49
4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri;
5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə
birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri;
6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük
rüsumlarından azadedilmənitəmin edən tədbirlər;
7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu
Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi;
8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə
müəyyən edilmiş digər tarif tədbirləri.
Gömrük Məcəlləsinin 219-cu maddəsində malların tarif təsnifatından bəhs
olunur. Qeyd edilib ki, malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların
idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan
ibarətdir. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə
tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. ”Gömrük
tarifi haqda AR Qanunu”nun 3-cü maddəsində gömrük rüsum dərəcələri və onların
müəyyən edilməsi qaydaları əks olunmuşdur:
1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük rüsum dərəcələri
Azərbaycan Respublikasının gömrük sərhədindən mal keçirən hüquqi və fiziki
şə
xslərdən, sövdələşmə növlərindən və digər amillərdən asılı olaraq dəyişdirilə
bilməz.
2. dxal gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən təyin edilir. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi
tətbiq etdiyi ölkələrin malları üçün idxal gömrük rüsumları dərəcələrinin son həddi
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur. Bu Qanunun
müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası tərəfindən tarif imtiyazları
verildiyi hallar istisna olmaqla, əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin
mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının
dərəcələri iki dəfə artırılır.
50
3. xrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların
siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Azərbaycan
Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac
gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən təyin olunur.
Ayrı-ayrı mallar üzrə gömrük rüsum normaları müəyyən edilərkən malın dünya
qiyməti ilə daxili qiyməti arasındakı fərq əsas götürülür
1
. Konkret mala tətbiq olunan
gömrük rüsumunun hansı funksiyanı yerinə yetirməsi malın dünya qiyməti ilə daxili
qiyməti arasındakı fərqlə rüsum normaları arasındakı münasibətlə müəyyən olunur.
Ə
gər rüsum norması bu fərqdən yüksək olarsa belə rüsumlar proteksionist funksiyanı
yerinə yetirir, belə ki, bu rüsumlar xarici malların qiymətini artırır və yerli mallar
üçün daha əlverişli şəraiti təmin edir. Rüsum normaları bu fərqə bərabər olarsa belə
rüsumlar stabilləşdirici funksiyanı yerinə yetirir.Bu rüsumlar yerli və xarici
istehsalçıların malları üçün bərabər rəqabət şəraiti yaradır. Nəhayət, rüsum normaları
malın dünya qiyməti ilə daxili qiyməti arasındakı fərqdən aşağı olduqda bu rüsumlar
stimullaşdırıcı funksiyanı yerinə yetirir.Bu rüsumlar xarici malların idxalı üçün
ə
lverişli şərait yaradır və eyni zamanda yerli istehsalçıları rəqabətə davam gətirmək
üçün istehsalı təkmilləşdirməyə, istehsal xərclərini azaltmağa sövq edir. Bu
deyilənlərdən aşağıdakı nəticələri çıxarmaq olar:
1. Rüsum normalarının öz –özlüyündə hansı funksiyanı yerinə yetirdiyi dünya
qiymətləri ilə milli qiymətlərin səviyyələri nəzərə alınmadan xarakterizə oluna
bilməz.
2. Müxtəlif mallara müəyyən edilmiş eyni rüsum normaları bütün hallarda eyni
funksiyaları yerinə yetirmir.
3. Gömrük rüsum normaları dünya bazarının konyunkturasının dəyişməsi ilə
ə
laqədar korrektə olunmalıdır.
1
Nuriyev C. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi, Bakı, 2000
51
4. Müxtəlif ölkələrdə eyni mallara eyni rüsum normalarının müəyyən olunarsa
bu rüsumlar hər bir ölkə üçün daxili və dünya qiymətləri arasındakı fərqdən asılı
olaraq müxtəlif funksiyaları yerinə yetirəcəkdir.
Beynəlxalq təcrübədə rüsum normaları müəyyən olunarkən bir sıra amillər
nəzərə alınır:
• Gömrük rüsum normaları müəyyən olunarkən ölkənin iqtisadi təhlükəsizliyi
ə
sas götürülməlidir.
• Rüsum normalarının orta qiyməti ayrı-ayrı mal qrupları üçün müəyyən
olunur və sonra konkret mal mövqeləri üçün dəqiqləşdirilir.
• Rüsum normaları müəyyən edilərkən dünya qiymətləri ilə daxili qiymətlər
arasındakı fərq əsas götürülür.
• dxal mallarına gömrük rüsum normaları malların emal dərəcəsi artdıqca
artmalıdır- xammala aşağı rüsum normaları, hazır məhsullara isə yüksək rüsum
normaları tətbiq olunmalıdır.
• Rüsumların orta səviyyəsi ümumilikdə ölkənin xarici ticarətinin
strukturunda müsbət dəyişikliklər üçün şərait yaratmalıdır.
• Rüsum normaları müəyyən edilərkən idxal və sosial siyasətin prioritetləri,
daxili bazarın reallıqları və anoloji malların ölkədə istehsal perspektivləri nəzərə
alınmalıdır.
• Gömrük rüsum normaları müəyyən edilərkən əməkdaşlıq səviyyəsi və ticarət
və istehsal kooperasiyasının perspektivləri nəzərə alınmalıdır.
Yuxarıda göstərilən amillər nəzərə alınmaqla tətbiq olunan gömrük rüsum
normalarının səviyyəsinə görə malları aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
• Sənaye xammalı, eləcə də ölkədə istehsal olunmayan, yaxud az miqdarda
istehsal olunan zəruri istehlak malları rüsumsuz idxal olunmalıdır.
• Əsas ərzaq növləri, ölkədə az istehsal olunan materiallar, eləcə də yüksək
texnoloji avadanlıq, elmi və nəzarət ölçmə cihazlarına ən aşağı rüsum normaları
tətbiq olunmalıdır,
• Seriyalı istehsal avadanlığı, nəqliyyat vasitələri, elektrotexniki avadanlıq,
dəftərxana ləvazimatı kimi mallara yüksək rüsumlar tətbiq olunmalıdır.
Dostları ilə paylaş: |