Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə7/140
tarix04.04.2018
ölçüsü3,56 Mb.
#35821
1   2   3   4   5   6   7   8   9   10   ...   140

 

17

keyfiyyət  baxımından  müxtəlif  və  iqtisadi  cəhətdən  ekvivalent 



(bərabər) olmalıdır. 

Başqa  sözlə,  mübadilə  obyektləri  istehlak  dəyərləri  kimi 

keyfiyyətcə  fərqli  (əks  təqdirdə  mübadilənin  aparılması  heç  bir 

məna kəsb etməzdi), lakin dəyər kimi bərabərdir. 

qtisadi inkişafın müəyyən mərhələsində mal dəyərinin xa-

rici  ifadəsi  kimi  ümumi  ekvivalent  olan  pul  götürülür.  qtisadi 

məzmun, yəni mübadilənin məğzi dəyər formalarının əvəzlənmə-

sindən  və  ya  vəziyyətin  dəyişməsindən  ibarətdir.  Alqı-satqı  akt-

larında istehlak dəyərlərinin hərəkəti, malların satışı baş verir. 

Bazar münasibətləri təkmilləşdikcə mübadilə obyektlərinin 

strukturu  keyfiyyətcə  yeni  inkişaf  mərhələsinə  qədəm  qoyur. 

qtisadi nəzəriyyə bunu iki əsas proseslə əlaqələndirir: 

-

  torpaq,  kapital,  əmək  kimi  istehsal  amilləri  bazar 



mübadiləsinin obyektlərinə çevrilir; 

-

  mübadilə vasitələri və obyektləri kimi nəzərdən keçiri-



lən  pulun  keyfiyyətli  inkişafı  müşahidə  olunur  ki,  bu  da  pulun 

funksiyalarının,  növlərinin  inkişafında,  eləcə  də  pul  sisteminin 

işini  təmin  edən  bazarın  infrastrukturunun  dəyişməsində  özünü 

büruzə verir. 

ctimai istehsal baxımından malların reallaşdırılması prob-

lemi  yalnız  yaradılmış  məhsulun  satışının  təmin  edilməsi  ilə 

məhdudlaşmır. Bu proses çərçivəsində məhsulun natura və dəyər 

formalarının  vahidliyi  pul  kütləsinin  müəyyən  miqdarda  istehsal 

vasitələrinə,  istehlak  və  xidmət  predmetlərinə  uyğunluğunun 

tənzimlənməzini nəzərdə tutur. 

 

1.1.2. Bazar 

 

qtisadiyyatın  normal  vəziyyəti  ictimai  məhsulun  əmtəə 



formasının  pul  formasına  və  əksinə,  pul  formasının  əmtəə  for-

masına  çevrilməsini  nəzərdə  tutan  ümumi  prosesin  həyata  ke-

çirilməsini  təmin  edir.  Aydındır  ki,  bazar  əmtəə  təsərrüfatının 

ayrılmaz elementidir. 




 

18

qtisadi  ədəbiyyatda  “bazar”  anlayışı  olduqca  fərqli  tərzdə 



şə

rh  edilir  və  bəzi  hallarda  bu  anlayışın  tərifinin  verilməsi 

aparılan  tədqiqat  işlərinin  məqsədindən  asılı  olur.  Misal  üçün, 

siyasi iqtisadiyyat problemləri üzrə genişhəcmli işin müəllifi olan 

amerikalı  alim  Rocer  Vod  “bazar”  anlayışının  özünəməxsus 

tərifini  verir:  “Bazar  –  müxtəlif  mal  alıcılarının  və  satıcılarının 

sıx  informasiya  əlaqəsində  olduğu  və  bunun  sayəsində  qiymət-

lərin  dəqiq  tənzimləndiyi  sahədir”.

1

  Bu  tərifdə  bazarın  iqtisadi 



kateqoriya  kimi  mahiyyət  və  məzmunu  deyil,  yalnız  işləmə 

mexanizmi xüsusi olaraq vurğulanmışdır. 

Bazar  münasibətləri  sahəsində  məşhur  mütəxəssis  Filip 

Kotler  hesab  edir  ki,  bazar  –  “mövcud  və  potensial  mal  alıcıla-

rının  müəyyən  bir  məcmusudur”

2

.  Əgər  bazar  yalnız  mal  və 



xidmət istehsalçılarının marketinq niyyətlərinin həyata keçirildiyi 

yer  kimi  nəzərdən  keçirilirsə,  onda  verilən  tərif  məqbul  hesab 

oluna bilər. 

“Ekonomiks”  adlı  məşhur  dərslikdə  “bazar”  anlayışı  şərhi 

analoji  şəkildə  verilmişdir:  “Bazar  –  ayrı-ayrı  mal  və  xidmətlər 

alıcılarını  (istehlakçıları)  və  satıcılarını  (tədarükçüləri)  bir  araya 

gətirən institut və ya mexanizmdir”

 3



Bazarı  iqtisadi  kateqoriya  kimi  nəzərdən  keçirən  Azər-

baycanın müasir iqtisadi nəzəriyyəsinin müddəalarına görə, bazar 

–  “bazar  münasibətləri  subyektlərinin  maraqlarını  əks  etdirən  və 

ə

mək  məhsullarının  mübadiləsini  təmin  edən,  mal  və  pulların 



hərəkəti  ilə  bağlı  alıcılar,  satıcılar  və  ticarət  vasitəçiləri  arasında 

mövcud  olan  konkret  iqtisadi  münasibət  və  əlaqələrin  məcmu-

sudur”.  Məhdud  mənada  desək,  bazar  -  əmtəə  dövriyyəsi,  pulun 

malla və malın pulla mübadiləsi sahəsidir. 

Azad  iqtisadi  fəaliyyət  şəraitində  bazar  münasibətlərinin 

ümumi  qaydada  qəbul  edilmiş  səciyyəvi  əlamətləri  aşağıda-

kılardır: 

                                                 

1

 Waud P.D.Economics. N.Y., 1989.-P.42. 



2

 Котлер Ф. Основы маркетинга. М., 1990.- С.54. 

3

 Макконнелл К.Р., Брю С.Л. Экономикс: Принципы, проблемы и 



политика

. М., 1992.- С.61. 




 

19

-



  könüllülük; 

-

  təmənnasızlıq; 



-

  ekvivalentlik (bərabərlik); 

-

  sərbəst informasiya mübadiləsi. 



qtisadi  inkişaf  modelinin  (bazar  modelinin)  təsərrüfat 

mexanizmi  üç  əsas  elementdən  ibarətdir:  təklif,  tələb  və  qiymət. 

Bu tərkib elementlərin  məzmunu, qarşılıqlı əlaqəsi və təsiri fəsil 

1.2-də  nəzərdən  keçirilmişdir.  Sadalanan  elementlərlə  yanaşı, 

bazarın  həyat  fəaliyyətinin  sanki  katalizatoru,  qida  mənbəyi  və 

“daimi”  mühərriyi  qismində  çıxış  edən  rəqabət  adlanan  amil  də 

mövcuddur. 

Rəqabətin  mahiyyəti  şəxsi  fayda  əldə  etmək  naminə  rəqa-

bətin  aparıldığı  şəraitdə  bazar  münasibətləri  iştirakçıları  tərəfin-

dən  iqtisadi  nəticələrin  seçimi  azaldığından  ibarətdir.  Rəqabətin 

yaranmasında zəruri ilkin şərtlər aşağıdakılardır: 

-

  bazarda  sərbəst  fəaliyyət  göstərmək  hüququna  malik 



çoxlu sayda satıcı və alıcıların mövcudluğu; 

-

  maddi,  maliyyə,  əmək  ehtiyatlarının  çevikliyi  üçün 



maneələrin (iqtisadi, hüquqi, siyasi, sosial) olmaması; 

-

  tələb, təklif, qiymətlər, gəlir norması haqqında informa-



siyanın əlverişliyi. 

Tədavül  sahəsində  rəqabətin  miqyasını  müəyyənləşdirən 

ə

sas amillərə aşağıdakılar aiddir: 



-

  malın qiymətlərindən, keyfiyyətindən, xidmətin səviyyə-

sindən  asılı  olaraq  alıcıların  mağaza  seçmək  imkanlarını  təmin 

edən iqtisadi, hüquqi və sosial xarakterli şərtlərin məcmusu; 

-

  tədarükçülərin  sayı  və  onların  öz  şərtlərini  diktə  etmək 



qabiliyyəti; 

-

  müəyyən sahədə mövcud şirkətlər arasında rəqabət; 



-

  bazarda yeni ticarət müəssisələrinin peyda olması. 

Aydın məsələdir ki, qeyd edilən amillərin rəqabət mübari-

zəsinin  gərginliyinə  təsiri  dərəcəsi  bazar  modelinin  seçiminin 

ə

saslandırılmasından asılıdır. 



 

 


Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə