Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 1,79 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix01.09.2018
ölçüsü1,79 Mb.
#66175
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

101
 
sistemində reallaşdırmaq üçün imkan yaradılmışdır. Suverenlik əldə etmiş respublika-
larda,  o  cümlədən  Azərbaycanda  istər  daxili  iqtisadi  əlaqələrin,  istərsə  də  xarici 
iqtisadi  əlaqələrin  inkişafına  real  zəmin  yaradılmışdır.  Müasir  bazar  iqtisadiyyatı 
şə
raitində  ölkələrin  hər  hansı  bir  sahədə  üstünlüklərinə  baxmayaraq,  hər  bir  ölkə 
ə
razisində  mövcud  olan  təbii  əmək  ehtiyatlarından  səmərəli  və  müştərək  istifadə 
etməklə, qarşılıqlı anlaşma şəraitində iqtisadi inkişafa təkan verməklə bərabər, iqtisa-
di  əlaqələrin  daha  geniş  formada  inkişafına  səbəb  olur.
 
qtisadiyyatın  qloballaşdığı 
yeni  minillikdə  Azərbaycan  dünyanın  universal  iqtisadi  sisteminə  müvəffəqiyyətlə 
inteqrasiya  olunur,  Avropa  ttifaqı,  Ümumdünya  Ticarət  Təşkilatı,  Beynəlxalq 
Valyuta Fondu, Dünya Bankı və başqa qurumlarla hərtərəfli əməkdaşlıq edir. 
Gömrük sistemi hər bir ölkədə büdcənin formalaşmasında mühüm rol oynayan 
mənbələrdən biridir. Bu sistemin fəaliyyətinin qanunla tənzimlənməsi üçün normativ-
hüquqi  aktlar  hazırlanır,  təkmilləşdirilir.  Azərbaycanda  yeni  Gömrük  Məcəlləsinin 
layihəsi  hazırlanır.  Layihə  Milli  Məclisin  iqtisadi  siyasət,  hüquq  siyasəti  və  dövlət 
quruculuğu komitələrinin birgə iclasında müzakirə olunub. Gömrük Məcəlləsi ölkədə 
gömrük  işinin  hüquqi,  iqtisadi,  təşkilatı  əsaslarını,  gömrük  ərazisinə  gətirilən  və 
aparılan,  tranzit  keçirilən  mallara  və  nəqliyyat  vasitələrinə  tətbiq  edilən  ümumi 
qaydaları müəyyənləşdirəcək.  
Azərbaycanın  xarici  ticarətində  dəqiq  ifadə  olunmuş  qanunauyğunluqlar  və 
meyllər meydana gəlmişdir. Bu meyllərin həm statik, həm də dinamik təhlili, ölkənin 
xarici  ticarətinin  coğrafiyasının  inkişafında  ümumi  qanunauyğunluqları  və  regional 
xüsusiyyətləri müəyyən etməyə imkan verir. Ölkənin xarici ticarətində, həm ixracda, 
həm  də  idxalda  Avropa  Birliyi  ölkələrinin,  xüsusilə  də  taliya,  Böyük  Britaniya, 
Almaniya  və  Niderlandın  xüsusi  çəkisi  əhəmiyyətli  dərəcədə  artmışdır.  Eyni 
zamanda, ölkənin ənənəvi ticarət tərəfdaşları Rusiya, Türkiyə və  ran da mövqelərini 
qorumaqdadırlar. Bundan əlavə, son illərdə bir sıra Asiya, Mərkəzi və Şərqi Avropa 
ölkələri ilə ticarət əlaqələri aktivləşmişdir. Belə güman etmək olar ki, yaxın illərdə bu 
ölkələr və həmçinin ABŞ Azərbaycanın əsas perspektiv ticarət tərəfdaşları olacaqlar. 
Bu  ölkələrin  neft  və  qaz  yataqlarının  istismarında,  neft  məhsullarının  dünya 
bazarlarına  nəqli  layihələrində  və  TRASECA  kimi  digər  iri  layihələrdə  iştirakı, 


102
 
ölkənin əsasən Qərb ölkələri ilə inteqrasiyanı prioritet istiqamət kimi seçməsi, ÜTT-
yə üzv qəbul olunmaq vəzifəsi, adıçəkilən dövlətlərlə ticarət-iqtisadi münasibətlərin 
daha  da  təkmilləşdirilməsi,  dərinləşdirilməsi  və  genişləndirilməsi  üçün  real  əsas 
rolunu  oynayacaqdır.  nteqrasiya  birlikləri  və  ticarət  blokları  ilə  münasibətdə  isə 
Avropa  Birliyi  ölkələri  və  OPEC-in  xüsusi  çəkisi  əhəmiyyətli  dərəcədə  artsa  da, 
MDB,QD ƏT və  ƏT ilə ticarət əlaqələri zəifləmişdir. Müstəqillik atributlarına malik 
olan  Azərbaycan  dövlətinin  xarici  iqtisadi  əlaqələr  üzrə  coğrafiyası  daha  da 
genişlənməli və bu sahədə bir sıra əsas aşağıdakı vəzifələr yerinə yetirilməlidir: 
-  Siyasi  və  iqtisadi  müstəqillik  atributlarını  daha  da  möhkəmləndirmək 
məqsədilə Azərbaycan potensial imkanlarını artırmalıdır; 
-  Dünya  iqtisadi  sistemində  ölkənin  mövqeyi,  fəliyyəti  və  verdiyi  məhsulun 
xüsusi çəkisi artmalıdır; 
-  stehsalın  beynəlxalq  standarta  uyğun  formalaşması  və  idarə  olunması 
strategiyasına nail olunmalıdır; 
-  Makroiqtisadi  səviyyə  ilə  beynəlxalq  inkişaf  səviyyəsi  arasında  bazar 
uyğunluğu meylinə nail olunmalıdır; 
- Beynəlxalq və milli iqtisadi mənafelərin əlaqələndirilməsi təmin edilməlidir; 
-  dxal və ixrac əməliyyatlarının tarazlı nisbəti əldə olunmalıdır; 
-  ş qüvvəsinin və kapitalın beynəlxalq miqrasiyası prosesi tənzimlənməlidir; 
-  Xarici  ölkələrin  investisiya  qoyuluşunun  sahələr  üzrə  səmərəli  bölgüsü  və 
ondan məqsədəuyğun istifadə olunması tənzimlənməlidir. 
Yeni Gömrük Məcəlləsinin layihəsi ən müasir tələb və standartlara cavab verir. 
Bu  sənədin  qəbulu  respublikamızın  Ümumdünya  Ticarət  Təşkilatına  üzv  olması 
istiqamətində  də  mühüm  addım  olacaqdır.  Bu  məcəllə  həm  də  ölkəmizin  iqtisadi 
təhlükəsizliyinə xidmət edəcək. 
lk  dəfə  1997-ci  ildə  qəbul  edilən  Gömrük  Məcəlləsi  Azərbaycanın  xarici 
iqtisadi  əlaqələrinin  davamlı  inkişafında,  dünyaya  inteqrasiyasında  böyük  rol 
oynayıb.  Qısa  zamanda  ölkəmiz  140-dan  çox  dövlətlə  iqtisadi  əməkdaşlıq  əlaqələri 
qurub. Azərbaycan bərabər tərəfdaş kimi iri layihələrdə iştirak edir, Dünya Gömrük 
Təşkilatının  fəal  üzvlərindəndir.  Ölkənin  iqtisadi  təhlükəsizliyini  qoruyan 


103
 
formalaşmış  gömrük  sistemimiz  var.  Amma  Azərbaycanın  dünyada  artan  nüfuzu, 
ölkəmizin  özünün  iqtisadi  maraqlarını  qorumaq  imkanlarının  genişlənməsi  və 
cərəyan  edən  proseslərin  inkişafı  Gömrük  Məcəlləsinin  yenilənməsi  zərurətini 
yaradıb.  
Yeni  layihə  barədə  məlumat  verən  Dövlət  Gömrük  Komitəsinin  sədri  Aydın 
Ə
liyev deyib ki, ilk gömrük məcəlləsinin qəbulundan sonra ölkədə bu sahədə xeyli iş 
görülüb. Onun sözlərinə görə, ölkəmiz Dünya Ticarət Təşkilatına üzv qəbul olunması 
ilə bağlı bir sıra qanunları, o cümlədən gömrük qanunvericiliyini təkmilləşdirməlidir: 
“2007-ci ildə Gömrük Xidmətinin təkmilləşdirilməsi ilə bağlı  nkişaf Proqramı qəbul 
olunub.  Ölkəmiz  gömrük  sahəsində  bir  neçə  konvensiyaya  qoşulub.  Bütün  bunlar, 
eləcə  də  Azərbaycan-Avropa  ttifaqı  arasında  fəaliyyət  proqramına  uyğun  gömrük 
qanunvericiliyinin  təkmilləşdirilməsinə  dair  tədbirlər  yeni  məcəllənin  hazırlanması 
zərurətini  yaradıb.  Layihənin  hazırlanması  prosesində  müxtəlif  ölkələrdən  tanınmış 
mütəxəssislər iştirak edib. Yeni məcəllənin layihəsi 2 hissə, 22 fəsil və 358 maddədən 
ibarətdir. Onun sözlərinə görə, layihənin hazırlanmasında Azərbaycanın, Avstraliya, 
Yeni  Zelandiya,  Kanada  və  Türkiyənin  tanınmış  ekspertləri  iştirak  ediblər.  fevralın 
ə
vvəlində Milli  Məclisin komitələrinin  birgə  iclasında sözügedən  sənəd  müzakirəyə 
çıxarılacaq.  Müzakirələr  nəticəsində  qərar  verilərsə,  Məcəllə  yaz  sessiyasına 
çıxarılacaq”.  Ölkənin  iqtisadi  inkişafının  yeni  sənədin  qəbuluna  ehtiyac  yaratdığını 
deyən  A.Əliyev  bildirib  ki,  Azərbaycanla  Avropa  ttifaqı  arasında  imzalanmış  Şərq 
Tərəfdaşlığına dair Fəaliyyət Planına görə yeni gömrük və iqtisadi qanunların qəbulu 
zəruridir.  
Ümumiyyətlə  ekspertlərin  fikrinə  görə,  hazırda  Azərbaycanda  gömrük 
sahəsində  tətbiq  olunan  idarəetmə  sistemi  dünyada  qabaqcıllardan  biridir  və  yeni 
məcəllənin  layihəsi  Avropa  ttifaqı  və  digər  qabaqcıl  ölkələrin  qanunvericiliyindən 
fərqlənmir.  Bu  layihə  qəbul  olunandan  sonra  gömrük  qanunvericiliyinin  70  faizinə 
yenidən  baxılmalıdır.  Məcəllə  xarici  ekspertlərin  iştirakı  ilə  kifayət  qədər  yüksək 
səviyyədə hazırlanıb. Yeni Gömrük Məcəlləsinin qəbulu Azərbaycanın ÜTT-yə daxil 
olmaq  üçün  qəbul  etdiyi  öhdəliklərin  yerinə  yetrilməsi  nöqteyi-nəzərindən vacibdir. 
Bundan  qabaqkı  məcəllə  ilə  müqayisədə  hazırkı  sənəd  daha  geniş  formada  və 


Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə