Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə15/140
tarix04.04.2018
ölçüsü3,56 Mb.
#35821
1   ...   11   12   13   14   15   16   17   18   ...   140

 

42

özəl  sahibkarlıq  təşəbbüsü  potensialının  iri  kommersiya  struk-



turunun üstünlükləri ilə birləşməsinə imkan verir. 

nteqrasiya  olunmuş  ticarət  strukturlarının  inkişafı  üçün 

Azərbaycanın  iqtisadi  təcrübəsində  müəyyən  zəminlər  yaran-

mışdır: 


-

  bazarın qeyri-müəyyənliyi; 

-

  azalan ödəmə qabiliyyətli tələbat; 



-

  ticarət fəaliyyəti infrastrukturunun zəif inkişaf dərəcəsi. 

nteqrasiyaya  güclü  yanaşma  motivləri  sahənin  daxilində 

də formalaşmışdır. Bu motivlərin arasında ən həlledici rəqabətin, 

xüsusilə  də  iri  və  kiçik  ticarət  müəssisələri  rəqabətin  arasında 

güclənməsidir  (inkişaf  etməmiş  formalarda  belə).  Bu  səbəbdən 

hesab  edirik  ki,  kiçik  sahibkarlığın  özünü  tənzimlənməsi  istiqa-

mətlərindən biri kimi rəqabətli bazar mühitində səmərəli fəaliyyət 

yollarının müəyyənləşdirilməsi qəbul olunmalıdır. 

Son  illərin  təcrübəsi  göstərdi  ki,  aktiv  struktur  siyasətin 

dəstəyi olmadan aparılan islahatların səmərəsi son dərəcə az olur. 

Hazırki  müddətə  kimi  islahatların  aparılmasında  əsas  diqqət 

müəssisənin mərkəzi qaydada idarə olunan subyektdən real sahib-

karlıq  fəaliyyəti  subyektinə  çevrilməsinə  ayrılırdı.  Lakin  müəs-

sisənin  səmərəli  fəaliyyəti  üçün  onun  bazar  özəyini  müəyyən-

ləşdirə  biləcək  strateji  planlaşdırma  funksiyalı  strukturun  təşkili 

olduqca  zəruri  məqamdır.  Əgər  iri  ticarət  müəssisələri  özəl-

ləşdirmədən  sonra  müstəqil  qaydada  fəaliyyət  göstərməyə  qadir 

olduqları  halda,  orta  və  kiçik  ticarət  müəssisələri  üçün  strateji 

inkişaf  funksiyası  yenilik  olmuşdur.  Bu  müəssisələr  praktiki 

təcrübəyə,  peşəkar  hazırlıqlı  kadrlara  və  inkişaf  strategiyasını 

müəyyənləşdirən  təşkilati  strukturun  yaradılması  üçün  vasitələrə 

malik olmamış. Yerli bələdiyyə orqanları bu funksiyaları qismən 

öz  üzərlərinə  götürmüşdür.  Lakin  problemin  tam  həlli  yalnız 

inteqrasiya meyilli ticarət sistemlərinin formalaşdırılması yolu ilə 

mümkündür. 

Dünya təcrübəsinə əsaslanaraq məntiqi şəkildə zənn etmək 

olar ki, inteqrasiya prosesi ənənəvi sxem üzrə, yəni, əsasən üfiqi 




 

43

ə



laqəli  sadə  monosahəli  birliklərdən  daha  mürəkkəb  konstruksi-

yalara doğru cərəyan edəcəkdir. 

Kiçik  müəssisələrin  inteqrasiya  formalarından  biri  asso-

siasiyalı

 ticarətdir. Assosiasiya – fəaliyyət göstərmək və rəqa-

bət  qabiliyyətinin  artırılması  məqsədilə  kiçik  firmaların  ida-

rəetmə  müstəqilliyinin  saxlanması  şərtilə  birləşməsidir.  Asso-

siasiyalı  ticarətin  müxtəlif  formaları  ABŞ-da  və  Skandinaviya 

ölkələrində  geniş  yayılmışdır.  Ümumdünya  ticarət  təcrübəsi 

göstərir  ki,  kiçik  ticarət  müəssisələri  mühitində  inteqrasiya 

prosesləri  zəncirvari  ticarət  təşkilatları  və  ticarət  firmalarının 

kooperativ  birlikləri  formasında  cərəyan  edəcəkdir.  Birincisi, 

özündən pərakəndə ticarət firmalarının alıcı birliyini, ikinci isə 

pərakəndə  firmalarının  ticarət  adı  ilə  birləşməsini  kəsb  edir. 

Assosiasiyalı  ticarət  kiçik  ticarət  firmalarına  vahid  alqı-satqı 

siyasətini  həyata  keçirməyə  və  mal  təchizatı  funksiyalarını 

mərkəzləşdirməyə  imkan  verir.  Eyni  zamanda  ticarət  firmala-

rının birləşməsi müəssisənin idarə edilməsində yardımçı funk-

siyalarını yerinə yetirir. 

Kommersiya  assosiasiyasının  xüsusi  forması  kimi  fran-

çayzinq  ayrılır.  Françayzinq  –  təsərrüfat  fəaliyyəti  məhsulların 

paylaşdırılmasından  və  müxtəlif  xidmətlərin  göstərilməsindən 

ibarət  olan  iri  və  kiçik  firmalar  arasında  müqavilə  münasibətləri 

sistemidir.  Françayzinqin  mahiyyəti  kiçik  müəssisələr  tərəfindən 

imtiyazlı  sahibkarlıq  hüquqlarının  həyata  keçirilməsindən 

ibarətdir. 

Beynəlxalq  françayzinq  assosiasiyası  (BFA)  françayzinq 

(franchis  operation)  anlayışını  “françayzer  (franchisor)  və  ope-

rator-müəssisə  (franchisee)  arasında  qarşılıqlı  konkret  əlaqələri 

kimi  müəyyənləşdirir;  bu  əlaqələr  çərçivəsində  françayzer  nou-

xau  (yeniliklər)  və  tədris  kimi  müəssisənin  fəaliyyət  sahələrini 

dəstəkləməyi təklif edir  və  ya bunu həyata keçirməyi öz üzərinə 

götürür;  bununla  belə  operator  sahibi  françayzer  olan  ümumi 

ticarət  markasından  və  texnologiyadan  istifadə  etməklə  fəaliyyət 



 

44

göstərir;  operator  öz  müəssisəsinə  məxsus  kapitalın  xeyli 



hissəsini öz vəsaitləri hesabına sərmayə şəklində yönəldir”

1

.  



 

 

1.2. Tələbat – istehlak bazarının fəaliyyətinin 

 ilkin şərti kimi 

 

Ticarət  müəssisəsi  –  bazar  tədqiqatlarının  təşkilatçısı  və 



istifadəçisidir.  Ticarət  müəssisəsi  istehlakçı  bazarında.  Malın 

rəqabətqabiliyyətinin  funksional  qiymətləndirmə  modeli.  Malın 

rəqabətqabiliyyətinin  qiymətləndirilməsinin  davranış  (məqsədli) 

modeli. 

 

1.2.1. Ticarət müəssisəsi – bazar tədqiqatlarının  



təşkilatçısı və istifadəçisidir 

 

 

stehlak  bazarda  malın  hərəkət  mərhələsi  kimi  xüsusi  rol 



oynayır.  O,  əvvəla  yalnız  malın  və  ya  xidmətlərin  faydalılığını 

tam  qiymətləndirmək  iqtidarındadır;  ikincisi,  yalnız  istehlakçı 

satınalmaları əvvəlki və dəyişdirilmiş şəkildə bərpa etməyə hazır 

ola  bilər;    nəhayət,  müxtəlif  məhsullar,  xidmətlər  və  ayrı-ayrı 

ə

mtəə xassələri yalnız istehlakda müəyyən tamlığa malik ola bilər 



ki, bunun sayəsində də malların rəqabətqabiliyyətinin qiymətlən-

dirilməsi yekun xarakter daşıyır. 

Yuxarıda  qeyd  olunan  bütün  istehlak  funksiyaları  məhz 

rəqabət sayəsində əsas real mexanizmə, yəni son nəticədə bazara 

çevrilir.  

“Mal  piştaxtasında”  seçim  azadlığı  əldə  edən  istehlakçı 

bazarın  sayəsində  istehsalçı  və  ya  satıcının  iş  səmərəliliyini  qiy-

mətləndirən real subyektə çevrilir. Məhz istehlakçı təfəkküründə 

mövcud  olan  ideyalar  (tələbatlar)  əsasında  mal  və  xidmətlərin 

imkanlarını müqayisə edərək, onların faydalılıq səviyyəsini təyin 

edir.  Bu  cür  qiymətləndirmələrin  təsir  qabiliyyətinin  müəyyən-

                                                 

1

 Мендельсон М. Руководство по франчайзингу. М.: «Сибли Интернэшнл, 



Инк

.», 1995.- С.13-14. 




Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə