Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

110
 
görmüşdür.  Belə  ki,  ÜTT-yə  üzvolma  prosesinin  sürətləndirilməsi  məqsədilə 
Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyası və 
onun Katibliyi yaradılmışdır. Bu Komissiyanın 9 iclası keçirilmişdir.Bununla yanaşı, 
ÜTT  Katibliyində  Azərbaycan  üzrə  şçi  Qrupu  fəaliyyət  göstərir.  Bu  qrup 
çərçivəsində  Azərbaycanın  ticarət  rejimi  ilə  bağlı  çoxtərəfli  danışıqlar  aparılır.  şçi 
qrupuna  27  üzv  ölkə  daxildir.  ndiyədək  Qrupun  4  clası  keçirilmişdir.  kitərəfli 
danışıqlar  da  davam  etdirilir.  Belə  ki,  Azərbaycana  idxal  olunacaq  mallara  tətbiq 
ediləcək  idxal  rüsumlarına  və  eləcə  də  xidmətlərə  dair  ölkəmizin  öz  üzərinə 
götürəcəyi öhdəliklərə dair ilkin təkliflər artıq ÜTT üzvlərinə paylanmışdır. Bir sıra 
ölkələrlə, o cümlədən Amerika Birləşmiş Ştatları, Avropa  ttifaqı, Yaponiya, Kanada, 
Cənubi  Koreya  ilə  mal  və  xidmətlərə  dair  ikitərəfli  danışıqlar  aparılmışdır.  Türkiyə 
ilə  ikitərəfli  danışıqlar  artıq  yekunlaşmış  və  ikitərəfli  protokol  imzalanmışdır. 
Gürcüstan və Moldova ilə ikitərəfli danışıqlar tamamlanmış və ikitərəfli protokolların 
imzalanması ilə bağlı ilkin razılıq əldə olunmuşdur. 
 Azərbaycan  Hökuməti  ÜTT-yə  üzvolma  prosesini  əhəmiyyətli  dərəcədə 
sürətləndirmək  əzmindədir.  Bu  baxımdan  olduqca  vacib  əhəmiyyət  kəsb  edən 
məqamlardan  biri  milli  qanunvericiliyin  ÜTT  tələblərinə  uyğunlaşdırılmasıdır.  Bu 
məsələlər  təkcə  ÜTT  –  yə  üzv  qəbul  olunması  istiqamətində  deyil,  eyni  zamanda 
Azərbaycanın  xarici  ticarət  əlaqələrinin  tənzimlənməsinin  də  zəruri  hüquqi  bazasını 
və  mexanizmini  formalaşdırmış  olacaqdır.  Bu  məqsədlə,  Azərbaycan  Respublikası 
Prezidentinin 2006-cı il 2 avqust Sərəncamı ilə Qanunvericiliyin Təkmilləşdirilməsi 
Planı  təsdiq  olunmuşdur.  Həmin  Plana  uyğun  olaraq  40-a  yaxın  normativ  sənədə 
ə
lavə və dəyişikliklərin edilməsi və yenilərinin hazırlanması nəzərdə tutulur. Həmin 
sənədlər  demək  olar  xarici  ticarətə  birbaşa  və  dolayı  olaraq  aid  olan  bütün  sahələri 
ə
hatə edir və sənədin icraçı olan dövlət orqanlarının üzərinə konkret tapşırıqlar qoyur.  
Dünyada  baş  verən  mövcud  qloballaşma  prosesi  şəraitində  Azərbaycan 
iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasında və Azərbaycan Respublikasının 
Ümumdünya  Ticarət  Təşkilatına  üzvlüyünə  hazırlıq  mərhələsində  ölkənin  iqtisadi 
maraqları  və  təhlükəsizliyi  baxımından  düzgün  və  səmərəli  xarici  iqtisadi  -  ticari 
siyasətinin formalaşdırılması və yürüdülməsi mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz 


111
 
kimi, ölkənin iqtisadi inkişafında xarici amilin rolunun düzgün nəzrə alınmaması çox 
acınacaqlı neqtiv nəticələrə gətirib çıxarır.  
Bütövlükdə,  bir  sıra  qanunvericilik  aktlarının,  normativ  sənədlərin  layihələri 
artıq  hazırlanmış  və  daxili  prosedurları  keçmək  mərhələsindədir.  Respublikada 
aparılan iqtisadi islahatlardan Dövlət Gömrük Komitəsi də kənarda qalmamışdır, belə 
ki,  Azərbaycan  Respublikasında  gömrük  işinin  qanunyericilik  bazasının 
yaradılmasına  başlanılmış  və  inkişaf  etmiş  ölkələrin  bu  sahədəki  təcrübəsindən 
istifadə  edilərək  beynəlxalq  standartlara  cavab  verən  «Gömrük  Tarifi  haqqında» 
Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasın Gömrük Məcəlləsi 
və digər normativ-hüquqi aktlar qəbul edilmişdir. 
Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən 
malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi 
haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  11  noyabr  2008-ci  il  tarixli 
Fərmanından sonra xarici ticarət əməliyyatlarında süni maneələr aradan qaldırılacaq, 
dövlət sərhədinin keçid məntəqələrinin buraxılış qabiliyyəti olduqca artmış olacaqdır. 
Bu  Fərman  son  illər  xarici  ticarətlə  bağlı  dövlət  tərəfindən  atılmış  ən  ciddi  addım 
kimi qəbul edilir. 
Azərbaycanın  təbii  şəraiti  və  ehtiyatları  da  dünyanın  iri  ölkələri  üçün  xüsusi 
ə
həmiyyət  kəsb  edir.  Ölkəmizin  ərazisi  neft,  qaz,  dəmir  filizi,  xromit,  molibden, 
alunit, mis, polimetallar, civə, barıt, kükürd kolçedanı, daş duz, dolomit, gips, əhəng 
daşı, mərmər, travertin, çınqıl, bentonit gili, sement xammalı, perlit, əqiq ehtiyatları 
ilə  zəngindir.  Məhz  bu  xammal  ehtiyatları  əsasında  Azərbaycanda  demək  olar  ki, 
sənayenin bütün sahələri – yanacaq-energetika kompleksi, maşınqayırma kompleksi, 
qara  və  əlvan  metallurgiya,  kimya  və  neyt-kimya  sənayesi,  tikinti  materialları 
sənayesi  və  s.  inkişaf  etmişdir.  Bundan  başqa  respublikamızın  təbii  şəraiti  burada 
kənd  təsərrüfatı  və  aqrar  sənaye-kompleksinin  inkişafı  üçün  də  münbit  şərait 
yaratmışdır.  Lakin  keçmiş  SSR   çərçivəsində  bərqərar  olmuş  təsərrüfat  əlaqələrinin 
dağılması  Azərbaycan  iqtisadiyyatına  həddən  artıq  mənfi  tə’sir  göstərdi.  Milli 
məhsulun rəqabət qabiliyyətliliyinin aşağı olması səbəbindən onun Qərb bazarlarına 
çıxarıla bilinməməsi, ən’ənəvi bazarların itirilməsi və bununla yanaşı yeni bazarların 


112
 
mənimsənilməməsi  nəticəsində  sənaye  istehsalı  sürətlə  aşağı  düşdü.  1995-ci  ildən 
həyata  keçirilən  islahatlar  nəticəsində  ölkə  iqtisadiyyatında  bir  sıra  müsbət 
irəliləyişlərə nail olunmuşdur. 
Bildiyimiz kimi Azərbaycan hökumətinin qarşısında duran əsas məqsədlərdən 
ə
n  başlıcası  xarici  ticarətin  strukturunda  qeyri  –  neft  məhsullarının  payını  ilbəil 
artırmaq və idxalı əvəzləyəcək ixrac sahələrinin inkişafını təmin etmək istiqamətində 
ciddi  işlərin görülməsindən ibarətdir.  Məlum  olduğu kimi,  Azərbaycan iqtisadiyyatı 
hələ  ki,  hazır  məhsul  ixracında  məhdud  imkanlara  malikdir.  Demək  olar  ki, 
respublikanın sata bildiyi məhsullarının hamısı dünya bazrında kifayət qədərdir. Belə 
halda  çevik  marketinq  taktikası,  aşağı  kontrakt  qiymətləri,  dünya  standartlarına  və 
yüksək keyfiyyətə  malik olma kimi  müəyyən şərtlər daxilində ayrı-ayrı  məhsulların 
(maşınqayırma  və  yüngül  sənaye,  məişət  texnikası  məhsulları  və  s.)  bazara 
çıxarılmasına  stavka  edilə  bilər.  Indiki  vəziyyətdə  hazır  məhsul  ixracının 
genişlənməsində əsas maneə sənayedə emal sahəsinin çox zəif olmasıdır. Beləki, hələ 
1990-cı  ildə  maşınqayırma  sahələrinin  ixracının  yalnız  12%-i  dünya  standartları 
səviyyəsində idi. Ixracın kifayət qədər inkişaf etməməsinin səbəblərindən biri kapital 
yığımı  prosesinin  xüsusiyyətidir.  Əksər  müəssisələr,  o  cümlədən  xarici  investisiyalı 
müəssisələr istehsal sahəslndə deyil, əsasən vasitəçilik fəaliyyətinə üstünlük verirlər. 
Bu  isə  ilk  növbədə  onunla  bağlıdır  ki,  bu  sahələrdə  kapital  daha  çox  dınərlidir. 
Kifayət qədər ciddi səbəblərdən biri də respublika əhalisinin mühafizəkar mentalitet-
liyidir.  70  illik  kommunizm  dövründə  xüsusi  sahibkarlıq  təşəbbüskarlığı  boğulmuş, 
indi onun bərpası üçün isə qüvvə və müəyyən vaxt tələb olunur. 
Azərbaycanda  ixracın  formalaşması  və  inkişafı  xarici  ticarət  tərəfdaşlarının 
dəyişdirilməsi  ilə  əlaqədar  ciddi  çətinliklərlə  bağlıdır.  Neft  avadanlıqlarının  ixracı 
ə
sasən  hələ  ki,  qısamüddətli  perspektivdə  rəqabət  üstünlüyünə  malik  olduğu  MDB 
bazarlarına  istiqamətlənəcək.  Azərbaycan  ixracının  keçmiş  SSR   hüdudlarından 
kənara  istiqamətlənməsi  üçün  ən  azı  aşağıdakı  üç  əsas  şərtlərə  görə  müəyyən  vaxt 
tələb olunur: 
- Azərbaycanın  sənaye  struktukturunun  keçmiş  SSR   respublikalarından 
ə
həmiyyətli dərəcədə asılılığı, onun ixracının bu olkələrlə bağlılığının saxlanılması; 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə