Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   35   36   37   38   39   40   41   42   43

122
 
(digərləri  5%),  elektromaqnitlər,  sabit  maqnitlər  və  maqnitləşmədən  sonra  sabit 
maqnitə  çevrilmək  üçün  nəzərdə  tutulmuş  məmulatlar,  elektromaqnitli  və  sabit 
maqnitli  sıxac  patronlar,  tutğaclar  və  analoji  fiksasiyaedici  qurğular,  elektromaqnit 
yapışmalar,  muftalar  və  tormozlar,  elektromaqnit  qaldırıcı  başlıqlar,  daxiliyanma 
mühərriklərinin qığılcımla və ya yanacaq qarışığının sıxılması ilə alışdırılması və işə 
salınması üçün elektrik avadanlıqları, generatorlar və bu kimi mühərriklərlə birlikdə 
istifadə  olunan  cərəyankəsicilər  mülki  aviasiya  üçün  (digərləri  15%),  sənaye  və 
laboratoriya  peç  və  kameraları  (induksiya  hadisəsi  və  ya  dielektrik  itkisi  əsasında 
işləyənlər  daxil  olmaqla),  induksiya  hadisəsi  və  ya  dielektrik  itkisi  üsulu  ilə 
materialların termik emalı üçün sənaye və laboratoriya avadanlıqları, mülki aviasiya 
üçün  radiotelefon,  radioteleqraf,  radionaviqasiya  qəbulediciləri,  dəmiryolu  və 
tramvay  xətləri  üçün  avadanlıq  0.5%,  ilkin  elementlərin,  ilkin  batareya  və  elektrik 
akkumulyatorların  tullantı  və  qırıntıları,  işlənib  sıradan  çıxmış  ilkin  batareyalar  və 
elektrik akkumulyatorları, lüğət və ya tərcüməçi funksiyalı elektrik maşınları, siqnal 
generatorları,  elekrik  mühafizə  generatorları,  FLEŞ  elektrik  silinmə  ilə  yenidən 
proqramlaşdırıla bilən daimi yaddaş qurğuları, mikroprosessorlar, ilkin elementlər və 
ilkin batareyalar statik dəyişdiricilər, boşalan lampalar və ya borucuqlar üçün ballast 
elementləri 5%, gücü 37.5 Vt-dan çox olmayan mühərriklər, elektrik mühərrikləri ilə 
təchiz  edilmiş  məişət  elektromexaniki  maşınlar,  elektrik  üzqırxanları,  saçqırxan 
maşınlar  və  tüklərin  təmizlənməsi  üçün  elektrik  mühərrikli  cihazlar,  velosipedlərdə 
və  ya  mühərrikli  nəqliyyat  vasitələrində  istifadə  olunan  elektrik  işıqlandırıcı  və  ya 
siqnalizasiya  avadanlıqları,  şüşətəmizləyicilər,  buzlanma  və  tərləmə  əleyhinə  cihaz-
lar, öz enerji mənbəyi ilə işləyən portativ elektrik fənərləri, elektrik lazer və ya digər 
işıq  və  ya  foton,  ultrasəs,  elektron-şüa,  maqnit-impulsiv  və  ya  aşağıtemperaturlu, 
yuxarıtemperaturlu plazma qövs lehimləmə və ya qaynaq və ya kəsmə əməliyyatının 
yerinə yetirilməsindən asılı olmayaraq qaynaq üçün maşın və aparatlar, metal və ya 
metal-keramikanın isti tozlandırılması üçün elektrik maşın və aparatlar, inersiyasız və 
ya  akkumulyasiyaedici  elektrik  su  qızdırıcıları,  batırılma  elektrik  qızıdırıcı  cihazlar, 
mühitin  və  torpağın  isidilməsi  üçün  elektrik  avadanlıqları,  saçlara  qulluq  üçün 
elektrotermik cihazlar (məs; saç quruducuları, biqudi, isti burma üçün maqqaşlar) və 


123
 
ə
l  quruducuları,  elektrik  ütüləri,  digər  məişət  elektrik  cihazları,  elektrik  qızdırıcı 
müqavimətlər,  telefon  aparatları,  videofonlar,  faks-meyl  aparatları  və  teleprinterlər, 
mikrofonlar  və  onlar  üçün  altlıqlar,  korpusda  quraşdırılmış  və  ya  quraşdırılmamış 
reproduktorlar,  baş  telefonları,  qulaqlıqlar,  elektrik  səs  tezliyi  gücləndiriciləri, 
elektrik  səsgücləndirici  dəstlər,  deklər,  qrammafon  valalrının  səsləndiriciləri,  kasset 
pleyerləri və səsyazma qurğuları olmayan digər səsləndirici aparatlar, maqnitofonlar 
və  digər  səsyazma  aparaturaları,  videoyazı  və  ya  videocanlandırıcı  aparaturalar 
(videotyunerlə birlikdə və ya onsuz), səs yazılışı və ya başqa şəkildə analoji yazılar 
üçün  yazılmamış  hazır  daşıyıcılar,  radiotelefon,  radioteleqraf  əlaqəsi  və  ya  radio 
yayım üçün qəbuledici aparaturalar, televiziya rabitəsi üçün qəbuledici aparaturalar, 
videomonitor və videoproyektorlar, çap olunmuş sxemlər, elektrik dövrlərinin və ya 
1000 V-dan çox gərginlikli elektrik dövrlərinin kommutasiya və ya qorunması və ya 
elektrik  dövrlərinə  qoşulması  üçün  elektrik  aparaturaları,  elektrik  közərmə  və  ya 
qazlaboşalan lampaları, germetik, işığı istiqamətlənmiş lampalar daxil olmaqla, eləcə 
də  ultrabənövşəyi  və  infraqırmızı  lampalar,  qövs  lampaları  15  %  gömrük  rüsumu 
tətbiq olunur. 
Beləliklə,  dövlətin  xarici  iqtisadi  fəaliyyəti  tənzimləmə  istiqamətlərinin  əsas 
hissəsi  daxili  bazarın  xarici  rəqabətin  arzuolunmaz  təsirindən  mühafizəsinə  yönəl-
diyindən bu vəzifələr əsasən xarici iqtisadi fəaliyyətin tarif tənzimlənməsi vasitəsilə 
həyata keçirilir. Tarif tənzimlənməsi xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin həm 
ə
nənəvi,  eyni  zamanda  aktiv  istifadə  edilən  vasitələrindən  hesab  edilir.  Tarif 
tənzimlənməsi mallara idxal və ixrac rüsum dərəcələrinin müəyyən edilməsi yolu ilə 
həyata keçirilir və dövlət həmin rüsum dərəcələrini qaldırıb-endirməklə xarici iqtisadi 
fəaliyyəti,  bir  sözlə  xarici  ticarəti  tənzimləyir.  Tarif  tənzimlənməsi  milli  iqtisadi 
təhlükəsizliyin  müdafiəsini,  ictimai  qaydaların,  insanların  həyat  və  sağlamlığının, 
cəmiyyətin  əxlaqi  və  mənəvi  dəyərlərinin  qorunmasını,  həmçinin  ölkənin  gömrük 
sərhədlərindən  malların  keçirilməsi  zamanı  gömrük  ödənişləri  alınması  yolu  ilə 
dövlət büdcəsinin gəlir hissəsinin bir qismini təmin edir. 
 
 


124
 
NƏT CƏ VƏ TƏKL FLƏR 
Dissertasiya  işi  çərçivəsində  aparılan  araşdırmalardan  əldə  olunmuş  nəticələri 
və  irəli  sürülən  təklif  və  tövsiyyələri  ümumiləşdirərək  aşağıdakı  kimi  ifadə  etmək 
olar: 
Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra özünün müstəqil göm-
rük  siyasətini  yeridir,  gömrük  işinin  təşkili  Azərbaycan  Respublikasının  Konstitu-
siyası, Gömrük Məcəlləsi və müvafiq qanunvericilik aktlarına əsaslanır. Azərbaycan 
dövlətinin  gömrük  siyasəti  onun  iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsinə  xidmət 
edir. Respublikanın gömrük siyasəti, onun həyata keçirilməsi üçün başlıca zəmin olan 
gömrük fəaliyyətinə arxalanır. Gömrük siyasətinin formalaşması və həyata keçirilmə-
si mürəkkəb proses olub, hakimiyyətin hər üç qanadının, yəni qanunvericilik, icra və 
məhkəmə  hakimiyyətinin,  həcminin  bu  işdə  maraqlı  olan  sahibkarlar  dairələrinin 
bilavaistə iştirakı ilə reallaşır. 
Gömrük  siyasətinin  başlıca  vəzifəsi  -  Azərbaycan  Respublikasının  iqtisadi 
maraqlarının  və  səlahiyyət  çərçivəsində  iqtisadi  təhlükəsizliyin  təmin  edilməsi, 
qaçaqmalçılıq,  gömrük qaydalarının və vergi  qanunvericiliyinin  pozulması hallarına 
qarşı mübarizə və s. təşkil edir. Eyni zamanda gömrük siyasəti ölkə iqtisadiyyatının 
dövlət tənzimlənmə sisiteminin əsas tərkib hissələrindən biridir. Gömrük siyasətinin 
məqsədi və təyinatı - Azərbaycan Respublikasının strateji milli dövlət mənafelərinin 
təmin  edilməsindən,  milli  iqtisadiyyatın  sosial  iqtisadi  səmərəliliyini  və  rəqabətə 
davamlılığını  stimullaşdırmaqdan,  ölkənin  milli  təhlükəsizliyinin  lazımi  səviyyədə 
saxlamaqdan, xarici iqtisadi fəaliyyət sahələri üçün əlverişli şəraitin təmin edilməsin-
dən ibarətdir. 
Xarici ticarətin və xarici-iqtisadi fəaliyyətin tənzimlənməsinin klassik vasitəsi 
gömrük-tarif tənzimlənməsidir. Gömrük-tarif tənzimlənməsi ayrı-ayrı sahələrin xarici 
rəqabətdən  qorunmasına  və  xarici  firmaların  üstünlüyünün  neytrallaşdırılmasına 
yönəldilmiş xarici ticarət siyasətinin baş alətidir. Gömrük-tarif tənzimlənməsinin əsas 
aləti gömrük tarifləridır.  
Xarici iqtisadi fəaliyyətin gömrük – tarif tənzimlənməsinin hüquqi təminatının 
təkmilləşdirilməsi  mövzusu  hər  şeydən  əvvəl  Azərbaycan  Respublikasında  keçid 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə