Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   35   36   37   38   39   40   41   42   43

125
 
iqtisadiyyatı şətaitində xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi sistemi-
nin  təkmilləşdirilməsinin  zəruriliyi  və  onun  elmi  tədqiqat  predmeti  kimi  mühüm 
nəzəri  metedoloji  və  praktiki  əhəmiyyət  kəsb  etməsidir.  Hazırda  Azərbaycan  Res-
publikası  qarşısında  dünya  iqtisadiyyatına  inteqrasiya  olunmaq,  dünya  bazarına 
çıxmaq  və  onun  perspektivdə  fəal  subyektinə  və  iştirakçısına  çevrilmək,müasir 
beynəlxalq iqtisadi münasibətlər sisteminin imkanlarından daha geniş istifadə etmək 
kimi mühüm vəzifə durur.  
Ölkəmizdə  xarici  ticarətin  gömrük-tarif  və  qeyri-tarif  tənzimlənməsi  metod-
larının beynəlxalq qaydalara uyğun,eləcə də milli iqtisadiyyatın mövcud vəziyyətini 
və inkişaf perspektivini nəzərə almaqla optimal variantın müəyyənləşdiriləcək tətbiqi 
zərurəti  ortaya  çıxır.  Azərbaycanın  bu  problemlərin  həllində  çox  böyük  üstünlüyü 
onun  iqtisadiyyatının  aparıcı  həlqəsi  olan  neft  sektorunun  sürətli  inkişafının  tam 
təmin  olunmasıdır.  ndi  həmin  həlqənin  köməyilə  digər  sahələri,  kənd  təsərrüfatı 
məhsullarının  istehsalı  və  emalı,  neft  maşınqayırması,  neft  kimya  sənayesi,  dəqiq 
cihazqayırmanın  müəyyən  istiqamətlərini  yüngül  sənayeni  yenidən  təşkil  etmək  və 
hələlik  daxili  bazara  rəqabət  qabiliyyətli  mal  çıxarmaqla  idxalın  əsasən  avadanlıq, 
xammal və ənənəvi olmayan hazır mallara yönəldilməsi prosesi gedir və onun maksi-
mum sürətləndirilməsi son dərəcədə vacibdir. Ölkəmizdə gömrük tarif tənzimlənmə-
sinin əsas məqsədləri aşağıdakılardır: 

Azərbaycan  Respublikası  üzrə  idxalın  əmtəə  strukturunu  səmərəliləş-
dirmək; 

Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının, 
valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək; 
-   valyuta  sərvətlərinin  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətiril-
məsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək; 
-  Azərbaycan  Respublikasında  malların  istehsal  və  istehlak  strukturunda 
mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq; 
-    ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq; 
-    Azərbaycan  Respublikasının  iqtisadiyyatının  dünya  təsərrüfat  ilə  səmərəli 
inteqrasiyasına şərait yaratmaq. 


126
 
Azərbaycan Respublikasının subyektlərinin həyata keçirdikləri X F-in inkişafı 
üçün aşağıdakı strateji məqsədlərə nail olunmalıdır: 
- ixrac potensialını inkişaf etdirmək, ixracın strukturunu yaxşılaşdırmaq; 
- dünya bazarına çıxarılan malların rəqabət qabiliyyətini artırmaq; 
- geniş  təkrar  istehsalın  texnoloji  modernləşdirilməsi  üçün  xarici  investisiyalar 
cəlb etmək; 
- Azərbaycanı xammal ixracatçısı yönümlü ölkədən hazır məhsul ixracatçısına 
çevirmək; 
-Azərbaycanın iqtisadi təhlükəsiziiyini təmin etmək. 
Gömrük orqanlarının son illər ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymət-
ləndirməklə  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  gömrük  orqanları  diqqəti  işdə  olan 
nöqsanlara, xüsusən qaçaqmalçılıq hallarına qarşı  mübarizəni gücləndirməyə, vergi-
dən yayınma hallarının qarşısını qətiyyətlə almağa, gömrük xidməti  mədəniyyətinin 
yüksəldilməsinə  və  gömrük  proseduralarının  sadələşdirilməsinə  yönəltmiş  siyasətin 
dolğunlaşdırılmalıdır. O, idxal-ixrac əməliyyatları üzrə dövlət büdcəsinə cəlb olunan 
gömrük  vergi  rüsumları  həmçinin  artırılması  üçün  mövcud  ehtiyat  mənbələrindən 
səmərəli və dolğun istifadə etməyin zəruri olduğunu ön plana çəkməlidir.  
Qeyd etmək lazımdır ki, gömrük orqanları qarşısında duran mühüm problem-
lərdən biri də yüksək səviyyəli gömrük xidmətinin yaradılmasıdır. Gömrük işçilərinin 
ə
ksəriyyəti  cürbəcür  ixtisaslar  alıbdır.  Amma  sırf  gömrük  ixtisası  üzrə  təhsil  alan 
adamlar çox azdır. Ona görə də, gömrük işçiləri işləyə-işləyə gərək gömrük elminin 
və  biliklərinin  mənimsənilməsi  sahəsində  özlərini  təhsilləndirməli  və  təkmilləşdir-
məlidirlər. Bu vəzifələrin yerinə yetirilməsi yolunda ilk addım kimi Dövlət Gömrük 
Komitəsinin  tədris  mərkəzinin  yaradılması  ilə  gömrük  əməkdaşlarının  ilkin  hazırlıq 
və ixtisasartırma məsələləri müəyyən mə'nada öz həllini tapmışdır. 
Keçid iqtisadiyyatlı bir ölkə olduğumuz üçün bu çətinliklərin olması labüddür. 
Bunula belə aparılan bir sıra tədqiqatlar göstərir ki, Azərbaycanda gömrük sisteminin 
bir  vəhdət  halında  inkişaf  etməsi  özünü  yaxın  gələcəkdə  göstərəcəkdir.  Sonda 
aşağıdakı praktiki əhəmiyyətə malik təklifləri vermək mümkündür: 


127
 
 1.  Bu gün Azərbaycanın gömrük siyasətində gömrüyün əsas vəzifələri büdcə 
gəlirlərindən yaranmasında bilavasitə iştirak etmək, milli iqtisadiyyatı xarici rəqabə-
tin hər cür mənfi təsirindən qorumaq olmalıdır ki, bu istiqamətdə də işlərin səmərəli 
təşkili hələ də məyyən çətinliklərlə  üzləşir ki, buüzdən də  ciddi tədbirlərə ehtiyyac 
qalmaqdadır.  Bunun  üçün  mövcud  hüquqi  bazanın  təkmilləşdirilməsi  və  onun  işlək 
mexanizmini təmin edilməsi dövlət qarşısında aktual bir məsələ kimi qalmaqdadır. 
2.  Daxili  bazarın  qorunması  tədbirləri  gömrük  siyasətinin  əsas  istiqamətlə-
rindən biri kimi davam etdirilməlidir, dünyada baş verən mövcud qloballaşma prosesi 
şə
raitində  Azərbaycan  iqtisadiyyatının  dünya  təsərrüfatına  inteqrasiyasında  və 
Azərbaycan  Respublikasının  Ümumdünya  Ticarət  Təşkilatına  üzvlüyünə  hazırlıq 
mərhələsində ölkənin iqtisadi maraqları və təhlükəsizliyi baxımından səmərəli göm-
rük siyasəti formalaşdırılması və yürüdülməsi mühüm əhəmiyyət kəsb edir.  
3. Yerli istehsalçıların maraqları və istehsal olunan məhsulların rəqabətqabiliy-
yətinin artırılması nəzərə alınmaqla gömrük rüsumlarının dərəcələrinin çevik tənzim-
lənməsi davam etdirilməlidir.  
4. Gömrük – tarif tənzimlənməsi sferasında son illər aparılan önəmli islahatlara 
baxmayaraq  bu  sferanın  fəaliyyətinin  daim  səmərəliləşdirilməsi  istiqamətində  və 
milli maraqlara cavab verən səviyyədə ölkənin dünya təsərrüfatı əlaqələrinə səmərəli 
inteqrasiyasını təmin etməsi istiqamətində  hüquqi islahatlarının və tənzimlənməsinin 
hüquqi mexanizminin təkmilləşdirilməsi sahəsində işlər davam etdirilməlidir. 
5.  Gömrük  xidmətinin  təkmilləşdirilməsi,  gömrük  işi  sahəsində  beynəlxalq 
ə
məkdaşlığın  genişləndirilməsi  və  inkişaf  etdirilməsi,  gömrük  rəsmiləşdirilməsi 
prosedurlarının  daha  da  sadələşdirilməsi,  qaçaqmalçılıq  və  gömrük  qaydalarının 
pozulması  ilə  mübarizənin  səmərəliliyinin  artırılması,  gömrük  brokeri  institutlarının 
yaradılması istiqamətlərində tədbirlər gxləndirilməlidir.  
6.  Bütün  hallarda  malların  idxalı  zamanı  gömrük  siyasətinin  ən  vacib 
istiqamətlərindən biri xammal və investisiya yönümlü mallara daha əlverişli şəraitin 
yaradılması  və  idxal  mallarının  milli  istehsalçılara  mənfi  təsirinin  azaldılması 
olmalıdır. Gömrük tənzimlənməsi zamanı ölkə iqtisadiyyatının investisiya  mallarına 
artan tələbatı da nəzərə alınmalıdır. 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə