəkətə müvafiq məqsədi, baĢqa sözlə, cinayətin müəyyən etmək zərurəti meydana çıxır. 

Ġnsan  müəyyən  qaydada  fəaliyyət  göstərərkən  özünün  tələbat  və  marağına  uyğun  hərəkət  etmiĢ  olur. 

Bununla real olan sərvətə nail olmağa səy göstərir. Məsələn, oğru üçün əsassız varlanma, hərbi mükəlləfiyyətli 

Ģəxs üçün hərbi qulluq olan boyun qaçırma olmayan sərvətə nail olmağa göstərilən səydir. 

Beləliklə, cinayətin məqsədi cinayətkarın təsəvvüründə yaratdığı sərvətin obrazıdır, mənzərəsidir ki, buna 

nail olmağa Ģəxs səy göstərir. 

Müxtəlif  cinayətlərə  görə  məsuliyyətin  həlində  cinayətin  məqsədinin  müxtəlif  əhəmiyyəti  vardır.  Bir 

halda  tərkibdə  subyektiv  cəhətə  xarakterizə  edən  əlamət  kimi  nəzərdə  tutulur,  baĢqa  halda  isə  tərkibindən 

kənarda qalır. 

Hazırda Azərbaycan Respublikası CM-nin xüsusi hissəsi maddələrinin təqribən 7 faizində məqsəd cinayət 

tərkiblərinə daxil edilmiĢdir. Məqsədi nəzərdə tutan cinayət tərkiblərinə terror aktı, təxribat, ziyançılıq və s. bu 

kimi tərkibləri misal göstərmək olar. 

Cinayət  hüquq  nəzəriyyəsi  və  məhkəmə  təcrübəsi  belə  bir  mövqedə  durur  ki,  oğurluq  motivi  olmadan 

edilə  bilmədiyi  kimi,  eləcə  də  faydalanmaq  məqsədi  olmadan  da  edilə  bilməz.  BaĢqa  sözlə,  oğurluğa  görə 

məsuliyyət həll edilərkən qanunsuz faydalanmaq məqsədinin olub-olmaması müəyyən edilməlidir. Əgər əmlak 

qanunsuz götürülərkən Ģəxs belə məqsədi güdməmiĢdirsə, əməl oğurluq kimi qiymətləndirilə bilməz. 

Cinayətin məqsədi, onun motivi kimi təqsirkarın cinayətin edilməsilə Ģüurunda gedən prosesi xarakterizə 

edir. Beləliklə, cinayətin məqsədi cinayətkarın ictimai təhlükəliliyini göstərən hallardandır. Cəza təyini zamanı, 

cəzanın növünün və həddinin seçilməsində bu nəzərə alınır. 

Cinayət  hüquq  ədəbiyyatında  cinayətin  məqsədlərinin  təsnifi  (bölgüsü)  onların  məzmunlarına  görə 

aparılır. Belə meyar əsasında cinayətin məqsədi aĢağıdakı qaydada təsnif edilə bilər: 

1.

 



Tamah xarakterli məqsədlər; 

2.

 



ġəxsi xarakterli məqsədlər; 

3.

 



Ġdarə və müəssisənin mənafeyi ilə bağlı məqsədlər; 

4.

 



BaĢqa alçaq (mənfi) xarakterli məqsədlər. 

Cinayətin məqsədi cinayətin nəticəsi anlayıĢlarına deyilir. Cinayətin nəticəsi obyektiv amil olduğu halda 

cinayətin məqsədi subyektiv amillər sırasına daxildir. Məqsədin həyata keçirilməsi nəticəyə gətirib çıxarır. 

 

 



5. Cinayəti yüngülləĢdirən və ağırlaĢdıran hallar 

 

5.1.  Məsuliyyəti  yüngülləĢdirən  və  ağırlaĢdıran  hallar  –  təqsirkarın  Ģəxsiyyətinə  törədilən  cinayətə  aid 



olan və uyğun olaraq cinayət törədənin təhlükəliliyini və cinayətin təhlükəliliyini azaldan, yaxud artıran cinayət 

tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallardır. 

Məsuliyyəti yüngülləĢdirən və ağırlaĢdıran halların cəza təyini üçün böyük əhəmiyyəti vardır. 



Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə