Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

104
 
beynəlxalq  standartlar  nəzərə  alınmaqla  tərtib  edilib.  Məcəllədə  gömrük  sistemində 
informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur ki, bu da 
Azərbaycanla əməkdaşlııq etmək istəyən ölkələrə qısa müddət ərzində sənəd dövriy-
yəsinin  sayını  və  sürətini  artırmağa  imkan  verir.  "2013-cü  ilə  qədər  Azərbaycan 
qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırılmalı idi. Yeni Gömrük Məcəlləsi 
bu standartlara  tam  uyğunlaşdırılıb.  Layihədə  şikayətlərə baxılması  normaları  aydın 
göstərilib.  Vətəndaşlar  Dövlət  Gömrük  Komitəsinin  yuxarı  instansiyasına  və  ya 
məhkəməyə müraciət edə bilər. Şikayətçilərə imkan yaradılır ki, məsələni istədikləri 
formada  mübahisələndirsinlər.  Bu  layihə  gömrük  orqanlarının  daha  şəffaf  işləməsi 
üçün qanunvericilik bazası yaradır".  
Yeni Gömrük Məcəlləsinin qəbulu gömrük sisteminin maddi-texniki bazasının 
daha  da  möhkəmləndirilməsinə,  gömrük  infrastrukturunun  müasir  tələblərə  uyğun 
şə
kildə qurulmasına, dövlət büdcəsinin gəlirlərinin artmasına, idxal-ixrac əməliyyat-
larında  müasir  tarif  və  qeyri-tarif  tənzimlənməsi  tədbirlərinin  daha  geniş  tətbiq 
olunmasına,  Azərbaycan  Respublikasının  Ümumdünya  Ticarət  Təşkilatına  üzvolma 
prosesinin  sürətlənməsinə,  gömrük  sistemində  avtomatlaşdırılmış  idarəetmənin  tam 
tətbiq edilməsinə, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılma-
sına,  gömrük  tarif  siyasətinin  təkmilləşdirilməsinə  və  inkişaf  etdirilməsinə,  ölkənin 
iqtisadi  təhlükəsizliyinin  möhkəmləndirilməsində  gömrük  sisteminin  rolunun  artırıl-
masına, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə, 
ölkənin  sosial-iqtisadi  inkişafında  gömrük  sisteminin  rolunun  artmasına,  gömrük 
tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələri-
nə  uyğunlaşmasına,  ticarət-iqtisadi  münasibətlərdə  idxal  və  ixrac  əməliyyatlarının 
rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradacaq. 
Müasir  dövrdə  Azərbaycan  iqtisadiyyatının  bugünkü  vəziyyəti  X F  sahəsində 
aşağıdakı proqramların işlənməsini zəruri edir: 
1.  xrac  potensialının  inkişaf  etdirilməsi,  ixracın  artımı  və  onun  struktur 
tərkibinin  optimallaşdırılması  iqtisadi  artımın  əsas  mənbələrindən  və  hərəkətverici 
qüvvələrindən biri kimi səciyyələnə bilər.  xrac olunan məhsulların artım tempi, onun 
xüsusi çəkisinin artması yeni sosial problemlərin həllinə, iş qüvvəsinin istifadəsi və 


105
 
yerli  resurslardan  intensiv  istifadə  üçün  stimul  yaradır.  Aydındır  ki,  ölkənin  ixrac 
etdiyi  məhsul  və  xidmətlər  hansı  isə  mücərrəd  məkana  deyil,  konkret  xarici  ölkə 
bazarına yönəldilir. Deməli ənənəvi tərəfdaşı olan ölkələrdə baş verən sosial-iqtisadi 
dəyişikliklər  ixracatçı  ölkənin  milli  mənafeyinə  birbaşa  təsir  göstərmək  iqtidarında 
olacaqdır.  
Azərbaycanın ixrac potensialının  inkişaf  etdirilməsi proqramı  ixracın  mövcud 
sahə  və  coğrafi  quruluşunun  əsaslı  dəyişdirilməsi  şərti  ilə  mal  və  xidmətlərin 
ixracının  həcminin  kəskin  artırmağı  nəzərdə  tutmalıdır.  xracın  sahə  quruluşunun 
optimallaşdırılması,  ixracda  yüksək  elm  tutumlu  məhsulların,  aqrar-sənaye 
məhsullarının,  xidmət  sahələrinin  xüsusi  çəkisi  daim  yüksək  olmalıdır.  Hazırda 
ixracın  strukturunda  neft  və  neft  məhsulları,  pambıq,  tütün,  şərab  və  s.  əsasən 
xammal  üstünlük  təşkil  edir.  Birinci  növbədə  xammal  ixracını  yarımfabrikat,  hazır 
məhsul ixracına çevirmək üçün, yəni xarici bazarlara emal sənayesinin məhsulları və 
eyni  zamanda  rəqabətqabiliyyətli  məhsullarla  çıxmaq  üçün  əlverişli  şərait  təmin 
edilməli, bir sözlə ixrac stimullaşdırmalıdır.  
Ölkənin  başlıca  valyuta  gəlir  mənbəyi  olan  ixracın  təşviq  olunması  siyasəti 
müasir  dünya  dövlətlərinin  xarici  iqtisadi  siyasətinin  aparıcı  istiqamətlərindəndir. 
nkişaf  etməkdə  olan  ölkələrdə  bu  siyasət  xüsusən  böyük  əhəmiyyətə  malikdir  və 
ixrac  yönlü  xarici  ticarət  siyasəti  adlanır.  nkişaf  etməkdə  olan  ölkələrdə  yeridilən 
iqtisadi  siyasətin  əsas  məqsədi  iqtisadi  inkişafı  sürətləndirmək  və  sürətli  inkişafı 
təmin  etməkdir.  Müxtəlif  ölkələrdə  ixracın  təşviq  tədbirləri  özünü  müxtəlif  şəkildə 
göstərir və əsasən aşağıdakı qruplara bölmək olar: 
a) ixracata mükafat sistemi. Bu sistemin əsasını ixrac malı istehsal edən firma-
lar və ixracatçılara dövlət tərəfindən birbaşa maliyyə yardımları verilməsi təşkil edir; 
b) ixracatda vergi güzəştləri.  xracat üçün istehsal olunan malların bəzilərinin 
istehsalında  istehsal  amili  kimi  idxalat  malı  istifadə  olunur.  xracatçılar,  qiymət 
baxımından  dünya  bazarında  rəqabət  apara  bilmələri  üçün  bu  ağır  təsirlərdən  azad 
olunurlar.; 
v) ixracatçı firmalara mal satışında dövlət yardımı. Bu tədbirlər xarici bazarlar 
haqqında məlumat toplanılması, xaricdə sərgilərin təşkil olunması, ixracatçı kadrların 


106
 
hazırlığı,  məhsulun  qablaşdırılmasının  dövlət  təşkilatları  tərəfindən  ucuz  qiymətlərə 
təşkil olunması və s. kimi tədbirlər daxildir. 
2.  dxalı əvəz edəcək istehsal sahələrinin təşkili modeli. Bu modelin zəruriliyi 
ə
sasən aşağıdakılarla şərtlənir: 
-  idxalda  baş  verən  kəskin  dəyişikliklər  ümumi  iqtisadi  vəziyyətə  mənfi  təsir 
göstərir; 
-  idxalatın artımı milli istehsalın ixtisarına və ixracın azalmasına gətirib çıxarır; 
-  tarif məhdudlaşdırıcılarının tətbiqi investisiyaların ölkə daxilinə yönəltməklə 
milli iqtisadiyyatın simasını müəyyən edən sahələri xarici sahibkarlar tərəfindən ələ 
keçirilməsinə səbəb olur və s. 
Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  göstərilən  modelin  sözün  tam 
mənasında  tətbiqi  qeyri  mümkündür.  Ona  görə  də  ölkənin  xarici  iqtisadi  əlaqələri 
müqayisəli üstünlüklər prinsiplərinə əsaslanmalıdır. Yəni mövcud resurslar, onlardan 
istifadə  intensivliyi,  istehsal  xərclərinin  səviyyəsi  və  məhsulların  alternativ  dəyəri 
öncə  müəyyənləşdirilməli  və  yalnız  bundan  sonra  müəyyən  mal  yaxud  mal  qrupu 
üzrə idxalatı əvəz edən istehsalat sahələri təşkil olunmalıdır.  
X F-in tənzimlənməsinin əsas məqsədi əhalinin iqtisadi təhlükəsizliyi, xüsusən 
ə
rzaq  təhlükəsizliyinin  təmin  olunması  və  iqtisadiyyatın  səmərəli  işləməsinə  şərait 
yaratmaqdan ibarətdir.  
Ə
rzaq təhlükəsizliyi  - dövlətin öz vətəndaşlarının ərzaq məhsullarına ehtiyac-
larının  heç  bir  kənar  təsir  olmadan  müstəqil  ödənməsi  imkanlarının  reallaşdırılması 
kimi şərtlənir. Ərzaq təhlükəsizliyi dövlətin ərzaq resurslarının ölkə əhalisinin tələba-
tına  yetərli  olmaması  nəticəsində  yaranır.  Ölkədə  ərzaq  təhlükəsizliyinin  yaranması 
cəmiyyətdə sosial gərginliyin baş verməsi üçün əsas amillərdəndir.  
Dünya təcrübəsində o ölkənin ehtiyatı təhlükəsiz hesab edilir ki, ölkə əhalisinin 
illik istehlakının 17-20%-i həcmində taxıl ehtiyatı mövcud olsun. Başqa sözlə, taxıl 
resursu  illik  istehlakdan  əlavə  ölkə  əhalisinin  daha  2  ay  müddətinə  taxıla  olan 
tələbatını  təmin  etmək  imkanı  versin.  qtisadi  təcrübədə  ərzaq  təhlükəsizliyi  iki 
aspektdən qiymətləndirilir: dövlətin ərzaq təhlükəsizliyinin sosial aspektləri; dövlətin 
ə
rzaq təhlükəsizliyinin iqtisadi aspektləri. 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə