Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   35   36   37   38   39   40   41   42   43

116
 
-  Beynəlxalq  təşkilatların,  xarici  dövlətlərin  hökumətlərinin,  habelə  dövlətlər-
arası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları 
ə
vəzsiz  maliyyə  və  texniki  yardımları,  qrantlar,  kreditlər  və  borclar,  həmçinin  bu 
kreditlər  və  borclar  hesabına  həyata  keçirilən  layihələrdə  Azərbaycan  tərəfinin  payı 
hesabına idxal olunan mallar; 
- təmənnasız paylanılması üçün humanitar yardım kimi fiziki şəxslər tərəfindən 
gətirilən mallar; 
-  fövqəladə  halların  qarşısının  alınması  və  bu  halların  nəticələrinin  aradan 
qaldırılması  məqsədilə  maddi-texniki  təchizat  sisteminin  yaradılması,  seysmik-
müşahidə  məntəqələrinin  və  qəza-xilasetmə  dəstələrinin  yerləşdiriləciyi  bazaların 
təşkili  və  onların  fəaliyyəti  üçün  AR-nın  Fövqəladə  Hallar  üzrə  Dövlət  Komissiya-
sının  təsdiqedici  sənədi  əsasında  idxal  olunan  xüsusi  texniki  vasitələr,  avadanlıqlar, 
cihazlar,  alətlər,  komplektləşdirici  məmulatlar,  ehtiyat  hissələri,  ləvazimatlar  və 
materiallar; 
-  Azərbaycan  Respublikasına,  o  cümlədən  onu  təmsil  edən  hüquqi  şəxslərə 
neft-qaz  ehtiyatlarının  kəşfiyyatı,  işlənməsi  və  hasilatın  pay  bölgüsü,  ixrac  boru 
kəmərləri  haqqında  və  bu  qəbildən  olan  digər  sazişlərə  uyğun  olaraq  verilməsi 
nəzərdə  tutulan  əsas  fondların,  daşınar  əmlakın  və  digər  aktivlərin  AR  Dövlət  Neft 
Fonduna hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar və s. 
Məlumdur  ki,  nomenklatura  –  elm,texnika,  praktiki  fəaliyyətin  müəyyən 
sahələrində  işlədilən  terminlər,  adlar  sistemidir.  Əmtəə  nomenklaturası  –  gömrük 
orqanlarının  vəzifəli  şəxslərinin  və  bəyannaməçilərin  öz  professional  fəaliyyəti 
zamanı rastlaşdıqları malların adlarının məcmusudur. 
Azərbaycan  Respublikasının  ərazisinə  gətirilən  mallara  tətbiq  olunan  gömrük 
rüsum  dərəcələri  0-15%  arasında  dəyişir.  Bəzi  qruplar  üzrə  tətbiq  olunan  gömrük 
rüsum  dərəcələrini  nəzərdən  keçirək.  Bundan  əlavə  elə  məhsullar  da  var  ki,  ölçü 
vahidinə görə ABŞ dolları ilə hesablanır.  
I Bölmədə diri heyvanlar, heyvan mənşəli məhsullar əks olunub. Bu bölməyə 
daxil olan 1-ci qrupda safqanlı cins heyvanlar (atlar, ulaqlar, qatırlar, at qatırları, diri 
iribuynuzlu  heyvanlardan  düyələr  (iribuynuzlu  heyvanın  birinci  balalamaya  qədərki 


117
 
dişiləri), diri donuzlar, diri qoyun və keçilər) diri halda 0.5%, ətlik və diri ev quşları, 
yəni Gallus domesticus növlü ev toyuqları, qazlar, hindtoyuqları, firəngtoyuqları isə 
15%  dərəcəsilə  gömrük  rüsumu  tutulur.  5-ci  qrupda  boz  ənbər,  qunduz  ifrazatları, 
sivetta və muskus, şpanka, öd, o cümlədən quru öd, əczaçılıqda istifadə edilən vəzilər 
və heyvan mənşəli digər maddələr, təzə soyudulmuş, dondurulmuş və ya qısa müd-
dətli saxlanma üçün başqa üsulla emal olunmuş məhsullar, öküz sperması, embrionlar 
0.5%, digərləri (başqa yerdə adi çəkilməyən və ya təsnif olunmayan heyvan mənşəli 
məhsullar) isə 15% dərəcə ilə gömrük rüsumu tutulur. 11-ci qrupda bərk və yumşaq 
buğdadan  və  pərincdən  buğda  unu,  o  cümlədən  buğda-çovdar  unu  0%,  digər  unlar, 
nişasta,  inulin  15%,  səməni  qovrulmuş  və  qovrulmamış  buğdadan  un  halında  və 
digərlərindən un halında 0.5% gömrük rüsumu tutulur. 12-ci qrupda əkin üçün soya 
paxlalı  bitkilər,  Raps,  günəbaxan  və  digər  yağlı  bitkilərin  toxumları  və  meyvələri, 
ə
kin  üçün  toxumlar,  meyvələr  və  sporlardan  0.5%,  şəkər  çuğunduru,  şəkər  qamışı, 
biyan köklərindən 15%, ətriyyat, əczaçılıq, insektisid, funqisid və analoji məqsədlər 
üçün istifadə edilən bitkilər və onların hissələrindən isə 3% gömrük rüsumu tutulur. 
25-ci  qrupda  sonradan  başqa  məhsulların  istehsalında  istifadə  edilməklə  kimyəvi 
çevrilmələr üçün və denaturasiya olunmuş və ya sənaye məqsədləri üçün, insan üçün 
ə
rzaq  məhsullarının  və  ya  heyvanlar  üçün  yemlərin  konservləşdirilməsi  və  ya 
hazırlanmasından  başqa  məqsədlər  üçün  istifadə  olunan  duz,  bütün  növlərdən  olan 
kükürd  (sublimasiya  edilmiş,  çökdürülmüş  və  ya  kolloid  kükürddən  başqa),  təbii 
qrafit, bütün növlərdən olan təbii qum (rənglənmiş və ya rənglənməmiş, metal tərkibli 
qumlardan başqa), kvars (təbii qumlardan başqa), kaolin və digər kaolin gilləri, təbii 
kalsium  fosfatları,  təbii  alüminium-kalsium  fosfatları  və  fosfatlı  tabaşir  0.5%,  təbii 
barium  sulfatı,  təbii  barium  karbonatı,  silisiumlu  infuzorlu  torpaqlar  və  analoji 
silisiumlu torpaqlar, pemza, sumbata, təbii korund, təbii qranit və digər təbii abraziv 
materiallar,  maqnezium  oksidi,  yandırılmış  maqnezium,  başqa  yerdə  adları 
çəkilməyən  və  ya  təsnif  olunmayan  mineral  maddələr  3%,  rəngsizləşdirici,  şamot, 
dinas  torpaqlar,  sönmüş,  hidravlik  əhəng,  təbii  natrium  boratları  və  onların 
konsentratları  10%,  qida  üçün  yararli  duzlar,  gips,  anhidrid,  suvaq,  portlandsement, 
giltorpaqlı, şlaklı, superfosfat sementi və analoji hidravlik sementlər, asbest, slyuda o 


118
 
cümlədən  layları  qoparilan  slyuda,  slyuda  tullantiları,  təbii  steatit  kobud  doğranmış 
və ya doğranmamış, mişarlanmış və ya  mişarlanmamış, başqa üsulla bloklara və ya 
düzbucaqlı formalı plitələrə ayrılmış, talk isə 15% gömrük rüsumu ilə tutulur. 27-ci 
qrupda  antrasit,  liqnit,  torf,  daş  kömürdən,  liqnitdən  və  ya  torfdan  alınmış  koks  və 
yarımkoks,  aqlomerasiya  edilmiş  və  ya  edilməmiş,  retort  kömürü,  daş  kömür  qazı, 
sulu,  generator  qazı  və  oxşar  qazlar  (neft  qazlarından  və  digər  qazşəkilli 
karbohidrogenlərdən  başqa),  yüngül  destilyatlar  və  məhsullar,  elektrik  izolyasiya 
yağları  0.5%,  daş  kömür,  liqnit,  torf  qatranları  və  digər  mineral  qatranlar, 
susuzlaşdırılmış  və  ya  susuzlaşdırılmamış  və  ya  qismən  destillə  edilmiş  və  ya 
edilməmiş  məhsullar  (reduksiya  olunmuş  qatranlar  daxil  olmaqla),  daş  kömür 
qatranının yüksək temperaturlu destilləsinin yağı və digər məhsulları, aromatik tərkib 
hissələri  kütləsinin  qeyri-aromatik  hissələrdən  artıq  olduğu  analoji  məhsullar,  daş 
kömür qatranından və ya digər mineral qatranlardan alınan pek və pek koksu 3%, orta 
və ağır destilyatlar, neft qazları və digər qazaoxşar karbohidrogenlər, propan, butan, 
etilen,  propilen,  butilen,  butadien,  neft  vazelini,  parafin,mikrokristallik  neft  mumu, 
parafin  qazı,  liqnit  mumu,  torf  mumu,  digər  mineral  mumlar  və  sintez  və  ya  başqa 
proseslər  nəticəsində  alınmış  analoji  məhsullar,  neft  koksu,  neft  bitumu,  neftin 
emalindan  qalan,  o  cümlədən  bitumlu  minerallardan  alınmış  digər  qalıqlar,  təbii 
bitum  və  asfalt,  bitumlu  şistlər  və  ya  şist  yağları  və  bitumlu  qumlar,  asfaltitlər  və 
asfalt suxurları isə 15% gömrük rüsumu ilə hesablanır. 
29-cu  qrupda  izopren,  tsiklik  karbohidrogenlər,  karbohidrogenlərin  halogenli 
törəmələri,  halogenli  və  ya  halogenli  sulfo,  nitro,  nitroza  karbohidrogen  törəmələri, 
atsiklik spirtlər və onların halogenli, sulfo, nitro və nitroza törəmələri, tsiklik spirtlər 
və 
onların 
halogenli, 
sulfo, 
nitro 
və 
nitroza 
törəmələri, 
fenollar, 
fenolspirtlər,fenolların və fenolspirtlərin halogenli, sulfo, nitro və nitroza törəmələri, 
sadə  efirlər,  efirospirt,  efirofenol,  efirospirt  fenollar,  sadə  efirlərin  və  ketonların 
peroksidləri  və  onların  halogenli,  sulfo,  nitro  və  nitroza  törəmələri,  tərkibində 
üçüzvlü  həlqə  olan  epoksidlər,  epoksispirtlər,  epoksifenollar  və  epoksiefirlər  və 
onların  halogenli,  sulfo,  nitro  və  nitroza  törəmələri,  funksional  aldehid  qrupu  olan 
birləşmələr, keton və xinon funksional qrupları olan birləşmələr, karbon turşuları və 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə